["Biz onu yalançı sayıb qətlə yetirmiş qövmünü məhv etmək üçün onların üstünə göydən mələklərdən ibarət bir qoşun göndər­mədik. Biz hər hansı bir qövmü məhv etmək istədikdə, onların məhv edilməsi üçün mələklər göndərməyə ehtiyada yoxdur. Onların məhv edilməsi Bizim üçün bundan daha asandır. Biz onların üzərinə əzab mələklərini göndərməklə deyil, göydən gələn bir səslə məhv etməyi qərar verdik.\t","Onun qövmünü məhv edən yalnız onların üzərinə göndərdiyimiz dəhşətli bir səs oldu. Onlar bir­dən həlak oldular və onlardan salamat bir kimsə qalmadı. Onların halı əvvəlcə alovlanan, sonra isə sönüb gedən, heç bir əsər-əlaməti qalmayan atəşin halına bənzəyir.","Bu adamlar qiyamət günü əzabı görəcəkləri zaman vay onların halına! Çünki dünyada ikən onlara elə bir elçi gəlməyib ki, onu məsxərəyə qoymasınlar və ona istehza et­məsinlər. Onların qiyamət günü cəzası, Allahın əmrlərinə qarşı gəldiklərinə görə peşman olmaqdır.","Məgər peyğəmbərləri yalançı sayan və onlara istehza edənlər özlərindən əvvəlki ümmətlərin başına gələnlərdən ibrət almırlarmı?! Onlar artıq həlak olmuşlar və bir daha bu dünyaya qayıtmayacaqlar. Əksinə, dünyada etdikləri əməllərə görə cavab verəcəklər və Allah onlara etdikləri əməllərin əvəzini verəcək.","Qiyamət günü bütün ümmətlər dirildikdən sonra, etdikləri əməllərin əvəzini almaq üçün Bizim hüzuru­muza gətiriləcəklər.","Dirilməni yalan hesab edənlərə, dirilmənin haqq olduğunu sübut edən dəlil budur ki, Biz bu qurumuş, məhsul verməyən torpağa göydən yağış nazil edib orada növbənöv bitkilər yetişdirir və oradan çeşid-çeşid toxumlar çıxardırıq ki, insanlar ondan yesinlər. Belə torpağa yağış nazil edib orada bitkilər yetişdirməklə onu dirildən Allah, ölüləri də dirildib (məhşərə) gətəriməyə qadirdir.","Biz üzərinə yağış nazil etdiyimiz o torpaqda xurma bağları və üzümlüklər yaratdıq, habelə, oradan torpağın suvarılması üçün bulaq­lar qaynadıb çı­xartdıq.","Belə etdik ki, insanlar Allahın onlara bəxş etdiyi və öz əlləri ilə becərmədikləri o bağların meyvələrindən ye­sin­lər. Onlar yalnız Allaha ibadət etməklə və Onun peyğəmbərlərinə iman gətirməklə, Allahın onlara bəxş etdiyi bu nemətlərə görə Ona şükür etməyəcəklərmi?!","Bitkilərdən və ağaclardan, habelə, in­sanların həm özlərindən, kişi və qadın olmaqla, həm də onların bilmədiklə­ri, Allahın yerdə və dənizdə yaratdığı digər məxluqlardan cütlər yaradan Allah müqəddəs­dir və ucadır.","Gündüzü gecədən ayırdığımız zaman, onun işığını aparıb, ardından gecənin zülmətini gətirməyimiz, insanlar üçün Allahın vəhdaniyyətniə dəlalət edən bir dəlildir. Biz gündüzün ardından zülməti gətirən kimi insanlar zül­mət içində qalırlar.","Günəş də, Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O günəş ki, Allahın onun üçün müəyyən etdiyi yerdə seyr edir və (bu həddi) keçmir. Bu təqdir, yenilməz qüdrət sahibinin və yaratdıqları barədə hər şeyi bi­lən Allahın təqdiridir.","Ay da, pak və müqəddəs Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O ay ki, Biz onun hər gecəsi üçün mənzillər mü­əyyən etmişik. O, kiçik şəkildən başlayaraq böyüyür, sonra isə, yenidən kiçilir və nəhayət, o, tədricən dönüb xur­ma ağacının olduqca nazik, əyri, sapsarı və qu­rumuş budağı kimi olur.","Günəş də, ay da, gecə də, gündüz də, Allahın təqdiri ilə müəyyən edilib və onlar özləri üçün müəyyə edilmiş (həddi) keçmirlər. Nə günəş ayın istiqamətini dəyişmək və onun nurunu aparmaq üçün ona çata bilər, nə də gecə gündüzü keçib onun vaxtı başa çatmamış ona qarışa bilər. Bu, ram edilmiş məxluqların, habelə, digər göy cisimlərinin və kəhkəşanların (ulduzlar sisteminin) hamısının, Allahın Öz təqdiri və mühafizəsi ilə onlar üçün müəyyən etdiyi, özlərinə məxsus hədəqəsi vardır.","Onlar üçün Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdən və Öz qullarına bəxş etdiyi nemətlərdən biri də, Nuhun dövründə yaşayan, Adəm nəslinindən olub tufandan qurtulan kimsələri məxluqatla dolu gəmidə da­şımağımızdır. Allah o gəmiyə hər növ məxluqdan bir cüt yerləşdirmişdir.","Onlar üçün Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdən və Öz qullarına bəxş etdiyi nemətlərdən biri də, Bizim onlar üçün Nuhun gəmisinə bənzər daha neçə-neçə minik vasi­tələri yaratmağımızdır.","Əgər Biz onları suya qərq etmək istəsəydik, edərdik. Biz onları suya qərq etmək istəsəydik, onların imdadına çatan köməkçi tapılmaz, habelə, onlar bizim əmrimiz və hökmümüzlə suya qərq edilsəydilər, onları xilas edən olmazdı.","Yalnız Bizim onları suya qərq olunmaqdan xilas etməklə onlara rəhm etməyi­miz və onlara, müəyyən edil­miş vax­tadək gün-güzə­ran nəsib etməyimiz is­tisna­dır ki, bəlkə ibrət alıb iman gətirsinlər.","İmandan üz döndərən o müşriklərə: “Axirətdə düçar olacağınız əzabdan və onun şiddətindən, habelə, arxada buraxdığınız dünyadan qorxun ki, bəlkə Allah si­zə Öz mərhəhəmtindən bəxş etsin!”– deyildikdə, buna əməl etmir və ona əhəmiyyət vermədən üz çevirirlər.","Hər dəfə o inadkar müşriklərə Allahın vəhdaniyyətini və Onun ibadətə layiq olan tək ilah olduğunu sübut edən ayə­ləri gəldikdə, bu ayələrdən ibrət almadan onlardan üz çevirərdilər.","O inadkarlara: “Allahın sizə bəxş etdiyi mal-dövlətdən fəqirlərə və miskinlərə verməklə onlara kömək edin!”– de­yil­dik­də, inkar edib iman gətirənlərə de­yir­lər: “Allahın istədiyi təq­dir­də ye­dir­də­cəyi kimsəni bizmi ye­dir­dəcəyik?! Biz Onun istəyinə qarşı çıxa bilmərik. Siz, ey möminlər, ancaq açıq-aydın azğınlıq içindəsiniz və haqdan uzaqsınız.”","Dirilməni inkar edən, onu yalan sayan və onun inanılmaz bir şey olduğunu iddia edən kafirlər deyirlər: \"Ey möminlər, əgər bu dirilmənin olacağı barədə iddianız doğrudursa, onda (bir deyin görək,) bu dirilmə nə zaman olacaq?!\"","Dirilməni yalan sayan və onun inanılmaz bir şey olduğunu iddia edən o kafirlər, sadəcə olaraq alış-veriş, suvarma, otarma və s. bu kimi dünya işləri ilə məşğul olduqları halda, özlə­rini haqla­yacaq bir tük­ür­pə­dici səsi - sura üfürüləcək ilk səsi gözləyirlər.","Bu səs onları qəfil yaxaladıqda, onlar nə bir-birilərinə vəsiyyət etməyə qa­dir olacaq, nə də öz mənzillərinə və ailə­lə­rinin yanına qayı­da bilə­cək­lər, əksinə, məşğul olduqları işin içində ikən öləcəklər.","Dirilmə üçün sur ikinci dəfə üfürülən kimi on­ların hamısı dərhal qəbirlərindən çıxıb, haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün tələsik Rəb­inə tə­rəf gedəcəklər.","Dirilməni yalan sayan o kafirlər peşman olub deyəcəklər: “Vay halımıza! Bizi kim dirildib qəbrimizdən çıxartdı?!\" Sonra da öz suallarına belə cavab veriləcək: \"Bu, Mərhə­mətli Allahın vəd etdiyi gündür, bu mütləq baş verəcəkdi, elçilərin öz Rəbbindən təbliğ etdiyi xəbər doğru imiş.”","Dirilib qəbirlərdən çıxmaq yalnız ikinci kərə sur üfürüləndə baş verəcək. Həmin vaxt - qiyamət günü məxluqatın hamısı haqq-hesaba çəkilmək üçün hüzurumuza gətiriləcəklər.","O gün ədalətlə hökm veriləcək və ey Allahın qulları, günahlarınız üzərinə günah artırmaqla, yaxud, savabınızdan bir şey əksiltməklə sizə zülm edilməyəcək. Sizə an­caq dünya həyatınızda etdiyi­niz əməllərin əvə­zi veriləcəkdir.","Həqiqətən, qiyamət gün Cənnət əhli tükənməz nemətlər və böyük uğur əldə etdiklərini gördükdə, başqaları haqda düşünməyəcək, sevinərək ancaq bu nemətlər haqqında düşünəcəklər.","Onlar zövcələri ilə bir­likdə yaşıllaşan cənnət köl­gə­likləri altında taxtlara söykənib kef çəkəcəklər.","O Cənnətdə onlar üçün üzüm, əncir, nar və başqa bu kimi növbənöv gözəl mey­və­lər, habelə, is­tədikləri zövqverən şeylər və cürbəcür nemətlər vardır.","Bu nemətdən əlavə onlara rəhm edən Rəbbi tərəfindən: “Sa­lam” veriləcək. Rəbbi onlara salam verəcəyi zaman onları hər tərəfdən salamatlıq bürüyəcək və onlar heç bir bənzəri olmayan salamla qarşılaşacaqlar.","Qiyamət günü müşriklərə deyiləcək: “Bu gün möminlərdən ay­rılın, siz onlarla bir yerdə olmağa layiq deyilsiniz. (Onlardan ayrı durmalısınız ki,) sizin cəzanızla onların mükafatı, habelə, sizin sifətinizlə onların sifəti arasındakı fərq bilinsin.","Ey Adəm övladları, mə­gər Mən si­zə Öz peyğəmbərlərimin vasitəsi sizə tövsiyə edib buyurmadım ki, hər cür küfr və asilik etməklə şeytana ibadət etməyin, həqiqətən də, şeytan si­zin açıq-aydın düş­məni­nizdir?! Ağıllı adam özünə açıq-aydın düşmən olan şeytana necə itaət edə bilər?!","Ey Adəm övladları, Mən sizə yalnız Mənə ibadət etməyi və heç nəyi Mənə şərik qoşmamağı əmr etmişdim. Yalnız Mənə ibadət və itaət etmək, həm Mənim rizamı qazanmağa, həm də Cənnətə tərəf aparan doğ­ru yol­dur. Lakin siz Mənim tövsiyəmə və sizə buyurulanlara məhəl qoymadınız.\t","Artıq şeytan içərinizdən çox­larını yoldan çıxart­mış­dır. Məgər sizi Rəbbinizə itaət etməyə və yalnız Ona ibadət etməyə təhrik edən, habelə, açıq-aydın düşməniniz olan şeytana itaət etməkdən çəkindirən ağlınız yoxdurmu?!","Bu, dünyada etdiyiniz küfrə görə, sizə vəd edilmiş Cəhənnəmdir. O vaxt siz onu görmürdünüz, bu gün isə artıq siz onu öz gözlərinizlə görürsünüz.","Dünya həyatınızda Allaha küfr etdiyinizə görə, bu gün ora girin və onun atəşində yanın!”","Bu gün Biz onların ağızla­rı­na möhür vuracaq və onlar lal olub etdikləri küfr və asilikləri inkar edə bilməyəcəklər. Dünyada etdikləri əməllər barə­sin­də onların əlləri Bizimlə danışacaq, ayaq­ları da, onların asilik etdiyinə və bu asiliyin dalınca getdiyinə şəhadət ve­rəcək.","Əgər Biz onların gözlərini kor etmək istəsəydik, kor edərdik və onlar heç nə görməzdilər. Onda onlar doğru yolu tapıb Cənnətə girmə üçün bir-biri ilə ötüşərdilər. Lakin onların kor olduqları halda doğru yolu tapması mümkün deyil.","Əgər Biz onların xilqətini dəyişdirmək və onları topal etmək istəsəydik, edərdik və bundan sonra onlar yerlərindəcə donub qalar, nə irəli, nə də geri gedə bilərdilər.","Biz insanlardan kimə uzun ömür veririksə, onu xilqətcə zəiflədirik, (qüvvəsini alır, hafizəsini zəiflədir və s.). Məgər onlar ağıllarını işlədib, bu həyatın qərar tutulacaq bir yer və əbədi yurd olmadığını, məhz axirət yurdunun əbədi yurd olduğunu dərk etmirlərmi?!","Biz Muhəmmədə (səllallahu aleyhi və səlləm) şeir öy­rət­mədik, bu ona heç ya­raşmaz da. Belə etmək onun xilqətinə və təbiətinə aid deyil ki, bu sizə, onun şair olduğunu iddia etmənizə rəvac versin. Bizim ona öyüd-nəsihətdən və araşdıranlara aydın olan Qurandan başqa bir şey öyrətmirik.","Belə edirik ki, qəlbi salamat və bəsirət gözü açıq olan kimsələri qorxutsun. Məhz beləsi Qurandan faydalana bilər. Həmçinin, kafirlər də, Quranın nazil olması və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dəvətinin onlara çatması ilə, özlərinin əleyhinə dəlil-sübut göstərildikdən sonra əzab çəkməyə layiq olsunlar və üzrxahlıq etmələri üçün bir bəhanələri qalmasın.","Məgər onlar görmürlər ki, Biz onlar üçün mal-qa­ra yaratmışıq, onlar da, o mal-qaraya sahib olmuş və onlardan öz xeyirlərinə istifadə edirlər?!","Biz bu heyvanları onlar üçün yaratdıq və onların ixtiyarına verdik. Onların bəzisini minir və bellərində əşyalarını daşıyır, bəzisinin də ətindən yeyirlər.","Onlar üçün bu heyvanları minmək və ətindən yemək kimi mənfəətlərdən başqa, yunundan, qılından, tükündən və müqabilində əldə edilmiş puldan istifadə etmək, bu heyvanların tükündən özünüzə isti paltarlar və yumuşaq döşəklər düzəltmək, habelə, südündən içmək ­kimi başqa mənfəətlər də vardır. Bu və digər nemətləri onlara bəxş edən Allaha şükür etməyəcəklərmi?!","Müşriklər Allahdan başqa tanrılar qəbul edib onlara tapındılar ki, bəlkə bu tanrılar özlərinə yardım etsin və onları Allahın əzabından qurtarsın.","Onların tapındıqları tanrılar nə özlərinə kömək edə bilər, nə də Allahı qoyub onlara ibadət edən kimsələrə kömək edə bilərlər. Onların həm özləri, həm də bütləri əzaba düçar olacaq və onlardan hər biri digərindən uzaq olduğunu bildirəcək.","Ey Peyğəmbər, onların: \"Sən rəsul deyilsən\", yaxud \"sən şairsən\" sözü və başqa bu kimi böhtanları səni kədərləndirmə­sin. Şübhəsiz ki, Biz on­la­rın nəyi giz­li saxla­dıq­larını və nəyi aşkara çıxardıqlarını bilirik. Bunlardan heç bir şey Bizdən gizli qalmaz və Biz onlara dediklərinin cəzasını verərik.","Ölümdən sonra dirilməni inkar edən insan, Bizim onu nütfə­dən yaratdığımızı, sonra, yaradılış mərhələlərindən keçib dünyaya gəldiyini və böyüyüb boya-başa çatdığını, sonra da, çox mübahisə və münaqişə edən birisinə çevrildiyini düşünmürmü?! Məgər bütün bunları görümür ki, ölümdən sonra dirilməni özü üçün isbat edə bilsin?!","O kafir, dirilmənin qeyri-mümkün olduğunu isbat etmək üçün çürümüş sümükləri misal çəkib: \"Onları kim yenidən yarada bilər?\" deyərkən, özünün heç nədən yaradıldığını unutmuşdur.","Ey Muhəmməd, ona cavaba olaraq de: “Bu çürümüş sümükləri onları ilk dəfə yaradan dirildəcək. Onları ilk dəfə yaradan, yenidən onlara həyat verməkdən aciz qalmaz. Pak və müqəddəs Allah hər bir məxlu­qu yaxşı tanıyır. Onlardan heç bir şey Allaha gizli qalmaz.","Ey insanlar, Allah sizin üçün yaşıl və yaş ağac­dan istifadə etdiyiniz odu əmələ gətirdi. Budur, siz indi on­dan od yandırır­sınız. Bir-birinə zidd olan iki şeyi - yaşıl ağacda olan su ilə onun içində yanan odu bir araya gətirən Allah, ölüləri diriltməyə də qadirdir.","Məgər əzmətli göyləri və yeri yaradan Allah, bəşəriyyəti öldürdükdən sonra onları diriltməyə qadir deyilmi?! Əlbəttə, qadirdir. O, məxluqatın hamısını yaradan Xaliq və onlar haqqında hər şeyi biləndir. Yaradılanlar barədə heç bir şey Allaha gizli qalmaz.","Pak və müqəddəs olan Allahın buyuruğu və istəyi belədir ki, O, bir şeyi yaratmaq istə­dik­də, ona sadəcə: “Ol!” deyər və dərhal Onun istədiyi olar. Yaratmaq, öldürmək, yenidən diriltmək və başqa bu kimi işlər də, Onun istəyinə bağlıdır.","Allah, müşriklərin Ona isnad etdiyi acizlikdən uzaqdır, pak və müqəddəs­dir. Hər şeyin mülkü Onun ixtiyarındadır və Allah, onları istədiyi kimi idarə edir. Hər şeyin açarları Onun əlindədir. Siz axirətdə təkcə Onun hüzuruna qaytarı­la­caq­sınız və O sizə əməllərinizin əvəzini verəcəkdir.","Allah, Ona ibadət etmək üçün səf-səf duran mələklərə and içir.","Allah, həmçinin, buludları qovduqca qo­van və onları Onun yağış yağdıracağı yerədək aparan mələklərə and içir.","O, həmçinin, Allahın kəlamını oxuyan mələklərə and içir.","Ey insanlar, həqiqətən, sizin haqq məbu­du­nuz tək­dir, Onun heç bir şəriki yoxdur! Bu məbud, Allahdır.","O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də il boyu məşriq­lərdən doğan və məğriblərdə batan günəşin Rəbbidir.","Biz yerə ən yaxın olan səmanı, parıldayan cavahiratlar tək görünən gözəl zinətlə - ulduz­lar­la bəzədik.","və onların sayəsində dünya səmasını, itaət etməkdən boyun qaçıran hər bir asi şeytan­dan mü­hafizə etdik. (Belə ki, onlar) ulduzlarla vurulurlar.","O şeytanlar artıq, göydəki mələk­lə­rin Rəbbinin onlara vəhy etdiyi şəriət qanunları və müəyyən etdiyi qədəri haqqında danışdıqları söhbətlərinə qulaq asa bilməz­lər. (Və əgər qulaq assalar,) hər tərəfdən üst­lə­rinə yandırıb yaxan alov­lar yağ­dırılar.","Onlar səmadan qovular və mələklərə qulaq asmaqdan kənar edilərlər. Axirətdə isə on­ları uzun sürəcək ağrılı-acılı bir əzab gözləyir.","Lakin şeytanlardan hər kim mələklərin bir-birlərinə dedikləri və öz aralarında etdiyi söhbətlərdən yer əhlinə gedib çatmayan bir sözü qa­pıb qaçar­sa, onu yan­dırıb-yaxan parlaq bir ulduz təqib edər. Bəzən olur ki, ulduz (oğru) şeytanı yandırmamışdan əvvəl o, həmin sözü öz qardaşlarına çatdırır, sonra da, bu söz kahinlərə yetişir, kahinlərdə o sözə yüz yalan qataraq qeybi bildiklərini iddia edirlər.","Ey Muhəmməd, dirilməni inkar edən kafirlərdən soruş: onlar xilqətcə daha möhkəm, bədəncə daha güclü və daha böyük məxluqdurlar, yoxsa Bi­zim yarat­dığımız göylər, yer və mələklər? Biz o kafirləri yapışqan kimi bir palçıq­dan ya­rat­mışıq. Onlar yapışqan palçıqdan yaradılmış zəif məxluq olduqları halda, dirilməni necə inkar edirlər?!","Ey Muhəmməd, sən Allahın qüdrətinə və məxluqatı yaratmasına, habelə, müşriklərin dirilməni yalan saymasına təəccüb edir­sən, müşriklər isə dirilməyə qətiyyətlə inanmadıqlarına görə, sənin o haqda söylədiklərinə lağ edirlər.","O müşriklərin qəlbləri sərtləşdiyinə görə, onlara öyüd-nəsihət verildikdə, düşünüb ondan ibrət almır və fayda əldə etmirlər.","Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dorğu danışdığını təsdiqləyən bir möcüzə gördükdə, ona lağa qoyur və ona təccüb edirlər.","Onlar deyirlər: “Muhəmmədin gətirdiyi bu, açıq-aydın sehrdən başqa bir şey deyil.","Məgər biz ölüb tor­paq və çürümüş sür-sümük ol­duq­dan sonra yeni­dən diril­dilib həyata qaytarılacağıqmı?! Şübhəsiz ki bu, mümkün olmayan bir işdir.\t","Habelə, bizdən əvvəl ölüb getmiş atala­rı­mız diril­diləcəklərmi?”","Ey Muhəmməd onlara cavab olaraq de: “Bəli, siz də, sizdən əvvəlki atalarınız da, torpaq və çürümüş sümüklər olduqldan sonra, həm də, hamınız zəlil və alçalmış olaraq di­ril­di­lə­cək­siniz.","Bu, sura üfürüləcək təkcə dəhşətli bir səs olacaq (İkinci üfürmə). Onların hamısı qalxıb Qiyamətin dəhşətli hadisələrinə baxacaq və Allahın onlara nə edəcəyini gözləyəcəklər.","Dirilməni yalan sayan müşriklər deyəcəklər: “Vay ha­lı­mıza! Bu ki, Haqq-he­sab gü­nüdür! Bu gün Allah Öz qullarına dünya həyatlarında etdikləri əməllərin əvəzini verəcək.”","Onlara deyiləcək: “Bu, insanlar arasında hökm verilən gündür! O gün ki, siz onu dünyada inkar edir və ya­lan sayırdı­nız.”","O gün Mələklərə belə buyurulacaq: “Şirk etmiş zalım müşriklərin həm özlərini, həm, Allaha şərik qoşmaqda onlara bənzəyənləri və haqqı yalan saymaqda onları dəstkləyənləri, həm də, onların Alladan başqa tapındıqları bütləri bir yerə toplayın və onlara Cəhənnəmin yolunu tanıdın, göstərin və onları ona tərəf aparın, çünki onları gedəcəyi yer Cəhənnəmdir.","O gün Mələklərə belə buyurulacaq: “Şirk etmiş zalım müşriklərin həm özlərini, həm, Allaha şərik qoşmaqda onlara bənzəyənləri və haqqı yalan saymaqda onları dəstkləyənləri, həm də, onların Alladan başqa tapındıqları bütləri bir yerə toplayın və onlara Cəhənnəmin yolunu tanıdın, göstərin və onları ona tərəf aparın, çünki onları gedəcəyi yer Cəhənnəmdir.","Onlar sor­ğu-sual olunacaq­lar deyə, onları Cəhənnəmə salmamışdan əvvəl dayandırın! Sorğu-sual olunduqdan sonra isə Cəhənnəmə aparın.","Onlara məzəmmət edilərək deyiləcək: “Si­zə nə olub ki, dünyadakı kimi bir-birinizə kö­mək et­mirsi­niz? Bütlərinizin sizə kömək edəcəyinimi iddia edirdiniz?!”","Xeyr, onlar bu gün Allahın əmrinə boyun əyib zəlil olmuşlar. Onlar aciz olduqlarına və hiylələrinin də, az olduğuna görə, bir-birlərinə kömək edə bilməzlər.","Onlar bir-birlərinə tərəf dönüb bir-birini qınayacaq və bir-birilə höcətləşəcəklər. Halbuki həmin vaxt qınamağın və höcətləşməyin heç bir faydası olmayacaqdır.","Tabe olanlar öz başçılarına deyəcəklər: “Siz, ey başçılarımız, bizə din və haqq tərəfdən yanaşıb küfrü, Allaha şərik qoşmağı və asiliklər etməyi bizim üçün gözəl göstərir və bizi, Allah tərəfindən göndərilmiş elçilərinin gətirdikləri haqdan uzaqlaşdırırdınız.”","Başçılar tabeçiliklərində olanlara deyəcəklər: “Xeyr, bu, heç də sizin dediyiniz kimi deyil. Əksinə, siz özünüz küfr edirdiniz, inanan kimsələr deyildiniz, üstəlik, (haqqı) inkar da edirdiniz.","Ey bizə tabe olanlar, biz sizə hökmranlıq etmirdik, yaxud təzyiq göstərmirdik ki, sizi küfr, şirk və asiliklər etməyə vadar edək. Xeyr, siz özünüz küfrdə və azğınlıqda həddi aş­mış bir qövm idiniz.","Rəbbimizin (İblisə dediyi): ﴾Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!﴿ [Sad, 85] sözü, həm bizim barəmizdə, həm də sizin barənizdə gerçəkləşdi. Elə buna görə də, biz Rəbbimizin xəbərdar etdiyi əza­bı hökmən dadacağıq.","Biz sizi zəlalətə və küfrə dəvət etdik. Həqiqətən də, biz doğru yoldan azmış kimsələr idik.”","Şübhəsiz ki, qiyamət günü başçılar da, onlara tabe olanlar da, əza­ba şərik olacaqlar.","Biz bunlara əzab daddırdığımız kimi, digər günahkarlara da, əzabı belə daddıracağıq.","Çünki dünyada o müşriklərə tovhidin tələblərini yerinə yetirmək və ona müxalif olan işlərdən uzaq olsunlar deyə: “Allah­dan başqa ibadətə layiq olan məbud yoxdur”– deyil­dikdə, haqqa boyun əyməyə təkəbbür göstərib və özlərini yüksək tutub onu qəbul etmirdilər və ona heç qulaq da asmırdılar.","və öz küfrlərinə bəraət qazandırmaq üçün deyirdilər: “Məgər bir məcnun şairə görə tanrılarımıza tapınmağı tərkmi edəcə­yik?!” Onlar bu sözləri ilə Rəsulullahı (səllallahu aleyhi və səlləm) qəsd edirdilər.","Onlar böyük bir iftira yaxdılar. Rəsulullah (səllallahu aleyhi və səlləm) nə dəli idi, nə də şair, əksinə, o, Allahın tək ilah olduğunu qəbul etməyə və Onun rəsuluna tabe olmağa dəvət edən Quranı gətirdi, üstəlik, əvvəlki peyğəmbərlərin Allah tərəfindən gətirdiyi tovhidi və axirətin həqiqət olduğunu təsdiq­lə­di və heç bir şeylə onlara müxalif olmadı.","Ey müşriklər, siz küfr etdiyinizə və peyğəmbərləri yalançı saydığınıza görə qiyamət günü mütləq ağrılı-acılı əza­bı dadacaqsınız.","Ey müşriklər, siz ancaq dünyada Allaha küfr etdiyinizə və asi işlər gördüyünüzə görə cəzalandırılacaqsınız.","Lakin Allahın Özünə ibadət etmək üçün seçdiyi, ixlasla Allaha ibadət etdiyi qul­ları müstəsnadır. Onlar əzabdan xilas olacaqlar.","Məhz o seçilmiş ixlaslı qullar üçün Allahın onlara bəxş etdiyi - paklığı, gözəlliyi və tükənməzliyi məlum olan bir ruzi vardır.","Bu ruzilərdən biri də, onların yeyəcəyi və nəfslərinin çəkdiyi ən təmiz meyvələrdir. Bundan əlavə onla­r öz dərəcələrinin yüksəlməsi və Allahın üzünə baxmaq şərəfinə nail olacaqlar.\t","Onlar bütün bu nemətlərə, nə sona yetişəcək, nə də yox olacaq, əbədi və dəyişilməz Nəim cənnətlərində nail olacaqlar.","Onlar taxtlar üstündə üzbəüz oturub bir-birilərinə baxacaqlar.","Onlar üçün axar su kimi şəffaf olan şəra­bla dolu piyalələr dolandırıla­caq­.","Rəngi ağappaq, içənlə­rə tam şəkildə ləzzət verən bir şərab.","Bu, dünyadakı şəraba bənzəmir. Onun içində nə ağlı başdan çıxaran sərxoşedici bir şey var, nə də ki o, içənlərə başağrısı verər. Onu içən kimsənin bədəni də, ağlı da salamt qalar.","Cənnətdə onların yanında iffətli qadınlar olacaq. Onlar ərlərindən başqa heç kəsə baxmayacaq,­ gözlləri də çox gözəl olacaq.","Onların rənginin ağlığı, qorunub saxlanılmış, heç bir əl dəyməmiş quş yu­murtasının sarıya çalan ağlığı kimi olacaq.","Cənnət əhlinin bəzisi digərlərinə tərəf dönüb bir-birilərinin keçmişi və dünyada başlarına nələr gəldiyi barədə soruşacaqlar.","O möminlərdən biri deyəcək: “Dünyada mənim, dirilməni inkar edən bir tanışım var idi.","O inkar və istehza edərək deyirdi: “Ey siddiq, sən də ölülərin dirəlcəyinə ina­nanlardansan?!","Məgər biz öldükdən, torpağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcək və dünyada etdiyimiz əməllərimizə görə cəzalandırılacağıq?”","Sonra həmin mömin şəxs Cənnətdəki yoldaşlarına de­yə­cək: “Mənimlə gəlin, dirilməni inkar edən o tanışımın hara düşdüyünü görək.”","O boylanıb tanışını Cə­hən­nə­min ortasında olduğunu görəcək","və deyəcək: “Ey yoldaş, Allaha and olsun ki, sən məni küfrə və dirilməni inkar etməyə dəvət etməklə az qala məni Cəhənnəm oduna salıb məhv edəcəkdin.","Əgər Allah məni imana doğru yönəldib mömin olmağa müvəffəq etməsydi, mən də sənin kimi əzaba düçar edilənlərdən olardım.","Biz Cənnət əhli artıq ölmə­yəcəyik, elə deyilmi?","Yalnız dünya həyatındakı ilk ölümümüzdən başqa. Əksinə, biz əbədi olaraq Cənnətdə qalacaq və kafirlər kimi əza­ba dü­çar olmaya­­cağıq.”","Rəbbimizin bizə əta etdiyi bu lütf - bizi Cənnətə daxil etməsi və Cəhənnəm odundan qoruması, heç bir bənzəri olmayan böyük uğrurdur.","Çalışıb əməl edənlər, qoy bu böyük mükafatı əldə etmək üçün çalışıb əməl etsinlər. Həqiqətən qazanclı ticarət budur.","Allahın, Özünə itaət etməkdən ötrü seçdiyi qulları üçün hazırladığı bu zikr edilən nemətlər, məqam və ehtiram baxımından daha xeyirli və daha əfzəldir, yoxsa kafirlərin yeməyi olan, nə qüvvət verən, nə də aclıqdan qurtaran, Quranda lənətlənmiş zəqqum ağacı?!","Şübhəsiz ki biz bu ağacı, küft və asilik etməklə özlərinə zülüm edən zalımlar üçün bir sınaq etdik. Çünki onlar: \"Təbii ki, od ağacı yandırır. Odur ki,o ağacın Cəhənnəmdə bitməsi mümkün deyil\" deyirdilər.","Zəqqum ağacı Cəhənnəmin lap di­bindən bi­tib çıxan xəbis bir ağacdır.","Bu ağacda bitən meyvə iyrənc görünüşlüdür, sanki şeytanla­rın başıdır. İyrənc görünüş isə görünənin iyrənc olmasından xəbər verir. Bu da, o deməkdir ki, onun meyvəsinin dadı çox pisdir.","Kafirlər onun acı və iyrənc meyvəsindən ye­yib onunla boş qarınları­nı dolduracaqlar.","O ağacın meyvəsindən yedikdən sonra, onla­rı qaynar su ilə qatışdırılmış iyrənc bir içki göz­ləyir.","Bundan sonra onların qayıdacağı yer, əlbəttə ki, Cə­hənnəm əzabıdır. Beləcə onlar, bir əzabdan qurtardıqdan sonra başqa bir azaba düçar olacaqlar.","Həqiqətən, o kafirlər ata-ba­balarının haqq yoldan az­mış olduğunu gördülər, sonra da, heç bir dəlil-sübut olmadan, təqlid edərək onların yolunu tutub getdilər.","Onlar zəlalətdə tez-tələsik atalarının yolunu tutub getdilər.","Həqiqətən, onlardan ön­cə əvvəlki nəsillərin çoxu zə­la­lətə düşmüşdü. Yoxsa ki, sənin qövmün, ey Peyğəmbər, ümmətlər arasında ilk azmış ümmət deyil.","Artıq Biz o əvvəlki ümmətlərə Allahın əzabı ilə qorxudan elçilər göndərmişdik, lakin onlar yenə də Allaha küfr etdilər.","Ey Peyğəmbər, bax gör öz peyğəmbərləri tərəfindən qorxudulmuş, lakin onların dəvətini qəbul etməmiş ümmətlərin axırı necə oldu. Küfr etdiklərinə və peyğəmbərlərini yalançı saydılarına görə, onların axırı, əbədi olaraq Cəhənnəmdə qalmaq oldu.","Yalnız o kəslərdən başqa ki, Allah onları Özünə iman gətirmək üçün seçmişdir. Onlar, haqqı yalan sayan o kafirlərin aqibəti olan əzabdan xilas olacaqlar.","Peyğəmbərimiz Nuh (aleyhissəlam) onu yalançı sayan qövmünə bəddua edərkən Bizə dua etmişdi. Biz çağırışa necə gözəl cavab ve­­rənik! Biz onun öz qövmünün əleyhinə etdiyi duanı tez qəbul etdik.","Biz onu, onun əhli-beytini və onunla birlikdə olan möminləri, onun qövmünün əziyyətindən və onlardan kafir olanların üstünə göndərilmiş bö­yük tufan qopduğu zaman suya qərq olmaqdan xilas etdik.","Biz ancaq onun ailəsini və onunla birlikdə olan möminləri xilas etdik. Onlardan başqa qövmündən olan kafirləri isə suda qərq etdik.","Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq.","Gələcək nəsillər arasında Nuh salam və əmin-amanlıq olsun ki, pis xatirə ilə yada salınmasın, əksinə, onu tərifləsinlər və gözəl xatirə ilə yad etsinlər.","Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini, tək Allaha etdikləri ibadətlərinə və itaətlərinə görə, Nuhu (aleyhissəlam) mükafatlandırdığımız kimi mükafatlandırarıq!","Həqiqətən, Nuh Allaha itaət və ibadət edən mö­min qulla­rımızdandır.","Sonra yerdə qalanları üstlərinə göndərdiyimiz tufanla suya qərq etdik. Onlardan heç biri salamat qalmadı.","Həqiqətən, İbrahim Allahın vəhdaniyyətinə dəvət etmək xüsusunda Nuhun yolunu tutub gedən din əhlindən idi.","Bir zaman onun, Allahın yaratdıqlarına nəsihət edən, öz Rəbbi­nin hüzuruna şirkdən uzaq olan, təmiz bir qəlblə gəldiyini xatırla.","O zaman o, öz atasına və müşrik qöv­münə məzəmmət edərək demişdi: “Siz Allahı qoyub nəyə ibadət edir­si­­niz?","Allahı qoyub yalançı tanrıla­ra­mı ibadət edirsiniz?","Ey qövmüm, siz aləmlərin Rəbbini qoyub başqasına ibadət etdiyiniz halda, Onun hüzuruna çıxacağınız zaman nə zənn edirsiniz, (sizin halınız necə olacaq)?! Onun sizə nə edəcəyini düşünürüsünüz?!","İbrahim qövmü ilə birlikdə getməsin deyə bir hiylə fikərləşərək ulduzlara nəzər sa­ldı.","O, öz qövmü ilə bayramı keçirməyə getməmək üçün bəhanə gətirib: \"Mən xəstəyəm\" dedi.","Onlar onu orada qoyub get­di­lər.","O, onların Allahdan başqa ibadət etdikləri ilahların yanına gəlib onlara istehza edərək de­di: “Siz müşriklərin sizin üçün hazırladığı təam­lardan ye­mir­siniz?!","Si­zə nə olub ki, danışmırsınız, sizə sual verən kimsəyə cavab vermirsiniz?!” Heç Allahı qoyub beləsinə ibadət edilərmi?!","Sonra İbrahim o bütlərə yaxınlaşıb onları sındırmaq üçün sağ əli ilə onlara zərbə endirdi.","Bu bütlərə sitayiş edən kimsələr yüyürə-yüyürə onun yanına gəldilər.","İbrahim mərd-mərdanə onların qabağına çıxıb onları məzəmmət edərək dedi: “Siz Allahı qoyub öz əllərinizlə yonub dü­zəltdiyiniz bütlərəmi ibadət edir­siniz?!","Pak və müqəddəs Allah sizi və sizin əməllərinizi yarat­mış­dır. O əməllərinizdən biri də öz əllərinizlə dü­zəltdiyiniz bu bütlərdir. İbadət edilməyə layiq olan və heç bir şəriki olmayan yalnız Allahdır.","Onlar ona dəlil-sübutla üstün gələ bilmədiklərini gördükdə, güc tətbiq etmək qərarına gəldilər. Onlar İbrahimə nə edəcəkləri barədə öz aralarında məşvərət edib dedilər: \"Onun üçün bir bina tikin və içərisini odunla doldurub yandırın, sonra da onu o odun içinə atın\".","İbrahimin qövmü İbrahimə pislik edib onu öldürməklə onlara verdiyi rahatsızlığa son qoymaq istədi. Biz isə (onların qaladığı) odu İbrahim üçün sərin və salamat etməklə onları zəlil bir vəziyyətə saldıq.","İbrahim dedi: “Mən qövmümün yurdunu tərk edərək, Ona ibadət etməkdə möhkəm olmağım üçün Rəbbimə doğru ge­di­rəm. O məni dünyada və axirətdə olan xeyrə doğru yola yönəldəcəkdir­”.","“Ey Rəbbim! Mənə əmə­li­saleh öv­lad bəxş et ki, mənə kömək olsun və mən qürbəttə ikən mənim üçün qövmümü əvəz etsin!”","Biz də onun duasını qəbul edib ona, onu sevindirəcək bir xəbər verdik. Onu, böyüdükdə həlim xa­siy­yətli olacaq bir oğlan uşağı ilə müj­də­lədik. Bu uşaq İsmail (aleyhissəlam) idi.","İsmail böyüyüb atası ilə bə­rabər ça­lışmaq həddinə çatdıqda atası İbra­­him yuxu gördü. Peyğəmbərlərin yuxusu isə vəhydir. İbrahim öz oğluna gördüyü yuxu barədə məlumat verərək belə dedi: “Ey oğlum, yu­xuda səni qur­ban kəsdiyimi gördüm. Bax gör bu haqda nə düşünürsən!”. İsmail atasına dərhal cavab verərək belə dedi: “Atacan, Allahın mənim qurban kəsilməyimə dair sənə buyurduğu əmrini yerinə yetir. Mənim səbirlilərdən və Allahın verdiyi hökmə razı qalanlardan ol­du­ğumu görəcəksən”.\t","Hər ikisi Allahın əm­rinə boyun əydikləri və İbrahim Allahın əmrini yerinə yetirmək üçün öz oğlunu üzüs­tə yerə uzatdığı zaman","İbrahim Allahın əmrini yerinə yetirib oğlunu qurban kəsmək istədikdə, Biz onu çağırıb dedik: “Ey İbra­him!","Artıq sən yuxuda gördüyünü - oğlunu qurban kəsmək əmrini yerinə yetirdin!” Biz səni bu böyük imtahandan qurtardığımız kimi, yaxşı iş görən kimsələri də, sınaqlardan və müsibətlərdən xilas etməklə, mü­ka­fat­lan­dırırıq.","Həqiqətən, bu, açıq-aydın bir imtahan idi ki, İbrahim ondan müvəffəqiyyətlə keçdi.","Biz İsmailin əvəzinə bö­yük bir qoç fidyə verdik ki, onun əvəzinə o qoçu kəssin.","Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq.","Allahın ona salamı olsun və bu onun üçün hər bir zərərdən və bəladan qoruyan bir dua olsun!","Biz İbrahimi əmrə itaət etdiyinə görə mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, belə mükafatlandırırıq!”","Həqiqətən İbrahim, Allaha etdiyi ibadətləri tam yerinə yetirən mömin qullarımızdan idi.","Biz ona digər bir övlad - peyğəmbər və əməlisaleh olacaq bir övlad ilə müjdə verdik. Bu da, İshaq idi. Bu, onun, Allaha itaət edib yeganə övladı İsmaili qurban kəsmək istəyinin əvəzi idi.","Biz ona və onun oğlu İshaqa Öz tərəfimizdən bə­rə­kət ver­dik və onlara verdiyimiz nemətləri artırdıq. Bu nemətlərdən bir, onların övladlarını artırmağımız idi. Hər ikisinin nəs­lin­də Rəbbinə itaət edib yax­şı iş gö­rənləri də var, küfr və asiliklər etməklə açıq-aydın özlərinə zülm edən­ləri də.","Biz Musaya və onun qardaşı Haruna da peyğəmbərlik bəxş etdik.","Biz onların hər ikisini və onların qövmü İsrail oğullarını, Fironun onları kölə etməsindən və onların dənizdə qərq olmasından xilas etdik.","Biz onlara Firona və onun ordusuna qarşı yardım etdik və on­lar öz düşmənlərinə qa­lib gəldilər.","Biz Musaya və onun qardaşı Haruna Allahın açıq-aydın, içində heç bir şübhə olmayan Kitabını - Tövratı verdik.","Onların hər ikisini, heç bir əyriliyi olmayan doğru yola yönəltdik! Bu, pak və müqəddəs Xaliqin rizasına doğru yönəldən İslam dininin yoludur.","Biz hər ikisi üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq.","Allahdan onların hər ikisinə gözəl salam və təriflər olsun, üstəlik, hər bir xoşagəlməz şeydən salamat qalsınlar!","Biz Musanı və Harunu bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq.","Həqiqətən, Musa və Harun Allaha iman gətirən və Allahın onlara buyurduqlarını yerinə yetirən qullarımızdan idi.","Şübhəsiz ki, İlyas da, Rəbbinin göndərdiyi el­çilər­dən­ idi. Allah ona peyğəmbərlik və risalət bəxş etmişdir.","Bir zaman o, İsrail oğullarından elçi göndərildiyi qöv­mü­nə demişdi: “Ey qövmüm, məgər siz Allahın əmrlərini yerinə yetirməklə - Allahın təkliyini qəbul etməklə və qadağan etdiyi əməllərdən - şirkdən çəkinməklə Allahdan qorx­mur­su­nuz?","Siz yaradanların ən yax­şısı olan Allaha ibadət etməyi buraxıb bütünüz Bələ ibadət edirsiniz?!","Allah sizin Rəbbinizdir. O Rəbbiniz ki, həm sizi, həm də, sizin əcadlarınızı yaratmışdır. Allahdan başqa nə fayda, nə də zərər verən bütlər yox, məhz Allah ibadət edilməyə layiqdir.","Qövmü onu yalançı say­dı. Elə bu günahlarına görə də, onlar əzaba düçar olacaqlar.","Yalnız onun qövmündən mömin olmuş Allaha ixlasla ibadət etmiş kimsələrdən başqa. Belələri, əzaba düçar olmaqdan qurtulacaqlar.","Biz onun üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq.","İlyasa Allahdan salam və təriflər olsun!","Biz İlyası bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq.","Həqiqətən, İlyas Rəbbinə sidq-ürəklə iman gətirmiş həqiqi mömin qullarımızdan idi.","Şübhəsiz ki, Lut da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi.","Bir zaman Biz onu və bütün ai­ləsini qövmünə göndərdiyimiz əzabdan xilas etdiyimizi xatırla.","Yalnız onun zövcəsindən başqa. O qadın da, qövmünün düçar olacağı əzaba düçar olmuşdu. Çünki o, onlar kimi kafir idi.","Sonra Biz onun qövmündən yerdə qalanları - onu yalançı sayanları və onun gətirdiyi risaləti təsdiq etməyənləri məhv etdik.","Ey Məkkə əhli, siz Şama səfər edərkən, səhər çağı on­la­rın məhv olduğu yerdən keçirsiniz.","Həmçinin, axşam çağı da, onların yanından keçirsiniz. Mə­gər anla­mırsınız və onların haqqı yalan saydıqdan, küfr etdikdən və əvvəlki nəsillərdən heç kəsin etmədiyi fahişəliyi etdikdən sonra, onların başına gələnlərdən ibrət almırsınız?!","Şübhəsiz ki, qulumuz Yunis da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi.","Bir zaman o, Rəbbinin izni olmadan qövmünün (küfründən) qaçıb insanlar və əşyalarla dolu bir gəmiyə minmişdi.","Gəmi dolu olduğundan az qala batacaqdı. Gəmidəkilər insan sayının həddən ziyadə olduğundan dolayı, gəminin batacağından qorxduqlarına görə, öz aralarından bəzilərini dənizə atmaq üçün püşk atmaq qərarına gəldilər. Yunus uduzanlar arasında idi. Odur ki, onu da dənizə atdılar.","Onlar onu dənizə atdıqda ba­lıq onu tutub udmuşdu. O vaxt o, Rəbbinin izni olmadan dənizə çıxdığına görə qınanmağa layiq idi.","Əgər Yunis bu hadisədən öncə Allahı çox zikr edənlərdən olmasaydı, habelə, balığın qarnında Allahı yad edib, Onun şəninə təriflər deməsəydi,","balığın qarnında qiyamət gününə qədər qalardı. Belə ki, balığın qarnı onun üçün qəbir olardı.","O, balığın qarnında uzun müddət qaldığına görə, halsız olduğu vəziy­yətdə, Biz onu balığın qarnından çıxardıb, heç bir ağac və tikili olmayan boş bir sahəyə atdıq.","Və o boş sahədə onun üstünə kölgə salmaq üçün, üstəlik onun meyvəsindən yesin deyə, qabaq növündən iriyarpaqlı bir ağac bitirdik.","Biz onu sayı yüz min, hətta daha çox olan bir qövmünə peyğəmbər gön­dər­dik.","Onlar ona iman gətir­di­lər və onun gətridiyi (risaləti) təsdiqlədilər, Allah da onlara dünya həyatında əcəlləri yetişənədək firavanlıq nəsib etdi.","Ey Muhəmməd, müşriklərə inkar edərək soruş: “Yoxsa, xoşlamadığınız qız­ları Allaha, sevdiyiniz oğ­lan­ları isə özünüzə nisbət edirsiniz?! Bu nə cür bölgüdür?!”","Onlar mələklərin yaradılışında iştirak etmədikləri və bunu görmədikləri halda, onların di­şi olduğunu necə iddia edə bilərlər?!","Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır.\t","Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır.\t","Məgər Allah onların nifrət etdiyi qızları Özü üçün seçib, onların sevdiyi oğlanlardan üstünmü tutmuş­dur?! Əsla belə deyildir.","Ey müşriklər, sizə nə olub, belə ədalətsiz hökm verir - qızları Allaha, oğlanları isə özünüzə aid edirsiniz?!","Məgər siz tutduğunuz bu yaramaz etiqadın batil olduğunu düşünmürsünüz?! Əgər düşünsəydiniz, belə söz danışmazdınız.","Yoxsa sizin buna dair Kitabdan və ya Peyğəmbərdən tutarlı bir sübutunuz və aydın bir dəliliniz var?!","Əgər iddianızın doğru olduğunu deyir­siniz­sə, onda bu iddianı isbat edən kitabınızı gətirin!”","Müşriklər Allahla özlərinin görmədikləri mələklər ara­sında qohumluq olduğunu uy­dur­du­lar. Belə ki, onlar mələklərin Allahın qızları olduğunu söylədilər. Mələklər Allahın müşrikləri sorğu-sual etmək üçün (məhşərə) gətirəcə­yini bi­lirlər.","Allah pak və müqəddəsdir, müşriklərin Ona aid etdikləri, Ona layiq olmayan sifətlərdən - Özünə övlad götürməkdən, şəriki olmaqdan və başqa bu kimi nöqsanlardan uzaqdır.","Yalnız Allahın seçilmiş qullarından başqa. Həqiqətən də, onlar Allahı yalnız Ona layiq olan - uca və kamil sifətlərlə vəsf edirlər.","Ey müşriklər, nə siz, nə də Allahdan başqa ibadət etdikləriniz,","Siz heç kəsi haqq dindən azdıra bilməzsiniz.","Allah kimin Cəhənnəm əhlindən olacağına qərar vermişdirsə, Allah onun barəsində verdiyi qərarını gerçəklədirəcək və o adam kafir olacaq, beləliklə də, Cəhənnəm oduna girəcək. Sizin və sizin ibadət etdiyiniz bütlərin isə buna qüdrəti çatmaz.","Mələklər Allaha qul olduqlarını və müşriklərin onlar barədə iddia etdiklərindən uzaq olduqlarını bəyan edərək dedilər: “Biz­dən hər kə­sin Allaha ibadət və itaət etməkdə, müəyyən bir yeri var­dır.","Həqiqətən, biz mələklər Allaha ibadət və itaət etmək üçün səf-səf dururuq və biz, Allahı Ona layiq olmayan sifətlərdən və vəsflərdən uzaq tuturuq.","Həqiqətən, biz mələklər Allaha ibadət və itaət etmək üçün səf-səf dururuq və biz, Allahı Ona layiq olmayan sifətlərdən və vəsflərdən uzaq tuturuq.","Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: \"Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik.\" Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.","Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: \"Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik.\" Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.","Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: \"Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik.\" Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.","Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: \"Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik.\" Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.","Bizim elçilərimizə dediyimiz sözü­müz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.","Bizim elçilərimizə dediyimiz sözü­müz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.","Bizim elçilərimizə dediyimiz sözü­müz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.","Sən, ey Peyğəmbər, Allahın bildiyi bir vaxtadək - onlara əzab yetişəcək vaxta qədər o inadkar müşriklərdən üz çe­vir!","Sən onlara əzaba düçar olacaqları zamana qədər möhlət ver! Onlar əzabı görməyin heç bir faydası olmayacağı bir vaxt onu görəcəklər.\t","O müşriklər Allahın əzabının tez gəlməsinimi istəyirlər?","Allahın əzabı onları yaxladığı zaman onların sabahı necə də pis sabah olacaq!","Ey Peyğəmbər, Allah onlara əzab göndərənədək sən onlar­dan üz çe­vir!","Sən onların əzaba düçar olacaqları zamanı gözlə! Onlar da tez­liklə Allahın göndərdiyi əzabın və cəzanın onları necə yaxalayacağını görəcəklər.","Ey Muhəmməd, sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Ona aid etdikləri naqis sifətlərdən uzaqdır.","Allahın salamı və tərfiləri göndərdiyi hörmətli elçilərə olsun!","Həmd-sənaların hamısı pak və uca Allaha məxsusdur. Yalnız O, buna layiqdir və O, bütün aləmlərin Rəbbidir. Onların Allahdan başqa Rəbbi yoxdur.","﴾Sad.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Allah, insanlara həm bu dünyada, həm də axirətdə fayda verəcək əməlləri onlara xatırladan Qurana and içir. Bu, heç də müşriklərin zənn etdiyi kimi - Allahın şəriklərinin olması demək deyildir.","Lakin kafirlər Allahın təkliyini qəbul etməyi özlərinə sığışdırmır və təkəbbürlük göstərir, üstəlik, Muhəmmədə (səllallahu aleyhi və səlləm) müxalif olub onunla ədavət aparırlar.","Biz onlardan əvvəl öz peyğəmbərlərini yalançı saymış ne­çə-neçə nə­silləri məhv etdik. Onlara əzab gəldiyi zaman yalvarıb im­dad diləyir­di­lər, lakin artıq əzabdan qurtulma vaxtı bitmişdi, onların əzabdan xilas olmaq üçün yalvarmasının onlara heç bir faydası yox idi.","Onlar öz içərilərindən onları, küfrdən əl çəkməyəcəkləri təqdirdə Allahın əzabına düçar olacaqları barədə xəbərdar edən bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər Muhəmmədin (səllallahu aleyhi və səlləm) doğru danışdığını təsdiqləyən dəlilləri gördükləri zaman dedilər: “Bu adam, insanları sehrləyən bir sehrbazdır, onun Allahın rəsulu olması və ona vəhy nazil olması iddiası da, yalandır.","Bu adam bir neçə məbudu, heç bir şəriki olmayan bir məbudmu etdi?! Həqi­qətən, onun gördüyü bu iş, olduqca əcaib bir işdir.”","Onların əşrəfləri və böyükləri çıxıb gedərək öz tabeçiliklərində olan kimsələrə dedilər: “Əvvəlki yolunuza davam edin, Muhəmmədin dinini qəbul etməyin və öz tanrılarınıza ibadətdə səbirli olun. Doğrusu, Muhəmmədin sizi tək ilaha ibadət etməyə dəvət etməsi qurma bir işdir. O, bunun sayəsində bizə üstün gəlmək və bizi özünə tabe etdirmək istəyir.","Muhəmmədin bizi dəvət etdiyini - Allahın tək ilah olduğunu, biz nə atalarımızdan, nə də İsanın (aleyhissəlam) davamçılarından eşitmişik. Ondan eşitdiklərimiz yalan və uydurma­dan baş­qa bir şey deyildir.","Biz qəbilələrin ağaları və böyükləri olduğumuz halda, aramızdan, Quranın yalnız ona nazil olması və yalnız ona məxsus edilməsi doğrudurmu?!” Xeyr, o müşriklər sənə nazil olan vəhyə şəkk edirlər. On­lar Allahın əzabını hə­lə dadma­yıblar. Onlar Allahın onlara verdiyi möhlətə aldanıblar. Əgər Allahın əzabını dadsaydılar, küfr etməyə, Allaha şərik qoşmağa və sənə nazil olan vəhyə şəkk etməyə əsla cəsarət etməzdilər.","Yoxsa sənin hər kəsə qalib gələ biləcək Qüdrətli və istədiyi kimsəyə istədiyini Bəxşedən Rəbbinin lütf xə­zinə­lə­ri haqqı yalan sayan o müşriklərin əlindədir?! Onun lütf xə­zinə­lə­rindən biri də peyğəmbərlikdir və O, bunu istədiyinə verir. Bu nemət onlara məxsus deyil ki, onu istədiklərini verə bilsinlər, istədiklərini də ondan məhrum etsinlər.","Yaxud göylərin, yerin və onların arasında olanların ixtiyarı onların əlindədir və onlar dilədiyinə ondan verir, dilədiyini də ondan məhrum edirlər?! Əgər onların iddia etdiyi kimidirsə, qoy onda göyə qalxmaq üçün yollar axtarsınlar ki, istədikləri hökmü - vermək və ya məhrum etmək ixtiyarına yiyələnsinlər. Onlar heç vaxt buna nail ola bilməzlər.","Muhəmməd( səllallahu aleyhi və səlləm) yalançı sayan bu ordu, ondan əvvəl öz peyğəmbərlərini yalançı saymış ordular tək darmadağın edi­lə­cək­lər.","Haqqı yalan sayan bu kimsələr ilk yalan sayanlar deyil. Onlardan əvvəl Nuh qöv­mü, Ad tayfası və dirəklər üstündə insanlara əzab verən Fi­ron da el­çi­ləri ya­lançı say­mış­dı.","Həmçinin, Səmud tayfası, Lut qövmü və Şueybin xalqı da elçiləri yalançı saymışdılar. Bun­lar hamısı özlərinə göndərilmiş elçiləri yalançı saymaq və onların gətirdiklərini inkar etmək üçün bir-biriləri ilə əlbir olan dəstələr idi.","Bu dəstələrdən hər biri elçiləri yalançı saymış, bu səbəbdən də, Allahın əzabı onları yaxalamış və Onun verdiyi cəza, bir müddət sonra olsa belə, gerçəkləşmişdir.","Muhəmmədi (səllallahu aleyhi və səlləm) yalançı sayan bu kafirlər surun ikinci kərə üfürülməsini gözlə­yir­lər. O səs, qarşısıalınmaz bir səs olacaq. Əgər onlar Peyğəmbəri (səllallahu aleyhi və səlləm) yalançı saydıqları halda ölsələr, mütləq əzaba düçar olacaqlar.","Onlar istehza edərək dedilər: “Ey Rəbbimiz! Qiyamət günü gəl­məzdən əvvəl bu dünya həyatında bizə payımıza düşən əzabı tezliklə ver!”","Ey Peyğəmbər, bu yalan sayan kimsələrin sənə xoş gəlməyən sözlər söyləmələrinə sə­bir et. Düşmənləri ilə mübarizə aparan və Allaha itaət etməkdə səbirli olan qüvvətli qulumuz Davu­du ya­dına sal! Həqiqətən, o, daim Allaha üz tutub tövbə edər və Onun razı qalacağı işləri görərdi.","Biz dağları ona ram et­mişdik ki, gündüzün axırında və bir də əvvəlində - işraq vaxtı onun­la birlikdə Allahın şəninə təriflər desinlər.","Biz göydə uçan quşları da ona ram etmişdik. Onların ha­mısı onunla birlikdə Allaha itaət edib təriflər deyərdi.","Biz ona heybət, qüvvət və düşmənləri üzərində qələbə bəxş etməklə onun səltənətini möh­kəm­lən­dirdik, özünə də, peyğəmbərlik və doğru işlər görməyi, habelə, düzgün qə­rar çıxartmaq və ədalətli hökm vermək qabi­liy­yəti bəxş etdik.","Ey Peyğəmbər, Davud (aleyhissəlam) ibadət etdiyi yerdə ikən, divarı aşıb onun yanına gəlib orada bir-birilə höcətləşənlərin xəbəri sənə gəlib çat­dı­mı?","Onlar Davudun yanına qəfil daxil ol­duqda, Davud onların belə qeyri-adi yolla içəri daxil olmasından əndişəyə düşdü. Onlar onun əndişəyə düşdüyünü gördükdə dedilər: “Qorx­ma! Biz iki iddiaçıyıq. Bi­rimiz di­gə­ri­nə zülm etmişdir. Bizim aramızda ədalətlə hökm ver, aramızda hökm verdikdə haqqımızı tapdalama və bizə düz yolu - haqq yolu göstər!","Höcətləşən o iki nəfərdən biri Davuda (aleyhissəlam) dedi: \"Bu kişi mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mə­nim isə bircə qoyunum var­. Məndən o qoyunu ona verməyi tələb etdi və mübahisədə mə­nə qalib gəldi.”","Davud onların arasında hökm verib şikayət edən kimsəyə dedi: “Qardaşın sənin qo­yununu öz qoyunlarına qat­maq istəməklə, sənə zülm etmişdir. Həqiqətən, şə­riklərin bir qismi digərlərin haqqını yeyib insafsızlıq etməklə bir-birinin haq­qını tap­da­layır. Yalnız yax­şı işlər gö­rən möminlərdən başqa. Onlar öz şəriklərinin haqqını layiqincə ödəyir və onlara zülm etmirlər. Belələri isə çox azdır­.” Bunları de­dikdən sonra Da­vud (aleyhissəlam) yəqin etdi ki, Biz bu mübahisə sayəsində onu sınağa çəkirik. Odur ki, dərhal Rəbbindən ba­ğışlanma dilə­di və səcdəyə qapanıb Ona tövbə etdi.","Biz onun tövbəsini qəbul edib bu səhvi ona bağış­la­dıq. Həqi­qə­tən, o, Bizə yaxın olanlardandır və onun üçün Axirətdə gözəl qayıdış yeri hazırlanmışdır.","Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik ki, dini və dünyəvi hökmləri və qərarları həyata keçirəsən. Odur ki, insanlar ara­sında ədalətlə hökm ver, hökm verdikdə nəfsin istəyinə uy­ma - iddiaçılardan biri sənin qoyumun, yaxud dostun, yaxud da düşmənin olduğuna görə yanlış qərar verməyə cəhd etmə, yoxsa nəfsin sə­ni Allahın haqq yo­lun­dan azdırar. Həqiqətən, Allahın haqq yo­lundan azan­la­r haqq-hesab gününü unut­duq­ları üçün onları şid­dətli bir əzab göz­lə­yir. Əgər onlar Allahın əzabını xatırlayıb ondan qorxsaydılar, nəfslərinin istəklərinə uymazdılar.","Biz göyü və yeri əbəs yerə yaratmamışıq. Bu, kafirlərin zən­nidir. Əgər o kafirlər küfr etdikləri və Allah barədə pis zənnə qapıldıqları halda ölsələr, vay bu cür zənn edən o kafirlərin qiyamət günü Odda əzab çəkəcəkləri halına!","Biz Allaha iman gətirən və Onun rəsuluna tabe olan, üstəlik, yax­şı işlər gö­rən kimsələri, küfr və asiliklər etməklə yer üzündə fitnə-fəsad törə­dən kimsə­lərə tay tu­marıq. Eləcə də, Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinərək Ondan qorxan kimsələri, günaha batmış kafirlərə və münafiqlərə tay tutmarıq. Onları bir-birinə tay tutmaq haqsızlıqdır və belə etmək uca Allaha yaraşmaz. Əksinə, Allah təqvalı möminləri Cənnətə daxil etməklə mükafatlandırar, bədbəxt kafirləri isə Cəhənnəmə daxil etməklə cəzalandırar. Onlar Allah yanında eyni deyillər deyə, əməllərinin əvəzi də Onun yanında eyni ola bilməz.","Həqiqətən, bu Quran sənə nazil etdiyimiz xeyir və fayda ilə dolu bir Kitabdır ki, insanlar onun ayələrini araşdırıb mənaları barədə düşünsünlər və sağlam ağıl sahibləri də ondan ibrət götürsünlər.","Biz Öz tərəfimizdən Davuda bir nemət olaraq və gözü aydın olsun deyə, oğlu Süleymanı bəxş etdik. Süleynman nə gözəl qul idi! O, Allaha tez-tez tövbə edər, Ona yalvarar və Ona üz tutardı.","Xatırla ki, bir dəfə əsr vaxtı ona üç ayağı üstündə durub dördüncü ayağını qaldıran qaçağan cins atlar göstərildi. Beləliklə də, o cins atların ona göstərilməsi ta günəş batanadək davam et.","Süleyman dedi: “Mən, gü­nəş üfüq­də batanadək mal-dövlətə - bu atlara olan sevgini Rəbbimi zikr etməkdən üstün tutdum və əsr namazını gecikdirdim.”","Süleyman: “O atları yanı­ma qay­ta­rın!”– dedi və atları onun yanın gətirdilər. Süleyman qılıncla onların qıç­la­rı­nı və bo­yunlarını vurma­ğa başladı.","Biz Süleymanı sınağa çə­kib onun səltənət tax­tı­nın üstünə insan qiyafəsində olan bir şeytan qoyduq. Bu şeytan az bir müddət onun səltənətini idarə etdi. Sonra Allah, Süleymanın səltənəti özünə qayıtdı və şeytanları onun ixtiyarına verdi.\t","Süleyman dedi: “Ey Rəbbim! Mə­nim günahlarımı ba­ğış­la və mənə məxsusi olaraq elə bir səl­tə­nət ver ki, o, mən­dən sonra insanlardan heç kəsə nəsib olmasın. Ey Rəbbim, hə­qi­qə­tən, Sən çox bəx­şe­dənsən və olduqca səxavətli­sən.","Biz onun duasını qəbul etdik və küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. Küləyin güclü olmasına və sürətlə hərəkət etməsinə rəğmən o, çox dağıdıcı olmurdu və Süleyman onu istədiyi tərəfə yönəldirdi.","Həmçinin, şeytanları da ona ram etdik. Onlar onun əmrlərini yerinə yetirirdilər. Onlardan bəzisi bən­na­, bəzisi də dənizlərdən onun üçün mirvari çıxardan dalğıclar idi.","Bir çox azğın şeytanlar da ona ram edilmişdi. Onların əl-ayağına zən­cir­lər vurulduğuna görə hərəkət edə bilmirdilər.","Ey Süleyman, bu, sənin Bizdən istədiyinə cavab olaraq, Bizim sənə verdiyimiz hədiy­yə­mizdir! Bunlardan istə­diyinə ver­sən də, verməsən də, səndən (bu nemətlərdən istədiyinə) verib və ya vermədiyin barədə haqq-hesab tələb olun­ma­ya­caq­dır.”","Həqiqətən, Süleyman Bizə yaxın olan­lar­dandır və onun üçün gözəl qayıdış yeri - Cənnət hazırlanmışdır.","Ey Peyğəmbər, qulumuz Əyyubu da ya­da sal! Bir zaman o öz Rəbbi Allaha yal­varıb demişdi: “Şeytan mə­nə bəla və əzab toxundur­muş­dur!”","Biz ona dedik: “Ayağını yerə vur!\" O, ayağını yerə vurduqda, oradan onun üçün su çıxdı ki, o bu sudan içsin və onunla yuyunsun, beləliklə də, ona zərər və əziyyət verən şeylər ondan uzaq olsun.","Biz onun duasını qəbul etdik, onun başına gəlmiş müsibəti ondan uzaqlaşdırdıq və ona həm övladlarını qaytardıq, həm də onlar qədər oğullar və nəvələr bəxş etdik ki, bu, Bizim tərəfimizdən onun üçün bir mərhəmət və səbir etdiyinə görə bir mükafat olsun, üstəlik, sağlam ağıl sa­hibləri də düşünsünlər ki, səbrin axırı sevinc və mükafatdır.","Əyyub zövcəsinə qəzəbləndikdə və ona yüz çubuq vuracağına and içdikdə, Biz ona dedik: “Ey Əyyub, an­dı­nı yerini yetirmək üçün əlinə bir bağlama çubuq götür onu bir kərə vur və andını pozma.” Əyyub əlinə bir bağlama çubuq götürüb onu vurdu. Həqiqətən, Biz onun, Bizim ona göndərdiyimiz imtahana səbir etdiyini gör­dük. O, daim Allaha töbvə edər və Ona üz tutardı.","Ey Peyğəmbr, seçib elçi göndərdiyimiz qul­larımızı - İbrahimi, İshaqı və Yəqubu da yada sal! Onlar Allaha itaət etməyə və Onun rizasını qazanmağa qadir idilər, üstəlik, haqqı görən düzgün bəsirət sahibləri idilər.","Biz onlara məxsusi olaraq bir xislət bəxş edik. Bu da, onların qəlbinin axirət yurdunu anması, o günə hazırlıq olaraq yaxşı işlər görmələri və insanları o günə hazırlıq görmək üçün yaxşı işlər görməyə dəvət etmələridir.","Həqiqətən, onlar Bizim yanı­mız­da, Bizə itaət və ibadət etmək, üstəlik, risalətimizi daşımaq və onu insanlara təbliğ etmək üçün seçdiyimiz ən yaxşı kimsələrdəndirlər.","Ey Peyğəmbər, İbrahimin oğlu İsmaili, əl-Yəsəi və Zülkifli də yada sal və onları ən gözəl təriflə tərif et! Onlar tərif olunmağa layiqdirlər. Onların ha­mısı Allah yanında, seşilmiş kim­sələrdəndir.","Bu, onlar üçün Quranda xatırlanan gözəl tərifdir. Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxanları Axirət yurdunda gözəl qa­yı­dış ye­ri göz­lə­yir.","Bu gözəl qayıdış yeri cənnətlərdir. O qərar tutulacaq yer ki, onlar ora qiyamət günü daxil olacaqlar və onun qapıları onlar üçün təntənə ilə açılacaq.","Onlar orada özləri üçün bəzədilmiş taxtlara dir­səklənəcək və öz xidmətçilərindən tələb edəcəklər ki, onlar üçün istədikləri növbənöv çoxlu meyvələr, üstəlik, şərab və s. içkilər gətirsinlər.","Onların yanında gözlərini ərindən çəkməyən, başqalarına meyl etməyən həmyaşıd qadınlar olacaq.","Ey müttəqilər, bu, dünyada etdiyiniz saleh əməllərin əvəzi olaraq sizə qiyamət günü üçün vəd olunan gözəl mükafatdır.","Zikr etdiyimiz bu mükafat, həqiqətən də, Bizim qiyamət günü müttəqilərə verdiyi­miz ruzidir. O, davamlı ruzidir, nə tükənər, nə də bitər.","Bu zikr etdiyimiz, müttəqilərin mükafatıdır. Küfr və asilik etməklə Allahın hüdudlarını aşan kimsələri isə müttəqilərin mükafatından fərli olan bir cəza gözləyir. Qiyamət günü onlar üçün pis qayıdış yeri vardır.","Bu cəza, onları hər tərəfdən bürüyəcək, istisi və alovu onları yandırıb-yaxacaq Cə­hən­nəmdir. Onların yatağı Cəhənnəm odundan olacaqdır. Onların yatağı nə pis yataqdır!","Bu əzab, olduqca qaynar su və Cəhənnəmdə əzab çəkən kimsələrin bədənindən axan irindir. Qoy onu içsinlər! Bu, onların susuzluğunu yatırmayan bir içkidir.","Onlar üçün əzabın buna bənzər başqa növləri də vardır. Onlar üçün neçə-neçə başqa əzablar da var ki, onlar axirətdə ona düçar olacaqlar.","Cəhənnəm əhli atəşə düçar olduqdan sonra onlar öz aralarında höcətləşib bir-birilərini söyəcək və bir-birilərindən uzaq olduqlarını deyəcəklər. Onlardan bəzisi deyəcək: “Bu, sizinlə birlikdə Cəhənnə­mə gi­rən dəstə­dir.\" O biriləri də onlara belə cavab verəcəklər: “Onlara salam olma­sın! Şübhəsiz ki, biz odda əzab çəkdiyimiz kimi, onlar da odda əzab çəkəcəklər”.","Tabe olanlar öz başçılarına deyəcəklər: “Xeyr, si­zin özünüzə salam ol­ma­sın, ey başçılar! Bizim bu ağrılı-acılı əzaba düçar olmağımıza səbəbkar sizsiniz. Siz bizi azdırıb yoldan çıxardırdınız. Onların hamısının qərar tutacağı bu Cəhənnəm odu, necə də pis qə­rar tutulan yer­dir!”","Tabe olanlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə doğru yol göstəricisi gəldikdən sonra kim bizi azdırmışdırsa, onun Cəhənnəm atəşindəki əzabını ikiqat et!”","Azğın təkəbbürlü kimsələr deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən bədbəxt insanlar saydı­ğımız və Cəhənnəm əhlindən olacaqlarını güman etdiyimiz kəsləri yanımızda - bu atəşin içində görmürük?","Bizim onları lağa qoymağımız və onlara istehza etməyimiz yanlış idimi ki, onlar əzaba düçar olmayıblar?! Yoxsa, bizim onlara istehza etməyimiz doğru idi və onlar da Cəhənnəmə düşüblər, lakin gö­zümüzə dəy­mirlər?!”","Qiyamət günü kafirlərin öz aralarında höcətləş­məsi barədə söylədiklərimiz, əlbəttə ki, içində heç bir şəkk-şübhə olmayan bir hə­qiqətdir.","Ey Muhəmməd, qövmünün kafirlərinə de: “Mən sizi, Allaha küfr etdiyinizə və Onun peyğəmbərlərini yalançı saydığınıza görə, Allahın əzabına düçar olacağınız barədə xəbər­darlıq edə­nəm. Əzəməti, sifətləri və isimləri xüsusunda tək olan, hər şeyə üstün gə­lən və hər şeyi Özünə ram edən pak və müqəddəs Allahdan başqa iba­də­tə layiq olan məbud yoxdur”.","O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O Öz səltənətində yenilməz qüvvət sahibidir, üstəlik, tövbə edən qullarını bağışlayandır.","Ey Peyğəmbər, haqqı yalan sayan o kəslərə de: “Bu Quran böyük bir xəbərdir.","Siz isə bu böyük xəbərdən üz döndə­rirsiniz, ona tərəf heç üz tutmursunuz.","Əgər Allah mənə vəhy nazil edib məni öyrətməsəydi, mələklərin Adəmin yaradılışı haqqında öz aralarında etdikləri söhbətdən mənim xəbərim olmazdı.","Allah bu xəbərləri mənə, yalnız Onun əzabı ilə açıq-aydın qorxudan bir peyğəmbər olduğum üçün vəhy edir\".","Xatırla ki, bir zaman sənin Rəbbin mələk­lə­rə belə demişdi: “Mən palçıqdan bir in­san yarada­ca­ğam - yəni Adəmi (aleyhissəlam).","Mən onun yaradılışını tamamlayıb insan şəklinə saldığım və ona Öz ruhum­dan üfürdüyüm zaman ona səcdə edin!”","Mələklər Rəbbinin əmrini yerinə yetirib hamısı bir­lik­də Adəmə hörmət əlaməti olaraq səcdə etdi. Beləliklə də, aralarında Adəmə səcdə etməyən birisi qalmadı.","Yalnız İblisdən başqa! O, səcdə etməyə təkəb­bür göstərdi və Rəbbinin əmrinə boyun əyməyə tökəbbür göstərdiyinə görə kafirlər­dən oldu.","Allah buyurdu: “Ey İblis! Sə­nə Mə­nim iki əlimlə yaratdı­ğı­ma Adəmə səc­də etməyə nə ma­ne oldu? Səcdə etməyə sənə təkəbbür mane oldu, yoxsa sən elə bundan əvvəl də, Rəbbinə qarşı təkəbbür göstərən və özünü yük­sək tutan birisi idin?”","İblis dedi: “Mən Adəmdən daha xe­yirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”. Bu İblisin, odun palçıqdan daha üstün ünsür olduğunu iddia etməsinə görə idi.\t","Allah İblisə belə buyurdu: “Cənnətdən çıx! Sən artıq rəh­mətimdən qovulmuş və məzəmmət olunmuş birisən!","Haqq-hesab gününədək - qiyamətə qədər Cənnətdən qovulmuş olacaqsan!”","İblis dedi: “Ey Rəbbim! Qullarını di­rildəcəyin günə qə­dər mə­nə möhlət ver, məni öldürmə.”","Allah buyurdu: “Sən möhlət verilən­lərdənsən.","Həlak olacağına dair təyin edilmiş məlum olan günə qədər!”","İblis dedi: “Sənin qüd­rə­tinə və qüvvətinə and olsun ki, Adəm övladlarının ha­mı­sını yol­dan çı­xa­racağam;","Yalnız Sənin mənim hiyləmdən qoruduğun və təkcə Öz ibadətin üçün seçdiyin qullarından başqa!”","Uca Allah buyurdu: “Mənim dediyim haqdır! Mən yal­nız haqqı deyirəm. Mən haqdan başqa bir söz demirəm.","Qiyamət günü Mən Cəhənnəmi səninlə və sənin küfründə sənə tabe olan Adəm övladlarının hamısı ilə doldura­ca­ğam!”","Ey Peyğəmbər, o müşriklərə de: “Mən sizə təbliğ etdiyim nəsihətlərin əvəzinə siz­dən heç bir mükafat istəmirəm və mənim, özümə əmr edilənlərdən artıq bir şey təbliğ etməyə ixtiyarım çatmır.","Bu, Quran (ibadət etmək üçün) mükəlləf edilmiş insanlar və cinlər üçün ancaq bir xatırlatmadır.","Siz bir müddətdən sonra - öləcəyiniz zaman, bu Quranın verdiyi xəbərin və bu xəbərin doğru olduğunu mütləq biləcəksiniz!”","Quran, başqası tərəfindən deyil, əksinə, heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, işləri idarə etmək və həmçinin şəri əhkamların təyin edilməsi xüsusunda Müdrik olan Allah tərəfindən nazil edilmişdir.","Ey Peyğəmbər, Biz Quranı sənə haqq olaraq nazil etdik. Onun içindəki xəbərlərin hamısı doğru, hökmlərinin də, hamısı ədalətləidir. Buna görə sən də, dini Tək Allaha aid edib şirkdən uzaq durararq yalnız Ona ibadət et!","Doğrusu, şirkdən uzaq olan xalis din yalnız Allaha məxsusdur. Allahdan başqa bütləri və tağutları özlərinə dost tutan və Allahı qoyub onlara ibadət edən kimsələr, onlara ibadət etmələrinə haqq qazandlrmaq üçün: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar, bizim istəklərimizi Allaha çatdırsınlar və Onun yanında bizim üçün şəfaətçilik etsinlər deyə ibadət edirik”– deyirlər. Şübhəsiz ki, qiyamət günü Allah, təkcə Ona ibadət edən möminlərlə Ona şərik qoşan kafirlər arasında ixtilafda olduqları tövhid barədə onların arasında hökm verəcəkdir. Həqiqətən də, Allaha qarşı yalan uydurub Ona şərik nisbət edən və Allahın ona verdiyi nemətə qarşı nankor olan kimsəni doğru yola müvəffəq etməz.","Əgər Allah Özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçib onu övlad edərdi. Allah pakdır, müqəddəsdir və o müşriklərin dediklərindən uzaqdır. O, həm zatı, həm sifətləri, həm də isimləri xüsusunda Tək ilahdır və bu xüsusiyyətlərdə Onun heç bir şəriki yoxdur. O, bütün yaratdıqlarına qarşı mütləq qalib gələndir.","O, göyləri və yeri zalımların: \"bunlar əbəs yerə yaranmışdır\"- dediyi kimi yox, ən kamil məqsəd üçün yaratmışdır. O, ge­cə­ni gün­düzə qatır, gün­düzü də gecəyə qatır. Belə ki, onlardan bir gəldikdə, digəri gözdən itib gedir, O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxta­dək - bu dünya həyatı sona yetişənədək hərəkət edər. Bil ki, pak və müqəddəs Allah Qüdrət­lidir - düşmənlərindən intiqam almağa qadirdir və heç kəs Ona üstün gələ bilməz, habelə, qullarından Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.","Ey insanlar, Rəbbiniz sizi tək bir nə­fər­dən - Adəmdən yaratdı. Sonra Adəmdən onun zöv­cə­si Həvvanı yaratdı. O sizin üçün səkkiz cüt heyvan - dəvə, inək, qoyun və keçi xəlq etdi - hər növündən erkək və dişi yaratdı. Pak və müqəddəs Allah sizi analarınızın bətnində üç zülmət - bətn, uşaqlıq və cift içərisində yaranışdan-yaranışa salaraq yaradır. Bütün bunları yaradan, sizin Rəb­bi­niz olan Allah­dır. Mülk yalnız Ona məx­sus­dur. On­dan başqa ibadə­tə layiq olan heç bir məbud yox­dur. Siz necə Ona ibadət etməkdən üz döndərib, heç bir şey yaratmayan, əksinə, özləri yaradılmış olan məxluqlara ibadət edirsiniz?!","Ey insanlar, əgər Rəbbinizə küfr etsəniz, bilin ki, Allah sizin iman gətirmənizə möhtac deyildir və sizin küfr etməyiniz də Ona zərər verməz, əksinə, sizin etdiyiniz küfrün zərəri yalnız özünüzə qayıdar. Qulla­rı­nın Ona küfr etməsi Ona xoş getməz və O, Öz qullarına küfr etməyi əsla buyur­maz. Belə ki, Allah murdar əmələri və günah işləri əmr etməz. Əgər Allahın sizə əta etdiyi nemətlərə görə Ona şükür et­sə­niz və Ona iman gətirsəniz, O, bu şükrünüzə görə siz­dən razı qalar və buna görə sizə mükafat verər. Heç bir kəs başqa birisinin günahını da­şı­maz, əksinə, hər kəs özünün qazandığı günahın girovudur. Son­ra qiyamət günü siz yalnız Rəbbini­zin hüzuruna qayıdacaqsınız. O sizə dünyada ikən nə əməllər etdiyinizi bildirəcək və sizə etdiyiniz əməllərin əvəzini verəcək. Həqi­qə­tən, pak və müqəddəs Allah, qullarının qəlbində olanları bilir və qəlblərdə olanlardan heç bir şey Ona gizli qalmaz.","Kafir kimsəyə bir zərər toxun­duq­da - xəstələndikdə, yaxud malını itirdikdə, yaxud da suda batmqa qorxusu olduqda, pak və müqəddəs Rəb­binə üz tutub təkcə Ona yalvararaq bu bəlanı ondan sovuşdurmasını diləyir. Sonra Allah ona nemət bəxş etdikdə - yəni, ona üz vermiş bəlanı ondan uzaqlaşdırdıqda, o,bəla gəldiyi vaxt yalvardı­ğı Allahı unu­dur və başqalarını Allahın yolundan azdırmaq üçün Allahı qoyub Ondan başqa ibadət ediləcək şə­rik­lər qəbul edir. Ey Peyğəmbər, bu şirkə yol verən kimsələrə de: “Ömrünün qalan hissəsini küf­­r etməklə keçin, bu, az bir zamandır. Şübhəsiz ki, qiyamət günü sən, - dost dostunun yanında olduğu kimi, - Cəhənnəm atəşi içində onun sakinlərindən olacaqsan!”","Məgər Allaha itaət edib gecə saatlarını səc­də edərək və ayaq üstə du­ra­raq ibadət içində ke­çirən, üstəlik, axi­rət­ əzabından qorxan və Rəbbinin rəhmətinə ümid bəs­ləyən kimsə xeyirlidir, yoxsa çətin vaxtda Allaha ibadət edən, xoş gün-güzəranı olduqda isə Ona küfr edən və Allaha şəriklər qoşan o kafir?! Ey Peyğəmbər, de: “Məgər Allahı tanıdıqlarına görə Allahın onlara vacib buyuruduqlarını bilənlərlə, bu haqda heç nə bilmə­yən­lər ey­ni ola bilər­mi?! Bu iki firqə arasında olan fərqi yalnız salamat ağıl sahibləri bilər.”","Ey Peyğəmbər, Mənə və Mənim göndərdiyim elçilərə iman gətirmiş qullarıma de: “Rəb­binizin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qor­xun! Sizlərdən bu dünyada yaxşılıq edən­ləri dünyada ikən gözəl nemətlər - zəfər, sağlamlıq və mal-dövlət, axirətdə isə Cənnət göz­ləyir. Alla­hın yaratdığı yer üzü ge­niş­dir. Elə isə hicrət edin ki, Allaha ibadət etmək üçün yer tapasınız. Heç nə sizə mane ola bilməz. Səbir edənlərin savabı qiyamət günündə çox çeşidli olduğundan dolayı sayız-hesabsız verilə­cək­dir.”","Ey Peyğəmbər, de: “Allah mənə əmr etmişdir ki, dini yalnız Ona məxsus edərək yalnız Ona iba­dət edim.","Rəbbim mənə bu ümmətdən Ona boyun əyən müsəl­man­ların birincisi olmaq əmri olun­muş­dur”.","Ey Peyğəmbər, de: “Allaha asi olsam və Ona itaət etməsəm, o əzə­mətli günün - qiyamət gününün əzabından qorxuram”.","Ey Peyğəmbər, de: “Mən dinimi məhz Allaha məx­sus edərək təkcə Ona ibadət edi­rəm və Ondan başqa heç kəsə ibadət etmirəm.","Ey müşriklər, siz də Ondan başqa istə­diyiniz bütlərə ibadət edin.” (Buradakı əmr, hədələmə sayılır.) Ey, Peyğəmbər, de: “Şüb­hə­siz ki, həqiqi ziyana uğrayanlar özlərini və ailə­lə­rini ziyana uğradanlardır. O kəslər ki, yaxınları onları qoyub Cənnətdə daxil olduqlarına və ya onlarla bərabər Cəhənnəmə düçar olduqlarına görə heç vaxt onları görməyəcəklər. Bil ki, açıq-aydın və heç bir şəkk-şübhə olmayan həqiqi ziyan da elə budur!”","Onların üstündə və altında tüstü, alov və istilik ola­caq. Allah Öz qullarını bu zikr edilən əzabla qor­xudur. Ey qul­la­rım, Mənim əmrlərimi yerinə yetirib qadağan etdiyim əməllərdən çəkinməklə Məndən qorxun!","Bütlərə və Allahdan savayı sitayiş edilən istənilən bir şeyə ibadət etməkdən çəkinən və tövbə edərək Allaha üz tutanlar, həm ölüm anında, həm qəbirdə, həm də qiyamət günü Cənnətlə müj­dələnəcəklər. Ey Peyğəmbər, qul­larımı müj­dələ!","O kəslər ki, sözə qulaq asır, onun yaxşısını pisindən ayırd edir və onda olan faydadan dolayı onun ən yaxşısına tabe olurlar. Bu vəsflərlə vəsf olunan kimsələr - məhz onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Sağlam ağıl sahibləri də məhz on­lardır.","Ey Peyğəmbər, küfründə və azğınlığında israr etdiyinə görə haqqında əzab sözü vacib olmuş kimsənin doğru yola yönəlməsinə və (yaxşı işlər görməyə) müvəffəq olmasına sən tədbir görə bilməzsən. Ey Peyğəmbər, bu xislətlərə sahib olan kimsəni Cəhənnəm odundan sənmi xilas edəcəksən?!","Lakin Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qor­xan kimsələri üst-üstə yerləşən, altından çay­lar axan mənzillər gözləyir. Bunu Allah onlara vəd etmişdir. Allah vədinə xilaf çıxmaz.","Siz öz gözlərinizlə görürsünüz ki, Allah göydən yağmur en­dirib onu yer üzün­dəki çaylar və çeşmə­lərə axıdır. Sonra Allah onunla müxtəlif rəng­li birkilər yetiş­di­rir. Sonra bu bitkilər quruyur və sən, ey onları müşahidə edən insan, bu yaşıl bitkilərin sonradan saraldığını görür­sən. Bunlar quruduqdan sonra Allah on­ları qırıq-qırıq olmuş çör-çöpə dön­dərir. Həqiqətən, bu deyilənlərdə sağlam ağıl sahibləri üçün ibrət var.","Məgər Allahın, köksünü İslam üçün açdığı və ona tərəf yönəltdiyi, üstəlik, Rəbbinin dəlillərinə əsaslanan kimsə, Allahı zikr etməkdən uzaq olub qəlbi sərtləşmiş ilə ey­ni ola bilərmi?! Onlar əsla eyni ola bilməzlər. Doğru yola yönələn kimsələr nicat tapar, qəlbi Alla­hı zikr etməkdən qafil olub sərtləşmiş kimsələrə isə ziyana uğrayar. Onlar haqdan uzaq olan açıq-aydın azğınlıq içində­dir­lər.","Allah Sözün ən gözəlini – doğruluq, gözəllik, uyğunluq və ziddiyyətdən kənar olmaq baxımından ayələri bir-birinə bənzəyən və içindəki hekayələri və əhkamları, habelə, vədləri və təhdidləri, həmçinin, haqq əhlinin sifətləri və batil əhlinin sifətləri və s. təkrarlanan Quran nazil etdi. Rəbbindən qor­xan­la­r bu kitabdakı vədləri və təhdidləri eşitdikdə, on­dan dəriləri ür­pəşər. Daha sonra Allahı zikr etməklə xoş sözləri və müjdələri eşitdikdə isə, dəriləri və qəlbləri yum­şa­lar. Qurandan deyilən bu sözlər və onun təsiri, Alla­hın hidayətidir. Allah onun­la istədi­yini doğru yola yönəl­dər. Alla­h kimi rüsvay edib doğru yola yönəltməzsə, ona yol gös­­tərən tapılmaz.","Allahın hidayət verdiyi, dünyada (yaxşı işlər görməyə) müvəffəq etdiyi və axirətdə Cənnətə daxil etdiyi kimsə ilə, küfr edən və kafir olduğu halda ölən, üstəlik, Allahın, əllərini və ayaqlarını zəncirləmiş halda Cəhənnəm oduna düşar etdiyi və atəşdən üzü ilə qoru­nan kəs ey­nidirmi? Küfr və asilik etməklə özlərinə zülm etmiş kimsələrə məzəmətt edilərək deyilər: “Etdiyiniz küfr və asiliklərə görə qazandığınız əzabı da­dın! Bu sizin cəzanızdır.”","O müşriklərdən əvvəlki ümmətlər də (peyğəm­bər­ləri) yalançı saymış­dı­lar. Bu­na görə əzab on­lara gözləmədikləri yerdən qəfildən gəldi və onlar heç tövbə etməyə macal da tapmadılar.","Allah bu əzabla onları dünya hə­ya­tında rüs­vay və biabır etdi. Onları gözləyən axirət əza­bı isə daha böyük­ və daha dəhşətlidir. Kaş, biləydilər!","Biz Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş bu Quranda insanlar üçün xeyir və şərə, haqq və batilə, imana və küfrə aid cürbəcür məsəllər çəkdik ki, bəlkə, onlar çəkdiyimiz bu məsəllərdən ibrət alıb haqqa boyun əysinlər və batili tərk etsinlər.","Biz onlara içində heç bir qü­sur, əyrilik və şübhə ol­ma­yan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorx­sunlar.","Allah müşriki və muvəhhidi (yalnız Allaha ibadət edən) kimsəni məsəl çəkir. (Birincisini) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişiyə bənzədir. O kişi ki, ağalarından bəzisini razı saldıqda, digərlərinin ona qəzəbi tutur və o, heyrət və çaşqınlıq içində qalır. (İkincisini) isə tək bir ağası olan və ağasının məqsədini bilən, üstəlik arxayınlıq və rahatlıq içində olan kişiyə bənzədir. Bu iki kişi məsəlcə eyni ola bi­lməzlər. Həmd Allaha məx­sus­dur, lakin onların əksəriy­yəti bunu bil­mir, elə buna görə də Allaha şəriklər qoşurlar.","Ey Peyğəmbər, şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!","Sonra siz, ey insanlar, ixtilafa düşdüyünüz məsələlər barədə, qiyamət günü Rəb­bi­ni­zin hüzurunda mübahisə edəcək­ və beləliklə, aranızdakı doğru danışanlarla, yalançılar ayırd ediləcək."]