["Xızır Musaya - aleyhissəlam - belə cavab verdi: \"Ey Musa! Mən sənə dedim axı, sən mənim edəcəyim əməllərə əsla səbir edə bilməzsən!\"","Musa - aleyhissəlam - dedi: \"Əgər bun­dan sonra səndən hər hansı bir şey ba­rə­sində so­ruş­sam, məni tərk et. Çünki sənin əmrinə üç dəfə müxalif olduğum üçün artıq məni atıb getməyə haqqın vardır\".\t","Onlar yenə yollarına davam etdilər və nəhayət bir kənd əhlinin ya­nına gə­lib camaatdan yeyəcək bir şey istədi­lər. Kənd əhli isə onlara yeyəcək bir şey verməkdən və onların müsafir haqqlarını yerinə yetirməkdən imtina etdilər. Onlar o kənddə da­ğılıb, uçulmaq istəyən bir di­var gör­dü­lər. Bu zaman Musa - aleyhissəlam - Xızıra: \"Əgər istəsəydin, bizim müsafir haqqımızı verməkdən imtina etdiklərinə görə öz ehtiyaclarımızı ödəmək üçün, bunun mü­qa­bilində onlardan zəhmət haqqı alardın\".","Xızır Musaya belə dedi: \"Divarı düzəltdiyimə görə onlardan heç bir zəhmət haqqı almadığıma etiraz etməyin, mənim­lə sənin aran­da ayrılıq səbəbidir. Mən də sənin görüb sə­bir edə bil­mədiyin şey­lərin açıqlamasını sənə xəbər verə­cə­yəm!","Bir taxtasını sındırıb çıxararaq dəlik açdığım gəmiyə gəlincə, o, də­niz­də çalışan və gəmini qorumağa qadir olmayan aciz adamlara məx­sus idi. Gəmini xarab etmə səbəbi isə qarşıda onları gözləyən, hər bir ya­rar­lı gəmini zorla qəsb edib ələ ke­çirən və eyibli, xarab gəmini isə tərk edən hökm­darın, gəmini onların əlindən almaması üçün mən həmin gəmini korlayıb xarab etdim.","Oğlan uşağını öldürməyimi inkar etdiyinə gəldikdə, o uşağın ata-anası mömin idi. Uca Allah onun kafir olacağını bilirdi. Biz o uşa­ğın həddi-buluğa yetişdikdən sonra ata-anasını onu həddən ziyadə sevgisində və ya ona olan ehtiyaclarında ifrata vararaq, onları Allaha küfür etməyə sürük­lə­mə­sin­dən qorx­duq.","Biz, o uşağı öldürməklə, uca Allahın onun əvəzində ata-anasına dində və saleh əməllərdə on­dan daha xeyirli, günahlardan on­dan da­ha təmiz və ata-anasına ondan da da­ha mər­hə­mət­li olan başqa bir övlad verməsini istədik.","Amma dağılıb uşmaq uzərə olan divarı düzəltmə səbəbindən inkar etdiyinə gəldikdə isə, o divar gəldiyimiz şəhərdə ata-anası ölmüş iki yetim oğlana aid idi. Bu divarın al­tın­da onlara məxsus bir xə­zinə vardı. Onların atası ­saleh bir kimsə idi. Ey Musa! Rəbbin on­ların böyüyüb, həddi-buluğa çatmala­rını, həmən divarın altında gizlədimış onlara məxsus öz xəzinəni tapıb çıxartmalarını is­tə­di. Əgər divar indi dağılıb uçulsaydı, xəzinə ortaya çıxıb zay olub gedərdi. Bu, Rəbbinin onlara olan bir mərhəməti sayəsində idi. Mən bun­ları öz ixtiyarımla etmir­dim. Bunlar, sənin səbir edə bilmə­di­­yin şeylərin həqiqi yozumudur!\"","Ey Peyğımbər! Müşriklər və yəhudilər səni imtahana çəkmək üçün səndən Zülqərneyn ba­rə­sin­də soruşurlar. De: \"İbrət və öyüd-nəsihət almanız üçün onun barə­sin­də si­zə onun xəbərlərindən bir qismini da­nışa­cağam!\"","Həqiqətən, Biz onu yer üzündə güc-qüvvət və qüdrət sahibi etdik, istədiyi şeyə çatıb, əldə etməsi üçün ona hər bir şeyi verik.","İstədiyi şeyə çatıb, əldə etməsi üçün ona verdiyimiz vasitələr və yollarla günbatana tərəf səfərə çıxdı.","Zülqərneyn yer üzündə gəzib dolaşdı və nəhayət, günəşin qürub etdiyi yerə gə­lib çatdıqda, o, günəşi, baxan insanın sanki qa­ra palçıq­lı qaynar bir bulaqda batan gör­dü. Zülqərneyn bu zaman orada kafir bir qövmə rast gəldi. Biz ona seçim verərək belə bu­yur­duq: \"Ey Zülqər­neyn! Sən ya onları öldürməli, ya da başqa cür cə­za­lan­dırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!\"\t","Zülqərneyn dedi: \"Özünü Allaha ibadət etməyə dəvət etdiyimdən sonra Allaha şərik qoşan və bu əməlində davam edən kimsənin dünya həyatında ölüm ilə cəzalan­dıracağıq. Qiyamət günü isə o, Rəb­bi­nə qayta­rıla­caq. O da ona şiddətli bir əzabla əzab verə­cək­dir!","Onlardan kim Allaha iman edib saleh əməl edərsə, Rəbbi yanında iman və saleh əməlinin qarşılığı olaraq onun üçün Cənnət vardır. Biz əm­ri­mizdən ona asan və rahat olanı buyura­cağıq!\"","Sonra o, başqa bir yola tərəf üz tutub günəşin doğduğu tərəfə getdi.","Sonra Zülqərneyn, yenə yer üzündə gəzib dolaşdı və nəhayət, gəlib günəşin doğ­duğu yerə çatdıqda, sanki günəşi baxan insanın, özlərini günəşin hərarətindən qorumaq üçün heç bir ev və ya ağac kölğəsi yaratmadığımız bir qövm üzərində doğan gördü.\t","Bax Zülqərneynin əhvalatı belə idi! Artıq Biz Öz elmimizlə onun qüdrətindən, səltənətindən və səyahətindən təfsilatlı şəkild hamısından xə­bər­da­rıq.","Sonra o, əvvəl getdiyi iki yoldan başqa, məşriq və məğrib arasında bir yola tərəf üz tutub getdi.","Bundan sonra Zülqərneyn yenə də yer üzündə gəzib dolaşmağa davam etdi və nəhayət o, iki dağ arasında sərhəd kimi olan bir yerə gəlib çatdıqda, orada az qala özlərindən başqa heç bir kimsənin danışığını anlamayan bir qövmə rast gəldi.","Onlar dedilər: \"Ey Zül­qər­neyn! Yəcuc və Məcuc (Onlar bunu deməklə, Adəm övladından olan iki əzəmətli ümməti qəsd edirdilər) tay­fa­ları insanları qətlə yetirməklə və başqa pis əməllər etməklə yer üzündə fitnə-fəsad tö­rədirlər. Biz sənə pul versək sən bi­zimlə onların ara­sın­da bir sədd çəkə bilərsənmi?\"","Zülqərneyn dedi: \"Rəbbimin mə­nə əta et­di­yi mülk, padşahlıq, hökmdarlıq, qüdrət, sərvət və səltənət sizin mənə verəcəyiniz mal-dövlətdən daha xeyirlidir. Gə­lin siz öz adamlarınızla və alətlərinizlə mə­nə kö­mək edin, mən də sizinlə on­ların ara­sın­da möhkəm bir divar çə­kim!","Zülqərneyn dedi: \"Mənə dəmir parçaları gə­­tirin!\" Onlar da dəmir parçaları gətirdilər və Zülqərneyn iki dağ arasını bina etməyə başladı. Nəhayət, iki dağ arasındakı boşluqları doldurub qurtardıqdan sonra onunla birgə çalışan işçilərə: \"Bu dəmir parçalarının üzərinə od vurun\"– de­di. Də­mir parçaları əriyib köz kimi olduqda: \"Mənə mis gətirin, ərimiş dəmirin üzərinə töküm!\"– de­di.","Yəcuc və Məcuc tayfa­la­rı həmin səd­din yüksəkliyindən dolaylı nə onun üstünə çıxa bil­di­lər, nə də səddin möhkəmliyinə görə onu alt tərəfdən deşib keçə bil­dilər.","Zülqərneyn dedi: \"Bu sədd, Yəcuc-Məcüc tayfalarının yer üzündə fitnə-fəsad törməmələri və bu işdə onlara mane olmaları üçün Rəb­bim­dən olan bir mərhəmət­dir. Qiyamət saatı qopmazdan əvvəl uca Allahın onların çıxması üçün təyin etdiyi vaxt gəldikdə isə, onu yerlə bərabər edəcək­dir. Uca Allahın səddi yerlə bərabər etməsi, Yəcuc-Məcüc tayfalarının oradan çıxıb, yer üzünə səpələnməsinə dair verdiyi vədi həqiqətdir və bu haqda heç bir ixtilaf ola bilməz!\"","Biz qiyamətə yaxın məxluqatın bəzisini başlı-başına, bir-birinə qa­rış­mış hal­da bura­xa­rıq. Sura üfü­rüldüyü zaman isə onların hesaba çəkib və etdikləri əməllərin qarşılığını vermək üçün hamısını bir araya top­layarıq.","O gün kafirlərin Cəhənnəmi öz gözləri ilə görmələri üçün Cəhənnəmi onlara açıq-aydın bir şəkildə göstərərik.","Biz, dünyada ikən gözləri önünündə görmələrinə mane olan pərdədən dolayı Allahı zikir etməkdən kor olan kafirlərə Cəhənnəmi aşkar edib, göstərdik. O kəslər, dünyada Allahın ayələrini eşidib qəbul etmək iqtidarında deyildilər.","Məgər Allaha küfür edən kafirlər Məni qo­yub mələklərdən, peyğəmbərlərdən və şeytanlardan olan qul­larımı özlərinə dost tu­ta­caq­­la­rınımı zənn edirdilər? Şübhəsiz ki Biz, Cə­hənnəmi ka­firlərin orada qalmaları üçün hazırladıq!","Ey Peyğəmbər! De: \"Ey İnsanlar! Sizə insanlar içərisində əməlləri ba­xı­mından ən çox ziyana uğra­yan­ların kim olduğunu xəbər verimmi?","Onlar Qiyamət günü, dünya həyatındakı səy­ləri bo­şa çıx­an kimsələrdir. Halbuki on­lar özlərinin yaxşı işlər gör­dükləri gü­ma­nında idilər. Amma həqiqət isə bunun tam əksidir.","Onlar Allahın vəhdaniyyətinə dəlalət edən ayələ­ri və Onun­la qarşılaşacaqla­rını in­kar edən və etdikləri küfrdən dolayı əməlləri boşa çıxan kim­sələrdir. Odur ki, Qiyamət gü­nü onların Allah yanında heç-bir qədir-qiymətləri olmayacaqdır!\".","Allahı inkar etmələrinə və elçilərimə nazil etdiyim ayə­lə­rimi lağlağıya qoy­duq­larına görə onlar üçün hazırlanmış cə­za – Cəhən­nəmdir.","Şübhəsiz ki, Uca Allaha iman gətirib yaxşı əməllər edənlərə hörmət olaraq qalacaqları yer, Cənnətin ən üstün təbəqəsində hazırlanmışdır!","Onlar o cənnətlərdə daimi qa­la­caq, oradan daha gözəl bir yer olmadığı üçün ora­nı tərk edib başqa bir yerə getmək is­tə­­məyə­cək­lər.","Ey Peyğəmbər! De: \"Rəbbimin kəlmələri tükənməzdir. Əgər dəniz suyu mü­rək­kəb olsa və bir o qə­dər də ona əlavə etsəydik və bunlarla Rəbbimin kəlmələrini yazmış olsaydın, Rəbbimin kəlmələri qurtarmazdan ön­cə dənizin suyu qur­tarardı!\"","Ey Peyğəmbər! De: \"Mən də sizin kimi bir bəşərəm. Şübhəsiz ki, mənə, haqq olan məbudunuzun tək bir məbud olduğu və Onun heç bir şəriki, ortağı olmadığı vəhy olu­nur. O, Uca olan Allahdır. Kim qiyamət günü dirilib haqq-hesab üçün Rəbbi ilə qar­şılaşaca­ğından qorxursa qoy o, şəriətə müvafiq əməllər etsin və Rəb­bi­nə etdiyi ibadət­lə­rin­də Ona heç kəsi şərik qoşmasın!\"","﴾Kəf. Hə. Yə. Ayn. Sad.﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir.","Bu sənin Rəbbinin Öz qu­lu Zəkə­riy­yaya - aleyhissəlam - göstərdiyi rəhmət və şəfqətinin yada sa­lınma­sıdır. Düşünüb ibrət alasan deyə, Biz bu hekayəni sənə nəql edəcəyik.","Bir zaman Zəkəriyya duasının qəbul olunması üçün Rəb­­binə giz­li­cə dua edib, yalvararaq","Belə dedi: \"Ey Rəbbim! Ar­tıq sü­mük­lərim zəifləmiş, ba­şım da olan ağ saçlarım çoxalmışdır. Sənə etdiyim dua sa­yə­sin­də heç vaxt bəd­bəxt ol­mamı­şam. Sənə nə vaxt dua etmişəmsə, duamı qəbul etmisən.","Mən öldükdən sonra qo­hum­larımın dünya ilə məşğul olub dini layiqincə ya­na­­şmaya­caqlarından qorxu­ram. Həyat yoldaşm da uşaq doğmayan sonsuz bir qadındır. Ey Rəbbim! Mə­nə Öz tə­rə­fin­dən mənə yardımçı olacaq bir övlad bəxş et!","O həm məndən, həm də Ya­qub - aleyhissəlam - oğullarından peyğəmbərliyə varis olsun. Ey Rəbbim! Onu dinində, əxlaqında və əməlində ra­zı qaldığın kimsə et!\"","Uca Allah onun duasına cavab verdi və ona: \"Ey Zə­kəriy­ya! Biz sənə, səni sevindirəcək bir xəbərlə müjdə­lə­yirik. Artıq Biz duanı qəbul etdik və sənə Yəhya adlı bir övlad verdik. Biz bu adı on­dan öncə kimsəyə vermədik!\" – deyə nida etdi.","Zəkəriyya Allahın qüdrətinə heyrət edərək dedi: \"Ey Rəbbim! Həyat yoldaşım uşaq doğmayan son­suz bir qadın ikən, özüm də ömrümün son həd­din­ə çatıb sümüklərim zəyiflədiyi bir halda mə­nim necə övla­dım ola bilər?!\"","Mələk dedi: \"Bəli, dediyin kimidir, həyat yoldaşın uşaq doğmayan son­suz bir qadın, özün də ömrünün son həd­din­ə çatıb, sümüklərin zəyifləyib, yaşa dolmuş bir insansan, la­kin Rəbbin belə buyurdu: \"Uca Allah üçün Yəhyanı sonsuz bir anadan və ömrümün son həd­din­ə çatıb, qocalmış bir atadan xəlq etməsi asandır. Ey Zəkəriyya! Mən səni daha öncədən zikir edilən bir şey deyilkən yoxdan xəlq etmiş­dim!\"","Zəkəriyya - aleyhissəlam - dedi: \"Ey Rəbbim! Ürəyim arxayın olsun deyə, mələklərin məni müjdələdiyi şeyin gerçəkləşəcəyinə dəlalət edən mənə bir əlamət ver\". Allah bu­yur­du: \"Mələklərin səni müjdələdikləri şeyin gerçəkləşəcəyinə dəlalət edən əla­mətin budur ki, sən sağlam ikən və heç bir xəstəliyin olmadığı bir halda üç gecə insanlarla danışa bilməyəcəksən!\"","Nəhayət, Zəkəriyya namazgahından öz qöv­münün qar­şısına çıxıb, danışmadan, onlara günün əvvəlində və sonunda uca Allahın şəninə təriflər edib, Onu zikir etmələrini işarə ilə başa saldı.","Nəhayət Yəhya dünyaya gəlib, xitab ediləcək yaşa çatdıqda, Biz ona: \"Ey Yəhya! Tövratdan ciddi və möhkəm bir şəkildə yapış!\" – de­dik. Biz ona uşaq ikən düzgün anlayış, elm, təmkin, qətiyyət bəxş etdik.","Öz tərəfimizdən ona bir rəhmət bəxş et­dik və onu günahlardan təmizlədik. O, Allahın əmrlərinə boyun əyib, qadağalarından çəkinən Allaha müti bir qul idi.","Həm də o, ata-anasına qar­şı qayğı­keş, nəvazişkar və onlara lütf, mərhəmət və yaxşılıq edən biri idi. O, Rəbbinə və ata-anasına itaət etməkdə təkəbbürlük edən, həmçinin, Rəbbinə və ata-anasına asi olan bir kimsə de­yildi.","Doğulduğu gün, ölə­rək bu həyatdan çıxacağı gün və Qiyamət günü qəbirdən diri olaraq qaldırılacağı gün ona Allahın sa­lamı olsun! Bu üç məqam insanın qarşılaşdığı ən çətin məqamlardır. Əgər insan bu üç məqamdan sağ-salamat keçərsə, bundan sonra gələnlərdə onun heç bir qorxusu olmaz.","Ey Peyğəmbər! Sənə nazil edilən Quranda Məryəmin - aleyhəssəlam - xəbərini də ya­da sal. Bir zaman o, Allaha ibadət məqsədilə ailəsindən ayrılıb təkbaşına şərq tərəfdə olan xəlvət bir ye­rə çəkilmişdi.","Məryəm, Rəbbinə ibadət etdikdə qövmü onu görməməsi üçün özü ilə onlar arasında bir pərdə tutmuş­du. Biz Cəb­raili - aleyhissəlam - onun yanına göndərdik. Cəb­raili - aleyhissəlam - da Mər­yəmin qar­şı­sın­da kamil bir in­san su­rətində peyda oldu. Bu zaman Məryəm bu kimsənin ona bir zərər verəcəyindən qorxdu.","Məryəm, qar­şı­sın­da kamil bir in­san su­rətində peyda olan bu kimsənin ona tərəf gəldiyini görüncə ona: \"Ey İnsan! Əgər Allahdan qorxan, təqvalı bir kimsəsənsə, sənin mənə bir pislik toxundurmağından Rəhman olan Allaha sığını­ram!\"","Cəb­raili - aleyhissəlam - Məryəmə belə dedi: \"Mən bəşər övladından deyiləm. Mən Rəbbimin sənə pak bir oğlan övladı bəxş et­mək üçün göndərdiyi bir el­çi­siyəm!\"","Məryəm təəccüblənərək dedi: \"Mənə bir ər və ya başqa biri yaxınlaşmamış ikən, özüm də zi­na­kar olma­dı­ğım bir halda, necə mənim övladım ola bi­lər?!\"","Cəb­raili - aleyhissəlam - Məryəmə dedi: \"Bəli, həqiqət dediyin kimidir. Sənə bir ər və ya başqa biri yaxınlaşmamış və özün də əsla zi­na­kar bir qadın olmamışsan. La­kin pak və uca Rəbbin belə buyurdu: \"Atasız bir övlad yaratmaq Mə­nim üçün asandır. Uca Allah, sənə bəxş edilən bu övladı insanlar üçün Allahın qüdrətinə dəlalət edən bir mö­cüzə, sənə və ona iman edənlərə isə bir mərhəmət edə­cəkdir. Övladının belə xəlq edilməsi əvvəlcədən uca Allah tərəfindən əzəldən müəyyən edilmiş və Lövhi-məh­­fuz­da yazılmış bir iş­dir!\"","Məryəm mələyin ona ruh üfürməsi ilə uşağa qaldı və o, bət­nin­də­ki ilə birlikdə insanlardan uzaq bir yerə çə­kil­di.","Doğuş sancıları başladı və bu səbəbdən o, bir xurma ağacının gövdəsinə söy­kən­mə­yə vadar oldu. Bu zaman Məryəm - aleyhissəlam - dedi: \"İnsanlar mənim barəmdə pis şeylər düşünməmələri üçün, kaş bu gündən əvvəl ölüb və birdə­fə­lik unudul­aydım!\"","İsa Məryəmin ayağlarının altından ona səslənərək: \"Qəm ye­mə, artıq Rəbbin sənin su içməyin üçün ayağlarının altından bir bu­laq axıtdı\" – dedi.","Xurma ağacının gövdə­sindən yapış və onu özünə tərəf silkələ ki, yığıb ondan yeməyin üçün üs­tü­nə ye­tiş­miş, təzə xurma tökül­sün.","Təzə xurmalardan ye, sudan iç və dünyaya belə bir uşaq gətirdiyinə görə gözün aydın ol­sun, əsla üzülmə! Əgər insanlardan kimsə səndən bu uşaq barədə sorusa, de: \"Mən özümə, Rəbbim üçün danışmamağı nəzir etmi­şəm. Odur ki, bu gün insanlardan heç kimlə da­nış­maya­cağam!\"","Məryəm oğlunu quca­ğı­na alıb onu öz qövmünün yanına gə­tirdi. Qövmü Məryəmin bu əməlini çirkin bir iş gördüklərindən dolayı ona belə dedi: \"Ey Mər­yəm! Sən gö­rünməmiş bir şeylə, atası olmayan bir uşaqla gəldin!\"","Ey ibadətində Haruna bənzəyən qadın! (Harun saleh bir insan idi). Sənin atan da, anan da zinakar deyildi. Sən özün də salehliyi ilə bilinən pak, təmiz bir ailədənsən. Axı sən, atasız bir oğlan uşağı necə dünyaya gətirə bilərsən?!","Məryəm onlara beçikdə olan oğlu İsanı - aleyhissəlam - göstərdi. Qövmü təəccüblənərək ona: \"Beşikdə olan bir körpə ilə biz necə da­nışa bilərik?!\" – dedilər.","İsa - aleyhissəlam - dedi: \"Şübhəsiz ki, mən Allahın qulu­yam! O mə­nə İncil verdi və məni pey­ğəmbərlərdən biri etdi.","Harada oluramsa olum, O, məni insanlar üçün xeyirli, faydalı etdi və həyatım boyu mə­nə namaz qılıb zəkat verməyi əmr etdi.","Məni anama qar­şı qay­ğı­keş etdi, məni Rəbbimin itaətinə təkəbbürlük edən və Ona qarşı üsyan edən bir kimsə etmədi.","Uca Allah doğulduğum gün, ölə­cəyim gün və Qiyamət günü yenidən diril­di­lə­cə­yim gün məni şeytan və onun yardımçıların şərindən əmin-aman etmişdir. Şeytan bu üç qorxulu və dəhşətli anlardan mənə zərər verə bilməyəcəkdir!\"","Belə sifətlərlə zikir edilən kimsə, Məryəm oğlu İsadır. Bu söz onun barədə söylənən haqq bir sözdur. Bu, heç də onun barədə ixtilafa düşən azğınların söylədiyi kimi deyildir.","Allaha övlad götürmək ya­raş­maz. Uca Allah pak və müqəd­dəsdir! O, bir işin olmasını is­tə­dikdə ona ancaq \"Ol!\" – de­məsi kifayət edər, o da dərhal Allahın istədiyi kimi olar. Belə bir sifətə layiq olan İlah, Özünə övlad götürməkdən münəzzəhdir.","Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə siz ixlasla yalnlz Ona ibadət edin! Sizə söylədiyim bu yol, Allahın razılığına qovuşduran doğru-düzgün yoldur!","Onlar İsa - aleyhissəlam - barədə ix­tilafa düşüb öz aralarında müxtəlif firqələrə ayrıldılar. Onlardan bəziləri İsaya iman edib: \"O, Allahın elçisidir!\" – desə də, bəziləri də, yəhudilər kimi ona küfür etdi. Onlardan bəziləri onun barədə həddlərini aşıb: \"O, Allahdır!\" – dedilər. Bəziləri də: \"O, Allahın oğludur!\" – dedilər. Uca Allah onların söylədiklərindən uzaq və ucadır. İsa barədə ixtilafa düşən kimsələrin qiyamətin dəhşətinə, ağrılı-acılı əzabına və haqq-hesaba şahid olacaqlarına görə onların vay halına!","Qiyamət günü onlar elə yaxşı eşidə­cək, elə də yaxşı görə­cək­lər! Amma o zaman nə eşitməkləri, nə də ki, görməkləri onlara heç bir fayda verməyəcəkdir. Lakin zalımlar dünya həyatında haqq yoldan açıq-aydın azmışlar. Onlar günah işlər görməklə özlərinə zülm etməyə davam edib, Qiyamət saatı onlara anidə gələnə qədər axirət həyatına hazırlaşmazlar.","Ey Peyğəmbər! Pislik edənin etdiyi pisliklərə görə yaxşılıq edənin də çoxluca ibadət etmədiyinə görə peşman olacağı bir gün barədə insanları xəbərdar et. Məhz o gün insanların əməl dəftərləri bağlanıb, etdikləri əməllərin haqq-hesabı edildikdə, hər bir kimsə dünya da ikən etdiklərini öz qarşısında görəcəkdir. Onlar dünya həyatında aldanmış, axirət həyatını unutmuş və qiyamət gününə də iman gətirməyən kimsələrdir.","Şübhəsiz ki, bütün yaradılmışlar fəna olduqdan sonra əbədi qalan Bizik. Yer üzününə sa­hib çı­xan yalnız Bizik. Yer üzündə olanlar yox olduqdan sonra ora varis olanda yalnız Bizik. Biz orada istədiyimizi edəcəyik. On­lar qiyamət günü hesab və cəza üçün yalnız Bizə qaytarılacaqlar.","Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İbrahimin - aleyhissəlam - xəbərini də xa­tırla! Hə­qiqətən, o, çox sadiq və daima Allahın ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş bir pey­ğəmbər idi.","Bir zaman İbrahim, atası Azərə belə de­mişdi: \"Atacan! Nə üçün Allahı qoyub, dua etdikdə duanı eşitməyən, ibadət etdikdə, ibadətini görməyən, sənə heç bir zərər və ya fayda verə bilməyən bütlərə ibadət edirsən?!","Atacan! Şübhəsiz ki, vəhy vasitəsi ilə sənə gəl­mə­yən bir elm, artıq mənə gəl­miş­dir. Elə isə mənə tabe ol ki, səni Allahın buyurduğu doğ­ru yola yönəldim.","Atacan! Şeytana itaət edərək ona ibadət etmə! Çünki şeytana Adəmə səcdə etmək əmr edildikdə, əmrə müxalif olaraq Allaha çox asi ol­muşdur.","Atacan! Küfr üzərində ölüb, Mərhə­mət­li Allahdan sənə bir əzab to­xun­masından və şey­tana olan dostluğundan dolayı, əzaba düçar olmaqda ona yoldaş olmağından qorxuram!\"\t","Azər, oğlu İbrahimə - aleyhissəlam - belə dedi: \"Ey İbrahim! Sən mənim ibadət etdiyim bütlərimdən üzmü çevi­rir­sən?! Əgər bütlərimi təhqir etməyə son qoyma­san, səni mütləq daşqa­laq edə­cə­­yəm. Uzun müddət mən­­dən uzaq ol, mənimlə danışma və mənimlə bir yerdə olma!\"","İbrahim - aleyhissəlam - atasına belə dedi: \"Məndən sənə sa­lam olsun! Məndən sənə heç bir pislik gəlməyəcəkdir. Rəbbimdən sənin üçün bağış­lan­ma və doğru yol diləyə­cəyəm. Həqiqə­tən, Rəbbim mənə qarşı çox lütf­kardır.","Mən sizi və sizin Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və heç bir şeyi Ona şərik qoşmadığım Rəb­bimə dua və ibadət edirəm. Çünki mən, Rəbbimə etdiyim dua və ibadətimlə Rəbbimin məni heç vaxt məhrum və bəd­bəxt etməyəcəyini ümüd edirəm!\"","İbrahim onları və onla­rın Allah­dan başqa ibadət etdikləri bütləri tərk etdikdə, o, ailəsini Allah üçün tərk etdiyinə görə Biz də ona bunun əvəzində oğlu İshaqı və nəvəsi Yaqubu bəxş et­dik. Biz onların hər ikisini də pey­ğəm­bər et­dik.","Biz onlara peyğəmbərliklə birğə öz mərhəmə­ti­mizdən bol-bol xeyir-bərəkət əta etdik və insanların dilində onların tərif-sənasını daimi etdik.","Ey Peyğəmbər! Sənə nazil etdiyimiz Quranda Musanı - aleyhissəlam -xəbərini də xa­tır­la! Həqi­qətən o, seçilmiş bir qul və Allah tərəfindən göndərilən el­çi və peyğəmbər idi.","Biz Musanı - aleyhissəlam - durduğu yerə görə onu Tur da­ğının sağ tərə­fin­də­n səslənib ça­ğır­dıq və onunla danı­şmaq üçün onu özü­müzə yaxın etdik. Beləcə Uca Allah onunla danışdı.","Biz Musaya olan rəhmətimiz­dən və nemətimizdən dolayı qardaşı Harunu - aleyhissəlam - da pey­ğəm­bər etdik. Bu, Rəbbindən qardaşının da peyğəmbər olmasını dilədiyi zaman duasına olan icabət idi.","Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İsmailin xəbərini da xatırla! Həqiqətən o, doğru danışan bir kimsə idi. Bir vəd verdikdə onu mütləq yerinə yetirərdi. O bir elçi həmdə, bir peyğəmbər idi.","O, öz ailəsinə namazı vaxtı-vaxtında, kamil bir şəkildə qıl­mağı, zə­kat verməyi əmr edir­di. O, Rəb­binin dərgahında bəyənilib, razı qalınmış bir kimsə idi.","Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İdrisin - aleyhissəlam - xəbərini da xatırla! Hə­qiqətən, o, çox sadiq və daima Rəbbinin ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş pey­ğəmbərdən bir pey­ğəmbər idi.","Biz ona bəxş etdiyimiz peyğəmbərliklə, onun zikrini yüksək mə­qama ucaltdıq. O, Rəbbi yanında yüksək məqam sahibidir.","Bu surədə Zəkəriyyədən başlayıb İdris - aleyhiməssəlam - ilə bitən adı çəkilən hər kəs Adəmin - aleyhissəlam - və Nuhla - aleyhissəlam - bir­likdə gə­midə da­şıdı­ğımız kimsələrin nəs­lin­dən, həmçinin, İbra­hi­min və Yəqubun - aleyhiməssəlam - İslama müvəffəq etdiyimiz kimsələrin nəs­lin­də gələn Allahın peyğəmbərliklə nemətləndirdiyi kim­sə­lər­dir. Onlar Allahın ayə­ləri oxunduğunu eşitdikdə Allah qorxusundan ağlayaraq səc­dəyə qapanırdılar.","Bu seçilmiş peyğəmbərlərin ardından azğın və pis əməllərə tabe olan bir nəsil gəldi. Onlar nama­zı zay edib, onu tələb olunan kimi qılmadılar, əksinə, zina kimi nəfslərinin istədikləri günahların ardınca getdilər. Onlar Cəhənnəmə və xüsrana uğrayaraq şər ilə qarşılaşacaqlar.","Bundan yalnız etdiyi xətalardan tövbə edən və Allaha iman gə­tirib, saleh əməllər edən­ kimsələr müstəsnadır! Bu sifətlərə sahib olan kimsələr, Cən­nətə daxil olacaq və etdikləri əməllərin savabı az olsa belə, savabları əksilməyəcəkdir.","Bu, Rəhmanın saleh qullarına gör­mədikləri halda girəcəklərinə dair vəd etdiyi və içərisində əbədi qalacaqları Cənnətlərdir. Onlar bu Cənnətləri görmədikləri bir halda buna iman etdilər. Allahın Cənnəti vəd etməsi -bu sizə qeyb də olsa belə- onun gəlməsi haqqdır və barədə heç bir şəkk-şübhə yoxdur.","Onlar orada boş, faydasız və lağlağı sözlər eşitməzlər. Əksinə bir-birilərinə və mələklərin onlara verdikləri salamı eşidər­lər. Ora­da könülləri istədiyi təamlar on­la­r üçün səhər-axşam gətiriləcəkdir.","Belə bir sifətlərlə vəsf edilən Cənnət, Allah və Rəsulunun (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxan qullarımıza miras ediləcəkdir.","Ey Cəbrail! Muhəmmədə (sallallahu aleyhi və səlləm) belə de: \"Şübhəsiz ki, mələklər öz istəkləri ilə yer üzünə nazil ola bilməzlər. Onlar yalnız Allahın əmri ilə yer üzünə nazil olarlar. Axirətdə, dünyada və bunların arasında nə var­sa, hamısı yalnız Uca Allaha məxsusdur. Ey Peyğəmbər! Sənin Rəb­bin heç bir şeyi unu­dan de­yildir\".","Göylərin və yerin xaliqi Allahdır. Onların hər ikisinin sahibi və idarə edəni də Odur. On­la­rın ara­sında olanları xəlq edən də, onların ara­sında olanların sahibi və idarə edəni də Odur! Elə isə sən yalnız Ona ibadət et, çünki ibadətə layiq olan ancaq Odur və Ona etdiyin ibadətdə səbirlə davam et! İbadətdə Ona şərik olacaq bir Onun ox­şarı və ya bənzəri yoxdur.","Öldükdən sonra yenidən dirilməyi inkar edən kafir insan istehza edərək belə deyir: \"Doğru­dan­mı mən öldükdən sonra dirilib, qə­­birimdən ikinci bir həyat üçün çıxar­ıla­cağam?! Şübhəsiz ki, bu ağıla sığmayan bir şeydir!\".","Məgər öldükdən sonra yenidən dirilməyi inkar edən o kafir insan, o heç bir şey deyilkən onu yoxdan xəlq etdiyimizi düşünmürmü?! Uca Allah bu ayədə birinci yaradılışı, ikinci yaradılışa dəlil gətirdi. Yəni, sizi ilk dəfə yaratmağa qadir olan, ikinci dəfə də yaratmağa qadirdir. Çünki ikinci yaradılış birinci yaradılışdan daha asan və daha bəsitdir.","Ey Peyğəmbər! Rəbbinə and olsun ki, Biz onları azğınlığa sürükləyən şeytanlarla birlikdə qəbirlərindən çıxarıb məhşərə bir ye­rə topla­ya­caq, sonra da on­la­rı zəlil vəziyyətdə, dizləri üstə çökmüş halda Cə­hən­nəmin qapılarına tərəf sürükləyəcəyik.","Sonra hər azğın toplumdan ən günahkar olanlarını şiddətli və sərt şəkildə çəkib çıxararıq. Onlar bu toplumun öndə gedənləridir.","Sonra Cəhənnəmə daxil olmağa, onun hərarətinə və əzabına kimin daha çox haqqlı olduğunu, əlbəttə ki, Biz yaxşı tanıyırıq.","Ey İnsanlar! Sizdən hər biriniz Cəhənnəmin ortasından qurulmuş sirat körpüsünün üstündən keçəcəkdir. Bu, Allahın əzəl­dən təyin et­diyi qəti bir qərardır. Onun hökmünü kimsə dəyişə bilməz.","Nəhayət, İnsanlar bu sirat körpüsünün üzərindən keçdikdə, Biz onlardan Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən kimsələri Cəhənnəmə düşməkdən xilas edərik. Günahlar etməklə özlərinə zülüm edən zalımları isə dizləri üstə çökmüş bir halda orada tərk edəcəyik. Onlar oradan əsla qaçıb canlarını qurtara bilməyəcəklər.","İnsanlara, elçilərimizə nazil etdilən açıq-aydın ayə­ləri­miz oxun­­duğu zaman kafir­lər mö­min­lərə belə de­yərlər: \"Bu iki firqədən hansının məqa­mı, məkanı da­ha yaxşı, məc­lisi və toplumu daha gö­zəl­dir. Bizim firqəmiz yoxsa sizin firqəniz?!\"","Biz maddi imkanlarının üstünlüyü ilə öyünüb fəxr edən bu kafirlərdən öncə, var-dövlət baxımından, həmçinin gözəl libasları və bədənlərinin sağlamlığına görə zahiri görünüşcə on­lar­dan daha üstün olub, nemətlər içində yaşayan neçə-neçə nəsilləri məhv etdik.","Ey Peyğəmbər! De ki: \"Kim azğınlıq içində gəzib-dolaşırsa, Rəhman, onun azğınlığını artırana qədər ona möhlət ver­ər. Dünyada özlərinə vəd edilən əzabı və ya Qiyamətin dəhşətini öz gözləri ilə görüb, şahid olduqda isə onlar kimin mə­qa­mının daha pis, ki­min yardımçısının daha az olduğunu bi­lə­cəklər. Bu onların firqəsidirmi, yoxsa möminlərin firqəsi?\"","Azğınlıqlarını artırmaları üçün onlara verilən möhlətin qarşılığında, Uca Allah doğru yolda olan­ların hidayətini və imanlarını daha da artırar. Ey Peyğəmbər! Rəbbinin yanında, əbə­di səadətə qovuşduran yaxşı əməl­lər isə savab ba­xı­mın­dan daha faydalı, aqibətcə da­ha xeyirlidir.","Ey Peyğəmbər! Açıq-aydın dəlillərimizi və əzabımızı inkar edib: \"Əgər mən ölüb, yenidən dirilməli olsam, mənə hök­mən çoxlu var-dövlət və öv­lad ve­ri­lə­cək­!\" – deyən ada­mı gördünmü?","Olmaya, o, qeybdən xə­bər­dardır və ya əlində bir dəlil olduğu üçün belə demişdir?! Yoxsa Rəbbindən onu Cənnətə daxil edəcəyinə və ona çoxlu var-dövlət və öv­lad ve­rəcəyinə dair vəd almışdır?!","Bu, heç də onun iddia etdiyi kimi deyildir. Biz onun söylədiklərini və etdiklərini yaza­caq və bunun batil bir iddiada olduğu üçün əzabına əzab qatacağıq.","Biz onu həlak etdikdən sonra tərk etdiyi var-dövlətinə və oğul-uşağına Biz varis olacağıq, qiyamət günü hüzurumuza dünyada kef çəkdiyi var-dövləti və cah-cəlalı əlindən alınmış bir halda, heç nəsiz, tək-tən­ha gələ­cək­dir.","Müşriklər özlərinə yardım edib, dəstək olsun deyə özləri üçün Allahdan başqa məbudlar qəbul etdilər.","Xeyr! Bu heç də onların iddia etdiyi kimi deyildir. Onların Allahdan başqa ibadət etdikləri bütləri, Qiyamət günü müşriklərin onlara etdikləri ibadəti inkar edəcək, onlardan uzaq olub, onların düşməni olacaqlar.","Ey Peyğəmbər! Məgər şeytanları kafirlərin üstünə göndərib on­ları günaha sövq etdirdiyini, onların üzərində hökmüranlıq etdiklərini və onları Allahın dinində azdırmaq üçün əlindən gələn hər bir şeyi etdiyini gör­mür­sənmi?","Ey Peyğəmbər! Onların həlak olmasını Uca Allahdan diləməyə tələsmə. Biz onların günlərini sayırıq. Onlara verilən vaxt sona yetdikdə, layiq olduqları əzabı onlara dadıracağıq.","Ey Peyğəmbər! Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən müttəqiləri, Qiyamət günü Allahın hüzuruna hör­mət­li və izzətli qonaqlar olaraq toplayacağımız günü xatırla.\t","Kafirləri isə Cəhən­nə­mə su­samış olduqları halda gətirəcəklər.","Kafirlər qiyamət gününü bir-birlərinə şəfaət etməyə qadir olmayacaqlar. Ancaq dünya da ikən Allaha və Rəsuluna iman etdiklərindən dolayı özlərinə vəd verilən kimsələr bu şəfaətə nail olacaqdır.","Yəhudilər, nəsranilər və bəzi müşriklər: \"Mərhəmətli Allah özü­nə öv­lad götürmüşdür!\" – de­dilər.","Ey bu sözü söyləyən kimsələr! Siz olduqca böyük bir günah etdiniz.","Söylədiyiniz bu piz sözdə dolayı az qala göylər par­ça­lan­sın, yer yarılsın və dağ­lar ye­rin­dən qo­pub parça-parça olsun –","Bütün bunların hamısı onların Mərhəmətli Allaha övlad isnad etdik­lə­rinə görədir. Uca Allah onların söylədiklərindən ulu və ucadır.","Mərhəmətli Allah bundan pak və münəzzəh olduğu üçün Özünə övlad götür­məsi yaraşmaz.","Şübhəsiz ki, Qiyamət günü göylərdə və yerdə olanların - mələklərin, insanların və cinlərin hər biri Rəbbinin hüzuruna boynunu əyərək, zəlil bir halda gə­ləcəkdir.\t","Uca Allah onların hamısını Öz elmi ilə əhatə etmiş və onları bir-bir saymış­dır. Onların əməllərində Allaha heç bir şey gizli qalmaz.","Qiya­mət günü onların hər biri Uca Allahın hüzuruna mal-dövləti və bir yardımçısı olmadan tək-tənha gə­lə­cəkdir.","Şübhəsiz ki, Allaha iman gətirib, Allah yanında razı olunan saleh əməllər edən kimsələri Uca Allah həm Özü onları sevəcəkdir, həm də onların sevgisini hamının, o cümlədən mömin qullarının qəlbinə salacaqdır.","Ey Peyğəmbər! Biz, Mənim əmrlərimi yerinə yetirib, qadağalarımdan çəkinən müttəqilərə müjdə vermən, haqqa boyun əyməkdən təkəbbürlük göstərən və mübahisədə şiddətli olan bir qövmü qorxutman üçün Quranı sənin di­linlə nazil edərək asan­laş­dırdıq.","Biz sənin qövmündən öncə bir çox ümmətləri məhv etdik. Sən bu gün onlardan ki­min­sə mövcudlu­ğu­nu hiss edirsənmi? Yaxud on­lar­dan bir pıçıltı eşidirsənmi? Allah izin verdikdə onların başına gələn müsibət başqalarınında başına gələ bilər.","﴾Ta. Hə﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar ayə barədə ətraflı danışılmışdır.","Ey Peyğəmbər! Biz Quranı, qövmünün sənə iman etməkdən üz çevirməsinə görə üzülüb, sıxıntı çəkəsən deyə nazil et­mədik.","Biz bu Quranı, Uca Allahın Özündən qorxmağa müvəffəq etdiyi kimsələrə nəsihət və xatırlama olsun deyə nazil etdik.","Bu Kitabı, yeri və uca göyləri ya­ra­dan Allah nazil etmişdir. O, əzəmətli bir Qurandır. Çünki o, əzəmətli olan Allah tərəfindən endirilmişdir.","Mərhəmətli olan Allah cəlalına layiq bir şəkildə Ərşin üzərinə ucaldı.","Göylərdə, yerdə və torpağın altındakı bütün canlıların yaradılışı, mülkü və onları idarə etmək yalnız Tək olan Allaha məx­susdur.","Ey Peyğəmbər! Sən sözünü ucadan söyləsən də və ya alçaqdan desən də, fərqi etməz, çün­ki Allah onların hamısını bilir. Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır və bundan heç bir şey Ona gizli qalmaz.","Allah! Ondan başqa iba­dətə layiq olan haqq məbud yoxdur. Gö­zəllikdə ən üstün məqama sahib olan adlar yalnız Ona aiddir!","Ey Peyğəmbər! Artıq İmranın oğlu Musanın - aleyhissəlam - xəbəri sənə gəlib yetişdimi?","Musa ailəsi ilə birlikdə səfərdə olarkən o, bir od görüb ailəsinə: \"Olduğunuz bu yerdə dayanın! Mən bir od gör­düm. Bəlkə, on­dan sizə bir şölə gətirdim, ya da odun ya­nın­da bizə bir yol göstərən tapdım!\" –demişdi.","Musa oda yaxınlaşdıqda Uca Allah ona: \"Ey Musa!\" deyə səsləndi.","Şübhəsiz ki, Mən sənin Rəb­binəm. Mənimlə danışmağa hazırlaşmaq üçün başmaqlarını çı­xart. Çün­ki sən müqəd­dəs və pak Tuva va­disindəsən!","Ey Musa! Risaləmi təbliğ etmək üçün səni seçmişəm. Elə isə sə­nə vəhy olunanı dinlə!","Həqiqətən, Mən Alla­ham! Məndən başqa ibadətə layiq olan heç bir məbud yox­­dur. Elə isə yalnız Mənə iba­dət et və Mə­ni xatır­lamaq üçün namazı kamil şəkildə yerinə yetir!","Şübhəsiz ki, Qiyamət saatı vaqe olacaqdır. Buna əsla şəkk-şübhə ola bilməz. Heç bir məxluqun onun vaxtını bilməsin deyə az qala onun vaqe olacağı vaxtı gizlə­di­m. Lakin insanlar peyğəmbərin onlara Qiyamət saatının vaqe olacağı barədə xəbər verməsindən dolayı onun əlamətlərini bilirlər. Qiyamət saatı qopduqda isə hər kəs dünyada etdiyi xeyir və şər əməllərinin əvəzini (mükafatını və ya cəzasını) alacaqdır.","Qoy kafirlərdən Qiyamətin vaqe olacağına inanmayan və günahlar etməkdə nəf­sinin istəklərinə uyan kəslər, sə­ni, onu təsdiq edib və saleh əməllər etməklə ona hazırlaşmaqdan əsla ya­yındırmasın, yox­sa bu səbəbdən həlak olarsan!","Sağ əlində olan şey nədir, ey Musa?\"","Musa - aleyhissəlam - dedi: \"Bu mənim əsamdır. Yeriyərkən ona söykənir və onun­la qo­yunları üçün ağacdan yarpaq silkələ­yirəm. Ayrıca olaraq, mənim üçün onda söylədiklərimdən başqa faydalar da vardır\".","Uca Allah Musaya belə buyurdu: \"Onu (əsanı yerə) yerə at, ey Musa!\"","Musa əlində olan əsanı yerə atdı və o, bir anda sürətlə yeriyən ilana döndü.","Uca Allah Musaya - aleyhissəlam - buyurdu: \"Əsanı götür, onun ilana dönməsindən qorx­ma! Sən onu əlinə alan kimi, Biz onu əvvəlki halına qay­ta­raca­ğıq.","Əlini qoltuğunun altına sal, əlin oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən ikinci bir əlamət olaraq ağap­paq, heç bir lə­kə­siz çıxsın.","Ey Musa! Sənə göstərdiyimiz bu iki əlaməti, qüdrətimizə və sənin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən əzəmətli mö­cüzələrimizdən.","Ey Musa! Fironun yanına get! Çünki o, küfür etməkdə həddini aşmış və Allaha qarşı üsyan etmişdir.","Musa - aleyhissəlam - dedi: \"Ey Rəbbim! Bu yolda bütün məşəqqətlərə və əziyyətlərə tab gətirə bilmək üçün qəlbimi açıb genişlət!","Mənə işimi asanlaşdır!","Mənə açıq-aydın, fəsahətli bir şəkildə danışmağı bəxş et ki,","Sənin risalətini onlara təbliğ etdiyim zaman sözümü düzgün anlayıb, başa düşsünlər!","Ailəmdən mənə bir yardımçı ver, işlərimdə mənə kömək olsun –","Qardaşım İmran oğlu Harunu mənə yardımçı et!","Onunla gü­cümü artır!","Bu risalətini insanlara təbliğ etməkdə onu mənə şərik et ki,","Sənə çoxlu təriflər və həmd-sənalar deyək.","Səni çox zikr edib, yada salaq.","Şübhəsiz ki, Sən bizi gö­rürsən. Bizim heç bir işimiz sənə gizli qalmaz!\"","Uca Allah: \"Ey Musa! Artıq istədiyini sənə verdik!\" – deyə buyurdu.","Sənə bundan əvvəl də nemət bəxş etmişdik.","O vaxt Firon tərəfindən qurulan hiylədən Uca Allah səni necə qoruyacağına dair anana vəhy olu­nacaq şeyi belə vəhy etdik:","Anasına ilham yolu ilə belə buyurduq: \"Onu dünyaya gətirdikdən sonra bir sandığa qoyub Nil çayına bu­rax ki, Nil çayı onu Bizim əmrimizlə sahilə çıxartsın, beləliklə də, həm Mə­nim düşmə­nim, həm də onun düşməni olan bi­risi onu gö­türsün. Bu kimsə, Firondur\". Göz­üm önündə və Mənim mühafizəm altında böyüyüb, boya-başa çatıb, tərbiyə alman üçün, Öz tərə­fim­dən sənə qar­şı qullarım ara­sında bir məhəbbət oyatdım və beləliklə də, insanlar səni sevdilər.","O zaman bacın sandığın arxasınca düşüb onun hara getdiyini təqib edirdi. Həhayət sandığ sahilə yetişib, Firon cammatı onu çaydan götürdükdə, bacın onlara belə dedi: \"Sizə onun qay­ğı­sına qa­lacaq, onu lazımınca qoruyacaq və əmizdirəcək bi­risini göstə­rim­mi?\" Beləliklə, sənin anana qayıtmağından dolayı onun sevinməsi və sənə görə qəm-qüssə çəkməsin deyə, sə­nin yenidən anana qayıtmağı bəxş etdik. Həmçinin, sən boya-başa çatdıqda bir qibtini yumruqla öldürdüyündən sonra sənə bunun cəzasından qurtarmağı bəxş etdik. Biz səni, başına gələn bütün çətinliklərdən, sınaqlardan qurtardıq. Misiri tərk edib il­lərlə Məd­yən əhli içində qal­dın. Sonra da ey Musa! Sənin üçün müəy­yən olun­muş vaxt gəlib çatdıqda, Rəbbinin səninlə danışması üçün vadiyə gəldin.","Sənə vəhy etdiklərimi insanlara təbliğ etmək üçün elçi olaraq səni seç­dim!","Ey Musa! Sən və qardaşın Harun, Allahın vəhdaniyyətinə dəlalət edən ayələrimizlə gedin. Mənə dəvət etməkdə və Məni zikr etməkdə zə­iflik gös­tərməyin.","Hər ikinizdə Fironun yanına gedin! O, həqiqətən, küfür əməllər islətməkdə və Allaha qarşı üsyan etməkdə həddini aşmışdır.","Onunla sərt olmayan, mülayim tərzdə danı­şın ki, öyüd-nəsihət qəbul et­sin, ya­xud Allahdan qorx­ub, Ona tövbə etsin!\"","Musa və Harun - aleyhiməssələm - belə dedilər: \"Dəvətimizi Firona tamamlamazdan öncə onun tələsib bizə cəza ver­mə­sin­dən, ölüm və ya başqa bir şeylər ilə bizə zülm etməkdə həd­dini aşma­sından qorxuruq!\"","Uca Allah onlara belə buyurdu: \"Qorx­ma­yın, şübhəsiz ki, Mən Öz yardımım və dəstəyim ilə sizinlə birgəyəm, sizin ilə onun arasında nə baş verdiyini eşi­di­b, gö­rü­rəm!\"","Hər ikiniz də Fironun yanına gedib ona belə de­yin: \"Ey Firon! Biz sənin Rəbbinin elçi­lə­riyik. İs­rail oğul­la­rını bizim­lə göndər. Onların oğlan uşaqlarını öldürüb və qadınlarını sağ buraxmaqla, onlara əzab-əziyyət ver­mə. Biz sənə Rəb­bin­dən bizim doğruluğumuza də­lalət edən açıq-aydın dəlil dətirmişik. Allahın əzabından ancaq iman edənlər və Onun doğru yol­lunu tutub gedənlər əmin-aman ola bilərlər!","Şübhəsiz ki, Uca Allah, bizə dünyada və axirətdə əzabın, Allahın ayələrini yalan sayanlara və rəsulların gətirdiklərindən üz dön­də­rən­lərə ve­rilə­cəyinə dair vəhy etdi!\"","Firon, Musa və Harundan eşitdiyi sözləri inkar edərək belə dedi: \"Ey Musa! Sizi mənim göndərdiyini iddia etdiyiniz Rəbbiniz kim­dir?\"","Musa dedi: \"Rəbbimiz hər şeyə uyğun olan zahiri görünüşü və sürəti verən, sonra da yaratmış olduğu məqsəd üçün onlara doğru yolu gös­tə­rən­dir!\"","Firon Musadan soruşdu: \"Elə isə de görüm, küfr üzərində olan keçmiş ümmətlərin halı necə olacaqdır?\"","Musa - aleyhissəlam - Firona belə dedi: \"Keçmiş ümmətlərin halı barəsində bil­gi Rəbbimin yanın­da­dır. Olub keçənlərin hamısı bütünlüklə lövhi-məhfuzda yazılmışdır. Rəb­bim Öz elmində əsla xəta etməz və bildiyini də əsla unu­tmaz\".","Yer üzündə yaşamanız üçün oranı əlverişli edən, gəzib-dolaşmanız üçün orada yol­lar sal­an, göydən su en­dir­ən və bu su vasitəsi ilə yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirən Rəbbimdir.","Ey İnsanlar! Sizin üçün yetişdirdiyimiz pak şeylərdən həm özünüz yeyin, həm də heyvanlarınızı yem­lə­yin. Həqiqətən, bu zikir edilən nemətlərdə ağıl sahibləri üçün Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən dəlil­lər var­dır.","Biz atanız Adəmi - aleyhissəlam - yer üzündəki torpaqdan yarat­dıq. Əcəliniz çatıb öldükdə isə Biz sizi ora qaytaracaq və qiyamət günü yenidən dirilmək üçün sizi bir daha ora­dan dirildib çı­xardacağıq.","Biz Firona doqquz ayətimizin hamı­sını göstərdik. Lakin o, bunlara şahid olmasına rəğmən onların hamısını ya­lan sayıb, Allaha iman gətirməkdən imtina et­di.","Firon dedi: \"Gətirdiyin seh­rlə bizi Misirdən çı­xarıb, Misirin mülkünə özün sahib olasan deyə gəlmisənmi, ey Musa?!","Ey Musa! Sənin sehrin kimi biz də bir sehr göstərəcəyik. Elə isə bizim­lə öz aran­da müəyyən bir yer və müəyyən bir gö­rüş vaxtı təyin et. Nə biz, nə də sən vəerdiyimiz sözə xilaf çıxyaq. Elə et ki, bu yer, hər iki dəstə arasında ortada olan bir məkanda olsun!\"","Musa - aleyhissəlam - Firona belə dedi: \"Bizimlə sizin aranızdakı vəd olunan vaxt bay­ram günü, camaatın bayram münasibəti ilə bir-birini təbrik etmək üçün bir yerə top­laşacağı səhər vax­tıdır!\"","Firon, Musanın bu sözündən sonra arxasını çevirib oradan ayrıldı, sonra da bütün sehr­bazlarının hamısını toplayıb Musaya qalib gəlmək üçün əvvəlcədən təyin edilmiş vaxta, müəyyən edilən yərə gəldi.","Musa Fironun sehrbazlarına öyüd-nəsihət verərək belə dedi: \"Bunu etməkdən çəkinin! Sehr edib insanları aldadaraq Allah adına yalan uy­dur­ma­yın, yoxsa O, Öz tərəfindən əzab göndərib sizi məhv edər. Allah adına yalan uyduranlar şübhəsiz ki, ziyana uğra­yanlardır!\"","Sehrbazlar Musanın - aleyhissəlam - sözünü eşitdikdən sonra öz ara­la­rında mü­ba­hisə edib gizlincə danışdılar.","Sehrbazlardan bəziləri bir-birlərinə gizlincə belə dedilər: \"Musa və Harunun hər ikisi sehrbazdır. On­lar özləri ilə gətirdikləri bu sehr­ vasitəslə sizi Misirdən qo­vub çıxartmaq, gözəl həyat tərzinizi və dininizi aradan gö­tür­mək istə­yirlər.","İşinizi ustalıqla edin və aranızda ixtilaf etməyin. Sonra meydana dəs­tə-dəs­tə gəlin və əllərinizdə olanları hamınız bir yerdə atın. Bu gün rəqibinə qə­ləbə çalan zəfərə nail olacaqdır!\"","Sehrbazlar Musaya - aleyhissəlam - dedilər: \"Ey Musa! İki şeydən birini seç. Sahib olduğun sehri ya sən birinci et, ya da ki, onu birinci biz edək!\"","Musa - aleyhissəlam - dedi: \"Əksinə, əlinizdəkiləri öncə siz atın!\" Beləliklə də, sehr­bazlar əllərindəki­ləri yerə atdılar. Bu zaman onların etdikləri sehrirdən­ dolayı əsaları və ipləri Musaya yerdə sürətlə hərəkət edən ilanlar kimi görsəndi.","Sehr­bazların etdiklərindən dolayı Musa qəlbində bir qorxu hissi keçirdi.","Uca Allah Musanı - aleyhissəlam - sakitləşdirib ona təskinlik vermək üçün ona belə vəhy etdi: \"Ey Musa! Gördyün şeylərdən dolayı əsla qorxma. Sonda qa­lib gəlib, üstünb olan mütləq sən ola­caq­san!","Sağ əlindəki əsanı yerə at ki, ilana dönərək on­ların sehr etdikləri bütün iplərini və dəyənəklərini bir anda udsun. On­ların qur­duqları sadəcə sehr­baz hiylə­sidir. Sehrbaz isə, harada olursa olsun, əsla öz muradına çata bilməz!\"","Musa əsasını yerə atan kimi o bir ilan dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini uddu. Buna şahid olan sehrbazlar Musanın etdiyinin heç də sehr olmadığını, əksinə, bunun, Allah tərəfindən olduğunu anlayıb Uca Allaha səcdə edərək: \"Biz Musanın, Harunun və bütün məxluqatın Rəbbinə iman gə­tir­dik!\" – de­di­lər.","Firon, sehr­bazların Musa və Harunun Rəbbinə iman gətirmələrini qınayaraq və onları təhdid edərək onlara belə dedi: \"Mən sizə izin ver­məzdən öncə Musaya imanmı gə­tirdiniz? Ey Sehr­bazlar! Şübhəsiz ki, Musa sizə sehr öyrədən başçınızdır. Mən si­zin hər birinizin əllərinizi və ayaq­larınızı çar­paz kəsdi­rə­cək və bədənlərinizi ta ölənə kimi xur­ma ağac­la­rının gövdələ­rin­də çar­mıxa çə­kəcə­yəm ki, qoy bu, başqalarına da ibrət olsun. Bundan sonra han­sı­mı­zın, mənim, yoxsa Musanın Rəbbinin əza­bı­nın daha şid­dət­li və daha sürəkli ol­duğunu anlayacaqsınız!\"","Sehrbazlar Firona dedilər: \"Ey Firon! Sənə tabe olmağı biz göstərilən açıq-aydın ayələrinə tabe olmaqdan əsla üstün edə bilmərik. Biz heç vaxt səni, bizi yaradan uca Allahdan üstün tutmayacağıq. İndi bizə nə etmək istəyirsənsə et. Sən bizə istədiyini ancaq bu fani dün­yada edə bilərsən, onsuz da sənin hökmüranlığın bir gün yox olacaqdır!","Həqiqətən, biz keçmişdə etdiyimiz küfr və digər günahlarımızın, bizi sehr öyrənməyə, onunla məşğul olmağa və bu sehrlə Musaya qələbə çalmağa məcbur etdiyinə görə bizi bağışlaması üçün Rəbbi­mi­zə iman gətirdik. Alla­hın mükafatı sənin bizə vəd etdiyin mükafatdan daha xeyir­li və Onun cəzası sən bizi hədələdiyin cəzadan daha şiddətlidir!\"","Kim qiyamət günü Rəbbinin hüzuruna kafir olaraq gələrsə, o kimsə üçün Cəhən­nəm­ atəşi vardır. O, orada əbədi olaraq qalacaqdır. O, Cəhənnəmdə nə ölüb canını əzabdan qurtara biləcək, nə də gözəl həyat sürüb, yaşaya biləcək.","Kim Qiyamət günü Rəbbinin hüzuruna Allaha iman gətirmiş və yax­şı əməl­lər etmiş bir halda gə­lər­sə, məhz belə kimsələr ən yüksək məqama və ən yüksək də­rə­cələr nəsib olan kimsələrdir.","Bu ən yüksək məqamlar və ən yüksək də­rə­cələr, qəsirləri altından çaylar axan, içərisində əbədi qalacaqları cən­nətlərdir. Deyilən bu mükafat, özünü küfr və günahlar­dan təmizləyən hər bir kimsə üçündür.","Biz Musaya: \"Misirdən qullarım­la birlikdə gecə vaxtı heç kimsə sizi hiss etmədən yola çıx, əsanı suya vur­maqla onlar üçün də­niz­də quru bir yol aç. Fironun və onun adamlarının si­zə çat­ma­sın­dan və həmçinin dənizdə batıb qərq olmanızdan da qorxma!\" – de­yə vəhy etdik.","Firon öz ordusu ilə birğə on­ların arxasınca düşdü və nəhayət, həqiqətini Allahdan başqa kiminsə bilmədiyi bir şəkildə dəniz Fironu və onun ordusunu bir anda qap­la­yıb batırdı. Beləliklə də, onların hamısı suyun altında qalaraq məhv oldular. Musa və onunla bərabər olanlar isə suda qərq olmaqdan qurtuldular.","Firon öz xalqına küfürü gözəl göstərməklə onları azğın­lığa sürük­lədi, onları batil ilə aldatdı və doğru, haqq yolu onlara gös­tər­mədi.","Biz, İsrail oğullarını Firon və onun ordusunun əlindən qurtardıqdan sonra onlara belə dedik: \"Ey israil oğulları! Biz si­zi düşmə­ninizdən xilas etdik. Sizə Tur dağının sağ tə­rəfiniz­dəki vadi də Musa ilə danışmağı vəd etdik. Siz səhrada olduqda nemət olaraq sizə bal kimi sirin su endirdik və həmçinin sizə ruzi olaraq sümman quşu kimi dadlı əti olan kiçik quş bəxş etdik!","Sizi ruzi olaraq verdiyimiz ləzzətli olan halal təamlardan yeyin. Sizə halal etdiyimiz şeylərdə həddinizi aşaraq harama girməyin. Yoxsa sizə qə­zəbim tu­tar. Kim Mənim qəzəbimə düçar olarsa, o, dünya və axirətdə bəd­bəxt olar!\"","Həqiqətən, Mən, Mənə töv­bə edib, iman gətirən və saleh əməllər edib, sonra da haqq yolda sabitqədəm olan kimsələri bağışlayıb, əfv edirəm!","Uca Allah belə buyurdu: \"Ey Musa! Qövmünü geridə buraxıb, onlardan öncə tələm-tələsik bura gəlməyinin səbəbi nədir?","Musa - aleyhissəlam - belə cavab verdi: \"Onlar da ar­xamca gə­lib mənə çatacaqlar. Sənin hüzuruna tələm-tələsik gəldiyimdən dolayı məndən razı qa­la­san deyə, qövmümü arxada qoyub Sə­nin yanına tə­ləsərək gəldim!\"","Uca Allah belə buyurdu: \"Biz, özündən arxada buraxdığın qövmünü buzova ibadət etməklə sınağa çəkdik. Sa­mi­ri onları buzova ibadət etməyə çağırdı və beləcə onları haqq yoldan azdırdı!\"","Musa - aleyhissəlam - qövmünün buzova ibadət etməsindən dolayı qəzəbli və hüzünlü halda onların yanına qayı­dıb de­di: \"Ey qöv­müm! Mə­gər Allah sizə Tövratı göndərəcəyi və sizi cənnətə daxil edəcə barədə sizə gözəl bir vəd vermə­miş­di­mi?! Aradan çox uzun zamanmı keçdi ki, siz bunu unutdunuz? Yoxsa bu əməlinizlə Rəbbi­niz­dən sizə bir qəzəb gəl­məsini və əzabın üzərinizdə vaqe olmasını istəyib sizin yanınıza qayıdana kimi Allaha ibadət etməkdə sabitqədən olacağınıza dair mənə verdi­yiniz vədə xilafmı çıxdınız?\"","Musanın qövmü ona belə dedilər: \"Ey Musa! Biz sənə verdi­yi­miz sözdən öz istəyimizlə dönmədik. Biz bunu məcburiyyət qarşısında qalara belə etdik. Biz Firon qövmünün bərbəzək və zinət əşyasından olan ağır yük­lər­lə yüklənmiş­dik. Bizdə onlardan canımızı qurtarmaq üçün onları quyuya atdıq. Biz bərbəzək və zinət əşyalarını quyuya atdığımız kimi, Sa­miri də özü ilə götürdüyü Cəbrailin -Əleyhis-salam- atının ayağının basdığı torpağıda quyuya atdı\".","Samiri, o bərbəzək və zinət əşyalarından İsrail oğulları üçün inək bö­yü­rtüsü kimi böyürüb səs çıxaran, ruhsuz bir buzov heykəli dü­zəlt­di. Samirinin etdiyi əmələ məftun olanlar: \"Bu si­zin və Musanın ilahıdır. Lakin Musa onu unudub, bura da qoyub getmişdir\" – dedilər.","Məgər bu buzova məftun olub, ona ibadət edən kimsələr, buzovun on­ları danışdırmadığını, onlara heç bir cavab vermədiyini, buzovun nə özlərindən, nə də başqalarından bir zərəri dəf etməyə yaxud nə özlərinə, nə də başqalarına bir fay­da ver­məyə qadir olma­dı­ğını gör­mür­dü­lər­mi?!","Musa qövmünün yanına qayıtmazdan əvvəl Harun on­lara belə de­mişdi: \"Buzovun qızıldan düzəldilməsi və onun inək bö­yü­rtüsü kimi böyürüb səs çıxartması, bütün bunların hamısı aranızdakı mömini kafirdən ayırd etmək üçün bir sınaqdır. Ey qövmüm! Həqiqətən, sizin Rəb­biniz qullarına qarşı mər­hə­mət­li olan Allahdır. Rəbbiniz olan Allah, sizə fayda və zərər verə bilməyən və sizə mərhəmət göstərməyə qadir olmayan ilahlarınız kimi deyildir. Elə isə, tək Allaha ibadət etməkdə mənə ta­be olun və Allahdan başqasına ibadət etməyi tərk edərək əmrimə itaət edin!\"","Buzovun ibadətinə məftun olan kimsələr Haruna belə dedilər: \"Musa yanımıza qa­yıdana qədər biz ona ibadət etməyə davam edəcəyik!\"","Musa qardaşı Haruna belə dedi: \"Ey Harun! On­ların Uca Allahı tərk edib, buzova ibadət edərək azdıqlarını gördüyün za­man onları bu işdən çəkindirməyə sənə nə mane oldu?","Onları tərk edib nə üçün ardımca gəlmədin? Yoxsa səni onlara başçı təyin etdikdən sonra əm­ri­mə qar­şımı çıxdın?","Musa qardaşının etdiyini qınayaraq onun saçından və saqqalından tutub özünə tərəf çəkdikdə, Harun da ona mülayim şəkildə belə dedi: \"Saqqalımdan və saçımdan tut­ma. Mənim onlarla birgə qalıb, sənin yanına gəlmədiyimə görə üzürüm var. Mən onları başlı-başına buraxıb sənin yanına gəldikdə, onların, öz aralarında parçalanmağından və sənin mənə: \"Sən onların arasın parçaladın və sənə onlar barədə etdiyim vəsiyyətimi yerinə yetirmədin\" – de­yəcəyindən qorxdum!\"","Musa - aleyhissəlam - Samiriyə belə dedi: \"Ey Samiri! Səni bu işə vadar edən nə idi?\"","Samiri Musaya belə dedi: \"Mən İsrail oğularının gör­mədik­lərini gördüm. Mən Cəbraili atı­nın üstündə gö­rdüm bu zaman onu atının ayağı dəydiyi torpaqdan bir ovuc aldım və həmən torpağı buzov şəkilində düzəldilən ərimiş qızıl əşyalarının üstünə atdım bundan sonra inək bö­yü­rtüsü kimi böyürüb səs çıxaran bir buzov əmələ gəldi və beləliklə də nəfsim mə­nə etdiyim bu şeyi gözəl göstərdi\".","Musa - aleyhissəlam - Samiriyə belə dedi: \"Haydı çıx get! Sən həyatın boyu: \"Mənə to­xun­ma­yın, mən də sizə toxun­ma­yım!\" – de­yəcəksən. Daima tək tənha qalacaqsan. Qiyamət günü də sənin üçün hesaba çəkilib, əzab olunacağın bir gün vardır. Uca Allah bu vədindən əsla dönməz. İndi isə sən özünə Allahdan başqa məbud qəbul etdib, ona ibadət etdiyin buzova bax. Biz indi onu atəş içində əriyənə qədər yan­dı­racaq, sonra da onun külünü bir zərrə qədər qalmayanadək dənizə sovu­ra­cağıq!\"","Ey İnsanlar! Həqiqətən də, sizin haqq olan məbudunuz Özün­dən başqa heç bir haqq mə­bud ol­ma­yan Allah­dır. O, Öz elm ilə hər şeyi əhatə etmişdir. Heç bir şeyin elmi Pak və Uca olan Allaha əsla gizli qalmaz.","Ey Peyğəmbər! Biz sənə təskinlik olsun deyə Musa və Fironun və onların qövmlərinin hekayətini xəbər verdiyimiz kimi, beləcə də olub-keçmiş peyğəmbərlərin və onların ümmətlərinin hekayətlərinin də xəbər veririk. Ar­tıq sə­nə, ibrət almaq istəyən insanların düşünüb, ibrət alması üçün Öz tərə­fimiz­dən Quranı verdik.","Kim sənə nazil edilən Qurandan üz çevirib, ona iman gətirməyib və onunla əməl etməzsə, o, Qi­yamət günü böyük bir günahla yüklənmiş olaraq gələcəkdir və şiddətli bir əzaba düçar olacaqdır.","Onlar bu daimi əzabda əbədi olaraq qala­caqlar. Onların Qiyamət gü­nü daşı­yaca­ğı yük nəcə də pis yükdür!","Mələyin sura yenidən dirilmək üçün ikinci dəfə üfürdüyü zaman, Biz o gün kafirlərin gözlərinin rəngi axirətin şiddətli əzabından qorxaraq göm-göy göyər­miş halda həşir edəcəyik.","Onlar öz aralarında: \"Öldükdən sonra bərzəx aləmində cəmi on gün qal­dınız!\" – deyə bir-biriləri ilə pı­çıl­daşacaqlar.","Biz onların gizlincə pı­çıl­daşıb, bir-birilərinə nə deyə­cək­lərini yaxşı bilirik. Onların pıçıltısından Bizə heç bir şey gizli qalmaz. On­ların içərisində ən ağıl­lı olanı: \"Siz bərzəx aləmində çox yox, yalnız bir gün qaldınız!\" – de­yə­cəkdir.","Ey Peyğəmbər! Səndən Qiyamət günü dağların durumu necə olacağı barədə soru­şurlar. Onlara belə de: \"Rəbbim qiyamət günü dağları kökündən qoparıb ha­vaya sovu­raraq, toz halına gətirəcəkdir.","Uca Rəbbim, dağları üzərində daşiyan yer üzünü, üzərində heç bir bina olmayan və heç bir şey bitməyən boş düzəngaha çe­­virəcək­dir.","Ey yer üzünə baxan kimsə! Yer üzünün həddən artıq dümdüz olduğundan, sən orada nə bir eniş, nə də bir yoxuş, nə də ki, bir əyrilik görə biləcək­sən!\"","O gün insanlar məhşərə çağıran carçının ar­xa­sın­ca yeri­yə­cəklər. Onun ardınca getməkdən kimsə onları yayındıra bilməyəcəkdir. Rəhmanın qorxusundan bütün səslər kəsilə­cək və o gün sən yalnız onların yavaşca danışıqlarını eşi­də­cək­sən.","O əzəmətli gündə Alla­hın şəfaət etməyə izin verdiyi və şəfaət etmək üçün söz demə­si­nə ra­zı ol­duğu şəxs­lər­dən baş­qa, kimliyindən aslı olmayaraq heç kimin şəfaəti fayda ver­mə­yə­cək­dir.","Uca Allah insanların Qiyamət günü aqibətlərinin necə olacağını və onların dünyada nə etdiklərini yaxşı bilir. Bütün yaradılmışlar, uca Allahın zatının və Onun sifətlərinin necəliyini ehtiva edib, əsla dərk edə bil­məz!","O gün insanların üzü, məxluqatın hər işini yoluna qoyan, onları idarə edib, dolandıran əbə­di ya­şa­yan Allah qar­şısın­da zəlil görkəm alacaqdır. Nəsfini günaha ba­tıraraq özlərini həlaka sürükləyənlər isə zi­ya­na uğrayacaqlar.","Allaha və Onun rəsuluna iman edərək saleh əməllər edən şəxslər mükafatına tam olaraq nail olacaqdır. O şəxslər nə, etmədikləri günahlara görə haqsızlıq edilərək əzaba mə­ruz qalmaqdan, nə də ki, saleh əməlinin savabının naqis edilməsindən qorx­arlar.","Biz keçmişdəki ummətlərin hekayələrini nazil etdiyimiz kimi, bu Quranı da ərəb­cə nazil et­dik və Biz onun içindəki müxtəlif növ təhdidləri cürbəcür misallar çəkməklə dönə-dönə açıq­ladıq ki, bəlkə onlar, Allahdan qorxsunlar yaxud da ki, bu Qurandan öyüd-nəsihət və ya ibrət al­sınlar.","Allah: ulu, uca, müqəddəs, pak, eyib və nöqsanlardan uzaqdır. O, hər şeyin mülkünə sahib olan hökmdardır! O, həm Özü və həm də sözü haqq olandır. O, müşriklərin Onu vəsf etdiklərindən uzaq və ucadır. Ey Peyğəmbər! Cəbrail sə­nə ayələrinin vəhy edilməsini ta­mam­lanmayınca Qu­ranı oxumağa tələsmə və: \"Ey Rəbbim! Mənə öyrətdiklərində el­mimi artır!\" – de.","Biz bundan öncə Adəm­ə ağacın meyvəsindən yeməməsini əmr etmiş, onu bu işdən yasaqlamışdıq və ona sonda bunun nəticəsinin necə olacağını bəyan etmişdik. O isə, Bizim əmrimizi unudub o ağacın meyvəsindən yedi və əmrimizə səbirsizlik göstərdi. Beləliklə də, əmrimizə əməl etməkdə onda əsla qətiyyət gör­mədik.","Ey Peyğəmbər! Yadına sal ki, Biz bir zaman mələk­lə­rə: \"Adəmə salam məqsədilə səcdə edin!\" – de­mişdik. Mələklərlə birğə olan, amma onlardan olmayan İb­lisdən başqa mələklərin hamısı Allahın əmrinə tabe olaraq salam məqsədilə Adəmə səcdə etdi. İblis isə təkəbbürlük edərək və lovğalanaraq səcdə etməkdən imtina etdi.","Biz Adəmə dedik: \"Ey Adəm! Həqiqətən bu İblis, həm sə­nin, həm də zövcə­nin düş­mə­nidir. O sizə vəsvəsə verib özünə itaət etdirərək sizi aldatdıb Cən­nət­­dən çıxart­masın! Yoxsa, məşəqqətlərə və çətinliklərə məruz qalarsan.","Şübhəsiz ki, Rəbbin səni Cənnətdə yedizdirəcək və sən orada əsla ac qalmaya­caqsan, habelə, səni libasla geydirəcək və sən orada əsla çılpaq olmayacaqsan.","Biz sənə Cənnətdə içməyə su verəcəyik, sən orada susama­ya­caqsan və səni orada günəşdən qoruyacağıq, onun hərarəti sənə isabət etməyəcəkdir!\"","Şeytan Adəmə vəsvəsə edib ona belə dedi: \"Ey Adəm! Sənə meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin, həmişə həyat da yaşayacağın ağa­cı, tü­kənmə­k və qurtarmaq bilməyən bir mülkü göstərimmi?!\"","Nəhayət, Adəm və Həvva onlara qadağan edilən ağacın meyvəsindən yedilər və bu zaman öyrət yerləri örtülü ikən birdən-birə açılaraq özlərinə görün­dü. On­lar Cənnət ağacla­rı­nın yarpaqların­dan qoparıb, bu yarpaqlarla övrət yerlərini örtməyə baş­la­dı­lar. Beləliklə də, Adəm, Rəb­­binin ona ağacın meyvəsindən yeməməsi barədə əmrinə asi olaraq uca Allahın əmrinə müxalif oldu və ona icazə verilməyən şeyi edərək səhvə yol verdi.","Sonra Uca Allah onu seçdi, tövbəsini qəbul buyurdu və onu doğru yola müvəffəq etdi.","Allah Adəmə və Həvvaya belə buyurdu: \"Sizin hər ikiniz və İblis Cənnətdən ye­rə enin. İblis sizin düşməninizdir, sizdə onun düşmənisiniz. Mən­dən sizə, Mənim haqq yolumu gös­tərən biri gəl­dikdə, kim Mə­nim haqq yolumu göstərənə tabe olub, ona əməl edər və bu yolda sabitqədəm olarsa, o nə dünya həyatında azğınlığa düşər, nə də ki, axirət həyatın da bəd­bəxt olmar. Əksinə, uca Allah onu Cənnətə daxil edər!","Kim Mənim Zikrimdən üz dön­dərib, onu qəbul etməz və ona icabət etməzsə, onun üçün dünya da və bərzəx aləmində sı­xın­tı­lı bir həyat vardır və Biz Qiyamət günü onu məhşərə kor və heç bir hüccətsiz olaraq gətirə­cə­yik!\"","Dünyada uca Allahın zikirindən üz şevirən kimsə belə deyəcəkdir: \"Ey Rəb­bim! Bu gün məni nə üçün kor olaraq həşir etdin? Axı mən dünyada ikən hər şeyi görürdüm!\"","Uca Allah ona cavab olaraq belə deyəcəkdir: \"Sən dünyada ikən elə etdin. Çünki sə­nə qüdrətimizə dəlalət edən ayələrimiz gəldikdə sən ondan üz çevirdin. Bu gün sən də beləcə əzabda tək-tənha tərk ediləcəksən!\"","Biz, haram olan şəhvətlərə dalıb və Rəb­bi­nin aşıq-aydın dəlillərinə iman etməkdən üz çevirib, onlara inanmayanı be­lə cə­za­lan­dırı­rıq. Uca Allahın axirətdəki əzabı isə, dünya və bərzəx aləmindəki sıxıntılı yaşantıdan daha qorxunc, daha şiddətli və daha davamlı olacaqdır.","Məgər müşriklərə özlərindən öncə məhv etdiyimiz ümmətlərin çoxluğu bəlli olma­dı­mı?! Bununla belə onlar, məhv edilmiş ümmətlərin diyarlarında gəzib dolaşır və onlara üz vermiş əzabın əlamətlərini öz gözləri ilə görürlər.Həqi­qə­­tən, bir çox ümmətlərin həlak edilib, onların diyarlarının yerlə yeksan edilməsində ağıl sahibləri üçün ibrətlər vardır.","Ey Peyğəmbər! Əgər Rəbbin tərəfin­dən heç kəsə haqq bəyan edilmədə əzab verilməyəcəyinə dair əvvəl­cə­dən bir söz və Allah qatında təqdir edil­miş bir vaxt ol­ma­saydı, onlar əzaba layiq olduğlarına görə əzab onları dər­hal ya­xala­yar­dı.","Ey Peyğəmbər! Batil vəsflərlə səni yalanlayanların sözlərinə qarşı sə­bir et. Gü­nəş doğmamışdan öncə fəcir namazında və günəş bat­ma­mış­dan əv­vəl əsir namazında, gecə saatlarında məğrib və işa namazında, günün ilk yarısının bitdiyi zəval vaxtı zöhür namazında və günün ikinci yarısnın bitdyi məğrib namazında Uca Allah qatında razı qaldığın savaba nail olmaq üçün Onun şəninə həmd-sənalar və təriflər de.","Allahın ayələrini yalan sayan kimsələrin bəzisini imtahan etmək məqsədi ilə onlara dünya hə­ya­tının bərbəzəyindən müvəqqəti olaraq əylənmələri üçün ver­di­yi­miz şey­lərə gözünü dikmə. Onlara verdiyimiz bu bər-bəzək fani dünya malıdır. Rəb­bi­nin razı olmağın üçün sənə vəd etdiyi mükafat, dünya həyatında müvəqqəti olaraq əylənmələri üçün onlara verilən fani dünya malından daha xeyirli və daha davanmlıdır.","Ey Peyğəmbər! Ailənə namazı vaxtı-vaxtında qılmağı əmr et və sən də onu səbirlə ye­ri­nə ye­tir. Biz sən­dən özün və ailən üçün ruzi tələb etmirik, əksinə Biz sənə ruzi veririk. Dünyada və axirətdə gözəl sonluq Allahdan qorxub, Onun əmrlərini yerinə yetirərək, qadağalarından çəkinən müttəqilərindir üçündür.","Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirlər: \"Elə isə qoy Muhəmməd Rəb­bindən bizə onun həqiqətən Allah tərəfindən göndərilən bir peyğəmbər olmasına və həmçinin onun sadiqliyinə dəlalət edən açıq-aydın bir dəlil gətir­sin?\" – de­dilər. Mə­gər yalan sayan bu kimsələrə əvvəlki səmavi kitabları təsdiq edən Quran gəlmədimi?!","Əgər Biz Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalan sayan bu kafirləri, pey­ğəmbəri göndərmədən və Quranı nazil etmədən öncə əzabla məhv etsəydik, Qiyamət günü onlar etdikləri küfrlərə görə özlərinə bəraət qazandırıb, üzr gətirərək: \"Ey Rəb­bimiz! Dünyada ikən bizə bir peyğəmbər göndərsəydin, biz də ona iman edər, əzabından dolayı bizə zə­lillik və rüsvayşılıq isabət etməzdən öncə onun gətirdiyi ayələrə iman edərdik?!\" – deyərdilər.","Ey Peyğəmbər! Haqqı yalan sayan kafirlərə belə de: \"Bizdən və sizdən hər kəs Allahın hökmünü gözləməkdəyik. Elə isə gözləyir. Siz tezliklə kimin doğ­ru yol sahibi olduğunu və sizinmi yoxsa bizimmi hidayət yolunda olduğumuzu mütləq bilə­cək­siniz?\""]