["Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib Allahın razı qaldığı saleh əməlləri etsə, ona başqa qadınlardan fərqli olaraq müka­fatını ikiqat verərik. Biz axirətdə onun üçün bol ruzi - Cənnət hazırlamışıq.","Ey Muhəmməd peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələ­ri! Siz fəzilət və şərəf baxımından başqa qadınlar kimi deyilsiniz. Əksinə, siz fəzilət və şərəf xüsusunda elə bir mərtəbəyə yüksəlmisiniz ki, sizdən başqası o mərtəbəyə yüksələ bilməz. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-nazla­na danışmayın, yoxsa buna görə qəl­bində nifaq xəstəliyi və haram buyurulan şəhvətə meyli olan kəs tamaha düşər. Şübhə doğurmayan sözlər danışın və bacardığınız qədər zarafatı kənara qoyub ciddi olun.","Evlərinizdə qərar tutun! Ehtiyac olmadığı halda evinizdən bayıra çıxmayın və ilk ca­hi­liyyə dövründə qadınların, kişilərin onlara meyil etmələri üçün öz gözəlliklərini kişilərə göstərdikləri kimi, gözəlliyinizi (yad kişilərə) göstərməyin. Na­mazı tam şəkildə qılın, malınızın zəkatını verin, Allaha və Onun Rəsuluna itaət edin! Pak və müqəddəs Allah, əziyyəti və pisliyi sizdən uzaq etmək istəyir. Ey Rəsulullahın zövcələri və ey onun ev əhli, Allah sizin qəlbinizi gözəl əxlaqla bəzəməklə və qəlbinizdəki günahları silib apar­maqla onu kamil şəkildə tər­təmiz etmək istəyir ki, bundan sonra orada heç bir mərəz qalmasın.","Evlərinizdə oxunan Alla­hın Öz rəsuluna nazil etdiyi ayə­lə­rini və Rəsulullahın pak sünnəsini yada salın. Hə­qiqətən, Allah sizi Öz peyğəmbərinin ev əhlindən olmağı nəsib etməklə sizə lütf­ göstərmiş, üstəlik, sizi seçib Öz peyğəmbərinin zövcələri və onun ümmətinin möminlərinin anaları etməklə (sizin hər bir işinizdən) xəbərdar­dır.","Həqiqətən, Allaha itaət etməklə ona boyun əyən ki­şilər və boyun əyən qadınlar, Allaha sidq-ürəkdən inanan kişilər və sidq-ürəkdən inanan qa­dın­lar, Allaha itaət edən kişilər və itaət edən qa­dınlar, imanında və sözündə dürüst olan kişilər və dürüst olan qadınlar, itaətdə, günah işlərdən çəkinməkdə və müsibət gəldikdə səbirli olan kişi­lər və səbir­li olan qadınlar, mallarından həm fərz (zəkat), həm də müstəhəb olaraq sədəqə ve­rən kişilər və sə­dəqə verən qadın­lar, Allah üçün həm vacib, həm də nafilə oruclarını tu­tan ki­şilər və qadınlar, naməhrəm yanında zinətlərini gizlədərək, habelə, zinadan və ona yaxınlaşdıran hər bir murdar əməldən uzaq durmaqla ismətlərini qoruyan ki­şi­lər və ismətlərini qoruyan qa­dınlar, həmçinin, qəlbləri və dilləri ilə, həm gizlində, həm də aşkarda Allahı çox zikr edən kişilər və qadınlar üçün - Qiyamət günü Allah tərəfindən onların günahlarının ba­ğış­lan­ması üçün məğfirət və böyük mükafat - Cənnət hazırla­mışdır.\t","Allah və Onun Rəsulu mömin kişilər və mömin qadınlar arasında bir işə hökm verdikdə, onlardan heç birinin bu hökmü qəbul etmək və ya inkar etmək ixtiyarı ola bilməz. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, haqq yoldan açıq-aydın azmış olar.","Ey Peyğəmbər, bir zaman Allahın İslam ne­məti bəxş etdiyi və sənin azad etdiyin Zeyd ibn Harisə (radiyallahu anhumə) sənin yanına gəlib zövcəsi Zeynəb bint Cəhşi boşamaq xüsusunda səninlə məşvərət etdikdə, sən ona: “Zövcəni öz ya­nında saxla, onu boşama və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorx!”– demişdin. Ey Peyğəmbər, Alla­hın sənə vəhy etdiyi - sənə Zeynəblə evlənməyi buyurduğunu ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Allah Zeydin onu boşayacağını, sonra da, sənin onunla evlənəcəyini aşkara çıxaracaq. Əs­lində, bu işdə qorxmalı oldu­ğun məhz Allah­dır. Zeydin nəfsi zövcəsini istəmədikdə və artıq onu boşadıqda, Biz səni Zeynəblə evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqdan və onların gözləmə müddəti başa çatdıqdan sonra o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir günah ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­. Heç bir şey ona mane olmaz və onun qarşısı alınmaz.","Allahın Muhəmməd peyğəmbərə (səllallahu aleyhi və səlləm) halal buyurduğu işdə - oğulluğa götürdüyü Zeydin boşadığı qadını ilə evlənməkdə ona heç bir günah və sıxıntı olmaz. Peyğəmbər bu işdə, öncə gə­lib-getmiş peyğəmbərlərin sünnəsinə tabedir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu işi görən ilk peyğəmbər deyil. Allahın belə bir hökm verməsi - bu evliliyin tamamlaması və bir də oğulluğa götürülmüş kimsənin oğul sayılmasının qadağan edilməsi, peyğəmbərin öz fikri və öz seçimi ilə deyil, məhz Alla­hın əzəldən müəyyən edtiyi bir hökmü ilədir.","O peyğəmbərlər özlərinə nazil edilmiş Allahın risalətlərini öz ümmətlərinə təbliğ edir, pak və uca Allahdan başqa heç kəsdən qorxmur və Allahın onlara halal buyurduğu bir işi gördükdə, heç kəsin iradına məhəl qoymurdular. Allah Öz qullarının əməllərini haqq-hesab çək­mə­yə və etdikləri əməllərini əvəzini, yaxşı əməlin mükafatını, pis əməlin də cəzasını verməyə yetər.","Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yil. O, Zeydin atası deyil ki, Zeyd öz zövcəsini boşadıqdan sonra onunla evlənmək ona haram sayılsın. La­kin o, Allahın insanlara göndərdiyi rəsulu və peyğəmbərlərin so­nun­cu­su­­dur. Ondan sonra peyğəmbər gəlməyəcək. Allah hər şeyi bilir. Qullarının əməllərindən heç biri Ondan gizli qalmaz.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, Alla­hı həm qəlbinizlə, həm dilinizlə, həm də əzalarınızla çox zikr edin!","Səhər-axşam fəzilətli kəlmələri - \"subhənallah\" və \"lə ilahə illəllah\" deməklə pak və müqəddəs Allahın şəni­nə təriflər deyin!","Allah sizə rəhm edir və sizi tərifləyir, üstəlik, Onun mələkləri də sizin üçün dua edirlər ki, sizi küfr zülmətindən iman nuruna çıxartsın. Allah mö­min­lərə qarşı Rəhm­lidir. Əgər onlar Allaha itaət etsələr, Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinsələr, Allah onlara əzab verməz.","Möminlərin Rəbbinə qovu­şa­caqları gün xeyir-duaları “sa­lam” olacaq və hər bir pislikdən qorunacaqlar­. Onlar Allaha itaət etdiklərinə və Ona asi olan işlərdən çəkindiklərinə görə, Allaha onlar üçün gözəl bir mükafat - Cənnət ha­zır­la­mış­dır.","Ey Peyğəmbər! Həqiqətən, Biz səni elçi göndərdik ki, sənə həvalə edilmiş risaləti insanlara təbliğ etdiyinə dair onların əleyhinə şahidlik edəsən, aralarındakı möminlərə Allahın onlara Cənnəti hazırladığı barədə müjdə verəsən, kafirləri də, Allahın onlar üçün hazırladığı azabla qorxudasan.","Səni həm də Allahın əmri ilə Onun tovhidinə və itaətinə dəvət edən, habelə, doğru yola gəlmək istəyən hər kəsin yoluna nur saçan bir çıraq olaraq göndərdik.","Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən möminlərə sevindirici xəbər ver ki, onlara pak və müqəddəs Allah tərəfindən böyük bir lütf nəsib olacaq. Belə ki, onlar bu dünyada zəfər çalacaq, axirətdə də Cənnətə daxil olmaqla uğur qazanacaqlar.","Kafirlərin və münafiqlərin çağırışına itaət edib Allahın dinindən kənara çıxma, onlardan üç çevir. Bu, onların, sənin onlara gətirdiyinə iman gətirmələri üçün daha münasib olar. Hər bir işində - o cümlədən də, düşmənlərinə qalib gəlmək xüsusunda Allaha etimad et. İnsanların dünya və axirət işlərinin hamısında Allaha etimad etməsi, Onun insanları qoruması üçün ki­fa­yət­dir.","Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Əgər mömin qadınlarla nikah müqaviləsi bağlasanız, sonra da onlarla yaxınlıq etməzdən əvvəl talaqlarını ver­səniz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni - istər təmizləmə müddətini, istərsə də üç ayı saymağa haqqınız yoxdur. Bu hökm, o qadınlara yaxınlıq edilmədiyi üçün bətinlərində uşaq olmadığına görədir. Boşanma səbəbi ilə qırılmış könüllərini almaq üçün imkanınız daxilində öz malınızdan onlara verib, sonra da onlara əziyyət vermədən, gözəl bir tərz­də sərbəst buraxın ki, ailələrinin yanına getsinlər.\t","Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini və Alla­hın sə­nə bəxş et­dik­lərindən sa­hib olduğun cariyələri sənə halal etdik, habelə, sə­nin­lə birlikdə Məkkədən Mədinəyə hic­rət etmiş əmin qız­la­rı­, bibilərinin qızları, da­yın qızları və xa­lalarının qızla­rı ilə nikaha girməyi halal etdik, eləcə də, heç bir mehr vermədən özü­nü sənə hədiyyə edən mömin qa­dı­nla evlənməyi sənə halal etdik. Özünü hədiyyə edən qadınla evlənmək, bu ümmətdən heç kəsə yox, ancaq məxsusi olaraq Peyğəmbərə (səllallahu aleyhi və səlləm) caizdir. Biz möminlərə zövcələri barə­­də nəyi vacib buyurdu­ğu­muzu bilirik. Belə ki, onlara eyni vaxtda dörd qadından artıq qadınla evlənmək icazəli deyil. Habelə, onlara sahib olduqları cariyələr barədə nə buyurdu­ğu­muzu da bilirik. Belə ki, onlar istədikləri sayda cariyədən istifadə edə bilər. Biz sənə evlənməsinə icazə verdiklərimizdən bəzisini başqalarına icazə vermədik. Biz bunu, sənə sıxıntı və məşəqqət olmasın deyə belə etdik. Allah Öz qullarından tövbə edən kimsələri ba­ğış­layandır, onlara rəhm edəndir.","Ey Peyğəmbər, zövcələrindən istədiyinin sə­ninlə gecə­ləmək növbə­sini tə­xirə sala bi­lərsən, onlardan is­tədiyini də öz yanına ala bilərsən ki, gecəni səninlə keçirsin. Özün­­dən ayır­dıq­la­rından hansı birini ye­nidən öz yanına almaq istə­sən, buna görə sə­nə heç bir günah olmaz. Onların növbəsini təxirə salmaq və sənə belə imkan yaratmaq, zövcələrinin sevin­mə­ləri və sənin on­ların hamısına verdiyindən razı qalmaları üçün da­ha münasibdir. Onlar bilsinlər ki, sən öz öhdənə düşən vacibi tərk etməmisən və heç kəsin haqqına girməmisən. Ey kişilər, Allah sizin qəl­­bi­nizdə olan­ları - qadınlarınızdan bəzisinə meyl edib digərlərini tərk etdiyiniz bilir. Allah Öz qullarının nə əməllər etdiklərini bilir, heç bir şey Ondan gizli qalmır, üstəlik, həlimdir, onları (günahlarına görə) dərhal cəzalandırmır ki, bəlkə Ona tövbə edələr.","Ey Peyğəmər, ixtiyarında olan zövcələrindən başqa qadınlarla evlənmək, onların hamısını yaxud bir qismini boşayıb əvəzinə başqa qadınlar almaq, - hətta o qadınların gö­zəllikləri səni hey­ran etsə də, - sənə halal deyil. Sahib olduğun ca­ri­yələr isə istisnadır, onlardan istədiyin qədər ala bilərsən. Allah hər şeyə nəzarət edən­dir. Bu hökm möminlərin analarının fəzilətinə dəlalət edir. Belə ki, onların boşanması və başqasına ərə getməsi qadağan edilmişdir.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, sizə yeməyə izin veril­məyib süfrəyə də­vət olunmadıq­ca Peyğəmbə­rin evlərinə girməyin və əv­vəl­cə­dən gəlib oturub yeməyin hazırlan­masını da gözləməyin. Lakin yeməyə dəvət olunduğunuzda gi­rin və ye­mək yedik­dən sonra orada oturub bir-biri­nizlə söhbətə dalmadan da­ğı­­lı­şın. Çün­ki bu hərəkətiniz Peyğəmbəri (səllallahu aleyhi və səlləm) narahat edir və o sizdən çıxıb getmənizi tələb etməyə uta­nır. Allah isə haqq sözü demək­dən utanmır. Elə buna görə də, sizə çıxıb getməyi əmr edir ki, bununla Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əziyyət verməyəsiniz. Peyğəm­bə­rin zöv­cələ­rin­dən bir şey - məsələn, qab və s. is­tədik­də, onu pərdə arxasından istəyin, onlarla üzbəüz durub istəməyin ki, sizin gözləriniz onları görməsin. Belə edin ki, Allahın rəsuluna (səllallahu aleyhi və səlləm) ehtiram əlaməti olaraq onları qorumuş olasınız. İstədiyinizi pərdə arxasından istəmək həm si­zin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gə­ti­rər. Belə edin ki, şeytan həm sizin, həm də onların qəlbinə vəsvəsə verib sizi yaramaz işlər görməyə təşviq etməsin. Ey möminlər, sizə Allahın rəsulunun evində çox oturmaqla ona əziyyət vermək, habelə, vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək qətiyyən yaraşmaz. Çünki onlar möminlərin analarıdır. Heç kəsə də, öz anası ilə evlənmək caiz deyil. Peyğəmbərin vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək kimi əziyyət vermək haram buyurulub və bu, Allah ya­nında böyük günah sayılır.","Siz əməllərinizdən bir şeyi aşkara çı­xarsanız da, onu içinizdə gizli sax­lasa­nız ­da, şübhəsiz ki, Allah hər şeyi bilir. Sizin əməllərinizdən və s. heç bir şey Ondan gizli qalmaz. O sizə əməllərinizin əvəzini - yaxşılığa mükafat, pisliyə də cəza verəcəkdir.","Qadınlara ataları, oğul­ları, qar­daşları, qardaşlarının oğul­la­rı, bacıla­rı­nın oğulları, doğma və ya süd bacılarının oğulları, mömin qadınların, sa­hib ol­duq­ları kənizlərin ya­nında hicab geymədən onlarla danımalarında heç bir günah yox­dur. Ey mömin qa­dınlar, sizə yaxşı işləri əmr edən və pis işləri qadağan edən pak və müqəddəs Allahdan qorxun! Allah sizin aşkara çıxardığınız və etdiyiniz hər şeyə şa­hid­dir.","Həqiqətən də, Allah mələklərin yanında Peyğəmbəri (səllallahu aleyhi və səlləm) tərif edir. Onun mə­ləkləri Peyğəmbər (səllallahu aleyhi və səlləm) üçün dua edirlər. Ey Allaha iman gə­tirən və Onun Öz qullarına buyurduqlarını yerinə yetirən kimsələr, siz də ona dua edib kamil ədəb-ərkanla onu sa­lam­la­yın.","Şübhəsiz ki, Allaha və Onun rəsuluna sözlə, yaxud əməllə əziyyət verənləri Allah dün­yada və axi­rətdə Öz geniş rəhmətindən qovmuş və Onun rəsuluna əziyyət verdiklərinə görə, cəza olaraq axirətdə onlar üçün alçaldıcı bir əzab hazırla­mış­dır.","Mömin kişilərə və mö­min qadın­lara etmədikləri bir cinayətdən öt­rü, sözlə və ya əməllə əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə yalan və açıq-aydın günah gö­türmüşlər.","Ey Peyğəmbər! Zövcə­lərinə, qız­larına və mömin­lə­rin qadınlarına de ki, geydikləri çarşabları ilə örtün­sün­lər ki, övrət yerləri naməhrəm kişilər yanında görsənməsin. Bu on­la­rın azad qadın kimi tanınması və cariyələrə əziyyət verildiyi kimi, heç kəsin on­lara əziyyət verməməsi üçün daha müna­sib­dir. Allah Öz qullarından Ona tövbə edən kimsələri bağış­layandır, və onlara rəhm edəndir.","Əgər münafiqlər öz nifaqlarına - müsəlman olduqlarını aşkarda göstərib küfrü qəlblərində gizlətmələrinə, habelə, qəlbi xəs­tə olanlar öz nəfsi istəklərinə və bir də Mədinədə möminlərin arasını vurmaq üçün yalan xəbərlər yayanlar bu əməllərinə son qoymasalar, sənə, ey Peyğəmbər, onları cəzalandırmağı buyurar və səni onların üzərində hökmran edərik. Sonra da onlar yer üzündə fəsad törətdiklərinə görə, məhv ediləcəkləri və ya yurdlarından qovulacaqları üçün, Mədinədə səninlə an­caq az bir müd­dət ərzində qonşuluq edərlər.","Onlar Allahın rəhmətindən qovular­lar. Münafiq olduqlarına və yer üzündə fəsad yaydıqlarına görə, harada ələ keçirilsələr, yaxalanıb aman­sızcasına öl­dürü­lər­lər.","Allahın öncə gəlib-getmiş, nifaqlarını aşkara çıxarmış münafiqlər barədə qanunu belədir. Allahın qanunu sabitdir, sən onda əsla bir dəyişiklik ta­pa bilməzsən.","Ey Peyğəmbər, müşriklər və yəhudilər sənə etiraz edərək və inanmayaraq o saat (qiyamət) barədə sual verirlər ki: \"O nə zaman qopacaq?\" Onlara de: “Onu yal­nız Allah bilir, mən bu haqda heç nə bilmirəm!” Ey Peyğəmbər, nə bilirsən, bəlkə də, o saat lap yaxınlaş­mışdır.","Pak və müqəddəs Allah kafir­lə­ri Öz rəhmətindən qovmuş və qiyamət günü onları gözləyən yandırıb-yaxan Od hazırla­mışdır.","Onlar özləri üçün hazırlanmış o atəşin içindəki əzabda əbədi qala­caq, özlərinə fayda verən nə bir himayəçi, nə də bir əzabı onlardan dəf edən yardımçı tapa biləcəklər.","Qiyamət günü onların üzləri Cəhənnəm odunda o yan-bu yana döndərildikdə, çox peşman olduqlarına və təəssüf etdiklərinə görə deyəcəklər: “Kaş, dünya həyatımızda Allahın bizə əmr etdiklərini yerinə yetirməklə və Onun bizə qadağan etdiklərindən çəkinməklə Allaha itaət edər, habelə, Peyğəmbərin öz Rəbbindən bizə gətirdiyinə itaət edərdik.”","Onlar zəif və batil dəlil gətirib deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və qövmümüzün böyüklərinə ita­ət etdik, on­lar da bizi düz yoldan sapdır­dılar.","Ey Rəbbimiz! Bizi düz yoldan sapdıran o başçılara və böyüklərə, bizi haqq yoldan azdırdıqlarına görə, bizə verdiyin əzabın ikiqatını ver və onları Öz rəhmətindən birdəfəlik qov!”","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Musanın bədənində qüsur olduğunu iddia edərək ona əziyyət verən kimsələr kimi, siz də, öz Peyğəmbərinizə əziyyət verməyin. Allah Musanı onların dediklərindən təmizə çıxartdı və beləliklə, onlara iddia etdikləri qüsurun Musada olmadığı aydın oldu. Musa Allahın yanında çox ehtiram edilən bir şəxs idi. Dilədikləri rədd edilməz, gördüyü işlər də uğursuz olmazdı.","Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, Allah­dan qor­xun və doğru-düzgün söz da­nı­şın.","Əgər siz Allahdan qorxsanız və doğru söz danışsanız, O, sizin əməllərinizi islah edər və bu əməlləri sizdən qəbul edər, habelə, sizin günahlarınızı bağış­layar və bu günahlara görə sizi cəzalandırmaz. Kim Allaha və Onun rəsuluna itaət etsə, bənzəri olmayan, böyük bir uğur qa­zanar. Bu uğur - Allahın rizasını qazanmaq və Cənnətə daxil olmaqdır.","Biz şəri hökmləri yerinə yetirməyi, mal-dövləti və sirləri qorumağı göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu daşımaqdan im­tina etdilər və onun aqibətindən qorxdular. İnsan onu boynuna gö­türdü. Doğrudan da, o, nəfsinə zülm edən və bunun aqibətini bilməyən cahildir.","Allahın yazdığı qədərə görə bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları nifaqlarına görə, müş­rik kişiləri və müşrik qa­dınları da Allaha şərik qoşdularına görə cəzalan­dır­sın, habelə, şəri hökmləri əhatə edən bu əmanəti layiqincə daşıyan mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağış­la­yandır, onlara rəhm edəndir.","Həmd, göylərdə və yer­də nə varsa ha­mısının - məxluqatın, hökmranlığın və işləri yoluna qoymağın sahibi olan Allaha məxsusdur! Axirətdə də təriflər pak və müqəddəs Allaha məxsusdur. O, yaratmaq və idarə etmək xüsusunda Hikmət sahibidir, üstəlik, Öz qullarının işlərindən Xə­bərdardır, heç bir şey Ondan gizli qalmaz.","O, yerə daxil olan suyu və toxumları və oradan çıxanı bitkiləri və s. habelə, göydən enən yağışı, mələkləri və ruzini, eləcə də, ora­ya qalxan mələkləri, qullarının əməllərini və ruhlarını bilir. O, Öz mömin qullarına qarşı Rəhmlidir, Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.","Allaha küfr edən kimsələr dedilər: “Qiyamət saatı heç vaxt bizə gəlməyə­cək­!” Ey Peyğəmbər, de: “Xeyr, Allaha and olsun ki, yalan saydığınız o saat sizi mütləq haq­­la­ya­caqdır. Lakin onun vaxtını yalnız Allah bilir. Məhz Allah qeybə aid olan qiyamət saatını və başqa bu kimi qeyb məsələlərini bilir. Göy­lərdə və yerdə qarşıqadan kiçik belə bir şey On­dan gizli qal­maz. Bu deyiləndən da­ha kiçik və daha bö­yük elə bir şey yoxdur ki, açıq-ay­dın kitabda - içində qiyamət gününədək baş verəcək hər bir şey haqqında yazılmış lovhi-məhfuzda qeyd edilmiş olmasın.”","Allaha iman gətirib yaxşı işlər görən kimsə­ləri mü­ka­fat­landırması üçün əvvəlcədən lovhi-məhfuzda yazıb qeyd etmişdir. Bu xislət sahibləri - məhz belələrinin günahlarını Allah bağışlayacaq, onların etdikləri günahlara görə onları cəzalandırmayacaq və onlara bol ruzi - qiyamət günü Cənnət bəxş edəcəkdir.","Allahın nazil etdiyi ayələri batil etməyə cəhd göstərib ayələr barədə: \"Bu bir sehrdir\", habelə, rəsulumuz haqqında da: \"O, kahindir, sehrbazdır, şairdir\"- deyənlər - bu xislətlərə sahib olanlar qiyamət günü ən pis və ən şiddətli əzaba düçar olacaqlar.","Səhabələrdən və kitab əhlindən iman gətirmiş olan alimlər Allahın sənə nazil etdiyi vəhyin içində şübhə olmayan haqq ol­du­ğunu, onun yenilməz güc sahibi olan Qüdrətli, habelə, dünyada və axirətdə Tə­ri­fəlayiq olan Allahın yo­lunu gös­tər­diyinə şahidlik edirlər.","Allaha küfr etmiş kimsələrdən bəzisi digərlərinə Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyinə təəccüb və istehza edərək dedilər: “Çürü­yüb parça-parça olduqdan, ölüb getdikdən sonra yenidən dirildiləcəyinizi xəbər verən bir kişini sizə göstərəkmi?","Onlar dedilər: \"Görəsən, bu adam Allahın əleyhinə yalan uydurub bizim öldükdən sonra diriləcəyimizi iddia edir, yoxsa o dəli olub, boş-boş danışıb sərsəmləyir?” Xeyr, bu heç də onların dediyi kimi deyil, əksinə, həqiqətə budur ki, axirətə inanmayanlar qiyamət günü şiddətli əzaba düçar olacaqlar, üstəlik, bu dünyada onlar haqdan uzaq bir azğınlıq içindədirlər.","Məgər öldükdən sonra yenidən dirilməyi yalan sayan o kimsələr qarşılarındakı yeri və arxalarındakı göyü görmürlərmi?! Əgər Biz onların ayaqları altındakı yeri batırmaq istəsək, onu batırar, yaxud göyün bir parçasını onların başına salmaq istəsək, salarıq. Şübhəsiz ki, bunda, Rəbbinə çox itaət edib bunun sayəsində Allahın qüdrətinə arxayın olan hər bir qul üçün qəti əlamət vardır. Belə ki, onları torpaqdan yaratmağa qadir olan Allah, onlar ölüb getdikdən və cəsədlərinin parça-parça olduqdan sonra yenidən onları diriltməyə də qadirdir.","Biz Davuda -Aleyhissəlam- Öz tərəfimizdən peyğəmbərlik və mülk bəxş etdik, sonra da dağlara belə buyur­duq: “Ey dağlar, Davudla birlikdə Allahın şəninə təriflər de­yin!”. Quşlara da eyni ilə əmr etdik. Biz dəmi­ri onun üçün yumşaltdıq ki, ondan istədiyi alətləri düzəltsin.\t","Sonra buyurduq: “Ey Davud, düşmənlərinin sənə xəsarət yetirməsindən qorunmaq üçün geniş zirehlər düzəlt və halqaları toxu­duq­da mismarları halqalara uyğun et, nazik etmə ki, yerindən oynamasın, həmçinin, onları qalın da etmə ki, mismarlar ona keçə bilsin. Yaxşı işlər gö­rün! Mən, hə­qi­qə­tən də, sizin nə et­di­yi­nizi görürəm, sizin əməllərinizdən heç bir şey Məndən gizli qalamaz və Mən sizə əməllərinizin əvəzini verəcəyəm.”","Səhər bir aylıq məsafəni qət edən, axşam ye­nə bir aylıq məsa­fə­ni qət edən kü­ləyi Davudun oğlu Süleymana (aleyhissəlam) ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq ki, misdən istədiyi şeyləri düzəltsin. Cinlərin bir qismini ona ram etdik ki, Rəbbinin əmri ilə onun hüzurunda işləyirdi. O cinlərdən hansı biri Bizim ona buyurduğumuzu yerinə yetirmirdisə, ona Cə­hən­nəm odunun əzabından daddırırdıq.","O cinlər Süleyman üçün istə­diyi ibadətgahlar, qəsrlər, heykəllər, hovuz­lara bən­zər çanaqlar və yerin­dən tərpənməyən nəhəng qazan­lar dü­zəl­dir­di­lər. Biz onlara belə buyurduq: Ey Davud ailəsi, Allahın sizə verdiyi nemətlərə şükür etmək üçün yaxşı işlər görün. Verdiyim nemətlərə görə qullarımdan şükür edənlər azdır.","Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə onun söykəndiyi əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, onlar qeybi bilmirlər. Əgər qeybi bil­səy­­dilər, alçal­dıcı əza­b içində qalmazdı­lar. Belə ki, həmin vaxt onlar Süleyman (aleyhissəlam) üçün ağır işlər görür və onun sağ olduğunu, onlara nəzarət etdiyini güman edirdilər.","Səba qəbiləsinin yaşa­dığı yerdə Allahın qüdrətinə və onlara bəxş etdiyi lütfünə dəlalət edən aşkar əlamət – biri sağda, digə­ri də solda olan iki bağça var idi. Biz onlara belə buyurduq: “Rəbbinizin ruzi­sin­dən yeyin və Onun verdiyi nemətlərə görə Ona şükür edin! Budur gözəl diyar və budur Allah - tövbə edən qullarının günahlarını bağışla­yan Rəbb!”","Lakin onlar Allaha şükür etməkdən və Onun peyğəmbərlərinə iman gətirməkdən boyun qaçırdılar, Biz də verdiyimiz nemətləri əzabla dəyişdirərək onları cəzalandırdıq, onların üstünə, səddlərini dağıdan və əkinlərini batıran güclü sel göndərdik, beləliklə də, on­la­rın iki bağça­sını acı meyvəli, məhsul verməyən yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.","Verdiyimiz nemətləri başqası ilə əvəz etməyimiz ona gör idi ki, onlar nankorluq edib nemətlərə görə şükr etməkdən imtina etdilər. Biz belə şiddətli cəzanı yalnız Allahın nemətinə qarşı nankor olan və Ona küfr edən kimsəyə veririk.","Yəməndəki Səba qəbiləsi ilə bərəkət verdi­yi­miz Şam məmləkətləri ara­sın­da aydın görünən bir-birinə ya­xın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. Belə ki, onlar rahatlıqla bir şəhərdən digərinə keçə-keçə Şam şəhərinə gedib çatardılar. Biz onlara belə buyurmuşduq: “Ora­lar­da ge­cə və ya gündüz, düşməndən, aclıqdan və susuzluqdan xatircəm olduğunuz halda gəzib dolaşın!”","Onlar isə Allahın bəxş etdiyi nemətə - o məsafələrin yaxın olduğuna naşükürlük edib: “Ey Rəbbi­miz! Səfər­ləri­mizdə dayanacağımız şə­hər­ləri yox etməklə aralarındakı məsafəni uzaq et ki, səfərin yorğunluğunu dadaq və miniklərimizin üstünlüyü bilinsin!”- dedilər və Allahın nemətinə küfr etməklə, Ona şükür etməkdən boyun qaçırmaqla və bir də aralarındakı kasıblara həsəd aparmaqla özlə­rinə zülm et­di­lər. Biz onları özlərindən sonra gələnlərin dilində dastan etdik və həmçinin onları yaşadıqları şəhərlərdə pərən-pərən saldıq və bundan sonra onlar öz aralarında bir-biriləri ilə görüşə bilmədilər. Həqi­qə­tən, bu deyilənlərdə - Səba qəbiləsinə nemət verilməsində, sonra da, onların nankorluqlarına və təkəbbürlüklərinə görə onlardan intiqam alınmasında, Allaha olan itaətdə, Ona asilik etməkdən çəkinməkdə və bir də müsibət gəldikdə səbirli olan və Allahın nemətlərinə şü­kür edən hər kəs üçün ibrət vardır.","İblisin onlar barəsindəki zənni - onları azdırıb haqq yoldan çıxara biləcəyi ehtimalı doğru çıxdı. Bir dəstə mö­min­dən baş­qa, qalan insanlar küfr etməkdə və haqq yoldan azmaqda ona tabe oldular. Onlar İblisə tabe olmamaqla onun arzusunu ürəyində qoydular.","Halbuki İblis o insanlar üzərində ixtiyar sahibi deyildi ki, onları azdıra bilsin. O, sadəcə (batili) onlara gözəl göstərməklə onları azdırırdı. Biz an­caq axirətə və axirətdə olan cəzaya iman gətirən kimsə ilə, ona şəkk edən kimsələri ayırd et­mək üçün İblisə insanları azdırmaq fürsəti verdik. Ey Peyğəmbər, sənin Rəbbin hər şe­yi hifz edəndir. O, Öz qullarının əməllərini hifz edir və onlara bu əməllərini əvəzini verəcəkdir.\t","Ey Peyğəmbər, o müşriklərə de: “Allahdan başqa ilah saydıqlarınızı çağırın ki, sizə bir fayda versinlər, yaxud zərəri sizdən dəf etsinlər.\" On­lar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib de­yil­lər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yox­dur və Alla­ha yardımçı olanı da yoxdur. Onun nə şəriklərə, nə də köməkçilərə ehtiyacı var.","Pak və müqəddəs Allahın hüzurunda, Onun izin ver­diyi kəs­lərdən başqa, heç ki­min şə­faəti fay­da verməz. Allah isə Öz əzəmətini göstərmək üçün yalnız razı qaldığı kimsələrə şəfaətçilik etməyə izin verər. Uca Allah, göydə bir söz deyəndə mələklər onun əzəmətinin qorxusundan öz qanadlarını bir-birinə çırparaq, Onun sözünə boyun əyib, itaət etmələri Onun əzəmətindəndir. Nəhayə, onların qəlbin­dən qorxu ke­çib get­dikdə, onlar Cəbraildən: “Rəb­biniz nə buyurdu?”­– deyə soruşar, Cəbrail də onlara belə cavab verər: “O, haqqı buyurdu! O, Öz zatı və hökmranlığı ilə Ucadır, və hər şeydən Bö­yük­dür!”","Ey Peyğəmbər, o müşriklərə de: “Göylərdən sizə yağış endirməklə və yer­dən sizin üçün bitkilər, əkinlər, meyvələr və s. bu kimi bitirmiklə sizə ruzi verən kimdir?”. De: “Oradan sizə ruzi verən Allahdır! Elə isə biz və ya siz, ey müşriklər – ikimizdən biri ya doğ­ru yolda, ya da açıq-aydın azğın­lıq için­dədir”. Şəkk yoxdur ki, möminlər doğru yolda olan kimsələrdir, müşriklər isə azğınlıq yolunda olan kimsələr.\t","Ey Peyğəmbər, de: “Qiyamət günü nə siz bizim qazandığımız günah­lara görə sorğu-sual ediləcəksiniz, nə də biz sizin et­diyiniz əməllərə görə sorğu-sual edilə­yə­cə­yik.”","Onlara de: “Qiyamət günü Rəbbimiz hamımızı bir yerə toplayıb, sonra ara­­mızda ədalətlə hökm verə­cək. Beləliklə də, haqq əhli batil əhlindən ayırd ediləcək. O, ədalətlə hökm verən Hakim­dir və nə hökm verdiyin Bilən­dir.”.","Ey Peyğəmbər, de: “Allaha ibadətdə qoşduğunuz şə­rikləri bir mənə göstərin. Xeyr, bu, sizin düşündüyünüz kimi deyil, Onun heç bir şəriki yoxdur. Əksinə, O, yenilməz qüvvət sahibi olan Qüd­rətli, üstəlik, yaratmaq, hər bir şeyin müqəddəratını əzəldən yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibi olan Allahdır!”","Ey Peğəmbər, Biz səni bütün insanlara - müttəqilərə Cənnətlə müjdə verən, kafirləri və günahkarları Cəhənnəmlə qorxudan bir peyğəm­bər olaraq gön­dərdik. Lakin insanların çoxu bunu bilmir. Əgər bilsəydilər, səni yalançı hesab etməzdilər.","Barəsində xəbərdarlıq edilən əzabın tez gəlməsini istəyən müşriklər deyirlər: “Əgər sizin dediyiniz haqdırsa, bu vəd etdiyiniz əzab nə vaxt gələcək?”","Ey Peyğəmbər, əzabın tez gəlməsini istəyən o kimsələrə de: “Sizə vəd edilmiş müəyyən bir gün var ki, siz nə bircə saat ondan yubanar, nə də bircə saat onu qabaqlaya bilərsiniz. O gün qiyamət günüdür.”","Allaha küfr edən kəslər dedilər: “Biz nə Muhəmmədin özünə nazil olduğunu iddia etdiyi bu Qu­rana, nə də bundan əv­vəl­ki səmavi kitablara inana­cağıq!” Ey Peyğəmbər, kaş sən o zalımları qiyamət günü haqq-hesaba çəkilmək üçün öz Rəbbi­nin hü­zu­run­da saxlanılıb bir-bi­ri­nə söz qaytardıqları vaxt görəydin. Onların hər biri etdiyi günaha görə digərinin məsuliyyət daşıdığını deyəcək və onu qınayacaq. Tabeçilikdə olmuş zə­if­lər, dünyada onları öz tabeçiliyində saxlayan böyüklərinə deyəcəklər: “Əgər siz bizi haqq yoldan azdırmasaydınız, biz Allaha və Onun rəsuluna iman gəti­rər­dik.”","Haqqa boyun əyməyə təkəbbürlük göstərən böyüklər də onlara tabe olmuş zəiflərə belə de­yə­cək­lər: “Məgər sizə Muhəmmədin göstərdiyi doğru yola yönəlməyə biz mane odluq?! Xeyr, əksinə, siz özünüz zülm edən və fəsad törədənlər idiniz.”","Böyüklərinə tabe olmuş zəiflər, haqqa boyun əyməyə təkəbbürlük göstərmiş böyüklərə deyəcəklər: “Xeyr, sizin gecə-gün­düz bizə qurduğunuz hiylələr bizi doğru yoldan azdırdı. Siz bizə Allaha küfr etməyi və Allahı qoyub məxluqata ibadət etməyi əmr edirdiniz”. Onlar əzabı gördük­də və canlarını əzabdan qurtara bilməyəcəklərini yəqin etdikdə, dünyada etdikləri küfrə görə peşmançılıq hisslərini gizlə­dəcəklər. Biz, kafirlərin boyunlarına zən­cir­lər vu­rarıq. Onlar dünyada etdikləri əməllərə görə - Alladan baqasına tapındıqlarına və asi əməllər etdiklərinə görə belə cəza ilə cəza­lan­dırılarlar.\t","Biz hansı bir məmləkətə Allahın əzabı ilə qorxudan peyğəmbər gön­dər­diksə, onun cah-calal içində yaşayan sultanları, zadəganları və varlıları onlara sa­dəcə ola­raq: “Ey elçilər, biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər.","Cah-calal içində yaşayan o lovğalar və özlərini başqalarından üstün görənlər dedilər: “Bizim mal-döv­lətimizin və övladlarımızın sayı daha çoxdu və sizin, bizim azab olunacağımıza dair iddanız da yalandır. Biz nə bu dünyada, nə də axirətdə əzab çəkəcən deyilik.”","Ey Peyğəmbər, özlərinə verilən nemətlərlə qürurlanan o kəslərə de: “Pak və uca Rəbbim dilədi­yi kimsə­ni ruzisini bol edib onu sınağa çəkər ki, görsün o, şükr edəcək, yoxsa nankor olacaq, dilədiyi kimsənin də ruzisini azaldıb onu sınağa çəkər ki, görsün o, səbir edəcək, yoxsa qəzəblənəcək? Lakin insanların çoxu Allahın hikmət sahibi olduğunu və O, gördüyü işləridə böyük bir hikmətlə təqdir etdiyini bilmir. Bunu bilənlər bilir, qafil olanlar da ondan qafildirlər.”","Sizi Allahın razılığını qazanmağa yaxınlaşdıra bi­ləcək nə öyündüyünüz var-dövlətiniz, nə də oğul-uşağınızdır. Lakin Allaha iman gətirib yaxşı iş görənlərin müka­fat­la­rı et­dikləri əməllərə görə qat-qat ar­tı­rı­la­caq. Belə ki, insanın Allah yolunda xərclədiyi mal-dövləti və övladların onun üçün etdiyi dua onu Allaha yaxınlaşdırır. Saleh əməllər edən o möminləri etdikləri yaxşılıqlara görə, qat-qat artırılmış mükafat gözləyir. Onlar Cən­nət­dəki yüksək mənzillərdə, qorxduqları hər bir şeydən - əzaba düçar olmayacaqlarından, ölməyəcəklərindən və nemətlərin tükənməyəcəyindən xatircəm olduqları halda yaşayacaqlar.","İnsanları ayələrimizdən uzaqlaşdırmaq üçün bacardıqları qədər səy göstərən və məqsədlərinə çatmaq üçün əllərindən gələni edən kafirlər isə dünyada ziyana uğrayacaq, axirətdə də əzaba düçar edi­ləcəklər.","Ey Peyğəmbər, de: “Həqiqətən, pak və uca Rəbbim Öz qullarından dilədiyinin ruzisini bol edər, dilədiyinə də onu azaldar. Allah yolunda nə xərcləsəniz, pak və uca Allah bunun əvəzinə sizə bu dünyada ondan da xeyrilisini ve­rər, axirətdə də böyük mükafat bəxş edər. Pak və müqəddəs Allah ruzi verən­lərin ən yaxşısıdır! Odur ki, kim ruzi istəyirsə, qoy pak və müqəddəs Allahdan istəsin!”","Ey Peyğəmbər, xatırla ki, o gün Allah onların ha­mısını toplayacaq, sonra da, müşrikləri qınayaraq və onlara məzəmmət edərək, mə­lək­lə­rə bu­yu­ra­caq: “Bunlar dünya həyatında Allahı qoyub si­zəmi ibadət edirdilər?”","Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar de­yil, Sən­sən bi­zim Hamimiz! Bizimlə onların arasında heç bir bağlılıq yoxdur. Əksinə, o müşriklər şeytanlara iba­dət edir­dilər. Şeytanlar özlərini onlara mələk kimi göstərir və onlar da Allahı qoyub şeytanlara ibadət edirdilər. Ək­səriyyəti də məhz şeytanlara iman gətirmişdi.”","Məhşər və haqq-hesaba çəkilmə günü ibadət edilən (tanrılar) dünyada ikən Allahı qoyub onlara ibadət edənlərə nə fayda verər, nə də zərər vura bi­lərlər. Küfr və asilk etməklə özlərinə zülm edən kimsələrə deyəcəyik: “Dünyada yalan saydığınız Cə­hən­nəm əzabını dadın!”","Rəsulumuza nazil olan, açıq-aydın, içində heç bir şəkk-şübhə olmayan ayələrimiz, yalan sayan o müşriklərə oxunduğu zaman dedilər: “Bu, öz təbliğatı ilə ancaq si­zi ata­la­rınızın ibadət etdiklərindən dön­dər­mək istə­yən bir adam­dır!” Onlar dedilər: “Bu Quran, Allaha qarşı uydurulmuş yalan­dan başqa bir şey de­yil­!” Allah küfr edən kimsələrə Allah tərəfindən Quran gəldikdə onun ba­rəsində dedilər: “Bu, ər ilə arvadın, habelə, oğul ilə atanı bir-birindən ayırmaq üçün olan açıq-aydın bir sehrdir!\"","Halbuki Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmiş­dik ki, bu kitab onlara Quranın yalan olduğunu və Muhəmmədin onu özündən uydurduğunu bildirsin. Ey Peyğəmbər, səni elçi göndərməmişdən ­əvvəl onları Allahın əzabı ilə qorxudan bir elçi göndərməmişdik.","Onlardan əvvəlki ümmətlər - Ad, Səmud və Lut qövmləri də haqqı yalan saymışdılar. Sənin qövmündən olan müşriklər güc-qüvvət, mal-dövlət və say baxımından əvvəlki ümmətlərin əldə etdiyinin heç onda birini belə əldə etməmişlər. Onlardan hər biri özlərinə göndərilmiş elçini yalançı say­dı. Beləliklə də, özlərinə verilmiş mal-dövlət, güc-qüvvət və say çoxluğu onlara fayda vermədi və Mənim əzabım onları yaxaladı. Ey Peyğəmbər, bir görəy­din, Mənim on­ları həlak etməyim və onları cəzalandırmağım necə oldu!\t","Ey Peyğəmbər, de: “Mən sizə yalnız bir nəsihət etmək istəyirəm: nəfsinizin istəklərindən uzaq olub pak və müqəddəs Allah üçün iki-iki, yaxud bir-bir ayağa qal­xın, son­ra da dostunuzun (Peyğəmbərin səllallahu aleyhi və səlləm) həyat-yolu barədə, onun necə ağıllı, doğru danışan və əmanəti qoruyan birisi olması barədə bir düşünün ki, onda (səllallahu aleyhi və səlləm) heç bir dəlilik olmadığını başa düşəsiniz. O, etdiyiniz şirkə görə Allaha tövbə etmədiyiniz təqdirdə, sizi yaxalayacaq şid­dətli əzab gəl­məz­dən əvvəl si­zi ancaq xəbərdar edən­dir.”","Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Mən sizi yönəltdiyim doğru yol və xeyir müqabilində sizdən bir savab və ya bir mükafat istəmişəmsə, - əgər bunun əvəzinə bir mükafat veriləcəksə, - qoy o, sizin olsun. Mənim mükafatım isə təkcə Allaha aiddir. Pak və müqəddəs Allah hər şeyə Şahiddir. Allah şahiddir ki, mən sizə təbliğ etdim. O, həmçinin, sizin əməllərinizə də şahiddir və sizə bunun əvəzini verəcəkdir.”","Ey Peyğəmbər, de: “Rəbbim haqqı batilin üzərində hökmran etməklə batili puç edir. O, qeybləri biləndir. Nə göylərdə, nə də yerdə, heç bir şey Ondan gizli qalmaz, habelə, qullarının əməllərindən də, heç bir şey Ondan gizli qalmaz.”","Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Haqq - İslam gəldi və batil puç olub getdi. O batil ki, haqqa qarşı nə bir güc və müqavimət göstərə bilər, nə də ona əks təsir edə bilər”.","Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Əgər mən sizə təbliğ etdiyim haqq yol­dan çıx­sam, azmağım zərəri mənim öz əleyhimə olar, bundan sizə heç bir zərər gəlməz. Yox, əgər doğru yolla gedirəmsə, bu da, pak və müqəddəs Rəb­bimin mənə nazil et­diyi vəhy sayəsindədir. Həqiqətən, O, Öz qullarının dediklərini eşidəndir və yaxındır, mənim dediklərimi eşitməyə Ona mane olan bir şey yoxdur.”","Ey Peyğəmbər, kaş, sən haqqı yalan sayan o kafirlərin qiyamət günü əzabı gördükdə qor­xuya düşdüklərini gö­rəy­din. On­ların bu əzabdan qurtulmağa bir yolu olmayacaq və onlar sığınmaq üçün bir yer tapa bilməyəcəklər, üstəlik, yaxın və asanlıqla ələ keçiriləcək bir yerdə ilk həmlədə yaxalanacaqlar. Əgər sən bunu görsən əcaib bir şey görmüş olarsan.","Onlar gedəcəkləri yeri gördükdə deyəcəklər: “Biz qiyamət gününə inan­dıq!” İman gətirməyin qəbul edildiyi yerdən - əməlin qəbul edildiyi, lakin mükafatı verilmədiyi dünya həyatından çıxıb, əməl etməyə fürsət verilmədiyi, lakin (edilmiş əməlin) mükafatı verildiyi axirət həyatına qovuşduqdan sonra imana necə nail ola bilərlər?!","Onlar necə iman gətirə bilər və bu, onlardan necə qəbul ola bilər ki, onlar dünya həyatında onu inkar edir və haqdan uzaq bir yer­dən qeyb haq­qında fikir yü­rüdürdülər, üstəlik, Rəsulullah -səllallahu aleyhi və səlləm- barədə: \"O, sehrbazdır, kahindir, şairdir\"- deyirdilər.\t","Haqqı yalan sayan o yalançılarla istədikləri şey - dünya həyatının ləzzətləri, üstəlik, küfrdən tövbə etmək, Cəhənnəmdən qurtulmaq və dünya həyatına qayıtmaq arasında maneə çəkilər. Onlardan öncə özlərinə bənzər keçmiş ümmətlərə də belə edilmişdir. Həqiqətən, onlar elçilərin təbliğ etdiyinə - Allahın Tək ilah olmasına və ölümdən sonra dirilməyə şəkk edirdilər. Elə bir şəkk ki, bu, onları küfrə sürükləmişdir.","Həmd, göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq edən Alla­ha məxsusdur! O Allah ki, mələklərdən, əzəldən qədərə yazılmış əmrləri yerinə yetirmək və peyğəmbərlərə vəhyi çatdırmaq üçün elçilər seçmiş, üstəlik, onlara özlərinə həvalə edilmiş əmanəti ödəmək üçün qüvvət vermişdir. Onlardan bəzisi iki, bəzisi üç, bəzisi də dördqa­nad­lıdır. Onlar bu qanadlarla uçub Rəbbinin əmrlərini yerinə yetirirlər. Allah yaratdıqlarından dilədiyinin əzasını, yaxud gözəlliyini yaxdu da səsini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir, heç kəs Onu aciz edə bilməz.","Hər bir şeyin açarı Allahın əlindədir. Allahın insanlara bəxş etdiyi ruzinin, hidayətin, səadətin və s. bu kimi nemətlərin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, yenilməz qüdrət sahibidir, üstəlik, yaratmaq, hər şeyin müqəddəratını əzəldən müəyyən etmək və işləri idarə etmək xüsusunda Hikmət sahibidir.\t","Ey insanlar! Allahın sizə bəxş etdiyi nemətləri qəlbinizlə, dilinizlə və əməl etdiyiniz əzalarınızla xatırlayıb yada salın. Allahdan başqa sizə göydən yağış endirərək və yerdən meyvələr və dənli bitkilər və s. bu kimi nemətləri yetişdirərək ruzi verən bir xaliq varmı?! Ondan başqa ibadətə haqqı olan məbud yoxdur. Bütün bunlardan sonra siz necə bu haqdan döndərirsiniz, Allaha qarşı iftira yaxırsınız və Allah sizi yaratdığı və sizə ruzi verdiyi halda Onun şərikləri olduğunu iddia edirsiniz!\t","Ey Peyğəmbər, əgər qövmün səni yalançı he­sab et­sə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk elçi deyilsən. Səndən əv­vəl də, Ad, Səmud və Lut tayfaları kimi ümmətlər özlərinə göndərilmiş elçiləri ya­lançı hesab etmişdi. Bütün işlər təkcə Alla­ha qaytarıla­­caqdır. Allah haqqı yalan sayanları məhv edəcək, peyğəmbərlərinə və möminlərə isə qələbə bəxş edəcək.","Ey insanlar! Həqiqətən, Allahın vədi - öldükdən sonra dirilmə və qiyamət günü haqq-hesaba çəkilmə haqdır, buna heç bir şübhə yoxdur. Dün­ya həyatı və içindəki ləzzətlər sizi al­dadıb, saleh əməllər etməklə qiyamət gününə hazırlıq görməkdən yayındırmasın. Tovlayan şeytan da, batili sizə gözəl göstərməklə və dünya həyatını sevdirməklə yol­dan çıxartmasın.","Ey insanlar, həqiqətən də, şeytan sizin əbədi düşmə­ni­nizdir, siz də ona qarşı müharibə etməklə onu düş­mən qəbul edin. Şeytan öz ardıcıllarını Allaha küfr etməyə dəvət edir ki, onların hamısının axırı, qiyamət günü yandırıb-yaxan atəşə girmək olsun.","Şeytana uyub Allaha küfr etmiş kimsələr üçün şiddətli əzab hazırlanmışdır. Allaha iman gəti­rib saleh əməllər edənləri isə Allah tərəfindən onların günahlarının bağışlanması və böyük bir mükafat - Cənnət gözləyir.","Pis əməli özünə şeytan tərəfindən gözəl gös­tərilib onu yaxşı hesab edən kimsə, Allahın haqq yola yönəltdiyi kimsə eyni ola bilməz. Həqiqətən, Allah dilədiyini zə­la­lətə salır, dilədiyini də doğru yola yönəldir. Heç kəs onu məcbur edə bilməz. Ey Peyğəmbər, sən, azmış insanların azmasına görə özünü üzüb əldən salma. Şübhəsiz ki, pak və müqəddəs Allah on­ların nə etdiklərini bi­lir. Onların etdiyi əməllərdən heç bir şey Ondan gizli qalmaz.","Buludları hərəkətə gətirən külək­lə­ri göndərən Allahdır. Biz o buludları heç bir bitki bitməyən bir diyara tərəf qovub, onlardan qurumuş torpağa yağmur endirməklə və orada bitkilər bitirməklə onu canlandırırıq. Biz yer üzünü öldükdən sonra orada bitkilər bitirməklə canlandırdığımız kimi qiyamət günü ölülərin dirildilməsi də belə olacaqdır.","Kim bu dünyada və ya axirətdə izzətli olmaq istəsə, qoy bunu yalnız Allahdan istəsin. Çünki dünyada da, axirətdə də, izzət yalnız Allaha məxsusdur. Gözəl söz Ona tərəf yük­sə­lir və onu yüksəldən insanların saleh əməlləridir. Peyğəmbəri (səllallahu aleyhi və səlləm) qətlə yetirməyə cəhd göstərmək kimi pis hiylələr quran kimsələri şiddət­li əzab göz­ləyir. O kafirlərin qur­duq­ları hiylələr batil olub, puça çıxacaq­ və onların istəyi baş tutmayacaqdır.","Allah atanız Adəmi torpaqdan, sonra sizi nütfədən yaratmış, sonra da sizi bir-biri ilə evlənən kişi və qadınlar yaratmışdır. Pak və müqdəddəs Allahın xəbəri olmadan heç bir qadın nə hamilə olar, nə də daşıdığını yerə qoyar, bunlardan heç bir şey Ondan gizli qalmaz. Onun yaratdıqlarından hər hansı birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, lövhi-məhfuzda yazılmışdır. Həqiqətən, bu zikr edilənlər - sizin torpaqdan yaradılmağınız və mərhələ-mərhələ xəlq edilməyiniz, habelə, ömrünüzün lövhi-məhfuzda yazılması Allah üçün asandır.","İki dəniz eyni deyil. Birinin suyu olduqca şirin və şirinliyinə görə içməyə ra­hat, digərininki isə duzlu və acıdır, olduqca duzlu olduğuna görə içmək üçün yararsıdır. Zikr olunan bu iki dənizin hər birindən təzə ba­lıq ye­yir, zinət əşyası olaraq taxdığınız inci və mərcan çıxa­rır­sı­nız. Ey müşahidə edən kəs, sən gəmilərin irəli-geri ləngər vura-vura üzüb dənizi yardığını gö­rür­sən. Bütün bunlar ticarət edib Alla­hın lüt­fünü axtarıb tapmağınız üçündür ki, bəlkə Allahın sizə bol nemətlər verdiyinə görə Ona şü­kür edəsiniz.","Allah gecəni gündüzə qatıb onun vaxtını uzadır, habelə, gün­düzü də, gecəyə qatıb onun vaxtını uzadır. Pak və müqəddəs Allah günə­şi və ayı ram et­mişdir. Onların hər biri Allahın bildiyi, əvvəlcədən müəyyən edilmiş qiyamət vax­tınadək hə­rə­kət edir. Bunların müqəddəratını təyin edən və onları idarə edən, sizin Rəbbiniz olan Allahdır. Mülk yalnız Ona məxsusdur. Sizin On­dan başqa ibadət etdiyiniz bütlər xurma çəyir­dəyinin pərdəsinə belə sa­hib deyil­lər. Belə olduğu təqdirdə, siz Məni qoyub, necə onlara ibadət edirsiniz?!","Əgər siz öz məbudlarınızı çağırsa­nız, onlar sizin duanızı eşitməzlər, çünki onlar canı və eşitmə orqanı olmayan bir əşyadırlar. Tutaq ki, duanızı eşitdilər, yenə sizə ca­vab verə bilməzlər. Onlar qiyamət günü sizin onları Allaha şərik qoşduğunuzu və on­la­ra ibadət etdiyinizi danacaqlar. Ey Peyğəmbər, heç kəs pak və müqəddəs Allah ki­mi sənə doğru xəbər verə bilməz.","Ey insanlar! Siz hər bir işinizdə və hər bir halınızda Allaha möhtacsı­nız. Allah isə zəngin­dir heç bir şeydə sizə möhtac deyil, üstəlik, dünyada və axirətdə Öz qulları üçün hazırladığı nemətlərə görə Tərifəlayiqdir.","Əgər pak və müqəddəs Allah sizi məhv edərək yox etmək istəsə, sizi yox edib yerinizə elə yeni məxluq gəti­rər ki, onlar Ona ibadət edər və heç bir şeyi Ona şərik qoşmazlar.","Sizi məhv etməklə yox edib, yerinizə yeni məxluq gətrimək pak və uca Allah üçün çətin de­yildir.","Heç bir günahkar adam başqa­ günahkarın gü­nahını daşımaz. Əksinə, hər bir günahkar öz günahını daşıyacaq. Günah yükü ağır olan kimsə günahlarını daşımaq üçün baş­qa­sını kö­məyə çağırsa və çağırdığı kim­sə yaxın qohumu olsa belə, onun günahlarından heç bur şey da­şıya bilməz. Sən, ey Peyğəmbər, an­caq, Rəbbindən Onu gör­mə­dik­ləri halda qorxanları və kamil şəkildə namaz qılanları Allahın əzabı ilə qorxudub xəbərdar edənsən. Məhz belələri sənin xəbərdarlığından fayda götürürlər. Kim günahlardan - ələlxüsus da, ən böyüyü olan şirkdən tə­miz­lə­nər­sə, öz xe­yri­nə təmiz­lənmiş olar. Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını vəya cəzasını almaq) üçün dönüş yalnız Allahadır.","Kor ilə görən eyni dərəcədə olmadığı kimi, kafir ilə mömin də eyni de­yil­.","Zülmətlərlə nur eyni olmadığı kimi, küfrlə iman da eyni deyil.","Kölgə ilə bürkü eyni olmadığı kimi, Cənnətlə Cəhənnəmdəki hal da eyni deyil.","Dirilərlə ölülər eyni olmadığı kimi, möminlərlə kafirlər də eyni deyillər. Şübhəsiz ki, Allah is­tə­di­yi­nə haqqı eşit­dirir. Sən isə, ey Peyğəmbər, qəbirlərdə olan ölülərə bənzəyən kafirlərə haqqı eşit­di­rə bilməzsən.","Sən ancaq onları Allahın əzabı ilə qorxudub xə­bərdar edənsən.","Ey Peyğəmbər, həqiqətən, Biz səni içində şübhə olmayan haq­la möminlərə - Allahın onlar üçün hazırladığı dəyərli mükafat barədə - müjdə verən, kafirləri də, Allahın onlar üçün hazırladığı ağrılı-acılı əzabla qorxudan bir peyğəmbər gön­dər­dik. Keçmiş ümmətlər arasında elə bir ümmət olmayıb ki, ona Allah tərəfindən, onu Allahın əzabı ilə qorxudan bir pey­ğəm­bər göndərilmiş olmasın.","Ey Peyğəmbər, əgər qövmün səni yalançı hesab et­sə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk peyğəmbər deyilsən. Belə ki, Ad, Səmud və Lut tayfaları kimi keçmiş ümmmətlər özlərinə göndərilmiş elçiləri yalançı he­sab etmişdilər. Halbuki elçiləri özlərinin doğru danışdıqlarını isbat etmək üçün onlara - ağlı kəsən və ibrət alan kimsələrə, Allah tərəfindən aydın dəlillər, mü­qəd­dəs yazılar və nur saçan kitab gətirmişdi­lər.","Buna rəğmən onlar Allaha və Onun peyğəmbərlərinə küfr etdilər, üstəlik, onların Allah tərəfindən gətirdiklərini təsdiq etmədilər. Buna görə də, Mən küfr edənləri məhv etdim. Bir görəydin, ey Peyğəmbər, Mənim on­ları məhv etmə­yim necə oldu!","Məgər sən, ey Peyğəmbər, Allahın göydən yağmur endirdiyini və onunla ağaclara su verdikdən sonra onlardan müx­tə­lif rəngli - yaşıl, qırmızı, sarı və başqa rəngdə olan meyvələr ye­tiş­dirdiyimizi görmürsən­mi?! Dağ­larda da müxtəlif rəngli – ağ, qır­mızı və tünd qara rəngli təhlükəli cı­ğır­lar əmələ gə­tirdik.","İnsanlar, heyvanlar və mal-qara (dəvə, inək və qoyunlar) arasında da, bu cür müxtəlif rəng­li olan­ları vardır. Uca Allahın Öz qulları arasın­da ancaq alimlər Onun məqamını uca tutar və Ondan qorxarlar. Çünki onlar Onun sifətlərini, şəri qanunlarını və qüdrət əlamətlərini bilirlər. Həqi­qətən, Allah yenilməz qüdrət sahibidir və qullarından Ona tövbə edən kimsələrin günahlarını bağışlayandır.","Allahın Öz rəsuluna nazil etdiyi Kitabını oxu­yub içindəkilərə əməl edən, na­mazı ən gözəl şəkildə qılan və özlərinə verdiyimiz ru­zidən gizli və aş­kar zəkat və s. verən kimsələr, bu əməllərinin müqabilində, Allah yanında sə­mərəsiz olmayacaq bir ticarətə ümid edirlər.","Belə edirlər ki, Allah onlara əməllərinin mükafatla­rı­nı tam olaraq versin, üstəlik, on­la­ra Öz lüt­fündən artırsın. Belə ki, yalnız O buna qadirdir. Hə­qiqətən, pak və müqəddəs Allah, bu xislətləri özündə cəm edən kimsələri bağış­la­yandır, onların yaxşı əməllərinin şükrünün əvə­zini verəndir.","Ey Peyğəmbər, sənə vəhy etdiyimiz Ki­tab, içində şübhə olmayan haqdır. O kitab ki, Allah onu əvvəlki kitabları təs­diq­ləmək üçün nazil etmişdir. Hə­qi­qətən, Allah Öz qulların­dan xə­bərdardır, görəndir. O, hər bir ümmətin rəsuluna onların yaşadığı zaman uyğun vəhylər nazil etmişdir.","Sonra, Biz ümmətlər arasından seçdiyimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) ümmətinə Quranı mi­ras et­dik. Onlar­dan kimisi haram işlər görməklə və vacibləri tərk etməklə özü­nə zülm edər, kimisi vacibləri yerinə yetirməklə və haram işlərdən çəkinməklə, habelə, bununla yanaşı bəzi müstəhəbləri tərk etməklə və bəzi məkruhları etməklə or­ta yol tutar, ki­mi­si də Allahın izni ilə vacibləri və müstəhəbləri yerinə yetirməklə, habelə, haram və məkruh işlərdən çəkinməklə xeyirli işlərdə öndə gedər. Bu deyilənlər, - bu ümmətin seçilməsi və Quranın onlara verilməsi, - bənzəri olmayan bö­yük lütfdür.","O seçilmiş insanlar əbədi məskunlaşacaqları cən­nətlərə da­xil olacaq, orada qızıl bilərzik­lərlə və incilərlə bə­zədiləcək­lər. Libasları da ipəkdən ola­caqdır.","Onlar Cənnətə daxil olduqdan sonra deyəcəklər: “Cəhənnəm düşməkdən qorxduğumuzdan dolayı bizi bürüyən qəm-kədəri bizdən uzaq edən Alla­ha həmd olsun! Həqiqətən, Rəb­bi­miz Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır, itaət etdiklərinə görə şükürün əvə­zini ve­rəndir.","Biz güc və qüvvət sərf etmədən, Öz lütfü ilə bizi əbədi iqa­mətgahda, - bundan sonra tərk etməyəcəyimiz yerdə, - yerləşdirən Odur. Ora­da bizə nə bir yorğunluq üz verər, nə də bir üz­gün­lük toxunar!”","Allaha küfr etmiş kimsələri isə içərisində əbədi qalalcaqları Cəhənnəm odu göz­ləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də Cəhənnəm əzabından on­lar üçün yüngülləşdi­rilər. Qiyamət günü Biz Allahın nemətinə qarşı küfr etmiş hər kəsi bu cür cəza ilə cəza­lan­dı­rı­rıq.","Onlar orada bərk səslə fəryad qo­pararaq yal­varıb deyəcəklər: “Ey Rəb­bimiz! Bi­zi Cəhənnəmdən çıxart, dünyada etdiyimiz əməllərin əksi olan saleh əməllər edək ki, Sənin rizanı qazanaq və Sənin əzabından qurtulaq.” Allah da onlara belə buyuracaq: “Məgər orada sizə dü­şü­nəcək kim­sənin dü­şünüb tövbə edəcəyi və yaxşı işlər görə bilə­cə­yi qədər uzun ömür ver­mə­mişdik­mi?! Sizə Allahın əzabı ilə sizi qorxudan Peyğəmbər də gəlmişdi. Bütün bunlardan sonra sizin öz lehinizə nə bir dəliliniz, nə də bir bəhanəniz var. Elə isə dadın Cəhənnəm əzabını! Küfür və asiliklər etməklə özlərinə zülm etmiş kimsələri Allahın əzabından xilas edən və ya bu əzabı yüngülləşdirən bir kö­­məkçi tapılmaz.”","Şübhəsiz ki, Allah göy­lərin və yerin qeybini biləndir. Budan heç bir şey Ona gizli qalmaz. Həqiqətən, O, Öz qullarının kökslərində gizlətdikləri xeyir və şəri bilir.","Ey insanlar, yer üzündə sizin nə əməllər edəcəyinizi sınamaq üçün bəzilərinizi digərlərinizin xələflər edən Odur. Kim Allaha və Onun peyğəmbərlərinin gətrdikləri haqqa küfr edərsə, onun küfrünün günahı və onun cəzası öz əley­hi­nə olar, onun küfrü Rəbbinə heç bir zərər yetirməz. Kafirlərin küfrü onların pak və müqəddəs Rəbbi yanında ancaq onlara olan qə­zə­bi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz. Belə ki, onlar iman gətirəcəkləri təqdirdə Allahın Cənnətdə möminlər üçün hazırladığı nemətləri itirdiklərinə görə ziyayana uğramışlar.","Ey Peyğəmbər, o müşriklərə de: “Mənə bir deyin görüm, Allahdan başqa ibadət etdiyiniz şəriklər yer üzündə nəyi yaradıblar? Dağları onlarmı yaradıblar? Bəlkə çayları onlar yaradıblar? Yaxud heyvanları onlar yaradıblar? Yoxsa onların göy­lərin yaradılmasında Allahla bir şərik­liyi var? Ya­xud on­lara elə bir ki­tab vermişik ki, içində onların şəriklərinə ibadət etmələrinin doğru olduğunu isbat edən dəlil vardır? Bu deyilənlərdən heç birinin onlara aidiyyatı yoxdur. Əksinə, küfr və asiliklər etməklə özlərinə zülm etdən kimsələr bir-birilərinə ancaq yalan vəd ve­rirlər.","Həqiqətən, pak və müqəddəs Allah göyləri və yeri öz mehvərindən çıxmasınlar deyə, tutub sax­layır. Onlar öz mehvərindən çıxacaqları təqdirdə, Allahdan başqa onları heç kəs tutub saxla­ya bilməz. Həqi­qə­tən də, O, həlimdir, günahkar kimsəni dərhal cəzalandırmaz, üstəlik, Öz qullarından Ona tövbə edən kimsənin günahlarını bağışla­yar.","Haqqı yalan sayan o kafirlər möh­kəm and içdilər ki, əgər özlərinə Allah tərəfindən Onun əzabı ilə qorxudan bir pey­ğəm­bər gəlsə,yəhudilərdən, nəsranilərdən və digərlərindən daha çox doğru yolda olacaq və daha çox haqqa tabe olacaqlar. Muhəmməd (səllallahu aleyhi və səlləm) öz Rəbbi tərəfindən onlara peyğəmbər olaraq gəlib, onları Allahın əzabı ilə qorxutduqda isə, bu gəliş ancaq onların haqdan uzaqlaşmasını və batilə sarılmasını bir qədər də artırdı. Onlar əvvəlki ümmətlərdən daha çox doğru yolda olacaqlarıına dair verdikləri möhkəm andlarını yerinə yetirmədilər.","Onların Allaha and möhkəm içməsi, gözəl niyyət və salamat məqsədlə yox, əksinə, yer üzündə təkəbbürlük göstərmək və insanları aldatmaq üçün idi. Yara­maz hiylələr isə ancaq öz hiyləgər sahiblər­ini qap­layar. Yoxsa təkəbbürlü hiyləgərlər Allahın sabit qanunu üzrə əv­vəl­kilərin baş­ı­na gə­lən müsibətləri, əvvəlkilərin həlak olduğu kimi özlərinin həlak olmağını göz­lə­yirlər?! Sən təkəbbürlülərin həlak olmasına dair, Allahın qayda-qanununda heç bir əvəz tapa bilməzsən. Belə ki, bu bəlanın qarşısı alınmaz. Həmçinin, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Belə ki, bu bəla onlardan ötüşüb, başqasını yaxalamaz. Çünki bu, dəyişməyən ilahi bir qayda-qanundur.","Qureyşlilərdən səni yalançı sayan kimsələr yer üzündə gəzib-dolaşıb, (peyğəmbərlərini) yalançı saymış keçmiş ümmətlərin aqibətinin necə olduğunu görmürlərmi?! Məgər Allah onların məhv edərkən onların axırı pis qurtarmadımı?! Halbuki onlar qureyşlilərdən daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb qurtulacaq heç bir şey yoxdur. Həqiqətən, O, haqqı yalan sayanların nə əməllər etdiklərini biləndir, onların əməllərindən heç bir şey Ondan gizli qalmaz və Ondan yayına bilməz, üstəlik, istədiyi vaxt onları məhv etməyə də qadirdir.","Əgər Allah insanları etdikləri asiliklərə və qazandıqları günahlara görə dərhal cəzalandırsaydı, yer üzündəki canlıların hamısını, üstəlik, onların heyvanlarını və mal-dövlətlərini dərhal məhv edərdi. Lakin pak və müqəddəs Allah onla­ra Özünün bildiyi müəyyən edilmiş vaxta­dək - Qiyamət gününədək möhlət verir. Qiyamət günü gəldikdə isə hər kəsə əməllərinin əvəzini - yaxşı əmələ görə mükafat, şər əmələ görə isə cəza verəcək. Şübhəsiz ki, Allah Öz qul­la­rını görür, heç bir şey Ondan gizli qala bilməz.","﴾Ya. Sin.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.","Allah, ayələri mükəmməlləşdirilmiş Qu­ra­na and içir. O Quran ki, ona nə önündən, nə də arxasından batil yaxınlaşa bilir.","Ey Peyğəmbər, həqiqətən də, sən, Allahın Öz qullarına, Allahın tək ilah olduğunu və təkcə Ona ibadət etməyi əmr etmək üçün göndərdiyi elçi­lərdən birisən.","Sən doğru yoldasan və əsaslı şəriətə istinad edirsən. Bu doğru yol və əsaslı şəriət yenilməz qüvvət sahibi olan və mömin qullarına rəhm edən Rəbbindən nazil edilmişdir.","Sən doğru yoldasan və əsaslı şəriətə istinad edirsən. Bu doğru yol və əsaslı şəriət yenilməz qüvvət sahibi olan və mömin qullarına rəhm edən Rəbbindən nazil edilmişdir.","Quranı sənə nazil etdik ki, özlərinə qorxudan peyğəmbər gəlməmiş, özləri də imandan və tovhiddən qafil olan bir qövmü - ərəbləri qorxudub xəbərdar edə­sən. Xəbərdar edib qorxudan peyğəmbəri olmayan hər bir ümmətin halı da belədir, onların özlərini xəbərdar edib peyğəmbərə ehtiyacı vardır.","Allahın əzabı onların əksəriyyətinə vacib oldu. Çünki Allahın nazil etdiyi haqq Peyğəmbərinin dili ilə onlara təbliğ edilərkən onlar ona iman gətirmədilər və öz küfrlərində qaldılar. Onlar nə Allaha, nə Onun rəsuluna iman gətirir, nə də onun gətirdiyi haqqın tələblərini yerinə yetirirlər.","Onların məsəli boyunlarına zəncir vurulmuş, əlləri də çənələrinin altından boyunlarına zəncirlənmiş kimsəyə bənzəyirlər. Onlar başlarını göyə qaldırmaq məcburiyyətindədirlər, çünki başlarını aşağı əyə bilmirlər. Onlar Allaha iman gətirməkdən məhrum olublar. Odur ki, nə ona itaət edir, nə də Ona görə boyun əyirlər.","Biz haqq ilə onların arasına, önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pər­də saldıq. Buna görə də onlar haqqı özlərinə fayda verəcək bir şəkildə görə bilmirlər. Onlar inadkarlıq göstərdikdən və küfr etməkdə israrlı olduqdan sonra bu vəziyyətə qaldılar.","Ey Muhəmməd, haqqı qəbul etməyən o inadkar kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, sənin Allahdan gətirdiyinə iman gətirməzlər.","Sənin xəbərdarlığından ancaq bu Quranı təsdiq edib onun tələblərini yerinə yetirən, üstəlik, heç bir kimsənin görmədiyi yerdə, xəlvətdə ikən öz Rəbbindən qorxan kimsə faydalana bilər. Bu xislətləri özündə cəm edən kimsələrə müjdə ver ki, Allah onun günahlarını bağış­lamışdır və onları böyük bir mükafat - Cənnət gözləyir.","Həqiqətən, qiyamət günü haqq-hesaba çəkilmək üçün ölüləri dirildən, onla­rın dünya həyatlarında etdikləri yaxşı və pis əməlləri, habelə, ölüdükdən sonra qoyub get­diklə­ri - ardıkəsilməz sədəqə kimi yaxşı əməllərini və bir də küfr etmək kimi pis əməllərini ya­zan Bizik. Biz hər şe­yi açıq-ay­dın yazıda - Lövhi-məhfuzda qeydə almışıq.","Ey Peyğəmbər, sən haqqı yalan sayan bu inadkarlara o şəhər əhlinin əhvalatını misal çək ki, bu, onlar üçün ibrət olsun. O zaman ki, onlara elçilər gəlmişdi.","Biz onlara iki elçi gön­dərdik ki, onları Allahın tək ilah olduğuna və Ona ibadət etməyə dəvət etsinlər, lakin onlar bu elçilərin ikisini də yalançı saydılar. Biz də elçilərimizi göndərdiyimiz üçüncü elçi ilə qüv­vət­lən­dir­dik. Onların üçü də şəhər əhlinə dedilər: “Biz üçümüz, həqi­qətən də, sizə göndərilmiş ki, sizi Allahın tək ilah olduğunu qəbul etməyə və Onun şəriətinə tabe olmağa dəvət edək.”","Şəhər əhli elçilər dedi: “Siz də bi­zim kimi sadəcə bir insan­sınız, sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Mərhəmətli Allah sizə heç bir vəhy nazil etməmişdir. Siz sadəcə bu dəvətinizdə Allaha qarşı yalan da­nışır­sınız.”","O elçilər şəhər əhlinin yalanına cavab olaraq dedilər: “Ey şəhər əhli, Rəbbi­miz bilir ki, biz, həqiqətən də, Onun sizə göndərdiyi elçilərik. Bu da, dəlil olaraq bizə kifayət edər.","Bizim vəzifəmiz ancaq Allahın bizə buyurduqlarını sizə aşkar təbliğ et­mək­dir. Biz sizə hidayət verməyə qadir deyilik.”","Şəhər əhli elçilərə dedi: “Biz siz­də bəd əla­mət gördük. Əgər bizi təkAllahlığa dəvət etmə­ni­zə son qoy­masanız, sizi ölənədək daşqalaq edəcəyik və biz­dən sizə müt­ləq ağrılı-acılı bir əzab toxunacaqdır.”","Elçilər onlara belə cavab verdilər: “Sizin uğur­suzlu­ğunuz, Allaha küfr etdiyinizə və Onun elçilərinə tabe olmadığınıza görədir. Yoxsa Allahı sizə xatırlatmağımızı bəd əlamət sayır­sı­nız?! Doğrusu, siz küfr və asilik etmək xüsusunda həd­di aşmış bir qövmsünüz.”","Şəhərin ən ucqar tərəfindən bir kişi qaça-qaça qövmünün yanına gəlib, onların elçiləri yalançı saydığına, üstəlik, onları ölüm və işkəncə ilə hədələdiklərəinə görə dedi: “Ey qövmüm, elçilərə tabe olun!","Ey qövmüm, sizdən, öz təbliğatları müqabilində heç bir mükafat istəmə­yən, özləri də doğru yol­da olan kəslərin təbliğ etdiyi - Allahın vəhyini qəbul edin. Belə bir sifətlərə sahib olan kimsələr, tabe olunmağa layiq olan kimsələrdir.","Bu nəsihət edən kişi onlara dedi: \"Mənə nə mane olur ki, məni ya­radan Allaha iba­dət etmə­yim?! Eləcə də, sizə nə mane olur ki, sizi ya­radan və haqq-hesaba çəkilib əməllərinizin əvəzini almaq üçün hüzuruna qay­ta­rı­­la­ca­ğı­nız Rəbbinizə iba­dət etm­yəsiniz?!","Mən heç məni yaradan Allahdan başqa ibadət olunmağa haqqı çatmayan məbudlar qəbul edərəmmi?! Əgər Mərhəmətli Allah mənə bir zərər ye­tirmək istəsə, o məbudların şə­faəti mə­nə heç bir fay­da ver­məz. Belə ki, onlar mənə nə fayda verməyə, nə də zərər vurmağa qadirdirlər. Və əgər Allah mənim küfr üzərində ölməyimə hökm vermişdirsə, on­lar məni Allahın istədiyindən xilas edə bilməzlər.","Əgər mən onları məbud qəbul etsəm, ibadət olunmağa haqqı çatmayan məbudlara ibadət edib, ibadət olunmağa haqqı çatan Allahı tərk etməklə açıq-aydın xəta etmiş olaram.","Ey qövmüm, həqiqətən, mən həm mənim, həm də sizin sizin Rəbbiniz olan Allaha iman gətirdim. Mənə qu­laq asın! Sizin məni ölümlə hədələməyiniz məni əsla qorxutmaz.” Qövmü onu öldürdü. Bundan sonra Allah onu Cənnətə daxil etdi.","O kişi şəhid olduqdan sonra ona sayğı və hörmət olaraq: “Cən­nə­tə da­xil ol!”– de­yildi. O, Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra təmənna edərək dedi: “Kaş məni yalançı sayan və məni qətlə yetirən qövmüm biləydi ki, Rəbbim mənim günahlarımı bağışlamış və mənə ehtiram göstərmişdir. Bunu bilsəydilər, onlar da mənim kimi iman gətirər və mənim qazandığım mükafatı qazanardılar.","O kişi şəhid olduqdan sonra ona sayğı və hörmət olaraq: “Cən­nə­tə da­xil ol!”– de­yildi. O, Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra təmənna edərək dedi: “Kaş məni yalançı sayan və məni qətlə yetirən qövmüm biləydi ki, Rəbbim mənim günahlarımı bağışlamış və mənə ehtiram göstərmişdir. Bunu bilsəydilər, onlar da mənim kimi iman gətirər və mənim qazandığım mükafatı qazanardılar."]