["Ondan sonra qövmünün üstünə göydən heç bir ordu göndərmədik və göndərəsi də deyildik.","(Onları məhv edən,) qorxunc səsdən başqa bir şey deyildi. Onlar birdən-birə sönüb getdilər.","Özlərinə bir peyğəmbər gəldikdə onu ələ salan qulların vay halına!","Onlardan əvvəl neçə-neçə millətləri məhv etdiyimizi və bir daha onların yanına qayıda bilmədiklərini görmədilərmi?","Əlbəttə, hamısı birlikdə Bizim hüzurumuza gətiriləcəklər.","Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (su vasitəsilə) dirildir və oradan dənələr çıxardırıq, onlar da bunlardan yeyirlər.","Biz orada xurma və üzüm bağları yaratdıq və bulaqlar qaynatdıq ki,","Onun meyvələrindən və əlləri ilə emal etdiklərindən yesinlər. Hələ də şükür etməzlərmi?","Torpağın bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir!","Gecə də onlar üçün (Allahın qüdrətini göstərən) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardarıq və bu zaman onlar qaranlıqda qalarlar.","Günəş də özü üçün təyin olunmuş yerdə axıb gedir. Bu, yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın qoyduğu nizamdır.","Ay üçün də mərhələlər təyin etdik. Nəhayət, o, xurma ağacının qurumuş əyri budağına bənzər bir hala (hilal şəklinə) düşər.","Nə günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri öz orbitində üzər.","Onların nəsillərini (ulu babalarını) yüklə dolu gəmiyə mindirməyimiz də onlar üçün bir dəlildir.","Onlar üçün bunun kimi başqa minik vasitələri də yaratdıq.","Əgər istəsəydik, onları suda boğardıq. O zaman nə onların köməyinə çatan olardı, nə də onlar xilas olunardılar.","Ancaq tərəfimizdən bir mərhəmət olaraq və müəyyən bir vaxta qədər (dünyadan) faydalansınlar deyə (onları xilas etdik).","Onlara: “Önünüzdəkindən (dünya əzabından) və arxanızdakından (axirət əzabından) qorxun! Ola bilsin ki, sizə mərhəmət olunar”, - deyildikdə (onlar üz çevirərlər).","Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.","Onlara: “Allahın sizə verdiyi ruzidən infaq edin!” – deyildikdə kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə yedirdə biləcəyi kimsəni bizmi yedirdəcəyik? Siz tamamilə zəlalət içindəsiniz”, - dedilər.","Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd olunan (qiyamət) nə zaman olacaq?” - deyirlər.","Onlar bir-birləri ilə höcətləşdikləri bir vaxtda özlərini yaxalayacaq o qorxunc səsi gözləyirlər.","O zaman onlar nə vəsiyyət edə biləcək, nə də ailələrinin yanına qayıda biləcəklər.","Sur (ikinci dəfə) çalınan kimi onlar qəbirlərindən qalxıb sürətlə Rəbbinə tərəf gedəcəklər.","Onlar belə deyəcəklər: “Vay halımıza! Yatdığımız yerdən (qəbirlərimizdən) bizi kim qaldırdı? Bu, Rəhman olan Allahın vəd etdiyidir. Peyğəmbərlər də doğru deyirlərmiş”.","O dəhşətli səs qopan kimi onların hamısı Bizim hüzurumuza gətiriləcəklər.","Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin qarşılığını alacaqsınız.","Həqiqətən cənnətliklər bu gün nemətlər içində səfa sürərlər.","Onlar və zövcələri kölgəliklər altındakı taxtlara söykənib oturarlar.","Orada onlar üçün meyvə və istədikləri hər şey mövcuddur.","Rəhmli Rəbb tərəfindən (onlara) “salam” deyilər.","(Günahkarlara isə belə deyilər:) “Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!”","Ey Adəm oğulları! Mən sizə: “Şeytana ibadət etməyin! O, sizin açıq-aşkar düşməninizdir”, - deyə əmr etmədimmi?!","Mənə ibadət edin. Doğru yol budur!","Həqiqətən, şeytan sizdən bir çox nəsilləri haqq yoldan azdırdı. Hələ də dərk etmirsinizmi?","Bu, sizə vəd olunan cəhənnəmdir.","Haqqı inkar etdiyinizə görə bu gün ora girin!","Bu gün onların ağızlarını möhürləyərik. Qazandıqları günahlar barəsində Bizimlə əlləri danışar, ayaqları da şahidlik edər.","Əgər Biz istəsəydik, onların gözlərini tamamilə kor edərdik. Bu zaman onlar (doğru) yola çatmaq üçün bir-birləri ilə yarışardılar. Ancaq necə görə bilərdilər?!","Əgər Biz istəsəydik, onları olduqları yerdə elə bir hala salardıq ki, nə irəli gedə bilər, nə də geri qayıda bilərdilər.","Biz kimə uzun ömür versək, onu yaradılış etibarilə tərsinə çevirərik (qocaldıb zəif bir hala salarıq). Hələ də dərk etmirlərmi?","Biz ona şeir öyrətməmişik, bu ona yaraşmaz da. Bu ancaq (Allah tərəfindən göndərilmiş) bir öyüd və açıq-aşkar Qurandır.","Diri olanları xəbərdar etsin və kafirlər barəsindəki (əzab) sözü vacib olsun deyə (onu nazil etdik).","Onlar üçün sahib olduqları heyvanları Öz qüdrətimizlə yaratdığımızı görmədilərmi?","Bu heyvanları onların əmrinə verdik. Onlardan bəzilərinə minir, bəzilərini də yeyirlər.","Bu heyvanlarda onlar üçün bir çox fayda və içəcək süd də vardır. Onlar hələ də şükür etmirlərmi?","Onlar özlərinə yardım ediləcəyini umaraq Allahdan başqa ilahlar qəbul etdilər.","(Bu bütlərin) onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir.","(Ey Peyğəmbər!) Onların sözləri səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizlətdiklərini də, aşkar etdiklərini də bilirik.","İnsan Bizim onu nütfədən yaratdığımızı görmədimi? Bir də baxırsan ki, o, (Rəbbinə qarşı) açıq-aydın bir düşmən kəsilib.","O öz yaradılışını unudaraq Bizə qarşı bir misal çəkib: “Çürümüş sümükləri kim dirildəcək?!” - deyir.","De ki: “Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər cür yaratmağı yaxşı bilir”.","Sizin üçün yaşıl ağacdan od əmələ gətirən Odur. Beləcə, siz onunla od qalayırsınız.###[*] Bədəvi ərəblər bəzi ağacların çubuqlarını bir-birinə sürtərək od qalayırdılar. Ayədə qəsd olunan odur ki, yaşıl ağacdan od əmələ gətirən Allah ölüləri də diriltməyə qadirdir.","Göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa qadir deyilmi? Bəli, qadirdir! O, hər şeyi yaradandır, hər şeyi biləndir.","O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyə əmr edər. O da dərhal olar.","Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız.","And olsun səf-səf düzülənlərə,","Bağıraraq qovanlara,","Və Zikri (Quranı) oxuyanlara!","Həqiqətən, sizin ilahınız təkdir!###[*] Bəzi təfsirçilər bu ayələrdə qeyd olunan “səf-səf düzülən, bağıraraq qovan və zikri oxuyanlar”ın mələklər olduğunu ifadə etmişlər.","O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. O, məşriqlərin də Rəbbidir. ###[*] Ayədəki “məşriq” sözünün cəmdə işlədilməsi il boyu günəşin şərqdəki fərqli yerlərdən çıxması ilə izah olunmuşdur.","Şübhəsiz ki, Biz ən yaxın göyü ulduzlarla bəzədik.","Və onu hər bir asi şeytandan qoruduq.","Onlar (mələklərə məxsus olan) ən ali məclisə qulaq asa bilməzlər və hər tərəfdən qovularlar.","(Oradan) qovulub atılarlar. Onlar üçün daimi bir əzab vardır.","Ancaq (mələklərin məclisindən bir söz dinləyib) çırpışdıran olarsa, dərhal alovlu bir ulduz onu təqib edər.","Onlardan soruş: “Onlarımı yaratmaq daha çətindir, yoxsa yaratdıqlarımızı (mələkləri, yeri və göyləri)?!” Həqiqətən, Biz onları (insanları) yapışqan bir palçıqdan yaratdıq.","Xeyr! Sən (Allahın qüdrətinə) təəccüblənirsən, onlar isə məsxərəyə qoyurlar.","Onlara öyüd verildikdə ibrət almazlar.","Onlar bir möcüzə gördüklərində onu məsxərəyə qoyarlar.","Və belə deyərlər: “Bu, yalnız açıq-aşkar bir sehrdir.","Biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?","Əvvəlki atalarımız da dirildiləcəklərmi?”","De: “Bəli, həm də siz zəlil olaraq dirildiləcəksiniz”.","O (diriltmə) qorxunc bir səs (ikinci dəfə surun üfürülməsi) ilə olacaqdır. Onlar dərhal (dirilib ətrafa) baxacaqlar.","Onlar: “Vay halımıza! Bu, haqq-hesab günüdür!” - deyəcəklər.","Bu, yalanladığınız (yaxşı ilə pisi) ayırd etmə günüdür.","(O gün mələklərə belə deyiləcək:) “Zalımları, onların yol yoldaşlarını və Allahdan başqa ibadət etdiklərini toplayın! Onlara cəhənnəmin yolunu göstərin!","(O gün mələklərə belə deyiləcək:) “Zalımları, onların yol yoldaşlarını və Allahdan başqa ibadət etdiklərini toplayın! Onlara cəhənnəmin yolunu göstərin!","Onları dayandırın! Çünki onlar sorğu-sual olunacaqlar”.","(Onlara belə deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə yardım etmirsiniz?”","Xeyr, onlar bu gün təslim olmuşlar.","Onlar bir-biri ilə mübahisə etməyə başlayarlar.","(Onların bir qismi digərlərinə) belə deyəcək: “Həqiqətən, siz bizə sağ tərəfdən gəlirdiniz (özünüzü haqlı göstərirdiniz)”.","Onlar da belə deyəcəklər: “Xeyr, siz onsuz da iman gətirməmişdiniz.","Sizin üzərinizdə bizim heç bir hökmranlığımız yox idi. Əksinə, siz özünüz azğın insanlar idiniz.","Buna görə də bizim barəmizdə Rəbbimizin sözü (əzabı) vacib oldu. Həqiqətən, biz onu dadacağıq.","Biz sizi haqq yoldan azdırdıq. Çünki özümüz də haqq yoldan azmışdıq”.","Şübhəsiz ki, o gün onlar əzaba şərik olacaqlar.","Həqiqətən, Biz günahkarlara belə edirik.","Onlara: “Allahdan başqa heç bir ilah yoxdur!” – deyiləndə onlar təkəbbürlənirdilər.","Və belə deyirdilər: “Bəyəm divanə bir şair üçün ilahlarımızı tərk edəcəyik?”","Xeyr! O, haqqı gətirdi və peyğəmbərləri təsdiq etdi.","Siz acı əzabı mütləq dadacaqsınız.","Siz yalnız etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz.","Ancaq Allahın ixlaslı qulları bundan istisnadır.","Onlar üçün bilinən ruzilər -","Meyvələr vardır. Onlara Nəim cənnətlərində ikram ediləcəkdir.","Meyvələr vardır. Onlara Nəim cənnətlərində ikram ediləcəkdir.","Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.","Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır.","O (qədəhlərdəki içki), ağappaqdır, içənlərə ləzzət verər.","O nə başağrısı verər, nə də onunla sərxoş olarlar.","Onların yanında baxışlarını yalnız onlara dikmiş irigözlü hurilər vardır.","Onlar günəş görməmiş (ağappaq) yumurta kimidirlər.","Onlar (cənnət əhli) bir-biri ilə söhbətləşməyə başlayacaqlar.","Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım vardı.","O belə deyirdi: “Sən, həqiqətən, (yenidən dirilməyə) inananlardansanmı?","Biz ölüb torpaq və sür-sümük olduqdan sonra (dirildilib) haqq-hesaba çəkiləcəyikmi?”","Sonra o belə deyəcək: “Siz (cəhənnəmdəki o yoldaşıma) boylanıb baxdınızmı?”","O özü (həmin yoldaşına) boylanıb baxacaq və onu cəhənnəmin ortasında görəcək.","O, (cəhənnəmdəki yoldaşına) belə deyəcək: “Allaha and olsun ki, sən az qala məni də məhv edəcəkdin.","Əgər Rəbbimin neməti olmasaydı, həqiqətən, mən də (cəhənnəmə) gətirilənlərdən olacaqdım”.","(Cənnət əhli belə deyəcək:) “İlk (dünyadakı) ölümümüz istisna olmaqla, biz ölməyəcəyik, əzaba da məruz qalmayacağıq, elə deyilmi?”","(Cənnət əhli belə deyəcək:) “İlk (dünyadakı) ölümümüz istisna olmaqla, biz ölməyəcəyik, əzaba da məruz qalmayacağıq, elə deyilmi?”","Həqiqətən, bu, böyük uğurdur!","(Dünyada) çalışanlar bunun kimisi üçün çalışsınlar!","Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?","Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik. ###[*] Kafirlər Qurandakı “cəhənnəmdə bitən ağac” sözünü eşitdikləri zaman: “Od ağacı yandırdığı halda necə olur ki, cəhənnəmdə ağac bitir?” - deyə bunu məsxərəyə qoymuşdular. Beləcə, bu söz onlar üçün bir imtahan oldu. Onlar Allahın istədiyi təqdirdə cəhənnəm odunun yandırmayacağı bir ağacı yaratmağa qadir olduğunu dərk etmədilər.","Həqiqətən, o, cəhənnəmin dibində bitən bir ağacdır.","Onun tumurcuqları şeytanların başlarına bənzəyir.","Onlar mütləq ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.","Sonra onun üstündən onlar üçün qaynar su qarışdırılmış bir içki vardır.","Sonra onların qayıdacaqları yer, əlbəttə, cəhənnəmdir.","Onlar (dünya həyatında) atalarını azğınlıq içində gördülər.","Buna görə də onlar yüyürə-yüyürə atalarının izindən getdilər.","Şübhəsiz, onlardan əvvəlkilərin (qədim millətlərin) çoxu azğınlığa düşmüşdü.","Biz onlara da xəbərdar edən peyğəmbərlər göndərmişdik.","Xəbərdar edilənlərin aqibətinin necə olduğuna bir bax!","Ancaq Allahın ixlaslı qulları bundan istisnadır.","Nuh Bizə yalvarmış, Biz də onun duasını gözəl bir şəkildə qəbul etmişdik.","Onu və ailəsini böyük fəlakətdən xilas etmişdik.","Yalnız onun nəslini davam etdirdik.","Onun şan-şərəfini sonrakı nəsillər arasında da saxladıq.","Aləmlər içində Nuha salam olsun!","Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.","O, həqiqətən, Bizim mömin qullarımızdan idi.","Sonra digərlərini (iman gətirməyənləri) suda boğduq.","Şübhəsiz, İbrahim də onun davamçılarından idi.","Bir zaman o, Rəbbinin hüzuruna təmiz bir qəlblə gəlmişdi.","O, atasına və qövmünə belə demişdi: “Siz nəyə ibadət edirsiniz?","Allahdan başqa uydurma ilahlarmı istəyirsiniz?!","Aləmlərin Rəbbi barəsində fikriniz nədir?” ###[*] Həzrət İbrahimin qövmü ulduzlara baxıb falçılıq edirdi. Onlar bir bayram günü İbrahimi də özləri ilə bayram keçirməyə dəvət etmişdilər.","Bu vaxt İbrahim ulduzlara nəzər etdi.","Sonra da: “Mən xəstəyəm!” - dedi.","Buna görə də onlar İbrahimdən üz çevirib getdilər.","(İbrahim də) xəlvətcə onların ilahlarının (bütlərinin) yanına gedib belə dedi: “Yemirsiniz?","Nə üçün danışmırsınız?”","Sonra bütlərin yanına gəlib sağ əli ilə onları qırıb tökdü.","(Bütpərəstlər) qaçaraq onun yanına gəldilər.","İbrahim belə dedi: “Yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?","Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.","Onlar: “Onun üçün bir bina tikin və onu (oradakı) odun içinə atın!” - dedilər.","(Bütpərəstlər) ona hiylə qurmaq istədilər, lakin Biz onları ən səfil kimsələrə çevirdik.","İbrahim dedi: “Şübhəsiz ki, mən Rəbbimə gedirəm. O mənə doğru yolu göstərəcəkdir.","Ey Rəbbim, mənə salehlərdən olan bir övlad ver!”","Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.","Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim: “Ey oğlum! Mən yuxuda səni qurban kəsdiyimi görürəm. Sən bu barədə nə fikirləşirsən?” - dedi. Uşaq: “Atacan, sənə əmr olunanı et! İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən”, - dedi.","Hər ikisi (Allahın əmrinə) təslim olduğu və İbrahim onu üzüstə yatırdığı zaman","Biz ona belə səsləndik: “Ey İbrahim!","Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”.","Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır.","Biz (oğlunun) əvəzinə ona böyük bir qurbanlıq verdik.","Onun şan-şərəfini sonrakı nəsillər arasında saxladıq.","İbrahimə salam olsun!","Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.","Həqiqətən, o, mömin qullarımızdandır.","Onu salehlərdən bir peyğəmbər olan İshaq ilə də müjdələdik.","Ona və İshaqa bərəkət verdik. Onların nəslindən yaxşı əməl sahibi də, açıq-aşkar özünə zülm edən də var.","Şübhəsiz, Biz Musaya və Haruna da nemət verdik.","Onların hər ikisini və qövmlərini böyük fəlakətdən xilas etdik.","Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.","Hər ikisinə açıq-aydın başa düşülən kitabı (Tövratı) verdik.","Biz onların hər ikisini doğru yola yönəltdik.","Onların hər ikisinin şan-şərəfini sonrakı nəsillər arasında saxladıq.","Musaya və Haruna salam olsun!","Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.","Şübhəsiz, onların hər ikisi Bizim mömin qullarımızdandır.","Həqiqətən, İlyas da peyğəmbərlərdəndir.","Bir zaman o öz qövmünə belə demişdi: “Allahdan qorxmursunuzmu?","Yaradanların ən yaxşısını qoyub Bəl bütünə dua edirsiniz?","Sizin və əvvəlki atalarınızın Rəbbi olan Allahı qoyub (bu bütəmi sitayiş edirsiniz)?”","Ancaq onlar onu yalanladılar. Buna görə də onlar hökmən (cəhənnəmə) gətiriləcəklər.","Yalnız Allahın ixlaslı qulları bundan istisnadır.","Onun şan-şərəfini sonrakı nəsillər arasında saxladıq.","İlyasa salam olsun!","Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.","Şübhəsiz ki, o, Bizim mömin qullarımızdandır.","Həqiqətən, Lut da peyğəmbərlərdəndir.","Bir zamanlar onu və bütün ailəsini xilas etmişdik.","Ancaq geridə qalanlar arasındakı yaşlı qadın (Lutun zövcəsi) bundan istisnadır.","Sonra da digərlərini məhv etdik.","Siz səhər-axşam onların yanından keçib gedirsiniz. Hələ də dərk etmirsinizmi?","Siz səhər-axşam onların yanından keçib gedirsiniz. Hələ də dərk etmirsinizmi?","Şübhəsiz, Yunis də peyğəmbərlərdəndir.","Bir zaman o, yüklü bir gəmiyə minib qaçmışdı.","(Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu.###[*] Təfsirlərdə qeyd olunan rəvayətə görə, Yunis peyğəmbərin mindiyi gəminin yükü həddindən çox olduğu üçün gəmidəkilər öz aralarından bir nəfəri dənizə atmaq qərarına gəlmişdilər. Buna görə də aralarında püşk atmış və püşk Yunis peyğəmbərə çıxdığı üçün onu dənizə atmışdılar.","O (Rəbbinin izni olmadan qövmünü tərk etdiyi üçün) özünü qınayarkən bir balıq onu udmuşdu.","Əgər o, Allahı təsbeh edənlərdən olmasaydı,","Həqiqətən, qiyamət gününə qədər onun qarnında qalacaqdı.","Beləcə, onu halsız bir vəziyyətdə boş bir sahilə atdıq.","Və onun üstünə (kölgə salması üçün) balqabaq tağı bitirdik.","Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik.###[*] Təfsirlərdə Həzrət Yunisin Mosuldakı Ninova şəhərinin xalqına peyğəmbər göndərildiyi qeyd olunur.","Nəhayət, onlar iman gətirdilər. Buna görə də Biz onları müəyyən vaxta qədər yaşatdıq.","Onlardan: “Qızlar Rəbbinin, oğlanlar isə onlarındır, eləmi?” – deyə soruş.","Yoxsa mələkləri dişi yaratmışıq və onlar da bunun şahidi olublar?!","Bilin ki, onlar yalandan: “Allahın övladı var”, - deyirlər. Şübhəsiz ki, onlar yalançıdırlar.","Bilin ki, onlar yalandan: “Allahın övladı var”, - deyirlər. Şübhəsiz ki, onlar yalançıdırlar.","Məgər Allah oğlanları qoyub qızları seçmişdir?","Sizə nə olub? Bu qərara necə gəlirsiniz?","Heç düşünmürsünüzmü?","Yoxsa sizin (buna dair) açıq bir dəlilinizmi var?","Əgər doğru söyləyirsinizsə, kitabınızı gətirin!","(Müşriklər) Allahla cinlər arasında qohumluq əlaqəsi olduğunu uydurdular. Şübhəsiz ki, cinlər də özlərinin (haqq-hesab yerinə) gətiriləcəklərini bilirlər.","Allah onların isnad etdikləri sifətlərdən tamamilə uzaqdır, pakdır!","Ancaq Allahın ixlaslı qulları bundan istisnadırlar. ###[*] Çünki onlar Allaha belə sifətlər isnad etməzlər.","(Ey Kafırlər!) Həqiqətən, siz və ibadət etdikləriniz, cəhənnəmə girəcək kimsədən başqa heç kimi Allahın yolundan azdıra bilməzsiniz.","(Ey Kafırlər!) Həqiqətən, siz və ibadət etdikləriniz, cəhənnəmə girəcək kimsədən başqa heç kimi Allahın yolundan azdıra bilməzsiniz.","(Ey Kafırlər!) Həqiqətən, siz və ibadət etdikləriniz, cəhənnəmə girəcək kimsədən başqa heç kimi Allahın yolundan azdıra bilməzsiniz.","(Mələklər belə deyərlər:) “Bizim hər birimizin müəyyən bir məqamı vardır.","Şübhəsiz ki, biz səf-səf düzülürük.","Allahı təsbeh edirik!”","(Kafirlər) deyirdilər:","“Əgər əvvəlkilərin kitablarından biri bizdə olsaydı,","Həqiqətən, biz Allahın ixlaslı qulları olardıq”.","Ancaq onu (Quranı) inkar etdilər. Onlar yaxın bir vaxtda biləcəklər.","Həqiqətən, peyğəmbər olan qullarımıza söz vermişik ki,","Onlara mütləq yardım olunacaqdır.","Şübhəsiz ki, Bizim əsgərlərimiz qalib gələcəklər.","Buna görə də sən bir müddət onlardan (müşriklərdən) üz çevir.","Onlara bax! Onlar (əzabı) görəcəklər.","Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?","O əzab onların yurduna endiyi zaman xəbərdar edilənlərin səhəri necə də pis olacaq!","Sən bir müddət onlardan üz çevir.","Sən (onlara) bax! Onlar (əzabı) görəcəklər.","Yenilməz qüvvət sahibi olan Rəbbin onların isnad etdikləri sifətlərdən tamamilə uzaqdır, pakdır!","Peyğəmbərlərə salam olsun!","Aləmlərin Rəbbi olan Allaha həmd olsun!","Sad! Öyüd verən Qurana and olsun!","(İddia etdiklərinin) əksinə, kafirlər qürur və təfriqə içindədirlər.","Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad etdilər, lakin artıq xilas olma vaxtı deyildi.","Onlar öz içlərindən xəbərdar edən bir peyğəmbərin gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır.","O, bütün ilahları bir ilahlamı əvəz etdi? Bu, həqiqətən, qəribə bir şeydir”.","Onların başçıları çıxıb gedərək: “Gedin öz ilahlarınıza bağlı qalın! Şübhəsiz ki, istənilən şey budur.","Biz bunu sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır.","Quran aramızdan məhz onamı (Mühəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar.###[*] Yuxarıdakı ayələrdə Həzrət Peyğəmbərin də dəvət edildiyi Əbu Talibin evindəki yığıncağa işarə edilir.","Yoxsa qüdrətli və kərəm sahibi Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?","Yaxud göylərin, yerin və onların arasındakıların hakimiyyəti onlardadırmı? Elə isə, müxtəlif yollarla göyə qalxsınlar görək.","Onlar fərqli dəstələrdən ibarət məğlubiyyətə uğrayacaq zəif bir ordudur.","Onlardan əvvəl Nuh qövmü, Ad qövmü və dirəklər sahibi Firon da (peyğəmbərləri) yalanlamışdı.###[*] Bu ayədə Firon üçün “dirəklər sahibi” deyilməsi ona görədir ki, o, işgəncə vermək istədiyi kimsənin əllərini və ayaqlarını dörd dirəyə bağlatdırıb ona işgəncə verirdi.","Səmud qövmü, Lut qövmü və Eykə əhli.","Onların hamısı peyğəmbərləri yalanladılar. Buna görə də Mənim əzabım (onlara) vacib oldu.","Bunlar yalnız bir an belə gecikməyəcək o qorxunc səsi gözləyirlər.","Onlar (istehza edərək): “Ey Rəbbimiz, bizim payımızı haqq-hesab günündən əvvəl tezliklə ver!” - dedilər.","(Ey Peyğəmbər!) Onların söylədiklərinə səbir et və güclü bəndəmiz Davudu xatırla! Həqiqətən, o, daim Allaha yönəlirdi.","Biz dağları onun xidmətinə vermişdik. Onlar səhər-axşam onunla birlikdə Allahı təsbeh edirdilər.","Quşları da bütövlüklə ona ram etmişdik. Onların hamısı Allaha yönəlirdilər.","Biz onun hökmranlığını möhkəmləndirdik. Ona hikmət və gözəl danışıq qabiliyyəti verdik.","(Ey Peyğəmbər!) İddiaçıların xəbəri sənə gəldimi? O zaman onlar divardan aşıb məbədə girmişdilər.","Davudun yanına daxil olduqları zaman Davud onlardan qorxmuşdu. Onlar belə dedilər: “Qorxma! Biz aramızda mübahisə olan iki iddiaçıyıq. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə doğru yolu göstər!","(Onlardan biri belə dedi:) “Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var. Mənim isə bir qoyunum var. Buna baxmayaraq o: “Onu da mənə ver!” – dedi və danışıq qabiliyyəti ilə məni məğlub etdi”.","Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.","Biz də bunu ona bağışladıq. Həqiqətən, onun üçün dərgahımızda uca bir məqam və gözəl bir qayıdış yeri vardır.","Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Ona görə də insanlar arasında ədalətlə hökm ver! Nəfsin arzularına uyma, yoxsa səni Allahın yolundan azdırar. Şübhəsiz ki, Allahın yolundan azanlar üçün hesab gününü unutduqlarına görə şiddətli bir əzab vardır.","Biz göyü, yeri və onların arasındakıları boş yerə yaratmamışıq. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin cəhənnəmdəki halına!","Yoxsa iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə bir tutacağıq?! Yaxud müttəqiləri günahkarlarla bir tutacağıq?!","Sənə bu mübarək Kitabı, ağıl sahibləri ondakı ayələri düşünsün və öyüd alsınlar deyə nazil etdik.","Biz Davuda Süleymanı bəxş etdik. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi.","Bir vaxt axşam çağı ona cins, çapar atlar göstərilmişdi.","Bu zaman o: “Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim”, - dedi. Nəhayət, onlar gözdən itdilər.","(Sonra Süleyman dedi:) “Onları təkrar mənə gətirin!” O, atların ayaqlarını və boyunlarını sığallamağa başladı.","Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı. ###[*] Bir rəvayətə görə, Həzrət Süleyman şiddətli bir xəstəliyə tutulmaqla Allah tərəfindən imtahan edilmişdi. Xəstəliyi əsnasında cəsəd kimi zəif və halsız bir halda ikən daha sonra sağalmış və yenidən taxtına otura bilmişdi.","Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.","Buna görə də Biz küləyi onun xidmətinə verdik. Külək onun əmri ilə istədiyi tərəfə asanlıqla əsirdi.","Bənna və dalğıc olan bütün şeytanları da onun ixtiyarına verdik.","Başqalarını da zəncirlərlə bağlanmış halda onun xidmətinə verdik.","(Biz ona dedik:) “Bu Bizim hədiyyəmizdir. Bunlardan (başqalarına) versən də, verməsən də haqq-hesabı yoxdur”.","Həqiqətən, dərgahımızda onun üçün uca bir məqam və gözəl bir qayıdış yeri vardır.","Bəndəmiz Əyyubu da yad et! Bir zaman o: “Şeytan mənə zərər və əziyyət verdi!” - deyə Rəbbinə səslənmişdi.","(Biz ona belə buyurmuşduq:) “Ayağını yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur”. ###[*] Müxtəlif xəstəliklərə tutulan Həzrət Əyyub bu su ilə yuyunmuş və bir möcüzə olaraq onun sayəsində bütün xəstəliklərdən sağalmışdı.","Bizdən bir mərhəmət və ağıl sahibləri üçün bir ibrət olsun deyə ona həm ailəsini, həm də onlarla birlikdə bir o qədərini verdik.","(Biz ona belə dedik:) “Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi.###[*] Rəvayətə görə, zövcəsi xətalı bir iş gördüyü üçün Həzrət Əyyub and içmişdi ki, sağalandan sonra ona yüz çubuq vuracaq. Buna görə də Allah-Təala ona yüz çubuqdan ibarət bir dəstə ilə zövcəsinə bir dəfə vurmasını əmr etmişdi. Beləliklə, Həzrət Əyyub andını da pozmamış olacaqdı.","(Ey Peyğəmbər!) Qüvvətli və bəsirətli bəndələrimiz olan İbrahimi, İshaqı və Yaqubu da yad et!","Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik.","Həqiqətən, onlar dərgahımızda seçilmiş ən xeyirli kimsələrdəndirlər.","İsmaili, əl-Yəsəni və Zül-Kifli də yad et! Onların hamısı ən xeyirli kimsələrdəndirlər.","Bu bir öyüddür. Şübhəsiz ki, müttəqilər üçün gözəl bir qayıdış yeri vardır.","Ora qapıları onlar üçün açılmış Ədn cənnətləridir.","Onlar orada taxtlara söykənib oturacaq, bir çox meyvələrdən və içkilərdən istəyəcəklər.","Onların yanında gözlərini onlara dikmiş həmyaşıd zövcələr olacaq.","Bu, haqq-hesab günü üçün sizə vəd olunandır.","Bu, əlbəttə, Bizim verdiyimiz ruzidir. O, bitməz-tükənməzdir.","Budur! Şübhəsiz, azğın kimsələr üçün də pis bir qayıdış yeri vardır.","Onlar cəhənnəmə girəcəklər. O necə də pis bir yataqdır!","Budur, qaynar su və irin! Qoy onu dadsınlar!","Buna bənzər başqa əzab növləri də vardır.","(Kafirlərin başçılarına belə deyiləcək:) “Bu, sizinlə birlikdə (cəhənnəmə) girəsi dəstədir”. (Bu zaman başçılar dəyəcəklər:) “Onlar rahatlıq üzü görməsinlər! Onlar cəhənnəmə girəcəklər”.","(Onlara tabe olanlar isə:) “Xeyr, siz rahatlıq üzü görməyin! Onu bizə siz gətirdiniz. O nə pis bir yerdir!” - deyəcəklər.","Onlar: “Ey Rəbbimiz, bunu bizə gətirənin əzabını cəhənnəmdə ikiqat artır!” - deyəcəklər.","Onlar belə deyəcəklər: “(Dünyada ikən) pis kimsələrdən hesab etdiyimiz adamları nə üçün görmürük?","Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlərmi?”","Həqiqətən, cəhənnəm əhlinin bir-biri ilə olan bu çəkişməsi gerçəkdir.","(Ey Peyğəmbər!) De: “Mən ancaq xəbərdar edən bir peyğəmbərəm. Tək olan və hər şeyə qalib gələn Allahdan başqa heç bir ilah yoxdur!","O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.","De: “O, böyük xəbərdir.","Ancaq siz ondan üz çevirirsiniz.","Onlar (orada) mübahisə edərkən uca məclisdən (mələklər məclisindən) mənim heç bir məlumatım yox idi.","Mən ancaq açıq-aydın xəbərdar edən bir peyğəmbər olduğum üçün mənə vəhy olunur”.","Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.","Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!”","Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdilər.","İblisdən başqa! O təkəbbürləndi və kafirlərdən oldu.","Allah dedi: “Ey İblis! Əllərimlə yaratdığıma səcdə etməyinə mane olan nədir? Sən təkəbbürləndin, yoxsa üstün olanlardansan?”","İblis: “Mən ondan daha üstünəm. Məni oddan, onu isə palçıqdan yaratmısan!” - dedi.","Allah buyurdu: “Elə isə çıx oradan! Çünki sən qovulmuşsan.","Şübhəsiz, qiyamət gününə qədər Mənim lənətim sənədir!”","İblis: “Ey Rəbbim! Elə isə təkrar diriləcəkləri günə qədər mənə möhlət ver!” - dedi.","Allah buyurdu: “Şübhəsiz, sən vaxtı bilinən günə (qiyamətə) qədər möhlət verilənlərdənsən”.","Allah buyurdu: “Şübhəsiz, sən vaxtı bilinən günə (qiyamətə) qədər möhlət verilənlərdənsən”.","İblis dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını mütləq (haqq yoldan) azdıracağam.","Ancaq onlardan ixlaslı olanlar bundan istisnadır.","Allah buyurdu: “Bu haqdır və Mən yalnız haqqı deyirəm.","Şübhəsiz ki, cəhənnəmi sən və sənə uyanların hamısı ilə dolduracağam!”","(Ey Peyğəmbər!) De: “Bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mən, (Quranı) özümdən uydurmamışam.","Bu (Quran), aləmlər üçün ancaq bir öyüddür!","Siz onun verdiyi xəbəri (doğru olduğunu) bir müddət sonra mütləq biləcəksiniz”.","Bu kitab (Quran) yenilməz qüvvət və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.","(Ey Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə də sən dini Allaha məxsus edərək ixlasla Ona ibadət et!","Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz.","Əgər Allah övlad götürmək istəsəydi, əlbəttə, yaratdıqlarından istədiyini seçərdi. O, pak və müqəddəsdir. O, tək olan və hər şeyə qalib gələn Allahdır!","Allah göyləri və yeri haqq ilə yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyür. Günəşi və ayı da (sizə) ram etdi. Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir. Bilin ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.","O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cift meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?!###[*] Bu ayədə keçən “səkkiz cift” ifadəsi ilə erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi nəzərdə tutulmuşdur. Ayədəki “üç qaranlıq” ifadəsi bəzi təfsirçilər tərəfindən ana bətnindəki rüşeymin inkişaf mərhələləri, bir qisim təfsirçilər tərəfindən isə rüşeymin ətrafındakı pərdələr olaraq izah edilmişdir.","Əgər inkar edərsinizsə, bilin ki, Allah sizə möhtac deyildir. Buna baxmayaraq O, qullarının inkar etməsinə razı olmaz. Əgər şükür etsəniz, O sizin bu şükrünüzdən razı qalar. Heç bir günahkar başqasının günahını yüklənməz. Sonra dönüşünüz Rəbbinizədir. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Şübhəsiz ki, Allah qəlblərin içindəkini biləndir.","İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”","Yaxud gecə vaxtı səcdə edərək və qiyamda duraraq ibadət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.","De: “Ey İman gətirən qullarım, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”.","De: “Mənə dini yalnız Allaha məxsus edərək Ona ibadət etməyim əmr olunmuşdur.","Mənə müsəlmanların  ilki olmağım əmr olunmuşdur”.","De: “Rəbbimə asi olacağım təqdirdə, o böyük günün əzabına düçar olmaqdan qorxuram”.","De: “Mən dinimi yalnız Allaha məxsus edərək Ona ibadət edirəm.","Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü həm özlərini, həm də ailələrini ziyana salanlardır. Bilin ki, bu, açıq-aşkar bir ziyandır”.","Onların həm üstlərində, həm də altlarında oddan təbəqələr var. Allah Öz bəndələrini bununla qorxudur. Ey bəndələrim, Məndən qorxun!","Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver!","Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil ağıl sahibləri də onlardır.","Barəsində əzab sözü vacib olub cəhənnəmə düşəni sənmi xilas edəcəksən?","Lakin Rəbbindən qorxanlar üçün Allahın vədi olaraq üst-üstə tikilmiş və altlarından çaylar axan köşklər vardır. Allah vədinə xilaf çıxmaz.","Məgər Allahın göydən su endirdiyini, onu yer üzündəki su mənbələrinə axıtdığını, sonra onunla (torpaqdan) müxtəlif növ əkin çıxartdığını görmədinmi?! Sonra o əkin quruyar, sən də onun saraldığını görərsən. Sonra da onu çör-çöpə döndərər. Şübhəsiz ki, bunda ağıl sahibləri üçün ibrət vardır.","Allah kimin qəlbini İslama açmışsa, o, Rəbbindən bir nur üzrə deyilmi?! Allahı zikr etməyə qarşı qəlbləri sərtləşmiş olanların vay halına! Onlar açıq-aydın bir azğınlıq içindədirlər.","Allah sözün ən gözəlini, bir-birinə bənzər və təkrarlanan bir kitab olaraq nazil etdi. Rəbbindən qorxanların onun təsirindən dəriləri ürpəşər. Sonra Allahı zikr etməklə dəriləri və qəlbləri yumşalar (rahatlıq tapar). Bu, Allahın hidayətidir. O, istədiyini onunla doğru yola yönəldər. Lakin Allahın haqq yoldan azdırdığı kimsəni heç kim doğru yola yönəldə bilməz.","Qiyamət günü (əlləri bağlı olduğu üçün) üzü ilə əzabın şiddətindən qorunmağa çalışan (ondan əmin olan ilə birdirmi)? Zalımlara: “Qazandıqlarınızı (günahlarınızın cəzasını) dadın!” - deyilər.","Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalanlamışdılar. Buna görə də onlara gözləmədikləri bir yerdən əzab gəlmişdi.","Beləliklə, Allah dünya həyatında onlara rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş biləydilər!","İnsanlar öyüd alsınlar deyə Biz bu Quranda onlar üçün hər cür misal çəkdik.","Allahdan qorxsunlar deyə ərəb dilində qüsursuz bir Quran nazil etdik.","Allah bir-biri ilə çəkişən bir neçə şəriyin sahib olduğu bir kişi (kölə) ilə bir tək sahibi olan kişini (köləni) misal çəkir. Onlar eyni vəziyyətdə ola bilərlərmi?! Həmd Allaha məxsusdur. Ancaq onların çoxu bunu bilməz.###[*] Bu ayədə tövhid əqidəsinin tutarlılığı quldarlıq quruluşuna dair bir misalla izah edilmişdir. Belə ki, bir kölə ona əmrlər verən bir neçə ağasının olmasını, yoxsa yalnız bir ağasının olmasını istəyər? Əlbəttə, yalnız bir ağasının olmasını istəyər. Allaha şərik qoşmağı rədd edib tövhid əqidəsini qəbul etmək də belədir.","Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər.###[*] Bu ayə kafirlərin Həzrət Peyğəmbərin vəfatını arzulamaları və bunu gözləmələri səbəbilə nazil olmuşdur.","Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda bir-birinizlə mübahisə edəcəksiniz."]