["Uca Allah, Özündən başqa heç kimsənin gücü yetmədiyi şeylərə gücü yetdiyindən dolayı bütün eyib və nöqsanlardan pak və ucadır. Qadir olduğumuz ayələrimizin bəzisini göstərmək üçün Öz qu­lu­ Muhammədi (sallallahu aleyhi və səlləm) gecənin bir vax­tında ruhi və cəsədi ilə yuxuda deyil, əksinə o, ayığ ikən Məscidul­ha­ram­dan ətrafına meyvələr, əkinlər və Peyğəmbərlərin - səllallahu aleyhi və səlləm - orada yerləşməsi ilə xe­yir - bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran yalnız pak olan Allahdır. Hə­qiqə­tən, Allah hər şeyi eşidəndir, Ona heç bir şey gizli qalmaz və hər şeyi gö­rən­dir və heç bir şey Onun gözündən qaçmaz!","Biz Musaya - aleyhissəlam - Tövrat verdik və onu İsrail oğullarına doğ­ru yol gös­təricisi etdik. Biz İsrail oğullarına belə dedik: \"İşlərinizi başqasına həvalə edərək Məndən qeyrisini özü­nü­zə hi­mayədar qəbul etməyin, əksinə, bütün işlərinizi Mənə həvalə edin!\"","Siz, Allahın Nuh - aleyhissəlam - ilə birlikdə tufanda boğulmaqdan xilas etdiyi kimsələrin nəslindənsiniz. Bu neməti əsla yaddan çıxarmayın. Elə isə tək Allaha ibadət və itaət edərək, Ona şükür edin və bu işdə Nuha tabe olun, çünki o, Uca Allaha çoxlu şükür edərdi!","Biz Tövratda İsrail oğul­la­rına: \"Siz günahlar və insanlara qarşı təkəbbürlük etməklə yer üzündə iki dəfə fitnə-fəsad tö­rə­də­cək­ və insanlara zülm edib, həddinizi aşaraq, insanlar üzərində lovğalıq edəcəksiniz!\" – deyə xəbər ver­dik.","Onlar iki fəsaddan birincisini etdikləri zaman üstlərinə onları öldürən və yurdlarından didərgin salan çox qüv­vət­li qulla­rı­mızı gön­dər­dik. Onlar da yur­dunuzda gə­zib dola­şıb və əllərinə keçən hər bir şeyi viran qoyurdular. Bu, Allahın yerinə yetirəcəyi və gercəkləşəcək bir vəd idi.","Ey İsrail oğul­la­rı! Siz etdiyiniz günahlardan Allaha tövbə etdikdən sonra, Allah sizə düşmənləriniz üzə­rin­də qələbə nəsib edərək dövlətinizi onlardan geri alıb yenidən sizə verdi və onların əlinizdən aldıqları var-dövlətinizi və oğul-uşaqlarınızı sizə qaytarmaqla sizə yar­dım etdi, beləliklə də, sa­yınızı düşməninizin sayından daha çox etdi.","Ey İsrail oğul­la­rı! Əgər sizdən tələb olunan şəkildə yaxşı əməl etsəniz, bunun savabı yalnız sizə qayıdar. Allahın sizin əməllərinizə heç bir ehtiyacı yoxdur. Əgər pis əməllər etmiş olsanız bununda zərəri yalnız öz əleyhinizə dönər. Yaxşı əməllərinizin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinizin də Allaha heç bir zərəri olmaz. İkinci fəsadınızın zamanı gəldikdə sizi zəlil halala salsınlar, sizə müxtəlif növ əzab verməklə üzü­nü­zü qaraltsınlar, birinci dəfə Qüd­sdəki məscidə girib oranı dar­­ma­da­ğın etdikləri kimi yenidən oranı darmadağın etsinlər və məmləkətinizdə əllərinə keçən hər bir şeyi viran halına salmaları de­yə düşmən­lərinizi yenidən üs­­tü­nüzə göndərdik.","Ey İsrail oğulları! Siz bu şiddətli intiqamdan sonra tövbə edib, yaxşı əməllər etsəniz, ola bilsin ki, Rəbbiniz si­zə rəhm etsin. Əgər təkrarən üçünci dəfə və ya bundan daha çox fəsad tö­rət­mə­yə qayıt­sa­nız, Biz də təkrarən sizdən intiqam almağa və sizi cəzalandırmağa qayıdarıq. Biz Cə­hən­­nəmi ka­firlər üçün heç vaxt çıxa bilməyəcəkləri və orada əbədi olaraq qalacaqları bir yer etdik.","Həqiqətən, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran in­san­ları ən doğru yola, İslam yoluna yönəldir və Allaha iman edərək yax­şı işlər gö­rən mömin­lərə, Allah yanında onlar üçün onları sevindirəcək böyük bir mü­ka­fatın olacağı ilə müjdə verir.","Bu Quran, Qiyamət gününə iman gətirmə­yən­ləri üzüb, kədərli edən, Qiyamət günü onlar üçün ağrılı-acılı bir əzabın ha­zır­landığını xəbər verər!","İnsan xeyirli bir şeyi istəyərək dua etdiyi kimi, cahilliyindən dolayı qəzəbləndikdə, özünə, övladına və mal-dövlətinə müsibət gəlməsi üçün bəd dua edər. Əgər Biz həmin şəxsin bəd duasını qəbul etsək, dərhal onun özü, övladı və mal-dövləti məhv olar. İn­san tələskən xasiyyətli yaradıldığı kimi, özünə zərər verən şeylərdə də tələsən­dir.","Gecə və gündüz arasında uzunluq, qısalıq, istilik və soyuqluq baxımından fərqlər olduğu üçün, Biz gecə və gündüzü Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən iki əlamət olaraq yaratdıq. Gecəni yatıb istirahət etməniz üçün zülmət qaranlıq etdik. İnsanların görməsi və yer üzündə gəzib dolaşaraq ruzi qazanmaları üçün gündüzü də işıqlı, nurlu etdik. Siz il­lə­rin, ayların, günlərin və saatların sayını və he­sabı biləsiniz deyə, gecə və gündüzü bir-birini təqib edən bir şəkildə yaratdıq. Əşyaların bir-birindən və həmçinin haqqı batildən ayırd edilməsi üçün Biz hər bir şeyi açıq-aydın təf­silatı ilə izah et­dik.\t","Biz hər bir insanın etdiyi əmə­lini boyunbağı kimi onun boy­nundan asar və əmələrinə görə haqq-hesab olunana qədər ondan ayrılmaz. Qi­ya­mət gü­­nü isə içərisində etdiyi bütün xeyir və şər əməllər olan kitabını açıq vəziy­yət­də qarşısına qoyular.","O gün Biz ona belə deyərik: \"Ey İnsan! Kitabını oxu! Etdiyin əməllərə görə özün-özünü hesaba çək­. Qiyamət günü özün öz nəfsini hesaba çəkməyə ye­tər!\"","Kim iman edərək hidayət yoluna yönəlsə, bunun savabı yalnız onun özünə olar, kim az­ğın­lı­ğa düşsə, bunun ziyanı da yalnız onun öz əleyhinə olar. Heç bir kəs baş­qasının günahını da­şı­maz. Biz heç bir qövmə elçi gön­dər­ərək hüccət qaldırmadıqca əzab ver­mərik!","Biz bir məmləkəti, etdikləri günahlardan dolayı məhv etmək istədiyimiz zaman, nemətin azdırdığı kimsələrə Alla­ha itaət etmələrini əmr edərik. Onlar isə Allahın əmrinə tabe olmayıb, Allaha qarşı üsyan edərək Ona itaət etməkdən uzaq durarlar. Buna görə də onlar özlərini tamamən yox edəcək bir əzabın öz üzərlərində gəlməsinə layiq olarlar və be­ləcə Biz onları yerlə yeksan edən bir əzabla məhv edərik.","Biz Nuhdan sonra Ad və Səmud qövmləri kimi, peyğəmbərləri yalan sayan neçə-neçə ümmətlər məhv etdik. Ey Peyğəmbər! Rəb­bi­nin, qullarının günahlarını bil­məsi və görməsi bəs edər. Allaha heç bir şey gizli qalmaz. Allah onların dünyada ikən etdikləri əməllərin qarşılığını verəcəkdir.","Kim yaxşı əməllər etməklə müvəqqəti dün­ya­ həyatını istəsə və axirət həyatına iman etməyib heç buna əhəmiyyət verməsə, dünya həyatında onun istədiyi kimi yox, yalnız Bizim onun üçün istədiyimiz nemətləri dər­hal ona verərik. Nəhayət, Qiyamət günü onu, müvəqqəti dünya həyatını, əbədi axirət həyatından üstün tutduğuna görə qı­nan­mış və Allahın rəhmə­tin­dən qovul­muş halda, hərarətindən əzab çəkəcəyi Cə­hən­nəm atəçinə daxil edərik.\t","Kim də yaxşı əməllər etməklə axirət həyatını istəyərək riyadan və şan-şöhrətdən uzaq olarsa və Allahın iman etməsini vacib etdiyi şeylərə iman edərsə, məhz bu vəsflərə sahib olan kimsələr Allah yanında əməlləri qəbul edilən kimsələrdir. Allah bu kimsələrin etdikləri yaxşı əməllərinin mükafatın onlara verəcəkdir.","Ey Peyğəmbər! Rəbbin, günahkar və sleh olan hər iki insan toplumuna Öz nemətlərini naqislik edilmədən kamil şəkildə əta edər. Rəbbi­nin əta etdiyi bu nemətlər dünyada ikən nə günahkara, nə də saleh bir kimsəyə qadağan edilməz.","Ey Peyğəmbər! İnsanların günahkar və ya saleh olmasından aslı olmayaraq dünyada ikən onla­rın birini di­gərindən var-dövlət, cah-cəlal və san-şöhrət baxımından necə üstün etdyimizə bir fikir ver. Axirətdə verilən nemətlər isə dünya həyatında verilən nemətlərdən dərəcə baxımından daha fərqli və daha böyükdür. Elə isə qoy mömin kimsə, axirət nemətlərinə nail olmaq üçün daha çox həris olsun!","Ey İnsan! Özünə, Allahla yanaşı başqa mə­bud qəbul edib, ona iba­dət etmə. Yoxsa Allah yanında qınanmış və saleh qullar yanında təriflənməyən, rəzil, alçaq hala düşən və başlı-başına buraxılmış bir vəziyyətdə qalarsan.","Ey İnsan! Rəbbin yalnız Ona iba­dət etməyi, Ondan başqa heç bir məbuda ibadət etməməyi və ata-ana ilə, ələlxüsus da onların qocalıq vaxtında yaxşı dav­ran­­mağı əmr etmişdir. Əgər ata-anadan hər hansı biri və ya hər iki­si sə­nin ya­nın­da qocalıq yaşına çatarsa, onlara, qəlblərini qıran bir söz belə demə, üstlərinə qış­qır­ıb onlarla kobud, sərt və qaba rəftar etmə, əksinə, onlarla gözəl əxlaqla rəftar edib, onlara xoş, ürəyəyatan və yumşaq söz söylə!","Onların hər ikisinə rəhm və təvazökarlıq edərək: \"Ey Rəbbim! On­lar məni körpəliyimdən tər­bi­yə edib bö­yütdük­ləri üçün bu gün də Sən onlara mərhəmət et!\" – de.","Ey İnsanlar! Rəbbiniz, Ona etdiyiniz ibadətləri, gördüyünüz saleh əməlləri və ata-anaya yaxşılıq edərkən qəlbinizdəki ixlası çox yaxşı bilir. Əgər etdiyiniz ibadətlərinizdə, ata-anaya və başqalarına qarşıolan rəftarınızda niyyətiniz yaxşı olarsa, bilin ki, hə­qiqətən də, Uca Allah, günah etdikdən sonra tövbə edib, Allaha tərəf qayıdanları ba­ğış­la­yan­dır. Kim, Allahın və valideyinlərinin itaətdində yol verdiyi naqislikdən tövbə edərsə, Uca Allah onu bağışlayıb, əfv edər!","Ey Mömin! Qohuma, yox­sula, azüqəsi tükənib yarı yolda qalmış mü­safirə haqqını ver. Allahın sənə bəxş etdiyi malı, Allaha asi olan şeylərə və ya israf edərək gərəksiz yerə sərf etmə!","Şübhəsiz ki, mallarını Allaha asi olan yerlərə sərf edib, israfçılıqla xərcləyənlər şey­tan­ların qardaşlarıdır. Şeytan onlara, mallarını israf edərək xərcləmələrini əmr edər, onlarda şeytanın əmrinə boyun əyib malllarını şeytanın istədiyi kimi xərcləyərlər. Şeytan isə Rəb­binə qarşı çox nankor bir məxluqdur. O yalnız günah işlər görər və yalnız Rəbbini qəzəbləndirən şeyləri əmr edər.","Əgər Allahın sənə ruzi bəxş edəcəyini gözləyirsənsə və imka­­nın olma­dığı üçün onlara bir şey verə bil­mirsənsə ən azından bu zaman onlara könüllərini alan yumuşaq, xoş söz söylə. Ruzilərinin genişlənməsi üçün dua et. Yaxud uca Allah sənə bir ruzi bəxş etdikdə, o ruzidən onlara verəcəyinə dair vəd ver!","Nə əlini xərcləməkdən sıxıb saxlama, nə də ki, xərclədikdə israfa yol vermə. Xərcləməkdən paxıllıq edib, əlini sıxıb saxlasan yaxud da işrafçılıq edərək əlində olanın hamısını xərcləyib axırda özünə xərcləməyə bir şey tapmasan, bu zaman insanlar tərəfindən qı­nanmış və məzəmmət olunmuş bir və­ziy­yətdə qalarsan. Elə isə xərclədikdə bunun ikisinin arasında özünə bir yol tut!","Həqiqətən, Rəbbin müəyyən bir hikmətdən dolayı, istə­di­yi­ kimsənin ru­zisini genişləndirər, istə­di­yi­ kimsənin də ruzisini daraldar. Şübhə­siz ki, O, qullarından xəbərdardır və onları görür. Onlardan heç bir şey uca Allaha gizli qalmaz. Allah Öz qullarını istədiyi kimi idarə edər.","Gələcəkdə uşaqlarınıza xərclədiyinizdən dolayı yox­sulluq qorxusundan onları öldürməyin. On­la­rın da, sizin də ruzinizi Biz veri­rik. Onları öldür­mək, hə­qi­qətən də, Allah yanında böyük bir günahdır. Çünki onların öldürülməsi üçün nə bir günahları, nə də ki, bir səbəb vardır.","Zinadan çəkinin və ona sövq edən səbəblərdən də uzaq durun. Çünki zina, nəsillərin bir-biri ilə qarışdığına və Allahın əzabına gətirib çıxartdığı üçün çox iyrənc bir əməl və murdar bir yol­dur!","Uca Allahın, iman etmə və ya təhlükəsizliyi təmin edilməsi ilə qanını haram etdiyi bir nəfsi mürtəd olma, evlilik həyatı yaşadıqdan sonra zina etmə yaxud qisas kimi qanı halal edən səbəblərdən hər hansı biri olmadan, heç bir kəsi haqsız yerə öl­dürməyin. Kim bir kəsi öldürülməsini halal edən səbəblər olmadan, zülm edilərək, haqsız yerə bir cana qəsd edərsə, artıq onun varisinə istəsə qisas tələb etmə, istəsə qanbahası almadan qatili bağışlama, istəsə də qan­bahası alaraq onu əfv etmə ix­ti­yarını verərik. Lakin o da qisas al­dıqda, Allahın icazə verdiyi həddi aşaraq qatilin burnunu, qulağını və s. əzalarını kəsərək ölünü pis bir hala gətirməməli, qatildən başqasını və ya onun əvəzinə qatilin yaxın adamlarından bir kimsəni öldürməməlidir. Çün­ki şəriətin bu hökmləri ilə artıq ona Allah tərəfindən kömək olunmuşdur.","Atası vəfat edib yetim qalmış uşaqların malına həddi-büluğa, ağıla-kəmala ça­tana qə­dər qo­ruyub sax­la­maq və artırmaq məqsədilə is­tifadə etmək is­tis­na olmaqla ya­xın­laşmayın! Allah ilə, həmçinin, öz aranızdakı əhdləri pozmadan və ya naqislik etmədən yerinə yetirin. Çünki Uca Allah qiyamət günü əhd verən kimsədən, verdiyi əhdi ba­rə­sində sor­ğu-sual edəcəkdir. Əgər əhdini yerinə yetirmişsə Allah onu mükafatlandıracaq, əhdinə xilaf çıxmışsa ona cəzalandıracaqdır.","Başqası üçün ölçdükdə, ölçüyə naqislik etmədən tam şəkildə ölçün. Çəkdikdə də, tərizidə əksiltmədən, düzgün tə­rə­zi ilə çə­kin. Çünki ölçüdə və tərəzidə düzgün olmağınız dünya və axirətdə sizin üçün da­ha xeyirli və nəticə baxımından ölüçdə və tərəzidə əksildib insanları aldatmaqdan daha yax­şı­dır.","Ey Adəm övladı! Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Yoxsa zənnə və şəkk-şübhəyə qapanmış olarsan. Çün­ki insan qulaq, göz və qəlbini istifadə edərək qazandığı hər bir xeyir və şərə görə Allah yanında sorumludur. Beləliklə də, qiyamət günü bu əzalar ilə qazandığı xeyirə görə müxafat verilər və şərə görə də cəzalandırılar.","Yer üzündə özündən razı, lovğalanaraq gəz­mə. Çün­ki sən yer üzündə nə qədər də özündən razı, lovğalanaraq gəzsəndə, bu gəzişinlə nə yeri yara bilərsən, nə də ki, boy-buxunun yük­sələrək dağların çatdığı yüksəkliklərə çata bilərsən. Belə olduğu təqdirdə, nəyə görə təkəbbürlük edirsən?!","Ey İnsan! Bu ayələrdə zikir edilənlərin hamısı Allah yanında qadağan edil­miş və Rəbbinin xo­şuna gəl­məyən pis əməl­lərdir. Uca Allah bunları edənlərdən razı olmaz, əksinə, ona qəzəblənər, nifrəti edər və onu sevməz.","Sənə açıq-aydın izah etdiyimiz əmrlər, qadağalar və şəri əhkamlar Rəbbinin sənə vəhy etdiyi hikmətindəndir. Ey İnsan, Allah­la ya­naşı başqa mə­buda iba­dət et­mə, yoxsa Qiyamət günü həm sən özünü qınayar, həm də insanlar səni qınayarlar, sonra da hər bir xeyirdən qo­­vul­muş hal­da Cəhənnəmə atı­lar­san!\t","Ey: \"Mələklər Allahın qızlarıdır!\" – deyən müşriklər! Rəbbiniz oğ­lanları sizin üçün seçib, Özünə isə mə­lək­lər­dən qızlar götü­rdüyünümü söyləyirsiniz?! Allah sizin söylədiyindən uca və uzaqdır. Siz, həqiqətən də, Allah barəsində olduqca çox çirkin bir söz söyləyirsiniz. Allaha övlad nisbət edib, küfrdə daha da həddinizi aşaraq qızların Allaha aid olduğunu idda edirsiniz.","İnsanların öyüd-nəsihət qəbul edib, özlərinə fayda verəni almaları və zərərli şeylərdən uzaq durmaları üçün, Biz bu Quranda şəri əh­kamları, öyüd-nəsihətləri və hekayələri açıq-aydın izah etdik. Amma bu, fitrəti dəyişmiş kimsələrin haqqdan daha da uzaq düşmələrinə və haqqa qarşı nifrətinin daha da ar­tmasına səbəb oldu.","Ey Peyğəmbər! O müşriklərə belə de: \"Əgər müşriklərin yalan və böhtan ataraq söy­lədikləri kimi, uca Allahla ya­na­şı baş­qa məbudlar ol­saydı, bu zaman varlığı idda edilən batil məbudlar, ərş sahibi uca Allahın mülkünə sahib olub, Ona qalib gəlmək üçün bir yol ax­ta­rardılar\".","Pak və uca olan Allah müşriklərin Onu vəsf etdiklərindən münəzzəhdir və onların Allah barədə söylə­dik­lərin­dən çox uzaq və çox ucadır.","Göylər və yerlər, habelə, göylərdə və yerdə on­lar ­da Allahı anır, xatırlayır, zikir edib, Ona təriflər deyirlər. Elə bir şey yox­dur ki, o, Allahın şəninə təriflər deyib, Ona həmd-səna etməsin, la­kin siz on­ların, Allahı zikir edib, Onun şəninə tə­ri­flər deməsini anlamırsınız. Siz yalnız insanlardan, dili ilə Allahı zikir edib, Onun şəninə həmd-səna edəni anlayırsınız. Hə­qiqətən, uca Allah, qullarına qarşı hə­lim­dir, onlara əzab verməyə tələsməz. Ona tövbə edənləridə bağış­la­yandır!","Ey Peyğəmbər! Sən Quran oxuduğun za­man orada olan yasaqları və öyüd-nəsihəti dinlədiklərində, sə­ninlə Qiyamət gününə inanma­yan­la­rın arasına haqqı qəbil etməyib, ondan üz çevirmələrindən dolayı onlara cəza olaraq Quranı anlayıb, başa dümələrini əngəlləyən bir pərdə çəkərik.","Quranı başa düşmələrinə əngəl olması üçün Biz on­ların qəlblərinə örtük­lər çək­dik, onu eşitdikdə anlamamaları üçün qulaq­ları­na da tıxac vurduq. Sən Quranda Rəb­bi­nin tək Allah ol­duğunu yada salıb onların batil ilahlarını yada sal­madıqda, on­lar da, ixlasla tək Allaha ibadət etməkdən uzaqlaşıb, ar­xa­la­­rını çevirib gedərlər.","Biz onların öndə gedənlərinin Quranı necə dinlədiklərini çox yaxşı bilirik. Onlar Quranı haqqa yönəlmək üçün dinləməzlər. Əksinə, sən Rəbbinin ayələrini oxuduğun zaman, onlar Quranı, istehza etmək, lağa qoymaq və ələ salma üçün dinləyərlər. Biz onların öz aralarında xəlvətcə söh­bət edər­kən, səni və Quranı yalan saymalarını, insanları Allahın dinindən döndərmək məqsədlərini və küfr etməklə öz nəfslərinə zülm edən o zalımların başqalarına: \"Ey İnsanlar! Siz ancaq sehr­lən­miş və ağlı basında olmayan bir adamın ardınca gedirsiniz!\" – dediklərini çox yaxşı bi­li­rik.","Ey Peyğəmbər! Onların müxtəlif cür naqis sifətlərlə səni vəsf etdiklərinə bir bax. Odur ki, onlar çaşğınlıq işində qalaraq, azğınlığa düşdülər və doğru yolu tapa bil­mədilər!","Müşriklər ölümdən sonra təkrarən dirilməyi inkar edərək belə dedilər: \"Biz öldükdən, cəsədlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yeni bir yaradılışla təkrarən diril­diləcəyikmi?! Şübhəsiz ki, bu, qeyri mümkün olan bir işdir.\"","Ey Peyğəmbər! Onlara belə de: \"Ey Müşriklər! istər üst qatı sərt olan daş olun, istərsə də ki, çox qüvvətli bir dəmir, halbuki, siz nə üst qatı sərt olan qaş ola bilərsiz, nə di ki, çox qüvvətli bir dəmir.","İstər daşdan, istərsə də dəmirdən və ya qəlbinizdə sizə nəhəng görü­nən bir məxluq olun, bilin ki, yenə də Allah si­zi ilk dəfə yaratdığı kimi yenidən dirildib həyata qaytarmağa qadirdir. Bu inadkar insanlar belə deyəcəklər: \"Biz öldükdən sonra bizi kim dirildib yenidən hə­yata qay­ta­ra­caq?\" Onlara de: \"Sizi daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə yaradan yenidən dirildəcəkdir!\" Onlar sənin bu cavabından sonra istehza ilə baş­la­rını yır­ğa­la­yıb bunun imkansız olduğuna inanaraq: \"Bəs bu yenidən dirilmə nə vaxt ola­caq­?\" – deyə­cək­lər. Onlara de: \"Bəlkə də, ya­xın bir za­man­da oldu. Çünki qarşıda gələn hər bir şey yaxındır!\"","Uca Allah sizi məhşər yerinə çağırdığı gün, sizi yenidən dirildəcəkdir. Siz də Ona həmd-sənalar edərək, Onun əmrinə tabe olub, Uca Allahın çağırı­şı­na cavab ve­rəcək və dün­yada çox az qaldığınızı zənn edəcək­si­niz!","Ey Peyğəmbər! Mömin qullarıma de ki, başqaları ilə söhbət etdikdə nifrətə və ədavətə səbəb olacaq pis sözlərdən çəkinsinlər. Çünki şeytan nifrətə və ədavətə səbəb olacaq pis sözləri fürsət bilib, bununla onların dünya və axirət həyatlarını məhv etməyə çalışır.Həqiqətən, şeytan in­san üçün düşmənçiliyi açıq-ay­dın olan bir düşmənidir. Möminin üzərinə düşən ondan və onun şərindən çəkinməkdir.","Ey İnsanlar! Rəbbiniz sizi çox yaxşı ta­nıyır. Sizdən heç bir şey Ona gizli qalmaz. Əgər sizə mərhəmət etmək istəsə, rəhməti ilə sizi imana və saleh əmələ müvəffəq edər. Əgər sizə əzab vermək istəsə, sizi iman etməyə müvəffəq etməz və canınızı küfr üzərində alar. Ey Peyğəmbər! Biz səni on­ları iman etmələrinə məcbur etmək, onları küfr etməyə mane olmaq və etdikləri əməlləri haqq-hesaba çəkmək üçün vəkil gön­dər­mə­mi­şik. Sənin vəzifən yalnız Allahın sənə təbliğ etməyi əmr etdiklərini onlara təbliğ etməkdir.","Ey Peyğəmbər! Rəbbin göylərdə və yer­də olan­ları, onların durumunu və nəyə layiq olduğlarını da çox yaxşı bilir. Biz bəzi pey­ğəm­bər­lə­ri onlara tabe olanların çoxluğu və endirdiyimiz kitablarla di­gərlə­rindən üstün etdik. Biz Da­vuda bir kitab verdik, o da Zə­bur.","Ey Peyğəmbər! O müşriklərə belə de: \"Ey Müşriklər! Allahdan başqa ilahlar olduğunu iddia etdiyiniz bütlər, sizə bir zərər gəldikdə, on­lar acizliklərindən dolayı bə­lanı sizdən nə uzaq­laş­dır­mağa, nə də onu başqasına yö­nəlt­məyə qadirdilər. Aciz olan, əsla ilah ola bilməz!\"","Onların yalvarıb-yaxardıqları mələklərdən və başqalarından olan mə­budları, öz­ləri saleh əməl edərək Allaha yaxınlaşmaq üçün can atır, Allahın sevdiyi əməllər etməkdə bir-biriləri ilə yarışır, Allahın özlərinə mərhəmət etməsini ümüd edib və Onun əzabından qor­xur­lar. Ey Peyğəmbər! Həqiqətən, Rəbbinin əza­bın­dan çəkinmək gə­rəkdir!","Allaha küfr edən hər bir məmləkətə, şəhərə və kəndə, etdikləri küfrə görə elə dünya həyatında ikən əzab göndərib, məhv edərik, yaxud da etdikləri küfrə görə onları öldürmək kimi şiddətli bir cəzaya mübtəla edərik. Onları məhv edib, öldürülməsi əvvəlcədən lövhi-məhfuzda yazılıb, təqdir edilmiş ilahi bir hökmdür.\t","Müşriklərin, peyğəmbərlərdən onların doğruluğuna dəlalət edən ölüləri diriltmək kimi tələb etdikləri mövcüzələri nazil etməməmizin səbəbi, əvvəlki ümmətlərin onlara göndərdiyimiz mövcüzələri yalan saymaları idi. Biz Sə­mud qövmünə açıq-aydın möcüzə ki­mi bir dişi dəvə verdik, lakin on­lar yenədə buna inanmayıb, küfür etdilər. Biz də, dərhal onlara əzab göndərdik. Biz mö­cü­zələri rəsulların vasitəsi ilə yal­nız ümmətləri qor­xutmaq üçün göndəririk ki, bəlkə onlar iman edib, müsəlman olsunlar.","Ey Peyğəmbər! Bir zaman Biz sənə: \"Rəb­bin bütün in­sanları qüdrəti ilə əhatə etmiş­dir, onların hamısı Rəbbinin ovcunun içindədir, Allah səni onlardan mühafizə edəcəkdir. Elə isə onlardan çəkinmədən Allahın sənə təbliğ etməyi əmr etdiyini insanlara təbliğ edərək, onlara çatdır!\"– de­diyimizi xatırla. Biz İsra gecəsi sənə gös­tər­­diyimizi yalnız, insanlar sənə iman edəcəklər, yoxsa səni təkzibmi edəcəklər, deyə onlar üçün bir imtahan etdik. Qu­ran­da lə­nət­lən­miş, Cəhənnəmin dibindən çıxanb zəqqum adlı ağacı in­sanlar üçün imthan etdik. Əgər onlar bu iki əzəmətli möcüzəyə inanmazlarsa, bu ikisindən başqa digər mövcüzələrə də əsla inanmayacaqlar. Biz bu möcüzələri endirməklə on­ları qor­xu­du­ruq, lakin onları qorxudmaq üçün nazil etdiyimiz möcüzələr, ancaq onların küfrlərini və az­ğın­lıqlarını bir daha da ar­tı­rır!","Ey Peyğəmbər! Biz bir zaman mələklərə: \"Adəmə ibadət səcdəsi deyil, salam səcdəsi edin!\" – dedikdə onların hamısı Rəbbinin əmrinə tabe olaraq, Adəmə səcdə etdilər. Lakin İblis ona səcdə etməkdən təkəbbürlük edərək: \"Sən məni oddan yaratdığın halda, palçıqdan yaratdığınamı səcdə edim?! Mən ondan daha şərəfliyəm!\" – dedi.","İblis Rəbbinə belə dedi: \"Mənə, ona səcdə etməyi əmr edərək, məndən üs­tün tut­du­ğun məxluq budurmu? Əgər dünya həyatının sonuna qədər mənə möhlət ver­sən, məndən qoruduğun az bir qis­min­dən, ixlasla Sənə ibadət edən qullarından başqa onun bü­tün nəslini özü­mə təslim edə­rək, Sənin doğru yolundan azdıracağam!\"","Rəbbi ona belə dedi: \"Haydı get! On­lar­dan kim sənə tabe olub ardınca gələrsə, sənin və onların əməllərinin cəzası, tam bir cəza olaraq Cəhən­nəm ola­caqdır.","İnsanlardan gücün çatdığı kim­sə­lə­ri səsinlə aldatıb günahlara və Allaha asi olan əməllərə təhrik et, sənə itaət etməyə çağıran atlı və pi­ya­dalarla onlara yüksək səslə səslən, şəriətə müxalif olan hər bir şeyi onlara gözəl göstərərək mallarına, yalan iddialarla, zina yolu ilə əldə etdikləri övlad­larına, Allahdan başqasının qulluğuna bağlayan (Abduşşəms, \"Günəşin qulu\" – kimi) adlar verərək şə­rik ol, onla­ra yalan vədləri, batil və boş ümüdləri gözəl göstər. Şübhə­siz ki, şeytan onlara, ancaq onları aldadan yalan vəd­lər verər.","Ey İblis! Şübhəsiz ki, Mənə itaət edərək saleh əməllər edən mömin qullarım üzərində sənin hökm­ran­lı­ğın olmaya­caq. Çünki Allah sənin şərindən və vəsfəsəndən onları qoruyacaqdır. Bütün işlərində Allaha təvəkkül edən quluna Allah vəkil olaraq kifayət edər.","Ey İnsanlar! Ticarət və başqa yollarla Rəbbinizin ruzisinə nail olasınız de­yə, də­nizdə gəmiləri sizin üçün üzdürən Rəbbi­nizdir. Həqiqə­tən, bütün bu vasitələri sizin üçün asanlaşdıran Rəbbiniz sizə qarşı mərhəmətlidir.","Ey Müşriklər! Dənizdə sizə bir fəlakət üz ver­ib, batmaqdan qorxduğunuz zaman Allahdan baş­qa ta­pın­dığınız bütlər yadınızdan çıxar. Siz o vaxt ancaq Allahı xatırlayıb yalnız Ondan yardım diləyirsiniz. Uca Allah sizə yardım edərək, sizi suda batmaqdan xilas edib qu­ru­ya çıxartdıqda isə siz, Allahın vəhdaniyyətini qəbul etməkdən, yalnız Ona dua və ibadət etməkdən üz döndərib yenidən bütlərə ibadət edirsiniz. Hə­qiqətən, insan Allahın nemətlərinə qarşı çox nankor­dur!","Ey Müşriklər! Yoxsa Allah sizi dənizdə batmaq təhlükəsindən xilas etdikdən sonra sizi quruda yerə batır­ma­yacağına, yaxud da Lut qövmünə etdiyi kimi səmadan üstü­nü­zə daş-kəsək yağdırmayacağına əminsiniz? Bundan son­ra nə sizi bu fəlakətdən qo­ru­yan tapılar, nə də ki, yardım edən bir yardımçı.","Yoxsa Allahın sizi bir daha də­ni­zə qay­ta­rıb üstünüzə şiddətli külək gön­dər­məyə­cə­yinə və sizi ilk dəfə fəlakətdən xilas etdikdən sonra Allahın nemətlərinə nankorluq etdiyinizə görə sizi dənizdə ba­tır­ma­ya­ca­ğı­ndan əminsiniz? Son­ra sizə yardım etmək üçün buna görə Biz­dən inti­qam almağı tələb edən bir nə­fər be­lə tapa bil­məz­siniz.","Biz Adəm züriyyətinə ağıl neməti verərək, mələkləri atalarına səcdə etdirərək və s. bu kimi başqa üstünlüklərlə hör­mətli etdik, onları quruda daşıyacaq heyvanları, minikləri və də­niz­də də gəmiləri onlar üçün ram etdik, on­lara pak yeyəcək, içəcək, qadınlarla nikah bağlamaq və başqa bu kimi nemətlər bəxş etdik. Allahın onlara bəxş etdiyi nemətlərə şükür etmələri üçün, Biz onları ya­rat­dıq­larımızın ço­xun­dan üstün etdik.","Ey Peyğəmbər! Hər bir insan toplumunu dünyada ardınca getdikləri baş­çı­la­rı ilə birlikdə çağıra­cağımız günü xatırla. Kimlərin əməl dəftəri sağ əlinə verilərsə, onlar kitab­la­rını sevinclə oxu­yacaq və savabları xurma çəyirdə­yinin üzərində olan ip qədər azda olsa belə savablarını naqis edərək onlara zülm edilmə­yə­cəkdir.","Kimin qəlbi bu dünya həyatında haqqı qəbul edib, ona boyun əyməkdən kor olarsa, axi­rət­də isə o bundan daha şiddətli kor olacaq. Bu kimsə Cənnət yolunu tapmaz və haqq yol­undan azmışdır. Çünki cəza əməlin növündəndir.","Ey Peyğəmbər! Müşriklər sənə vəhy etdi­yi­miz Qurandan başqa öz nəfslərinin istəklərinə uyan bir şeyi yalan yerə Bizə isnad etməyin üçün az qala səni döndərə­cək­di­lər. Əgər sən onların istəklərinə cavab vermiş olsaydın, bu zaman onlar səni özlərinə dost tutardılar.","Əgər Biz səni haqq üzərində sa­bit etməsəydik, onların hiylələrinin gücündən və sənin onların iman etmələrinə həris olman səbəbindən, onların səndən istədiklərinə hardasa, az­ca da ol­sa meyil edə­cək­din. Lakin Biz səni onlara meyil etməkdən qoruduq!","Əgər sən onların səndən istədiklərinə meyil etsəydin, bu zaman Biz səni dünya və axirət hə­ya­tında ikiqat əzaba düçar edərdik. Sonra sən, Bizə qarşı sənə yardım edən nə bir köməkçi, nə də səni əzabdan qoruyan bir kimsə ta­pa bilərdin.","Kafirlər, sənə qarşı olan ədavətləri üzündən az qala səni Məkkədən didərgin salacaqdılar. Lakin Rəbbinin hicrət etmə əmri gələnə qədər uca Allah onların sə­ni Məkkədən qovub çıxarmalarına mane oldu. Əgər onları səni Məkkədən qovmuş olsaydılar, bu zaman özləri də orada ancaq az bir müd­dət qala bilərdilər.","Müşriklərin səni Məkkədən qovub çıxartdıqlarından sonra özlərinin də orada çox az bir müddət qala bilmələri, uca Allahın səndən öncə göndərilən və qövmləri tərəfindən öz diyarlarından çıxarılan elçilər barəsindəki dəyişməyən sünnəsidir. Yəni, hər hansı bir qövm onlara göndərilən elçilərə qarşı düçmənçilik edib, onları yaşadıqları diyarlarından qovub çıxarmışdılarsa, Allah da əzab göndərib onları məhv etmişdir. Ey Peyğəmbər! Sən Bi­zim sünnəmizdə heç bir də­yi­şik­lik tapa bil­məzsən. Əksinə, sən onu daima sabit və dəyişməz olaraq görərsən.","Günəş səmanın ortasından batmağa meyl etdikdən bəri ta gecənin zülmətinə qədər namazı bəl­li vaxt­­larda kamil şəkildə qıl. Bu, zöhr, əsir, məğrib və işa namazlarına aiddir. Fəcr nama­zını da vaxında qıl və bu namazda qiraəti uzun et! Çün­ki fəcr namazında gecə və gündüz mələkləri iştirak edirlər.","Ey Peyğəmbər! Gecənin bir vaxtı qalx və Rəbbin səni daha da yüksək məqamlara qaldırmaq üçün gecə namazı qıl. Bəlkə buna görə Rəb­bin səni Qiyamət günü bütün insanların qorxu, sıxıntı içində olduqları bir vaxt insanlara bir şəfaətçi olaraq diriltsin və səni əvvəlkilərin və sonrakıların tərifləyib bəyəndikləri böyük bir şəfaət məqamına nail etsin!","Ey Peyğəmbər! De: \"Ey Rəbbim! Mənim bütün girəcəyim və çıxagağım yerlərin hamısını Sənin itaətin və razılığın üzərində olan yerlər et və mənə Öz tə­rə­fin­dən düşmənlərinə qarşı mə­nə yardım edən açıq-aşkar bir də­lil ver!\"","Ey Peyğəmbər! Bu müşriklərə belə de: \"İslam gəldi, Allahın vəd etdiyi zəfər gerçəkləşdi, şirk və küfr yox olub getdi. Həqiqətən, batil məhv olub gedər və haqq qarşısında əsla sabit qala bilməz!\"","Biz, qəlblərin cəhalətdən, küfrdən, şirkdən və bədənlərindəki xəstəlikdən qurtulsun deyə, Quranda möminlər üçün şəfa na­zil edirik. Bu Quran ona əməl edən kimsələr üçün bir şəfadır. Bu Quran kafirlərin ancaq həlakını artırır. Çünki Quranı eşitmək onları qəzəbləndirər, onu yalan saymalarının və ondan üz çevirmələrini bir daha da artırar.","Biz insana sağlamlıq və var-dövlət kimi nemətlər bəxş etdikdə bu zaman o təkəbbürlük edərək Allaha itaət və şükür etməkdən üz çevirib haqdan uzaqlaşar. Onun başına xəstəlik və yoxsulluq kimi bir müsibət gəldikdə isə ruhdan düşər və Allahın rəhmətindən ümüdünü üzər.","Ey Peyğəmbər! De: \"Hər bir insan özünün hidayət və azğınlığdakı halına uyğun əməl etsin. Rəbbiniz isə ki­min haqq yol­da oldu­ğunu daha yaxşı bilir!\"","Ey Peyğəmbər! Kitab əhlindən olan kafirlər səndən ruhun məğzi barədə so­ru­şurlar. Onlara de: \"Ruhun məğzini Allahdan başqa kimsə bilməz. Siz və sizdən başqa bütün yaradılmışlara, pak və müqəddəs olan Allahın elmi müqabilində yalnız az bir elm verilmişdir!\"","Ey Peyğəmbər! Allaha and olsun ki, sənə nazil etdiyimiz vəhyi kökslərdən və ya yazılı olan kitablardan silib yox etmək istəsəydik, silib yox edərdik. Sonra bundan dola­yı sənə yardımçı olacaq və onu təkrarən geri döndərəcək birini də tapa bil­məz­din.","Ancaq Rəbbinin mərhə­mə­ti sayə­sində sənə nazil etdiyi Quranı çəkib almadı. Lakin Biz onu Öz tərəfimizdən qorunmuş olaraq buraxdıq. Doğru­dan da, Rəbbinin sənə olan lütfü bö­yükdür. Çünki O, səni insanlara elçi göndərdi, səni peyğəmbərlərin sonuncusu etdi və sənə Quranı verdi!","Ey Peyğəmbər! Onlara belə de: \"Əgər bütün insanlar və cin­lər sənə nazil edilən Quranın bəlağəti, gözəl düzümü və fəsahətli olması baxımından ona bənzərini gə­tir­mək üçün bir yerə top­la­şsalar və bu işə bir-birinə yardım etsələr belə heç vaxt ona bən­zə­rini gətirə bilməz­lər\"","Biz bu Quranda insanların iman etmələri üçün hər şeyi bəyan etdik, onların ibrət almalarını ümid edərək Quranda nəsihətləri, öyüdləri, əmr və qadağaları müxtəlif cür məsəllər çəkməklə onlara müfəssəl bir şəkildə izah et­dik. La­kin yenə də insanların ço­xu bu Quranı inkar edərək, ondan üz çevirib iman etmədilər.","Müşriklər dedilər: \"Bizə Məkkədə suyu heç vaxt qurumayan və yer üzərində çay kimi axıb gedən bir bu­laq çıxarmayınca sə­nə əsla iman gətir­məyə­cəyik!\"","Yaxud bol-bol xurma və üzüm ağacları olan bostanın olmayınca və bu bostanda ağacların ortasından şırıl-şı­rıl çaylar axmadıqca,\t","yaxud, dediyin kimi, göyü par­ça-parça əzab olaraq üstü­mü­zə yağ­dır­ma­yınca; və ya iddia etdiyinin gerçək olduğuna açıq-aşkar şahidlik etmələri üçün Allahı və mə­ləkləri gətir­məyincə;","Yaxud qızıldan və ya daş-qaşdan bir evin ol­ma­yın­ca; yaxud da göyə qalxma­yınca biz sənə inanmayacağıq. Əgər göyə qalxmış olsan, Allah tərəfindən göndərilən bir elçi olduğuna dair bizim oxuya biləcəyimiz yazılı bir ki­tab gətirmədikcə biz sənə əsla inanmaya­ca­ğıq. Ey Peyğəmbər! Onlara de: \"Rəbbim pak və mü­qəd­dəsdir! Mən sadəcə diğər elçilər kimi gön­dəril­miş bir elçiyəm. Mən dediklərinizi yerinə yetirməyə qadir deyildir. Axı mən sizin məndən tələb etdiyiniz şeyləri necə gətirə bilərəm?!\"","Kafirlərə, Allaha və Onun elçisinə iman etmələrinə və Peyğəmbərin (səllallahu aleyhi vəə səlləm) gətirdiyinə əməl etməyə mane olan sadəcə olaraq onlara göndərilən elçinin özləri kimi bir bəşərdən olması idi. Onlar buna inkar edərək: \"Allah bizə elçi olaraq bəşərdən olan bir insanmı göndər­di?!\" – dedilər.","Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: \"Əgər yer üzündə yaşayanlar və orada sizin kimi arxa­yın gə­zib dolaşanlar mə­ləklər ol­saydı, əlbəttə, Biz onlara öz cinslərindən olan bir mələk elçi göndə­rər­dik. Çünki bu zaman yalnız mələk onlara göndərilən şeyi anlada bilərdi. Əgər yer üzündə mələklər olsaydı, onlara bəşərdən olan bir elçi göndərməyimiz də hikmətdən olmazdı. Sizində halınız belədir!\"","Ey Peyğəmbər! Onlara de: \"Mənim sizə yalnız Allahın buyurduğu hökmləri təbliğ etdiyimə və sizə elçi olaraq göndərildiyimin doğruluğuna dair, mənimlə sizin aranızda Alla­hın şahid olması ye­tər. Hə­qiqə­tən, Allah, qulların­ın halından xəbər­dardır, onların gizlində və aşkarda nələr etdikləri Ona gizli qalmaz. Allah onların qəlblərində bütün gizli qalan şeyləri gö­rən və biləndir!\".","Allah kimi hidayət yoluna yö­nəl­dir­sə, o, haqq yoluna yönəlmiş olar. Ey Peyğəmbər! Allah kimi rəzil edib, hidayət yolundan az­dı­rırsa, on­ları haqqa yönəldən, şəri onlardan uzaqlaşdıran və onlara xeyir gətirən bir dost­ tapa bil­məz­sən. Qiyamət gü­nü Biz onları kor, lal və kar olduqları halda üzü üstə sürünərək məhşərə top­laya­ca­ğıq. On­ların sığınacaqları yer Cə­hən­nəmdir. Cəhənnəmin atəşi azal­dıqca onlar üçün atəşi daha da artıra­cağıq!","Bu, onların elçilərimizə nazil etdilən ayələrimizi inkar et­diklərinə və öldüklən sonra yenidən dirilməyi mümkün olduğuna inanmayaraq: \"Məgər biz öldükdən, sü­­müklərimiz çürüyüb, ovulub torpağa qarışdıqdan sonra yeni bir məxluq olaraq di­rildilə­cə­yik?\" – dediklərinə gö­rə onla­ra veriləcək cəzalarıdır.","Öldükdən sonra yenidən dirilməyi inkar edən kimsələr belə bir əzəmətli göyləri və yeri yaradan Allahın, on­ların bənzərini yenidən yarat­mağa qadir olduğunu bilmirlərmi?! Əzəmətli bir yarlığı yaratmağa qadir olan Allah, əlbətdə ki, ondan daha kiçik olanı yaratmağa qadirdir. Uca Allah onlar üçün dünya həyatında əcəllərinin sona çatacağı mü­əyyən bir vaxt təyin etdiyi kimi, öldükdən sonra yenidən diriləcəkləri gün üçün də müəyyən bir vaxt təyin etmişdir. Öldükdən sonra dirilməyi isbat edən dəlillərin açıq-aydın olmasına rəğmən, müşriklər yenə də öldükdən sonra yenidən dirilməyi inkar etməkdə davam edirlər.","Ey Peyğəmbər! Müşriklərə de: \"Əgər siz Rəbbi­min tükməz, bitməz və əksilməz rəhmət xəzinələrinə sahib ol­say­dı­nız, onun xərc­lənib tükənməsindən sonra sizə yoxulluq üz verməsindən qorxaraq, xə­sislik edib onu xərcləməzdiniz. Mömin kimsə istisna olmaqla, insan təbiəti xə­sis­dir. Amma mömin isə Allahın savabına ümid edərək malını gecə-gündüz Allah yolunda xərcləyər!\"","Biz Musaya onun peyğəmbərliyini isbat edən doqquz açıq-aş­kar möcü­zə verdik. Bu möcüzələr: əsa, Musanın əlinin bəmbəyaz görünməsi, qıtlıq, məhsul azlığı, tufan, çəyirtkə, əkin həşəratları, qurbağa və qandır. Ey Peyğəmbər! Yəhudilərdən soruş! Çünki Musa onların ata-babalarına bu möcüzələrlə gəldikdə, Firon ona: \"Ey Musa! Sən bizə qəribə şeylər gətirdiyin görə, Mən sə­nin sehirlənmiş bir insan olduğunu zənn edirəm!\" – demişdi.","Musa Fi­rona belə cavab verdi: \"Ey Fi­ron! Sən möcüzələrin uca Allahın qüdrətinə və Rəsulunun doğruluğuna dəlil olaraq yalnız göy­lərin və yerin Rəb­bi olan Allah tərəfindən endirdiyini bilirsən. Lakin sən bilərəkdən bunları rədd edib yalan saydın. Mən də, ey Fi­ron, sənin məhv olacağını yəqin bilirəm!\"","Firon Musanı - aleyhissəlam - və onun qövmünü Misirdən çıxartmaqla cəzalandırmaq istədi. Biz də Fironu və onunla bir­­likdə olan əsgərlərinin hamısını dənizdə boğaraq həlak etdik.","Biz Firon və onun əsgərlərini suda qərq etdikdən sonra İsrail oğul­larına: \"Siz Şam torpaqlarında yaşayın! Qiyamət günü gəlib yetişdiyi za­man sizin hamınızı haqq-hesab üçün məhşərə gə­tirə­cəyik!\" – de­dik.","Biz Quranı Muhəmmədə (sallallahu aleyhi və səlləm) haqq ola­raq nazil et­dik, o da dəyişdirilmədən və təhrif edilmədən nazil oldu. Ey Peyğəmbər! Səni də ancaq təqva əhlinə Cənnətlə müj­də verən, küfür əhlini və günahkarları də cəhənnəm əzabı ilə qorxudan bir elçi kimi gön­dərdik.","Biz Quranı, insanlara yavaş-yavaş, aramla oxuyasan deyə onu bölümlər halında, qisimlərə ayıraraq nazil etdik. Çünki Quranın belə nazil edilməsi onu başa düşüb, dərk edilməsi üçün daha uyğundur. Biz onu müəyyən olaylarda və zamanlara his­sə­lərə ayırıb təd­riclə nazil et­dik.","Ey Peyğəmbər! De ki: \"İstər Qurana inanın, is­tərsə də inanmayın. Onsuz da sizin Qurana iman etməniz ona heç bir şey artırmaz, onu inkar etməniz də ondan heç bir şeyi əksildib, azaltmaz. Həqiqətən də, Qurandan əvvəl nazil edilən səmavi kitabları oxuyanlar vəhyin və peyğəmbərliyin nə olduğunu yaxşı bilirlər. Onlara Quran ayələr oxundu­ğu za­man onlar Allaha şükür etmək üçün dərhal üzüstə səc­də­yə qapa­narlar\".","Onlar səcdədə ikən: \"Rəbbimiz vədinə müxalif olmaqdan pak və ucadır! Onun Muhəmmədi (sallallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərmə vədi haqqdır. Rəbbimizin bu və bundan başqa verdiyi və­dlər müt­ləq yerinə yetəcəkdir!\" – deyərlər.","Onlar Allah qorxusundan ağlayaraq üzüqoylu yerə qapanıb Allah üçün səcdə edərlər. Quranı dinləmələri və onun ayələrinin mənaları barədə düşünmələri onların Allaha ita­ətini və Ondan qorxmalarını bir daha da artırar.","Ey Peyğəmbər! Sənin \"Ya Allah, Ya Rəhman!\" deyərək dua etməni inkar edənlərə belə de: \"Allah da, Rəhman da bütün nöqsanlardan uzaq olan Allahın iki adıdır. Siz istər bu iki adla, istərsə də Allahın bundan başqa olan adları ilə Ona dua edə bilərsiz. Uca Allahın gözəl adları vardır. Bu iki adda həmin adlardandır. Uca Allaha bu iki adla və ya bundan başqa olan gözəl adlarla dua edin. Müşriklər səni eşitməsin deyə namazda səsini çox yüksəyə qaldırma. Möminlər də səni eşitməyəcəyi qədər səsini aşağı salma. Bu ikisinin ara­sında or­ta bir yol tut!","Ey Peyğəmbər! De: \"Bütün həmd-sənalar və tərifləf Özünə heç bir öv­lad gö­tür­məyən, heç bir şəriki olmayan uca Allaha aiddir. Onun mülkündə heç bir şə­ri­ki, ortağı yoxdur. Ona əsla acizlik və ya zəyiflik toxunmaz. Uca Allahın Özünə kö­mək edə­cək heç bir dos­ta və ya yardımçıya da ehtiyacı yoxdur. Elə isə sən daima Onu tərif­lə­yərək Onun şənini uca tut və mülkündə Ona övlad, şərik və hər hansı bir yardımçı nisbət etmə!\"","Həmd-sənalar kamillik, izzət və cəlal sifətləri, zahiri və batini nemətləri ilə Qurani-Kərimi Öz Rəsulu Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edən və bu Quranda heç bir nöqsana yol ver­məyən Allaha aiddir!","Uca Allah Quranı, kafirləri Allah yanında gözləyən şiddətli bir əzabla qorxudan, saleh əməllər edən mö­min­lərə də onları sevindirəcək gözəl mü­ka­fatla müjdə­ verən, içərisində heç bir ziddiyyata və ya ixtilafa yol verilmədən nazil etmişdir.","Möminlər Cənnətdə onlara bəxş edilən naz-nemətlər içərisində əbədi qa­la­caq­lar və bu nemətlər onlardan əsla geri alınmayacaqdır.","Bu Quran həmçinin: \"Allah Özü­nə övlad götürmüşdür!\" – de­yən yəhudi, nəsrani və bəzi müşrikləri gözləyən Allahın əzabı ilə qorxudar.","Uca Allahın övladı olduğu barədə iddia edən bu iftiraçıların nə özlərinin nə də təqlid etdikləri ata-babalarının bir elmi, bir dəlili və ya bir sübutu vardır. Düşünmədən ağız­larından çıxartdıqları bu söz necə də çirkin bir sözdür. Onlar dedikləri bu söz, heç bir dayağa əsaslanmayan yalan­dan başqa bir şey deyildir!","Ey Peyğəmbər! Onlar bu Kitaba inan­mır­lar deyə, sən qəm-qüssəyə, dərdə düşüb, kədərlə­nib özü­nü həlakmı edə­cəksən?! Onların haqqa yönəlmələri barədə sən cavabdeh deyilsən. Sənin vəzifən yalnız onları haqqa dəvət etməkdir.","Biz yer üzündə mövcud olan bü­tün məxluqatı, onun üçün bir zinət və bərbəzək et­dik ki, in­san­lar­dan kimin Allahı razı salan gözəl əməl edəcəyini və kimin də daha pis əməl edəcəyini sınaq­dan keçirək və beləliklə də, hər kəsə etdiyi əməlin müqabilini verək.","Biz yer üzündə mövcud olan bü­tün məxluqatı, dünya həyatı sona çatdıqdan sonra, onun məhv edib, üzərində heç bir ot birməyən quraq bir torpaq halına gətirərik. Ey ağıl sahibləri! Elə isə bundan ibrət alın!","Ey Peyğəmbər! Sən əshabi-kəhfin və adlarının yazılı olduğu lövhəni möcüzələrimiz­in ən qə­ri­bəsi ol­du­ğunumu zənn etmə. Çünki göylərin və yerin yaradılışı kimi bundan başqa daha da təəccüb doğuran möcüzələrimiz vardır.","Ey Peyğəmbər! Bir zaman özlərinin haqq dininə görə qaçıb ma­ğa­raya sığı­nan, Allaha iman etmiş mömin gənclərin özlərinin Rəbbinə dua edərək: \"Ey Rəbbimiz! Bi­zə Öz tə­rəfindən mərhəmət əta et, günahlarımızı bağışla. Bizi düşmənlərimizdən qoru və kafirlərdən qaçıb hicrət və Sənə iman etdiyimizə görə haqq və düzgün yola yönəlməmiz üçün bizi hidayət yoluna yönəlt!\" – dediklərini yadına sal.","Onlar özlərinin dininə görə öz qövmlərindən qaçıb mağaraya sığındıqdan sonra heç bir səs eşitməmələri üçün onların qu­laq­la­rına pərdə çəkdik və on­ları çox uzun illər yu­xu­ya daldırıb, yatızdırdıq.","Sonra da bunun elmini ortaya çıxararaq bir-biriləri ilə mübahisə edən iki dəstədən han­sının, on­ların mağarada olduqları vaxt yatıb yuxuya daldıqları müd­də­ti daha düzgün he­sabladıqlarını bilmək üçün on­ları yatdıqları çox üzün bir yuxudan oyat­dıq.","Ey Peyğəmbər! Biz sənə onların başların gələn bu əhvalatı və barəsində heç bir şübhə olmayan bu xəbəri olduğu kimi söy­lə­yi­rik. Onlar Rəb­bi­nə iman gə­tirmiş və Allahın rizasını qazanmaq üçün saleh əməllər edən gənc­lər idi. Biz də on­la­rın haqq üzərində sabit qalmalarını və hi­da­yə­tlərini artırdıq.","Allahın vəhdaniyyətinə olan imanlrını kafir hökmdarın qar­şısında elan etdikləri zaman, Biz o gənclərin qəlblərini imanla və həmçinin imanlarında sabitqədəm olmaları və vətənlərini tərk etməyə qarşı səbir nümayiş etmələri üçün səbat verib qüvvətləndirdik. Onlar o vaxt qalxıb hökmdara: \"İman edib, itaət etdiyimiz Rəbbimiz, göy­lə­rin və ye­rin Rəb­bidir. Biz heç vaxt Ondan başqa, yalandan onların ilah olduqları idda edilən mə­budlara iba­dət et­mə­yə­cə­yik. Əgər biz Ondan başqasına ibadət edəcəyimnizi söyləsək bu zaman haqqdan uzaq və ədalətsiz bir söz söyləmiş olarıq!\" – de­mişdilər.","Bunda sonra həmin gənclər bir-biririnə baxaraq: \"Bi­zim bu qövmümüz özlərinə Allah­dan başqa ibadət edəcəkləri mə­budlar qə­bul etdilər. Onlar Allahdan başqasına ibadət etdiklərinə görə aşıq-aydın heç bir dəlil gətirməyə qadir deyillər. Allahın şəriki olması barədə ya­lan uydu­ran kimsədən daha zalım bir kəs ola bi­lməz!\" – dedilər.","Madam ki, siz qövmünüzdən uzaqlaşdınız, onların Allah­dan savayı ibadət etdik­lə­rini tərk etdi­niz və bundan sonra da yalnız Uca Allaha ibadət edəcəksiniz, elə isə dininizdə sabit qalıb, fitnəyə düşməməkdən ötrü mağa­raya sığı­nın ki, Rəbbiniz sizə Öz mərhə­mə­tini geniş etsin, sizi düşməninizdən hifz edib, onların şərindən qorusun, həyatınızda faydalanasınız deyə işi­nizi asanlaşdırsın və sizə qövmünüz arasında yaşamaqdan daha da xeyirli bir həyat bəxş etsin!","Gənclər mağaraya sığınaraq, onlara əmr olunan şeyə tabe oldular. Uca Allah mağarada onları yuxuya daldırdı və beləliklə də onları düşmənlərinin şərindən qorudu. Ey Onların əhvalatlarını oxuyan kimsə! Günəş məşriqdən doğ­duğu zaman onların ma­ğa­­ra­sı­nın sağ tərəfinə yönəlib ma­ğa­­ra­ya öz süasından toxundurduğunu, bat­dığı zaman isə onlara toxunmadan, onlardan uzaqlaşıb sol tərə­fə adladı­ğı­nı, onlar günəşin hərarəti özlərinə zərər verməyən daima kölğə içində olduqlarını, onların da mağaranın içində geniş bir yerdə yer­ləşdiklərini, ehtiyacları olduğu havanı rahatca necə tənəffüs etdiklərinidə görərdin. Onların mağaraya sığınmaları, orada uzun illər yuxuya dalmaları, günəşin süaları onlara toxunmadan meyil etməsi, mağarada yatdıqları yerin geniş olması və onları öz qövmlərinin şərindən xilas edilməsi Uca Allahın qüdrətinə dəlalət edən qəribə işlərindəndir. Allah kimi doğ­ru yola yönəl­dərsə, həqiqətən də o, doğru yol­dadır. Kimi də azdı­rarsa, ona doğ­ru yolu göstərən və bu yola yönəldən bir yaxın adam tapa bilməzsən. Çünki hidayət bəxş edib, doğru yola yönətmək kiminsə əlində deyil, bu yalnız Uca Allahın əlində olan bir işdir!","Ey Əshabi-kəhfin əhvalatlarını oxuyan kimsə! Onlar yatmış ikən gözləri açıq olduğundan dolayı sən on­ları oyaq zənn edərdin. Halbuki onlar, sözün həqiqi mənasında yuxuya dalmışdılar. Onlar yuxuda ikən torpaq cəsədlərini çürütməsin deyə, Biz bəzən on­ları sağ tərəfə, bəzən də sol tərəfə çe­virirdik. On­ların iti isə mağaranın girəcəyində qabaq pən­cələrini uza­daraq yatmışdı. Əgər sən onları bu vəziyyətdə görsəydin, onlardan qorxduğun üçün dö­nüb qa­çar­­­dın və bu üzdən qəlbini dəh­şət və qorxu bürüyərdi.","Onlar haqqında sənə söylədiyimiz hər bir şey, Bizim heyrətamiz qüdrətimiz sayəsində baş verən işlərdəndir. Biz onları, uzun müddət yatdıqdan sonra mağarada nə qədər yuxuya daldıqlarını bir-birindən so­ru­şmaları üçün yuxudan oyatdıq. Onlardan bəziləri mağarada bir gün, yaxud günün bir hissəsi qədər yatdıqlarını dedi­lər. Mağarada yatdıqları müddəti dəqiq bilməyənlər isə: \"Mağarada yatıb qaldığınız müddəti Rəbbiniz daha yaxşı bi­lir, bu işi Allaha həvalə edin və sizə aid olan işlə məşğul olun\" – deyərək cavab verdilər. Sonra onlardan biri belə dedi: \"İndi isə aranızdan bi­ri­ni, bu gümüş pulunuzla həmin şə­hə­rə göndərin. Qoy baxsın yemək satanların hansının yeməyi daha tə­­mizdirsə və hansının qazancı daha halaldırsa, ondan alıb sizə azuqə gə­tirsin. Şəhərə daxil olduqda, oradan çıxdıqda və şəhər sakinləri ilə əlaqə yaratdıqda qoy o, son dərəcə eh­ti­yat­lı ol­sun, ağıllı hərəkət etsin, sonu zərərlə qurtara biləcək hallardan uzaq dursun və heç kəsə sizin yerinizi öyrənməyə imkan verməsin!\t","Əgər qövmünüz sizdən xəbər tutub, yerinizi bilsələr, bu zaman sizi ya daşqalaq edib öldürər, ya da Allahın sizi haqq dinə hidayət etməzdən əvvəl olduğunuz batil dinə geri dön­dərərlər. Əgər siz batil dinə geri dönsəniz, onda siz nə dünya həyatında, nə də axirətdə, heç vaxt nicat tapa bilməz­si­niz, əksinə, Allahın sizi hidayət etdiyi haqq dini tərk edib və batil bir dinə döndüyünüzə görə böyük bir ziyana uğramış olarsınız!","Beləliklə, Bizim, əshabi-kəhfi uzun illər yuxuya daldırmağımız, bu uzun ilərdən sonra onları yuxudan oyatmağımız, öz şəhərlərində yaşayanlara Allahın möminlərə yardım edəcək vədinin və öldükdən sonra yenidən dirilmənin həqi­qət oldu­ğunu və qiyamət saatının da mütləq qopacağını onlara bildirib xəbərdar etmək üçün qüdrətimizə dəlalət edən qəribə işlərimizdən biridir. Əshabi-kəhfin halı insanlara bəlli olduqdan sonra onlar bir müddət həyat sürüb, bunun ardından vəfat etdilər. Onların bu durumuna şahid olan kimsələr onlar üçün nə edəcəkləri darədə ixtilaf etdilər. Onlardan bəziləri: \"Əshabi-kəhfi qorumaq və mühafizə etmək üçün mağaranın girəcəyinə bir divar hörün, Rəbbi onların halını daha yaxşı bi­lir, çünki onların uzun illər mağarada yatdıqdan sonra yuxudan oyanmalıarı onların Allah yanında yüksək məqama sahib olduqlarını göstərir!\" – dedilər. Bu zaman öz qövmü arasında bəzi nüfuz sahibləri, lakin Allahın dinindən elmsiz olan və həmçinin doğru dəvət sahib olmayan kimsələr: \"Əshabi-kəhfə hörmət əlaməti olaraq və onların uzun illər boyu yatdıqları yerlərinin bilinib xatırlanması üçün orada ibadət edilsin deyə on­ların üstündə bir mütləq bir məscid bina edəcəyik!\" – dedilər.","Mağarada yuxuya dalan gənclərin sayı barədə münaqişə edənlərdən bəziləri: \"Onlar üç kişidir, dör­dün­cü­sü isə köpəkləridir!\" – de­yəcək­lər. Digərləri isə \"On­lar beş kişi­dir, altıncısı isə köpəklə­ri­dir!\" – de­yəcək­lər. Bu­ iki dəstə nə söyləmişsə, bunların hər ikisi də zənnə qapanaraq, bilmədikləri bir şeyi təxmin edərək söyləyəmişdilər. Bəzi­ləri də: \"On­lar yed­di­ kişi­dir, səkki­zincisi isə kö­pəklə­ri­dir!\" – de­yəcək­lər. Ey Peyğəmbər! Onlara belə de: \"On­la­­rın sa­yını Rəbbim daha yaxşı bilir. Rəbbin bildirdiyi kimsələr müstəsna olmaqla insan­lardan onların sayının nə qədər olduğunu bilən çox az­dır. Sən nə onların sayı və nə də başqa halları barədə, istər Kitab əhli ilə istərsədə ki qeyriləri ilə açıq-aydın bir şəkildə və çox da dərinə varmadan və Allahın onlar barədə sənə nazil etdiyi ayələrə istinad edərək mübahisə et. Kitab əhli və ya başqalarından əshabi-kəhf barədə bir şey soruşma, çünki onlar bu hekayət haqqında heç bir elmə sahib deyillər!\"","Ey Peyğəmbər! Sabah etmək istədiyin bir iş barəsində: \"Mən sabah onu mütləq edəcəyəm!\" – demə! Çünki sən, sabah həmin işi edə biləcəyini və ya o işi etməyə sənə hər hansı bir maneənin çıxacağını bilmirsən. Uca Allah bu ayədə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xitab etsədə, amma ayənin mənası hər müsəlmana aiddir.","Ancaq o edəcəyin hər hansı bir işi Allahın istəyinə bağlayaraq belə deməlisən: \"Əgər Allah is­tə­sə (\"in­şallah\") o işi edəcəyəm!\". İn­şallah deməyi unut­du­ğun za­man Rəbbi­ni yada salıb: \"Ümid edirəm ki, Rəb­bim məni hidayət və müvəffəqiyyət baxımından bun­dan daha yaxın olan bir yola yönəltsin\" – de.","Əshabi-kəhf qaldıqları mağarada düz üç yüz doqquz il qaldılar.","Ey Peyğəmbər! Onlara de: \"Əshabi-kəhfin mağaralarında nə qədər qal­dıqla­rı­nı Allah daha yaxşı bilir. Artıq uca Allah onların mağaralarında qaldıqları müddəti bizə bildirmişdir. Bundan sonra bir kimsənin uca Allahın söylədiyinin üzərinə hər hansı bir söz söyləməyə haqqı yoxdur. Çünki göy­lə­rin və yerin qeybində olan hər bir şeyin yaradılması və elmi yalnız Ona aiddir. Uca Allah nə gözəl gö­rəndir, O, hər bir şeyi görür. Uca Allah nə gözəl eşidəndir, O, hər bir şeyi eşi­dir! İnsanların Allahdan başqa onların işlərinə yardım edən heç bir dostu və hima­yə­darı yox­dur. Uca Allah Öz hökmünə heç bir kimsəni əsla şərik et­məz. Höküm verən yalnız Odur!\"","Ey Peyğəmbər! Allahın sənə Quranda vəhy etdiyini oxu və onunla əməl et. Onun kəl­mə­lərini dəyişdirəcək bir kimsə yoxdur. Çünki bu kəl­mə­lərin hamısı doğru və hamısı ədalətli kəl­mə­lərdir. Sən uca Allahdan başqa heç bir sı­ğına­caq və ya səni qoruyacaq bir kimsə əsla ta­pa bilməz­sən.","Özünü səhər və axşam çağı, ixlasla Rəb­binə dua və ibadət edən kimsələrlə daima bir­likdə et. Zəngin və şərəfli insanlarla oturub-durmağa həris olub, nəzərlərini ixlasla Allaha ibadət edən kimsələrdən çevirmə. Qəlbini möhürləyərək Bizi zikir etməkdən xə­bərsiz etdiyi­miz, sənə öz məclisindən yoxsulları uzaqlaşdırmağı əmr edən, nəf­sinin istək­lərini Rəbbinə itaət etməkdən üzstün tutan və işləri boş faydasız və ziyan olan bir kim­sə­yə ita­ət etmə!","Ey Peyğəmbər! Qəlblərinin qəflətindən dolayı Allahın zikrindən üz çevirən kimsələrə belə de: \"Sizə gətirdiyim bu din, haqq dindir. Bu din məndən deyil, Allah tərəfindəndir. Məndən möminləri öz məclisimdən qovmağımı tələb etmənizi də yerinə yetirməyəcəyəm. Sizdən kim bu haqqa iman etmək istəyirsə, iman etsin, buna görə sonda Allahın ona verəcəyi mükafat onu çox sevindirəcək. Kim də kafir olmaq istəyirsə qoy kafir olsun, buna görə də sonda onu gözləyən əzab onu çox məyus edəcək!\" Biz Allaha küfür etməyi seçərək özlərinə zülm edən zalım­lar üçün Cəhənnəmin divarları onları əhatə edən əzəmətli bir od ha­zırlamışıq. Onlar oradan qaçıb canlarını qurtara bilməyəcəklər. Onlar şiddətli susuzluqdan dolayı su istədiklərində, onlara qaynar və çirkli yağ kimi su ilə kömək ediləcək­dir. Onlar həmin suyu içdikdə o suyun hərarətindən üzləri qovurulacaqdır. Onlara kömək edilərək verilən bu su, necə də pis və murdar bir sudur. Çünki bu su, onlıarın susuzluğunu yatızdırmaz, əsksinə susuzluqlarını daha da artırar. Onların dərilərini yandırıb-yaxan alov da əsla söndürülməz. Həqiqətən, Cəhənnəm necə də pis məs­kən və pis qərar tutulan bir yerdir!","Sözsüz ki, Allaha iman gətirib, saleh əməllər edənlər, əməllərini gözəl bir şəkildə əta etdiklərinə görə onlar üçün böyük bir savab vardır. Biz yaxşı işlər görənlərin əcrini puç etmərik. Əksinə, onların əcirlərini naqis edilmədən, kamil bir şəkildə verərik.","İman edərək, saleh əməllər etməklə vəsf olunan o kimsələr üçün sarayları altın­dan şirin dadlı Cənnət çayları axan, içində əbədi qalacaqları cən­nətlər hazırlan­mışdır. Onlar ora­da qızıl bilərziklərlə bəzə­di­lə­cək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyə­cək və üstləri gözəl bəzəklərlə bəzədilmiş taxt­la­rın üs­tündə dir­səklənə­cək­lər. Onlara verilən mükafat nə gözəl mü­ka­fatdır, içərisində qərar tutacaqları Cənnət nə necə də gözəl məskəndir!","Ey Peyğəmbər! Onlara, biri mömin, digəri kafir olan iki kişinin əhva­la­tını mə­səl çək. Bunlardan kafir olanına iki üzün bağ ve­rib, bu iki üzüm bağını da xur­ma­ ağacları ilə əhatə etdik və bu iki bağın boş qalan yerlərində əkin saldıq.\t","Hər iki bağ da xurma, üzüm meyvələrini və öz bəhrəsini heç bir şeyi naqis etmədən, əksinə, bol-bol, kamil bir şəkildə ver­di. Biz də rahat sulanması üçün o hər iki bağın ara­larında bir çay axıtdıq.","İki bağa sahib olan kimsənin, bu iki bağdan başqa mal-dövləti, meyvəsi və gəliri də var idi. Bundan dolayı o, özünü mömin yoldaşından üstün tutaraq, qürürlu bir halda ona: \"Mən mal-dövlət və sər­vətcə səndən daha zən­gin və qəbilə, qohum-əqraba cəhətdən də səndən daha qüvvət­liyəm!\" – dedi.","O kafir kişi, mömin olan kişi ilə birgə öz bağını ona göstərmək üçün küfr və təkəbbülük etməklə özünə zülm edərək ba­ğına daxil olub dedi: \"Gördüyün bu bağın ərsəyə gəlib və daima belə bir halda qalması üçün əlimdən gələni etdiyimə görə, bunun nə vaxt­sa məhv ola bi­ləcəyini dü­şün­mürəm!\"","Qiyamət gününün gələcəyini də heç zənn etmi­rəm. Yaşadığımız bu dünya həyatı əbədi olan bir həyatdır. Öldükdən sonra təkrarən dirilib, Rəbbimin ya­nı­na qay­tarılmağı fərz etmiş olsam, təkrarən dirildiyimdən sonra qayıdacağım yerdə söz­süz ki, bundan daha gözəl bir bağım olacaq. Dünyada zəngin olan, öldükdən sonra yenidən dirildikdə də zəngin olar!\"","Onunla söhbət edən mömin yol­daşı isə dedi: \"Atan Adəmi torpaqdan, son­ra səni nütfədən yaratmış, daha sonra səni insan qiyafəsinə sal­mış, bütün əzalarının hər birini öz yerində, kamil şəkildə yaratmış Rəb­bi­nə küfr­mü edirsən?! Şübhəsiz ki, bütün bunları etməyə qadir olan, öldükdən sonra səni yenidən dilitməyə də qadirdir!\"","Amma mən heç də sənin söylədiyin kimi söyləmirəm. Lakin uca Allah, bol-bol nemətləri ilə bizlərə lütf edən Rəb­bim­dir və mən Rəb­bi­mə ibadətdə heç kəsini Ona şə­rik qoşmaram!","Məgər öz bağına girdiyin zaman: \"Maşal­lah, bu, Uca Allahın istəyi ilə olmuşdur. Güc-qüv­vət yalnız Allaha məxsus­dur. İstədiyini edən ancaq Odur. O, güc-qüvvət və qüdrət sahibidir!\" – deməli deyil­din­mi?! Əgər sən, var-dövlətcə və övladca məni özün­dən kasıb sayırsansa, yenə də belə söyləməli deyildin,\t","Uca Allahın mənə, sənin bağından daha yaxşısını vcerəcəyini, sənin bağına isə səmadan bir əzab göndərib oranı sürüşkən, ayaq basılması mümkün olmayan və heç bir şey bitməyən, qupquru olacağını düşünürəm.","Yaxud suyu tamamilə yerin dibinə çəkilib get­sin və heç bir vasitə ilə o suyu əldə edə bilməyəsən. Əgər bağın suyu olmazsa, o bağ dirçələ bilməz!\"","Nəhayət, mömin kimsənin gözlədiyi əzab gəldi və beləcə, o kafir adamın bağındakı bütün məh­sulu bir anda yerlə yeksan oldu. O, ba­ğı­nı bəhrəli bir bağ olması üçün çəkdiyi bütün əziyyətin və ora qoy­duğu məsrəfin bir anda yox olmasından dolayı son dərəcə peşmançılıq və hüzn çək­ərək əllərini bir-birinə vurmağa baş­ladı, bağın çardağı uçulub dar­madağın və üzüm təhənglərinində yerə sərilmiş olduğunu gördükdə o belə dedi: \"Kaş, mən tək olan Rəb­bimə iman edib və heç kəsi ibadətdə Ona şərik qoşma­yay­dım!\"","Bu kafirin başına gələn əzabı mane olacaq bir camaatı da yox idi. Halbuki vaxtı ilə o, öz camaatının çoxluğu ilə öyünüb, fəxr edirdi. O kafir insan, uca Allahın onun bağını həlak etməsinə əsla mane ola bilməzdi.","Belə məqamda yardım et­mək yalnız tək olan uca Allaha aiddir. Uca Allah, mömin olan qullarına ən yaxşı mükafat verən, onlar üçün savabı qat-qat artıqan və onlara ən gözəl aqibət nəsib edəndir.","Ey Peyğəmbər! Dünya həyatına aldananlara belə bir məsəl çək. Bu dünya həyatının məsəli, tez bir zaman da yox olan göy­dən endirdiyimiz yağışa bən­zər ki, bu yağış suyu ilə yer­ üzündəki bitkilər ye­ti­şib, bəhrə verər, sonra parçalanıb çör-çöpə dönər və sonda küləklər onu sovu­rub uzaq bir yerlərə aparar, beləliklə də, yer əvvəlki halına dönər. Allah hə şeyə qadir­dir. Onu heç bir şey aciz edə bilməz. O, istədiyinə həyat verər və istədiyini də həlak edib, yox edər!","Var-dövlət və övladlar dün­ya hə­yatındakı bərbəzəyidir. Allahın rizasını diləyərək xərclənilən mal-dövlət müstəsna olmaqla, mal-dövlərin axirətdə heç bir faydası yoxdur. Uca Allahın razı qaldığı sözlər və əməllər Allah yanında savab baxımından dünyanın bütün bərbəzəyindən daha əfzəl­dir və bu, insanın ümid etdiyinin ən xeyirlisidir. Çünki dünyanın bərbəzəyi və zinəti fanidir, Allah yanında razı qalınan sözlər və əməllərin savabı isə əbədidir.","Dağları yerindən yox edəcəyimiz günü xatırla. Yer üzərində olan dağların, ağacların və binaların tamamən yox olduğu üçün sən yer üzünü düm­düz olduğu­nu görəcək­sən. O gün Biz, bütün məxluqatı bir yerə cəm edəcəyik, on­lar­dan heç birini də diriltmədən, öz qəbrində ölmüş bir halda bu­raxmayacağıq.","İnsanlar Rəbbinə səf-səf ərz olunacaqlar, Uca Allah da onları hesaba çəkərək belə de­yə­cəkdir: \"Hüzuru­mu­za sizi ilk də­fə yarat­dığımız kimi tək başına, ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda gəl­diniz. Əksinə, siz, bir daha dirilməyəcəyinizi, etdiyiniz yaxşı və ya pis əməllərin mükafatını vermək üçün Biz sizə müəyyən bir zaman və məkan təyin etməyə­cə­yimizi zənn edirdiniz!\"","O gün hər kəsin əməl dəftəri qarşı­sına qoyu­la­caq, bəziləri onu sağ tərəfdən, bəziləri də sol tərəfdən alacaqdır. Ey İnsan! O gün sən kafirlərin ora­da yazıl­mış olanlar­dan qorx­duqlarını görə­cək­sən. Çünki onlar etdikləri küfr və günahları yaxşı bilirlər. Onlar bunun ardından belə deyəcəklər: \"Vay halı­mıza və başımıza gələn müsibətə! Bu ne­cə bir kitabdır! Etdiyimiz əməllərdən nə bir ki­çik, nə də bir böyük günahı bu­rax­madan hamısını sayıb yaz­mış­dır!\" Onlar dünya həyatında et­­dik­ləri bütün günahların hamısını necə var, yazılı bir halda görəcəklər. Ey Peyğəmbər! Rəb­bin heç kəsə qarşı zülm etməz. Heç kimsəni günahsız yerə cəzalandırmaz. Ona itaət edən kimsənin də etdiyi itaətin əcrini naqis etməz!","Ey Peyğəmbər! Yadına sal ki, Biz bir zaman mələk­lə­rə: \"Adəmə salam məqsədilə səcdə edin!\"– de­mişdik. İb­lisdən başqa mələklərin hamısı, salam vermək məqsədilə Adəmə səcdə etdi. İblis cinlərdən idi, mələklərdən deyildi. Beləliklə də, O, Adəmə səcdə etməyə təkəbbürlük göstərərək, Rəbbinin əm­rinə boyun əy­mədi. Ey İnsanlar! Onlar sizin düşməni­niz olduğu bir halda, siz Mə­ni qoyub onu və onun övladlarını özünüzə dostmu tutursunuz?! Axı düşmənlərinizi necə özünüzə dost tuta bilərsiniz?! Uca Allahla dostluq etmək əvəzinə, şeytanı özünə dost tutan za­lımların etdikləri necə də çirkin və mürdar bir işdir!","Özünüzə Məndən başqa dost tutduqlarınız da sizin kimi insanlardır. Mən göyləri və yeri yaratdığım zaman onları şahid tutmadım. Əksinə, bu vaxt onlar heç mövcud da deyildilər. Həmçinin, Mən onları yaratdığım zaman bəzilərini digərlərinin yaradılışına da şahid tutmadım. Yaratmaq və idarə etmək tək Mənə aiddir. Mən başqalarını yol­dan çıxaran insan və cinlərdən olan şeytanları Özümə əsla yardımçı etmərəm. Mənim yardımçılara heç bir ehtiyacım yoxdur!","Ey Peyğəmbər! Qiyamət günü uca Allahın dünyada ikən Ona şərik qoşan müşriklərə: \"Ey Müşriklər! Şəriklərim olduğunu iddia et­diyiniz bütlərinizi, bəlkə sizə yardım edərlər deyə, köməyə ça­ğı­rın!\" – deyəcəyini xatırla. Müşriklər on­ları özlərinə yardım etməyə çağırsalar da, bütlər onlar nə ca­vab ver­ə bilə­­cək­, nə də onlara yardım göstərəcəklər. Biz müş­rik­­lərlə büt­lə­rin hamısının birlikdə məhv olacaqları bir çuxur sa­la­rıq. Bu da Cəhənnəm atəşidir!","Müşriklər atəşi öz gözləri ilə görüncə, ora­ya düşəcəklərini tam yə­qinliklə biləcəklər, lakin ora­dan qaçıb canlarını qurtarmağa bir yer tapa bil­məyə­cəklər.","Biz Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quranda insanların xatırlayıb öyüd-nəsihət almaları üçün hər cür məsəli ətraflı izah et­dik. Lakin insan isə ən çox - xüsusən də ki, kafir - haqqsız olduğu bir halda mücadilə edəndir.","İnadkarlıq edən kafirlərin Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbindən gətirdiyi haqqa iman etmələrinə və günahlarına görə Allahdan bağışlanma diləmələrinə mane olan səbəb heç də verilən izahların naqisliyinə görə deyildir. Artıq Quranda onlar üçün kifayət qədər məsəllər çəkilib, öyüd-nəsihətlər verilmiş və açıq-aydın dəlillər göndərilmişdir. Onların iman etmələrinə mane olan səbəb, inadkarlıqla özlərindən əvvəlki ümmətlərin başlarına gələn əzabın öz başlarına gəlməsini və onlara vəd edilən əzabın da öz gözləri ilə görmələrini istəmələri oldu.","Biz göndərdiyimiz elçiləri ancaq iman və itaət əhlinə müjdə verən­lər, kafirlərə və günahkarlara isə xəbərdarlıq edən­lər kimi gön­də­ririk. Elçilər, insanların qəlblərini imana gətirmək gücünə malik deyillər. Onlara gətirilən dəlillərin açıq-aydın olmasına rəğmən Allaha və Onun elçilərinə küfür edənlər Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən haqqı ba­til dəlilləri ilə ara­dan qal­dır­maq üçün müba­hisə edir­lər. Onlar Quranı və xə­bər­dar olun­duqları şeyləri is­tehza edib, məsxərəyə qoyurlar.","Rəbbinin ayələri yadına salı­nar­kən oradakı əzab vədinə önəm verməyən, o ayələrdə zikir edilənlərdən öyüd-nəsihət almaqdan üz döndə­rən, dünya həyatında etmiş olduğu küfrləri və günahları unudub və bunlardan tövbə etməyən kimsədən də daha za­lım kim ola bilər?! Bu sifətlərə sahib olan kimsələrin qəlblərinə Qu­ranı anla­masın­lar deyə ör­tük­lər çək­dik, qulaqlarına da tıxaclar vurduq. Onlar bu səbəbdən Quranı dinləyib qəbul edə bilməzlər. Sən onları nə qədər doğru yo­la ça­ğır­san da, qəlblərindəki örtüklər və qulaqlarında maneələr olduğu müddətcə onlar heç vaxt sənin çağırışını eşidib iman etməzlər.","Peyğəmbər -sallallahu aleyhi və səlləm- onu təkzib edənlərə tez bir zamanda əzabın gəlməsini istəməməsi üçün Uca Allah ona belə buyurmuşdur: \"Ey Peyğəmbər! Rəbbin Ona tövbə edən qullarının günahlarını bağışlayandır. Mər­həmət sahibidir. Onun mərhəməti hər şeyi ehtiva etmişdir. Günahkarların tövbə etmələrini ümid edərək onlara möhlət verməsi də, Uca Allahın Öz qullarına olan mər­həmətindəndir. Əgər Uca Allah Ondan üz çevirən qullarına əzabı tezləşdirsəydi, bu zaman onla­rı dünya həyatında cəzalandırmış olardı. Lakin O, həlimdir, rəhimlidir, qulları tövbə etsinlər deyə əzabı onlardan gecikdirər. Əksinə, onlar tövbə etməyəcəkləri təqdirdə, etdikləri küfrlərə və haqdan uzaqlaşdıqlarına görə cəzasını almaları üçün əvvəlcədən təyin edilmiş məkan və zaman vardır. Əzab gə­ləcəyi vaxt onlar Allahdan başqa heç bir sığına­caq tapa bilməyəcəklər.\t","Hud, Saleh, Şueyb və s. bu qövmlər kimi sizə yaxın olan kafir məmləkətlərin əhalisi küfr və günahlar etməklə özlərinə zülüm etdikdə, Biz onları məhv etdik. Biz onla­rı məhvi üçün müəyyən bir vaxt təyin et­miş­dik.","Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa - aleyihissəlam - öz xid­mətçisi olan Yuşə ibn Nuna belə demişdi: \"Mən iki də­ni­zin qovuş­du­ğu yerə ça­­tana qədər, yaxud saleh quldan elm öyrənməyim üçün onu tapana qədər uzun müddət səfə­rimə da­vam edə­cə­yəm!\"","Onları hər ikisi yoluna davam etdi və dənizlərin qo­vuş­duğu yerə gəlib çatdıqlarında, özlərinə yeməyə götürdükləri balığı unut­dular. Uca Allah bu zaman dalığı diriltdi, balıq isə dənizdə özünə su­yun bir-birinə qarışmayacaq yol açıb, iz buraxaraq getdi.","Musa və onun xidmətçisi Yuşə ibn Nun dənizlərin qovuşduğu yer keçdikdə, Musa - aleyhissəlam - öz xidmətçisinə: \"Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə həddən artıq yorulduq\" – dedi.","Xidmətçi dedi: \"Qaya­ya sığındığımız zaman bilirsənmi nə baş verdi?! O vaxt mən sənə balıq barədə deməyi unutdum. Doğrusu, onu sənə xa­tırla­mağı yalnız şeytan mə­nə unut­durdu. Balıq gözlənmədən dirilib qəribə bir şə­kil­də də­niz­də yol tutub getdi!\"","Musa - aleyhissəlam - öz xidmətçisinə dedi: \"Elə istədiyimiz də bu idi, bu görüşəcəyimiz saleh qulun olduğu yerin əlamətidir!\"– dedi. Sonra onlar gəldikləri yolu itirməmək üçün qayanın yanına qədər eyni yol ilə öz lə­pir­­lərinin izinə düşüb ge­ri qayıtdılar. Oradan da balığın dənizə girdiyi yerə geri döndülər.","Musa və onun xidmətçisi Yuşə ibn Nun balığı itirdikləri yerə çatdıqda, onlar orada saleh qullarımızdan biri olan Xızıra - aleyhissəlam - rast gəldi­lər. Biz ona Öz tərə­fi­miz­dən mər­həmət bəxş etdi­k və ona insanların bilmədikləri bir elm öyrət­di­k. O da, bu hekayətin ehtiva etdiyi məsələdir.","Musa təvazökarcasına və nəzakətlə ona dedi: \"Uca Allahın sənə öyrətmiş olduğu haqq yolu göstə­rən elm­dən mənə də öyrət­mən üçün sənə tabe ola bilərəmmi?\"","Xızır dedi: \"Doğrusu, sən mənim öz elmimə əsaslanaraq görəcəyim işlərə səbir edə bil­məz­sən. Çünki mənim elmim, sənin elminlə eyni deyildir!\"","Həqiqəti səbəbini dərk etmədiyin bir şey gördükdə, sən necə səbir edə bi­lər­sən? Çünki sən, zahirən görüb bildiyin bir şeyə hökm verirsən?!","Musa Xızıra belə dedi: \"İnşallah, sən məni, səndə gördüyüm işlərə sə­birli və sənə itaətkar ol­duğumu görəcəksən. Mənə əmr etdiyin zaman sə­nin heç bir əm­rindən çıxma­ya­cağam!\"","Xızır Musaya dedi: \"Əgər mənə tabe ola­caqsansa, mənim etdiyim hər hansı bir əmələ şahid olsan, öncədən özüm o barədə sənə bildir­mə­­yincə mən­dən o şey haqqında so­ruş­ma!\"","Xızır Musa ilə şərti kəsdikdən sonra bir gəmi tapana qədər hər ikisi də dəniz sahilinə tərəf get­dilər. Nəhayət, bir gəmi tapdıqları zaman, gəmi sahibi Xızıra hörmət əlamti olaraq onları pulsuz və heç bir qarşılıq almadan gə­miyə mindirdi. Bu zaman Xızır gəminin bir taxtasını sındırıb çıxararaq gəmidə dəlik açdı. Musa ona dedi: \"Gəmi sahibi bizi pulsuz-parasız gəmiyə mindirdiyi halda, sən isə gə­midə olan­la­rın suyda batması üçün onu deşdin?! Həqiqətən sən, bö­yük bir günah iş gör­dün!\"","Xızır Musaya belə cavab verdi: \"Məgər mən sənə mənimlə birgə olduğun zaman görəcəyim işlərə əsla səbr edə bilməzsən demədimmi?!\"","Musa Xızıra - aleyhissəlam - dedi: \"Unut­qanlıq üzündən sənə verdiyim sözümü yerinə yetirmədiyim üçün məni qınama və sənə yol yoldaşlığı etiyimə görə də məni çətinliyə sal­ma!\"","Onlar gəmidən düşdükdən sonra hər ikisi də sahildə gəzməyə başladılar. Bu zaman onlar uşaqlarla birgə oynayan, həddi-büluğa çatmayan bir oğlan uşağı ilə rast­laş­dılar, Xızır da dərhal onu öldürdü. Musa ona dedi: \"Həddi-büluğa çatmayan, pak, məsum bir canı gü­nah­sız bir yerəmi qəsd et­din? Doğrusu sən, çox pis bir iş gördün!\""]