["Mülkün tək sahibi olan Allahın bəxş etdiyi xeyir böyüdü və çoxaldı. O, hər şeyə qadirdir və heç nə onu aciz qoya bilməz.","Ey insanlar! Hansınızın əməl baxımından daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, kimsə Onu məğlub edə bilməyəcək yenilməz qüvvət sahibidir, və qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır.","O Allah ki, yeddi göyü təbəqələr şəklində xəlq etmişdir. Bu təbəqələr bir-birinə toxunmadığı halda onlardan hər biri özündən əvvəlkinin üzərində yerləşir. Ey göyə baxan insan! Sən Allahın yaratdığında heç bir fərq və ya bir uyğunsuzluq görməzsən. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat, yaxud bir yarıq görürsənmi? Heç vaxt onu görə bilməzsən, əksinə, sən möhkəm və dəqiq biçimdə yaradılmış bir məxluq görəcəksən.","Sonra başını qaldır bir daha bax. Sənin gözün göyün xilqətində heç bir eyib və xələl tapmayıb zəlil və yorğun halda sənin özünə tərəf dönəcək.","Biz yerə ən yaxın olan göyü işıq saçan ulduzlarla bəzədik və o ulduzları səma xəbərlərini oğurlayan şeytanları vurub yandırmaq üçün alovlar etdik. Biz o şeytanlar üçün axirətdə onları yandırıb-yaxan od əzabı da hazırlamışıq.","Rəbbinə küfr edən kimsələr qiyamət günü yandırıb-yaxan Cəhənnəm əzabına düçar olacaqlar. Onların qayıdacaqları yer nə pis dönüş yeridir.","Onlar Cəhənnəmə atıldıqda, onun dəhşətli uğultusunu eşidəcəklər. Cəhənnəm, qazan qaynadığı kimi qaynayacaqdır.\t","Cəhənnəm, öz içinə düşənlərə olan qəzəbindən az qala parçalanıb ayrılsın. Hər dəfə cəhənnəmlik olan kafirlərdən bir dəstə oda atılarkən Cəhənnəm gözətçiləri onlara təhqiranə sual verib deyəcəklər: “Məgər dünyada sizə Allahın əzabı ilə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”","Kafirlər deyəcəklər: \"Əlbəttə, bizə Allahın əzabı ilə bizi qorxudan bir peyğəmbər gəlmişdi. Lakin biz onu yalançı saymış və ona: “Allah heç bir vəhy nazil etməyib. Ey elçilər! Siz də, haqdan uzaq olan böyük bir azğınlıq içindəsiniz\" – demişdik.","Kafirlər deyəcəklər: \"Əgər biz faydalı alacaq bir tərzdə dinləsəydik və ya haqqı batildən ayırd edən bir kimsə ağlı tək anlasaydıq cəhənnəm əhli içində olmazdıq. Əksinə, peyğəmbərlərə iman gətirər, onların gətirdikləri dini təsdiq edər və beləliklə də, Cənnət əhlindən olardıq\".","Onlar küfr etdiklərini və haqqı yalan saydıqlarını etiraf etdilər və beləliklə də, Cəhənnəmə layiq oldular. Məhv olsun Cəhənnəm sakinləri!","Həqiqətən, xəlvətə çəkildikləri zaman Allahdan qorxan kimsələri, günahlarının bağışlanması və böyük bir mükafat - Cənnət gözləyir.","Ey insanlar! Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, Allah onu bilir. Şübhəsiz ki, O Öz qulların qəlbində olanları bilir və heç bir şey Ona gizli qalmaz.","Heç ola bilərmi ki, bütün məxluqatı yaradan Allah sirri, hətta ondan da gizlin olanları bilməsin? Allah qullarına qarşı lütfkardır və onların bütün işlərindən xəbərdardır, bu işlərdən heç bir şey Ona gizli qalmaz.","Yer üzündə gəzib-dolaşmanızı və orada məskunlaşmanızı sizin üçün asanlaşdıran Allahdır. Yerin hər tərəfini gəzin və Allahın orada sizin üçün hazırladığı ruzidən yeyin. Haqq-hesab çəkilməyiniz və etdiyiniz əməllərin əvəzini almağınız üçün qayıdış da təkcə Onadır.","Göydə olan Allahın, yer üzünü sizin məskunlaşmanız üçün asanlaşdırdıqdan sonra, Qarunun ayağı altındakı yeri yardığı kimi, sizin də ayağınızın altındakı yeri yarıb sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib sizi titrətəcəkdir.","Yoxsa, göydə olan Allahın göydən Lut qövmünün üstünə daşlar yağdırdığı kimi, sizin də üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim verdiyim cəzanı gördüyünüz zaman sizə olan xəbərdarlığımın nə olduğunu biləcəksiniz. Lakin əzabı gördükdən sonra bu xəbrədalığın sizə heç bir faydası olmayacaqdır.","Bu müşriklərdən əvvəl yaşamış ümmətlər də özlərinə göndərilən elçiləri yalançı hesab etmişdilər. Onlar öz küfrlərində və elçiləri yalan saymalarında israr etdikdə, Allahın əzabı onları yaxalamışdır. Bir görəydin Mənim onlar inkar etməyim necə idi. Bu, olduqca şiddətli bir inkar idi.","Məgər haqqı yalan sayanlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən qanadlarını yığan, hərdən də açan qanadlarını quşları görmürlərmi?! Onları yerə düşmədən havada saxlayan yalnız Mərhəmətli Allahdır. Şübhəsiz ki, O, hər şeyi görəndir və heç bir şey Ona gizli qalmaz.","Ey kafirlər! Allah sizə əzab vermək istəsə, heç bir ordu sizi Onun əzabından xilas edə bilməz. Kafirlər ancaq aldanmaqdadırlar, şeytan onları aldatmış, onlar da ona aldanmışlar.","Əgər Allah sizə verdiyi ruzinin qarşısını kəssə, heç kəs sizə ruzi verə bilməz. Xeyr, kafirlər inadkarlıq və təkəbbürlük göstərməkdə, həmçinin haqdan üz çevirməkdə davam edirlər.","Elə isə üzü üstə sürünərək gedən müşrik daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən mömin kimsə?!","Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə de: \"Sizi yaradan Allahdır. O Allah ki, sizə qulaq vermiş onun sayəsində eşidirsiniz, sizə göz vermiş onun sayəsində görürsünüz və sizə qəlb vermiş onun sayəsində dərk edirsiniz. Siz Onun sizə verdiyi nemətlərə necə də az şükür edirsiniz!\"","Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə de: \"Sizi yer üzünə göndərən və sizi orada yayıb səpələyəndə, heç bir şey yaratmağa qadir olmayan bütləriniz deyil, məhz Allahdır. Qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün bütlərinizin deyil, təkcə Allahın hüzuruna toplanacaqsınız. Elə isə yalnız Ondan qorxun və yalnız Ona ibadət edin!","Dirilməni yalan sayanlar onun mümkün olmadığını düşünərək belə deyirlər: \"Ey Muhəmməd, əgər sən və sənin sahabələrin doğru deyirsinizsə, elə isə bizi təhdid etdiyin bu vəd nə vaxt olacaqdır?\"","Ey Peyğəmbər! De: \"Qiyamətin qopacağı vaxtı bilmək Allaha məxsusdur, onun nə zaman qopacağını yalnız O bilir. Mən isə ancaq sizə açıq-aydın xəbərdar edən bir peyğəmbərəm\".","Qiyamət günü, kafirlər özlərinə verilmiş vədin gerçək olduğunu və əzabın onlara yaxınlaşdığını gördükdə, Allaha küfr edənlərin üzləri dəyişib qapqara olacaq və onlara belə deyiləcək: \"Dünyada sizin durmadan tələb etdiyiniz və tez gəlməsini istədiyiniz əzab budur!\"","Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə inkar edərək de: \"Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olan möminləri öldürərsə və ya bizə mərhəmət edib əcəlimizi uzatsa, o zaman kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?! Onları əzabdan heç kəs qurtara bilməz\".\t","Ey Peyğəmbər! O müşriklərə de: \"O, Mərhəmətli Allahdır! O Allah ki, sizi yalnız Ona iman gətirməyinizi, öz işlərinizdə yalnız Ona təvəkkül etməyiniz buyurur. Heç şübhəsiz ki, siz kimin açıq-aydın azğınlıq içində, kimin də doğru yolda olduğunu tezliklə biləcəksiniz.","Ey Peyğəmbər! O müşriklərə de: \"Deyin görüm, əgər içdiyiniz su əliniz çatmayacaqı bir şəkildə çəkilib yerin dibinə getsə, Allahdan başqa kim sizə bol-bol axar su gətirə bilər? Əlbəttə ki, Allahdan başqa onu heç kəs gətirə bilməz\".","﴾Nun﴿. Artıq \"əl-Bəqərə\" surəsinin əvvəlində bunun bənzəri barədə açıqlama verilmişdir. Uca Allah bu ayədə qələmə və insanların qələmlə yazdıqlarına and içir.","Ey Peyğəmbər! Allahın sənə bəxş etdiyi peyğəmbərlik sayəsində sən dəli divanə deyilsən, əksinə, sən müşriklərin səni ittiham etdikləri divanəlikdən uzaqsan.","Şübhəsiz ki, sən peyğəmbərlik risalətini insanlara təbliğ etmək yolundakı çətinliklərə səbir etdiyinə görə sənin üçün tükənməz bir mükafat hazırlanmışdır və buna görə heç kəs sənə minnət edə bilməz.","Həqiqətən də, sən, Quranın gətirdiyi çox böyük bir əxlaq üzərindəsən!. Sən Quranda deyilənləri ən kamil şəkildə özündə əks etdirən əxlaq sahibisən.","Sən də görəcəksən, o yalan sayanlar da –","Haqq aşkara çıxdıqda, hansınızın dəli divanə olduğu bəlli olacaqdır.","Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır, habelə, onların zəlalət düşdüyünü, sənin isə doğru yola yönəldiyini yaxşı bilir.","Ey Peyğəmbər! Elə isə, sənin gətrdiyin haqqı yalan sayanlara itaət etmə.","Müşriklər, sən onlarla mülayim davranmanı və onlara güzəştə getməni, onlar da səninlə mülayim rəftar etmələrini və sənə güzəştə getmələrini istəyirlər.","Yalan yerə çox and içən alçağ kimsəyə əsla itaət etmə,","İnsanların qeybətini edənə, onların arasını vurmaq üçün onların arasında dedi-qodu yayana,","Daima xeyrə mane olana, insanların malına, namusuna və canına təcavüz edənə, çoxlu günah işlər görənə və asiliklər edənə,","Daş ürəkli kobud birisinə, əsli-nəsəbini tərk edib özünün başqa bir qövmündən olduğunu iddia edən kimsəyə –","O var-dövlət və oğul-uşaq sahibi olduğu üçün, Allaha və Onun rəsuluna (səllallahu aleyhi və səlləmə) iman gətirməyi özünə sığışdırmadı.","Ayələrimiz ona oxunduğu zaman: \"Bu, əvvəlkilərin uydurduğu xurafatlardandır!” – deyər.","Biz onun burnuna, onu ləkələyən və daim burnunda qalan bir damğa vuracağıq.","Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi müşrikləri də sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələrdən kasıblara verməsinlər deyə onları tez dərəcəklərinə dair and içmişdilər.","Və bu andlarında: \"inşallah\" deyə istisna etməmişdilər.","Bağ sahibləri yuxuda ikən Allah o bağa göydən od göndərdi və bu od o bağı yandırıb yaxdı, beləliklə də, bağ sahibləri o alovun qarşısını ala bilmədilər.","Bağ yanıb zülmət gecə kimi qapqara oldu.","Onlar səhər qalxdıqda bir-birlərini səsləyib dedilər:","\"Əgər meyvə dərəcəksinizsə, kasıblar gəlməmiş, bağınıza erkən gedin!\" – dedilər.","Onlar tələm-tələsik bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:","Onlar bir-birlərinə belə deyirdilər: \"Bu gün oraya – bağınıza heç bir kasıb girməsin!\"","Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib səhərin erkən vaxtında bağa getdilər.","Bağın yanıb kül olduğunu görəndə bir-birilərinə dedilər: \"Deyəsən, biz bağın yolunu azmışıq\".","Xeyr, biz kasıbları bağa buraxmayacağımıza niyyət etdiyimizə görə bu bağın meyvəsindən məhrum olmuşuq!\"","Onlar arasında ən xeyirli olanı belə dedi: \"Siz kasıblara meyvə verməyəcəyinizə qərar verdikdə, məgər mən sizə Allahın şəninə təriflər deyin və Ona tövbə edin, demədimmi?!\"","Onlar dedilər: “Rəbbimiz pakdır və müqəddəsdir! Həqiqətən də, biz kasıbları bağımızın meyvələrindən verməyəcəyimizə niyyət etməklə özümüzə zülm etmişik!\"","Onlar dedikləri sözdən peşman olaraq bir-birlərini qınamağa başladılar","Onlar etdikləri əməldən peşmançılıq çəkərək belə dedilər: “Vay halımıza! Biz kasıbların haqqını verməməklə həddimizi aşdıq.","Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha xeyirlisini versin. Çünki artıq biz təkcə Rəbbimizə tərəf yönəlir, Ondan bağışlanmağımı istəyir və Ondan xeyir diləyirik\".","Bizə asi olanlara, beləcə, ruzidən məhrum etməklə əzab verərik. Axirət əzabı isə daha böyükdür! Kaş onun necə şiddətli və necə davamlı olduğunu biləydilər!","Şübhəsiz ki, Allahın əmrlərini yeriən yetirib qadağan etdiklərindən çəkinərək Allahdan qorxanlar üçün Rəbbi yanında içində xoş güzəran görəcəkləri, tükənməz nemətlərlə dolu Nəim cənnətləri hazırlanmışdır.","Məkkə əhlindən olan müşriklərin iddia etdiyi kimi, cəza verərkən Biz heç müsəlmanları kafirlərə tay tutarıqmı?!","Ey müşriklər! Sizə nə olub, bu cür ədalətsiz dolaşıq hökm verirsiniz?!","Yoxsa sizin elə bir kitabınız var ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?!","Yoxsa o kitabda bəyəndiyiniz hər bir şeyin axirətdə sizin üçün olacağı yazılmışdır?!","Yaxud istədiyiniz hər şey sizin üçün olacağına dair Bizə and verib Bizimlə qətiyyətlə əhd bağlamısınız?!","Ey Peyğəmbər! Bu sözləri danışanlardan soruş: \"Kim buna zamin duracaqdır?!\"","Yoxsa onların möminlərə veriləcək mükafatın eynisini özlərinə də verəcək Allahdan başqa şəriklərimi vardır?! Əgər bu iddialarında doğrudurlarsa, elə isə qoy onlar möminlərə veriləcək mükafatın eynisini özlərinə də verəcək o şəriklərini gətirsinlər.","Qiyamət günü hər tərəfi dəhşət bürüyəcəkdir. Rəbbimiz baldırını açacaq və insanlar səcdə etməyə çağırılacaqlar. O gün möminlər səcdə edəcəklər, kafirlər və münafiqlər isə səcdə etməyə qadir olmayacaqlar.","Onların baxışları zəlil görkəm alacaq, özlərini də zillət və peşmançılıq bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat olduqları halda onlardan Allaha səcdə etmək tələb olunurdu.","Ey Peyğəmbər! Sənə nazil edilmiş bu Quranı yalan sayanları Mənim öhdəmə burax. Biz onları özləri üçün bir hiylə və tədriclə məhv olmalarını anlamadan yavaş-yavaş əzaba tərəf sürükləyəcəyik.","Mən onlara bir müddət möhlət verirəm ki, günah işlər görməkdə davam etsinlər. Şübhəsiz ki, Mənim kafirlər və yalançılar üçün qurduğum hiyləm çox şiddətlidir. Onlar Məndən və Mənim əzabımdan canlarını qurtara bilməyəcəklər.","Ey Peyğəmbər! Yoxsa sən, onları haqq yola dəvət etdiyinə görə onlardan bir mükafat istəyirsən və onlar da buna görə ağır bir borca düşüblər, bu səbəbdən də, səndən üz çevirirlər?! Həqiqət isə bunun tam əksidir, sən onlardan heç bir mükafat istəmirsən.Elə isə sənə tabe olmağa onlara mane olan nədir?!","Yoxsa onlarda qeyb elmi var və onlar da ona baxıb sənə gətirdikləri istədikləri dəlilləri yazırlar?!","Ey Peyğəmbər! Sən öz Rəbbinin hökmünü - onları tədriclə məhv edəcəyini səbirlə gözlə və balıq sahibi Yunus peyğəmbərin (aleyhissəlam) qövmünə əsəbiləşdiyi kimi əsəbiləşmə! O zaman o, dənizin zülmətləri içində və balığın qarnında ikən, qəm-qüssəli bir halda Rəbbinə dua etmişdi.","Əgər Allahın mərhəməti ona yetişməsəydi, balıq onu heç bir bitki bitməyən boş yerə qınanmış halda atılacaqdı.","Lakin Rəbbi onu seçib əməlisaleh qullarından etdi.","Həqiqətən, Allaha küfr edənlər və Onun rəsulununu (səllallahu aleyhi və səlləm) yalançı sayanlar sənə nazil edilmiş bu Quranı eşitdikləri zaman, öz kəskin baxışları ilə az qala səni gözə gətirələr. Onlar nəfslərinin istəklərinə uyaraq və haqdan üz döndərərək: \"Bu Quranı gətirən elçi dəlidir!\" – deyirlər.","Halbuki sənə nazil edilmiş Quran insanlar və cinlər üçün yalnız bir öyüd-nəsihət və bir xatırlatmadır.","Uca Allah mütləq gerçəkləşəcək dirilmə saatını zikr edir.","Sonra O, bu saatın dəhşətini bildirmək üçün bu sualı verir: \"Nədir qiyamət?!\"","Ey Peyğəmbər! Nə bilirsən, bu qiyamət nədir?","Salehin qövmü Səmud və Hudun qövmü Ad, öz dəhşəti ilə insanları qorxuya salan qiyaməti yalan saydılar.","Allah səmudluları olduqca şiddətli və qorxunc bir səslə məhv etmişdir.","Ad tayfasını isə Allah şiddətli külək və şaxtası adamı kəsən hədsiz soyuqla məhv etmişdir.","Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirib onların hamısını məhv elədi. Sən orada olsaydın, o tayfanın öz yurdlarında yerə yıxılıb həlak olduğunu, sanki xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərildiyini görərdin.","Onlara üz vermiş bu əzabdan sonra sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?!","Firon və ondan əvvəlki ümmətlər də, məmləkəti altı üstünə çevirilmiş Lut qövmü də etdikləri şirk və digər günahlar ucbatından əzaba güçar oldular.","Onların hər biri özlərinə göndərilmiş elçiyə asi olmuş və onu yalançı saymışlar. Allah da onların həlaka sürükləyən, şiddəti getdikcə artan bir əzabla yaxaladı.","Su yüksəlib aşıb-daşdığı zaman Biz sizi, Nuhun əmrimizlə inşa etdiyi və suda axıb gedən gəmi içərisində daşıdıq. Sonradan sizlər gəmi içərisində olan kimsələrin soyundan meydana gəldiniz. Bu sizin sudan xilas olmanız və gəmidə daşınmanız üçün idi.","Biz bu gəmi və onun hekayəsini, kafirlərin həlak olmasını, möminlərin isə xilas olduğunu göstərən bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.","Sura üfürəcək mələk, ikinci üfürüşündə, sura bircə dəfə üfürəcəyi.","Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı, beləcə, yer və dağlar dağım-dağım olacağı zaman –","Məhz bütün bunlar baş verəcəyi gün qiyamət qopacaqdır.","Həmin gün mələklərin yerə enməsi üçün göy yarılacaq və o gün o, zəyif bir halda olacaqdır. Halbuki göy ondan əvvəl olduqca möhkəm bir halda idi.","Mələklər göyün ətrafında və onun kənarlarında olacaqlar. O gün sənin Rəbbinin Ərşini Allaha yaxın olan səkkiz əzəmətli mələk daşıyacaqdır.","Ey insanlar! O gün siz Allahın hüzuruna gətiriləcəksiniz və nə sirr olmasından aslı olmayaraq heç bir sirriniz Allahdan gizli qalmayacaqdır. Allah hər bir sirri bilir və hər bir şeydən xəbərdardır.","Əməl kitabı sağ əlinə verilən kimsə sevincindən deyəcək: \"Götürün, oxuyun əməl kitabımı!","Mən dünyada ikən öldükdən sonra yenidən diriləcəyimə və etdiyim əməllərin əvəzini alacağama yəqinliklə inanırdım\".","Beləsi, tükənməz nemətlərə nail olmaqla xoşbəxt həyat sürəcəkdir.","Məqam və dəyər baxımından yüksək olan bir Cənnətdə.","Eelə bir Cənnətdə ki, onun meyvələri onu dərmək istəyən kimsənin lap yaxınlığında olacaqdır.","Onlara hörmət əlaməti olaraq belə deyiləcək: \"Dünyadakı keçmiş günlərdə etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için!\"","Əməl kitabı sol əlinə verilən kimsə isə çox peman olub deyəcəkdir: \"Kaş, məni əzaba düçar edəcək içində pis əməllərim yazılmış əməl kitabım mənə verilməyəydi!","Kaş hesabımın nə olacağını bilməyəydim!!","Kaş ilk ölümüm həmişəlik olaydı və mən bir daha dirilməyəydim!","Sahib olduğum sərvətim məni Allahın əzabından qurtarmadı.","Hökmranlığım, güvəndiyim güc-qüvvəm və ad-sanım hamısı yox olub getdi.","Mələklərə belə deyiləcəkdir: Onu tutub əllərini boynuna bağlayın!","Sonra da onu atəşin əzabını çəkmək üçün Cəhənnəm atın!","Daha sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın!","Çünki o, Əzəmətli olan Allaha inanmırdı.","Və başqasını da kasıbı yedirtməyə rəğbətləndirmirdi.","Qiyamət günü onu əzabdan qurtaracaq heç bir dostu yoxdur.","Onun Cəhənnəm əhlinin bədənindən axan irindən başqa bir yeməyi olmayacaqdır.","O irini yalnız günahkarlar və asi olanlar yeyərlər.","Uca Allah sizin həm gördüklərinizə and içir,","Uca Allah həm də görmədiklərinizə and içir.","Bu Quran, Allahın möhtərəm elçisinin insanlara oxuduğu Allah kəlamıdır.","Bu, şair sözü deyil, çünki bu söz şeir vəznində deyildir! Necə də az inanırsınız!","O, kahin sözü də deyildir, çünki kahin sözü bu Qurana bənzəmir! Necə də az düşünürsünüz!","Lakin O, bütün məxluqatın Rəbbi tərəfindən nazil edilmişdir!","Əgər Muhəmməd Bizim demədiyimiz sözləri özündən uydurub Bizə nisbət etsəydi,","Əlbəttə Biz ondan intiqam alar və sahib olduğumuz güc-qüvvətlə onu möhkəm yaxalayar,","Sonra da onun qəlbə bağlı olan şah damarını qopardardıq.","İçərinizdən heç kəs buna mane ola bilməzdi. Odur ki, sizə Bizim adımızdan bir söz uydurması qeyri-mümkündür.","Həqiqətən, bu Quran Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxan kimsələr üçün öyüd-nəsihətdir.","Biz sizin aranızdan bu Quranı yalan sayanlar olduğunu bilirik!","Şübhəsiz ki, Quranı yalan saymaq qiyamət günü böyük bir peşmançılıqdır.","Həqiqətən də, bu Quran əsl həqiqətdir. Onun Allah qatından nazil elməsinə heç bir şəkk-şübhə yoxdur.","Ey Peyğəmbər! Elə isə, Rəbbinə yaraşmayan xislətləri ondan uzaq tut və əzəmətli Rəbbinin adını zikr et!","Müşriklərdən birisi istehza edərək, əgər əzab varsa, həm özünə, həm də öz qövmünə o əzabın gəlməsini dilədi. Onun dilədiyi əzab qiyamət günü mütləq gələcəkdir.","Uca Allahın kafirlərə göndərdiyi bu əzabın heç kimsə qarşısını ala bilməz.","O əzab, dərəcələr, fəzilətlər və nemətlər sahibi olan Uca Allah tərəfindəndir.","Mələklər və Cəbrail o dərəcələrə sayı əlli min ilə bərabər olan uzun bir gün ərzində - Qiyamət günündə qalxarlar.","Ey Peyğəmbər! Sən narahatlıq keçirmədən və şikayət etmədən səbir et!","Doğrusu, kafirlər o əzabın uzaq olduğunu və onun baş verəcəyinin qeyri-mümkün olduğunu güman edirlər.","Biz Biz isə onun yaxın olduğunu və hökmən gələcəyini görürük.","O gün göy əridilmiş mis, qızıl və s. buna oxşar mədənlər kimi olacaqdır.","Dağlar da yun kimi yüngül olacaqdır.","Dost dostun halını xəbər almayacaqdır. Çünki hər kəsin başı özünə qarışacaqdır.","Hər bir insan öz yaxınını görəcək və ondan gizli qalmayacaqdır. Bununla yanaşı o qiyamətin dəhştindən heç kəs heç kəsdən bir söz soruşmayacaq. Cəhənnəmlik olan kəs özünü əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz övladlarını,","Həyat yoldaşını və qardaşını,","Ona çətin vaxtlarında dəstək vermiş qohum-əqrəbasını","Və yer üzündə olan insanların, cinlərin və digərlərinin hamısını – təki bu fidyə onu xilas etsin, onu Cəhənnəm odundan qurtarsın.","Bu iş heç də bu günahkarln təmənna etdiyi kimi deyildir. Həqiqətən də, o, alovu şölələnən Oddur –","Alovunun və şöləsinin şiddəti ilə başın dərisini sıyırıb çıxaran bir od.","O od çağırır haqdan üz çevirəni və ondan üz döndərəni, iman gətirməyib yaxşı iş görməyəni,","Və mal-dövlət yığıb, ondan Allah yolunda xərcləməyə xəsislik edəni.","Həqiqətən də, insan olduqca kəmhövsələ həris yaradılmışdır.","Ona bir xəstəlik və ya kasıblıq üz verdikdə hövsələdən çıxar,","Könlünü şad edəcək bol məhsul və var-dövlət nəsib olduqda isə ondan Allah yolunda xərcləməyə xəsislik edər.","Yalnız namaz qılanlardan başqa. Onlar bu pis sifətlərdən uzaqdırlar.","O kəslər ki, namazlarını davamlı qılırlar, heç bir iş onları namazdan yayındırmır və onu öz vaxtında yerinə yetirirlər.","O kəslər ki, onların mallarında müəyyən edilmiş vacib bir haqq vardır.","Onlar bu haqqı, istəyən kimsəyə və hər hansı bir səbəbə görə həya edib istəmədiyi üçün ruzidən məhrum qalan kimsəyə verirlər.","O kəslər ki, qiyamət gününün vaqe olacağını, Allahın hər kəsə layiq olan cəzanı və ya mükafatı verəcəyini təsdiq edirlər.","O kəslər ki, özlərinin yaxşı işlər görmələrinə rəğmən, Rəbbinin əzabından qorxurlar.","Şübhəsiz ki, sənin Rəbbinin əzabı qorxuludur və ağllı kimsə ondan xilas olacağına arxayın ola bilməz.","O kəslər ki, ayıb yerlərini qoruyub zinadan uzaq dururlar.","Yalnız zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Onlar bu qadınlarla yaxınlıq etdiklərinə görə əsla qınanmazlar.","Həyat yoldaşları və cariyələrdən başqası ilə yaxınlıq etmək istəyənlər isə Allahın həddini aşanlardır.","O kəslər ki, özəlrinə verilmiş mal-dövlət, sirr və s. bu kimi əmanətləri qoruyur və insanlarla bağladıqları əhdlərini pozmurlar, nə öz əmanətlərinə xəyanət edir, nə də əhdlərinə vəfazıslıq edirlər.","O kəslər ki, özlərindən tələb edilən şahidliklərdə ədalətli mövqe tutur. O, etdiyi şahidliyində nə qohumun tərəfini tutur, nə də ədavət apararaq düşmənin əleyhinə haqsız yerə şahidlik edir.\t","O kəslər ki, namazlarını qoruyur - onları vaxtlı-vaxtında və lazımi qaydada, dəstəmazlı və rahat halda, başqa bir fikirlə ondan yayınmadan qılırlar.","Bu sifətləri özlərində əks etdirən kimsələrə Cənnət bağlarında hörmət göstəriləcək, onlara tükünməz nemətlər bəxş ediləcək və Allahın üzünə baxmaq nəsib olacaqdır.","Ey Peyğəmbər! Səni yalançı saymağa tələsən qövmünün müşriklərinə nə olub belə?!","Sənin sağından və solundan dəstə-dəstə sənin ətrafına yığışırlar.","Yoxsa onların hər biri öz küfründə qaldığı halda, Allahın onu içində əbədi zövq alacağı Nəim cənnətinə daxil edəcəyinə ümid edir?!","Bu iş heç də onların təsəvvür etdiyi kimi deyil. Biz onları bildikləri şeydən xəlq etmişik. Biz onları dəyərsiz nütfədən yartmışıq. Onlar özlərinə nə bir xeyir, nə də bir zərər verməyə qadir olmayan zəif məxluq olduqları bir halda, necə təkəbbür edirlər?!","Məşriqlərin və məğriblərin, günəşin, ayın və ulduzların Rəbbi olan Uca Allah: \"Biz qadirik\"- deyə Özünə and içir.\t","Biz onları Allaha itaət edən kimsələrlə əvəz edib ölzlərini də məhv edə bilərik. Biz bundan aciz deyilik. Biz onları başqaları ilə dəyişdirmək və özlərini də məhv etmək istəsək, Bizə üstün gələn tapılmaz.","Ey Peyğəmbər! Sən onları tərk et, qoy Quranda özlərinə vəd verilmiş qiyamət gününə yetişənədək qoy batil və azğın sözlər danışsınlar və dünya həyatlarında əylənsinlər.","O gün onlar hədəfə goğru yarışırlarmış kimi tələsə-tələsə qəbirlərdən çıxacaqlar.","O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların dünyada ikən xəbərdar edildikləri gün! Onlar bu günün gələcəyinə əhəmiyyət vermirdilər.","Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik ki, onların Allaha şərik qoşurdularına görə özlərinə şiddətli bir əzab gəlməzdən əvvəl onları dəvət edib qorxutsun.","Nuh öz qövmünə dedi: \"Ey qövmüm! Şübhəsiz ki, mən sizi, Allaha tövbə etmədyəcəyiniz təqdirdə düçar olacağınız əzabla açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!","Xəbərdarlığımın əsas məğzi budur ki, sizə deyim: Yalnız Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxun və bir də, sizə əmr etdiyim işlərdə mənə itaət edin!","Əgər siz belə etsəniz -qulların haqları istisna olmaqla- Allah sizin günahlarınızdan keçər və sizə bu həyatda, Allahın elminə görə əzəldən lövhi-məhfuzda təyin edilmiş vaxtadək möhlət verər və siz qədəriniz qədər orada ömür sürərsiniz. Həqiqətən, ölüm gəldiyi zaman əsla təxirə salınmaz. Əgər bilsəydiniz, Allaha iman gətirməyə, həmçinin, şirk və azğınlıq etdiyinizə görə Ona tövbə etməyə tələsərdiniz\".","Nuh dedi: \"Ey Rəbbim! Mən gecə-gündüz davamlı olaraq qövmümü Sənə ibadət etməyə və Sənin təkliyini qəbul etməyə dəvət etdim.","Lakin dəvətim onların dəvət etdiyimdən qaçmalarını və uzaqlaşmalarını daha da artırdı.","Mən hər dəfə onları günahlarının bağışlanmasına səbəb olan işlərə - yalnız Sənə ibadət etməyə, habelə, Sənə və Sənin rəsuluna itaət etməyə dəvət etdikdə, mənim dəvətimi eşitməsinlər deyə, barmaqlarını qulaqlarına tıxayır və məni görməsinlər deyə, libaslarının ətəyini üzünə tutur, üstəlik, şirk etmələrinə davam edir və dəvət etdiyim haqqı qəbul etməyib, ona qulaq asmayıb təkəbbürlük göstərirlər.","Ey Rəbbim! Sonra mən onları aşkarcasına dəvət etdim.","Sonra mən onları müxtəlif dəvət üslublarımla, həm uca səslə, həm də gizlicə, asta səslə dəvət etdim","Və dedim: \"Ey qövmüm! Rəbbinizə tövbə etməklə Ondan bağışlanma diləyin! Həqiqətən, pak və müqəddəs olan Allah Öz qullarından Ona tövbə edənləri çox bağışlayandır!","Əgər siz Allahdan bağışlanma diləsəniz, sizin yağışa ehtiyacınız olduğu müddətcə, O, sizin üzərinizə bol-bol yağış endirər, beləliklə də, sizə quraqlıq üz verməz,","O sizə çoxlu var-dövlət və oğul-uşaq bəxş edər, sizin üçün meyvəsindən yeyəcəyiniz bağlar və suyundan içəcəyiniz, üstəlik, əkin sahələrinizi və heyvanlarınızı suvaracağınız çaylar yaradar.","Ey qövmüm! Sizə nə olub ki, laqeyidlik göstərib Allaha asi olur və Onun əzəmətindən qorxmursunuz?","O sizi əvvəlcə nütfə, sonra qan laxtası, sonra da ət parçası etməklə mərhələlərlə yaratdı.","Məgər Allahın yeddi göyü bir-birinin üstündə qat-qat necə yaratdığını görmürsünüz?","Uca Allah ayı, dünya səmasında yer əhli üçün nur saçan, günəşi isə parlaq bir çıraq etdi.\t","Allah atanız Adəmi torpaqdan yaradaraq hamınızı oradan xəlq etmiş, sonra da, siz yerin sizin üçün bitirdiklərindən yeyirsiniz.","Siz öldükdən sonra O sizi ora qaytaracaq, sonra da sizi həşr olunmanız üçün oradan çıxardacaqdır.","Yer üzərində rahat yaşayıb orada qərar tutasınız deyə Allah yeri sizin üçün ayaqlarınızın altına döşədi.","Allah bunu, yer üzündə geniş yollarla hərəkət edib orada halal ruzi qazanmanız üçün etdi.","Nuh dedi: \"Ey Rəbbim! Mən qövmümə Sənin tək İlah olduğunu qəbul etməyi və təkcə Sənə ibadət etməyi buyurdum, lakin onlar mənə asi oldular, üstəlik, Sənin mal-dövlət və övlad verdiyin alçaq rəhbərlərə tabe oldular. Sənin onlara verdiyin nemətlər onların yalnız azğınlığını artırdı.","Onların böyükləri aralarındakı səfeh kimsələri Nuha qarşı qaldırmaqla böyük bir hiylə işlətdilər.","Və tabeçiliyində olanlara belə dedilər: \"Öz məbudlarınıza olan ibadətinizi tərk etməyin. Tanrılarınız Vəddə, Suvaya, Yəğusa, Yəuqa və Nəsrə ibadət emtəkdən vaz keçməyin!\"","Artıq onlar bu bütlər sayəsində insanların çoxunu azdırmışlar. Ey Rəbbim! Sən də, küfr və asilik etməkdə israrlı olub özlərinə zülm etmiş kimsələrə azğınlıqdan başqa bir şey artırma\".","Onlar hələ dünyada ikən etdikləri günahlara görə qasırğalı dənizdə suya qərq edildilər və öldükdən dərhal sonra Cəhənnəmə atıldılar. Özlərinə Allahdan savayı onları suda batmaqdan və odda yanmaqdan qurtaracaq köməkçilər tapa bilmədilər!","Allah Nuha, onun qövmündən artıq iman gətirmiş kimsələrdən başqa heç kəsin iman gətirməyəcəyini xəbər everdikdə, o dedi: \"Ey Rəbbim! Kafirlərdən yer üzündə bir nəfərin belə gəzməsinə və ya hərəkət etməsinə imkan vermə!","Ey Rəbbimiz! Əgər Sən, onları sağ buraxsan və onlara möhlət versən, onlar Sənin mömin qullarını azdıracaq, həm də, Sənə itaət etməyən və Sənin nemətlərinə şükr etməyən günahkar övladlar doğub-törəyəcəklər.","Ey Rəbbim! Mənim bağışla, valideynlərimin bağışla, evimə mömin kimi daxil olanların və bütün mömin kişi və qadınların günahlarını bağışla! Küfr etmək və günah işlər görməklə özlərinə zülm edən kimsələrin isə yalnız həlakını və xüsranını artır\".","Ey Peyğəmbər! Ümmətinə de: \"Allah mənə vəhy etdi ki, bir dəstə cin xurma bağları olduğu bir vadidə oxuduğum Quranı dinlədi. Sonra onlar öz qövmünün yanına qayıdıb onlara dedilər: \"Həqiqətən, biz aydınlıq və fəsahət baxımından heyrətamiz bir kəlam dinlədik!","Bizim dinlədiyimiz bu kəlam, etiqad, söz və əməl xüsusunda doğru yol göstərir. Biz ona iman gətirdik və bundan sonra əsla kimsəni o Quranı nazil edən Rəbbimizə şərik qoşmayacağıq.","Biz iman gətirdik ki, Rəbbimizin əzəməti və şanı olduqca ucadır. Heç də müşriklərini iddiası kimi deyil, O, özünə nə zövcə, nə də övlad götürmüşdür.","İblis Uca Allaha zövcə və övlad nisbət edərək Allah barəsində tamamilə yalan sözlər söyləmişdir.","Biz elə güman edirdik ki, insanlardan və cinlərdən olan müşriklər Allah barəsində, zövcə və övlad xüsusunda əsla yalan danışmazlar. Elə buna görə də biz onlara təqlid edərək onların dediklərini təsdiqlədik.","Cahiliyyət dövründə insanlardan bəziləri qorxulu bir yerə getdikdə orada cinlərin bəzilərinə sığınırdılar. Onlardan bəzisi deyərdi: \"Bu vadidə yaşayan tayfanın səfehlərinin şərindən onun seyyidinə sığınıram.\" Beləliklə də, həmin adamların cinlərdən olan qorxusu, o adamların ancaq azğınlığını artırırdı.","Ey cinlər! İnsanlarda siz zənn etdiyiniz kimi, Allah heç bir kimsəni öldürdükdən sonra haqq-hesaba çəkilməsi və əməllərinin əvəzini verilməsi üçün diriltməyəcəyini zənn edirdilər.","Biz gizli xəbərləri öyrənmək məqsədilə səmaya qalxdıqda, onun o xəbərləri bizdən qorumaq üçün mələklərdən ibarət güvvətli gözətçilərlə və səmaya yaxınlaşan hər kəsə arxasınca atılacaq yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.","Halbuki daha öncə biz göyün bəzi yerlərində oturub mələklərin söhbətinə qulaq asır və onlardan eşitdiyimiz sözləri yerdəki kahinlərə çatdırırdıq. Artıq vəziyyət dəyişib, indi bizlərdən kim onları dinləmək istəsə, o, pusquda onu gözləyən, yaxınlaşdıqda isə onun üstünə göndərilib onu yandırıb-yaxan alova rast gələr.","Biz bilmirik, bu güclü mühafizə nə üçündür, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Allah onlara xeyir nəsib etmək? Biz artıq göydəki xəbərləri dinləməkdən məhrum olmuşuq.","Əlbəttə ki, biz cinlərin arasında Allahdan qorxan saleh əməl sahibləri də var, kafir və fasiq olanları da. Biz müxtəlif firqələrə məzhəblərə ayrılmışıq.","Biz yəqin etdik ki, pak və müqəddəs Allah bizə nə isə etmək istəsə, biz Ondan yaxa qurtara bilmərik. Hətta göyə qaçmalı olsaq belə, Onun əzabından yayına bilməyəcəyik.","Biz doğru yolu göstərən Quranı eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə savabının azalmasından, nə də keçmiş günahları üzərinə günahın artmasından qorxar.","Sözsüz ki, aramızda itaət etməklə Allaha tərəf yönələn müsəlmanlar da var, amaldan və doğru yoldan azanlar da. Kim mütiliklə və yaxşı işlər görməklə Allaha boyun əyirsə, məhz onlar doğru yola və haqqa yönələn kimsələrdir.","Amaldan və doğru yoldan azanlara gəlincə isə, onlar Cəhənnəm üçün odun olacaq və onları insanlardan özlərinə bənzəyənlərlə birlikdə orada yandıracaqlar.","Necə ki, bir dəstə cinin Peyğəmbəri (səllallahu aleyhi və səlləm) dinlədiyi ona vəhy edilmişdir, eləcə də, ona belə vəhy edilmişdir ki, əgər cinlər və insanlar İslam yolunu tutsalar və Quranda buyurulanlara əməl etsələr, Allah onlara bol-bol su verər və onlara müxtəlif cür nemətlər əta edər.","Belə edərik ki, onları sınayaq görək, Allahın nemətlərinə şükür edəcəklər, yoxsa nankor olacaqlar? Kim Qurandan və onun içindəki öyüd-nəsihətlərdən üz çevirərsə, Rəbbi onu məşəqqətli, həm də, dözə bilməyəcəyi bir əzaba düçar edər.","Şübhəsiz ki, məscidlər heç kəsə deyil, məhz pak və müqəddəs Allaha məxsusdur. Elə isə orada Allahla yanaşı heç kəsə dua etməyin, yoxsa yəhudilərin öz sinaqoqlarında, nəsranilərin də öz kilsələrində Allahdan qeyrisinə dua etdiyi kimi dua etmiş olarsınız.","Allahın qulu Muhəmməd (səllallahu aleyhi və səlləm) qalxıb xurma bağları olduğu bir vadidə Allaha ibadət edərkən cinlər onun Quran oxuduğunu eşitdikdə az qala izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər.","Ey Peyğəmbər! O müşriklərə de: \"Mən təkcə öz Rəbbimə dua edirəm. Kim olursa olsun, ibadətdə heç kəsi, Ona şərik qoşmuram!\".","Onlara de: \"Mən nə Allahın sizin əleyhinizə yazdığı zərərin qarşısnı almağa, nə də Allahın sizi məhrum etdiyi xeyiri sizə verməyə qadirəm\".","Onlara de: \"Əgər mən Allaha asi olsam, məni Onun əzabından heç kəs xilas edə bilməz və mən Ondan başqa bir sığınacaq yeri tapa bilmərəm!","Mənim əlimdən gələn ancaq Allahın mənə sizə təbliğ etməyi buyurduqğu risaləti sizə təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna (səllallahu aleyhi və səlləm) asi olarsa, onun gedəcəyi yer içərisində əbədi qalacağı, heç vaxt oradan çıxmayacağı Cəhənnəm odu olar.","Kafirlər dünyada özlərinə vəd olunmuş əzabı qiyamət günü öz gözləri ilə görənədək küfrlərindən əl çəkməyəcəklər. O zaman onlar kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.","Ey Peyğəmbər! Diriləcəklərini inkar edən o müşriklərə belə de: \"Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu, yoxsa Allahın onun üçün Özündən başqa heç kəsin bilmədiyi bir vaxt təyin etdiyini bilmirəm.","Pak və müqəddəs Allah, qeybi tam olaraq bilir, heç bir şey Ona gizli qalmaz və O, Öz qeybini heç kəsə bildirməz, əksinə, yalnız Özünə məxsus olaraq qalar.","Yalnız Özünün razı qaldığı elçidən başqa. Həqiqətən, Allah Öz qeybindən rəsuluna istədiyi qədər bildirir, üstəlik, onu önündən və arxasından qoruyacaq gözətçi mələklər göndərir ki, elçidən başqa heç kəs o qeybə əl ata bilməsin.\t","Belə edir ki, o elçi özündən əvvəl gəlib-getmiş elçilərin özlərinə Rəbbi tərəfindən təbliğ edilməsi əmr olunan risalətləri təbliğ etdiyini və Allahın ona qeydiən qaldığını bilsin. Allah mələklərin və elçilərin nə etdiklərini bilir, hər şeyi ayrı-ayrılıqda hesaba alır və heç bir şey Ona gizli qalmır.","Ey libasına bürünüb örtünmüş (yəni, Muhamməd Peyğəmbər səllallahu aleyhi və səlləm).","Gecəni - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl!","İstəsən gecənin yarısını, yaxud ondan bir qədər az, təqribən üçdə biri qədər namaz qıl.","Yaxud da üçdə ikisinə çatanadək onu artır. Quranı da oxuduqda onu aydın tələffüz edərək aram- aramla oxu!","Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Quran – ağır bir söz vəhy edəcəyik. Bu Quran, içində fərz buyurulanlar, hüdudlar, əhkamlar, ədəb qaydaları və s bu kimi hökmlərin olduğuna görə ağırdır.","Əlbəttə, gecə vaxtı qalxmaq çox çətin olsa da, Quranı səmimi-qəlbdən oxumaq və onu doğru-düzgün başa düşmək üçün daha münasibdir.","Şübhəsiz ki, gündüz vaxtı sənin məşğul olduğun uzun-uzadı işlərin vardır və bu işlər səni Quran oxumaqdan yayındıran. Odur ki, gecə vaxtı qalx namaz qıl.","Müxtəlif zikrlərlə Allahı zikr et və ibadətini ixlasla yerinə yetirərək özünü tamamilə pak və müqəddəs Allaha həsr et!","O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Elə isə Onu özünə himayəçi götür və, bütün işlərində yalnız Ona arxalan.","Haqqı yalan sayanların istehzalarına və təhqirlərinə səbir et və onlardan xoşluqla, əziyyət vermədən uzaqlaş.","Sən, dünyanın naz-nemətlərinə dalmış, haqqı yalan sayanlara fikir vermə, Məni onlarla tək burax və onlara əcəlləri yetişənədək möhlət ver.","Həqiqətən, Biz axirətdə onlar üçün ağır qandallar və yandırıb-yaxan od hazırlamışıq.","Çox acı olduğuna görə boğazda tıxanıb keçməyən yemək və bunlardan əlavə şiddətli bir əzab da vardır.","Yer və dağlar titrəyəcəyi, dağlar o günün dəhşətindən səpələnən qum təpəsinə dönəcəyi zaman o əzab haqqı yalan sayanları yaxalayacaqdır.","Həqiqətən, Biz Firona Musanı (aleyhissəlam) rəsul göndərdiyimiz kimi, sizə də, qüiyamət günü əməllərinizə şahidlik edəcək bir rəsul göndərdik.","Firon Rəbbi tərəfindən onun yanına göndərilmiş rəsula asi oldu. Buna görə də Biz onu bu dünyada dənizdə batırmaqla, axirətdə də Cəhənnəm əzabı ilə şiddətli cəzaya məruz qoyduq. Elə isə, sizə göndərilmiş rəsula asi olmayın, yoxsa Fironun başına gələnlər sizin də başınıza gələr.","Əgər siz Allaha küfr edirsiniz və Onu rəsulunu yalançı sayırsınızsa, öz dəhşəti və uzunmüddətli olması ilə balaca uşaqların saçlarını ağardacaq uzun gündən canınızı necə qurtaracaq və ondan necə qorunacaqsınız?","O günün dəhşətindən göy parçalanacaq. Allahın vədi qaçılmaz olaraq mütləq yerinə yetəcəkdir.","Həqiqətən, qiyamət günü baş verəcək hadisələrin dəhşətini və şiddətini bəyan edən bu nəsihət, möminlərə fayda verəcək bir xatırlatmadır. Kim istəsə, Rəbbinə tərəf aparan yolu tutub gedər.","Ey Peyğəmbər! Həqiqətən, Rəbbin, sən və səninlə olan möminlərdən bir dəstə bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün qalxdığınızı bilir. Gecə və gündüzün saatlarını Allah ölçüb müəyyənləşdirir. Pak və müqəddəs Allah bilir ki, siz bu saatları hesablayıb dəqiqləşdirə bilmirsiniz deyə, tələb olunanı yerinə yetirəmək üçün gecənin çox hissəsini namazda keçirmək sizə çətin gəlir. Odur ki, O, sizin tövbələrinizi qəbul etdi. Elə isə sizə asan gələcək qədər namaz qılın. Ey möminlər! Allah bilir ki, sizlərdən bəziləri xəstə olacaq və xəstəlik onları əldən salacaq, digərləri Allahın verdiyi ruzini əldə etmək üçün səfərə çıxacaq, bir qisminiz də Allahın razılığını qazanmaq və Onun kəlməsini ucaltmaq məqsədilə kafirlərlə vuruşacaq. Bu səbədən də, gecə namazını qılmaq onları məşəqqətə salacaq. Elə isə sizə asan gələcək qədər namaz qılın. Vacib namazları kamil şəkildə qılın, malınızın zəkatını verin və malınızdan Allah yolunda xərcləyin.Əvvəlcədən özünüz üçün nə xeyir tədarük etsəniz, onun daha xeyirlisilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan bağışlanma diləyin! Şübhəsiz ki, Allah tövbə edən qullarını bağışlayar və onlara rəhm edər!","Ey libasına bürünüb örtünmüş (yəni, Peyğəmbər səllallahu aleyhi və səlləm).","Qalx və insanları Allahın əzabı ilə qorxut!","Öz Rəbbini uca tut!","Özünü günhalardan, libasını da murdar şeylərdən təmiz saxla!","Bütlərə tapınmaqdan uzaq dur!","Etdiyin yaxşı əməli çox bilib Rəbbinə minnət etmə!","Sənə üz verəcək bütün çətinliklərə Allah üçün səbir et!","Elə ki, İkinci kərə sura üfürüləcək,","O gün çox şiddətli bir gün olacaqdır.","Allaha və Onun elçilərinə küfr etmiş kimsələrə həmin gün asan olmayacaqdır.","Ey Peyğəmbər! Məni, anasının bətnində heç bir mal-dövləti və övladı olmadığı halda yaratdığım kimsə (Vəlid ibn əl-Muğira) ilə tək burax.","Mən ona çoxlu var-dövlət verdim.","Həmçinin, ona həmişə yanında olan, onunla birlikdə yığıncaqlarda iştirak edən, mal-dövləti çox oldundan onu çox vaxt səfərlərdə müşahidə edən oğullar verdim.","Habelə, ona gözəl gün-güzaran, çoxlu ruzi və övlad verdim.","O, Mənə küfr etməyinə rəğmən, bu qədər verdiyim nemətlərdən sonra, yenə də əlavə olaraq var-dövlətinin artırmağımı istəyir.","Bu iş heç də onun təsəvvür etdiyi kimi deyil. Çünki o, rəsulumuza nazil etdiyimiz ayələrimizi inadla inkar edib onları yalançı sayırdı.","Mən ona dözə bilməyəcəyi məşəqqətli bir əzaba yükləyəcəyəm.","O nemətləri bəxş etdiyim kafir Quranda deyilənlərin batil olduğunu sübut etmək üçün fikirləşdi, sonra da özü-özülüyündə buna qərar verdi.","Onu lənətə və əzaba düçar olsun! Necə qərar verdi.","Sonra yenə onu lənətə və əzaba düçar olsun! Gör necə qərar verdi.","Sonra o öz dediklərinə nəzər saldı və düşündü.","Sonra o, Qurana dair tənə edəcəyi bir şey tapmadıqda, üz-gözünü turşudub qaşqabağını tökdü.","Sonra o, imandan üz çevirdi və Peyğəmbərə (səllallahu aleyhi və səlləm) tabe olmağa təkəbbür göstərdi.","Və dedi: \"Muhəmmədin dedikləri Allahın kəlamı deyil, əksinə, bu, başqasından eştdiyi bir sehrdir.","Bu, Allahın kəlamı deyil, əksinə, insan kəlamıdır.","Mən bu kafiri Cəhənnəmin təbəqələrindən birinə salacağam. Bu, istisindən əzab çəkəcəyi Səqərdir.","Ey Muhəmməd! Sən nə bilirsən, Səqər nədir?!","O, içində əzab verilənlərdən heç kəsi salamat buraxmaz, hər kəsi yandırar, sonra o əzaba düçar olan kəs əvvəlki halına qayıdar, sonra da od onu yenə yandırar, beləcə, davam edər.","O od dərini yandırıb-yaxar və onu dəyişdirər.","Cəhənnəmin üzərində mühafizəkar olan on doqquz mələk vardır.","Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Bəşər övladının onlar gücü çatmaz. Biz o mələklərin sayını on doqquz etdik ki, bu, Allaha küfr edən kəslər üçün bir sınaq olsun, onlar deyəcəklərini desinlər, beləliklə də, əzabları qat-qat artsın, habelə, özlərinə Tövrat verilmiş yəhudilər, eləcə də, özlərinə İncil verilmiş nəsranilər öz kitablarında deyilənləri təsdiqləyən Quran nazil edildikdə, yəqinlik hasil etsinlər, üstəlik, Kitab əhli möminlərin əməlinə uyğun hərəkət etdikdə möminlərin imanı artsın, yəhudilər, nəsranilər və möminlər haqqa şübhə etməsinlər və imanlarında tərəddüd edən kəslər və kafirlər desinlər: \"Allah bu məsəllə nə demək istəyir?\" Bu sayı inkar edən kimsənin azması və onu təsdiqləyən kimsənin doğru yola gəlməsi kimi, Allah dilədiyi kimsəni azdırır, dilədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunlarının sayı o qədər çoxdur ki, onu yalnız pak və müqəddəs olan Rəbbin bilir. Cəhənnəm, bəşər övladı üçün bir xatırlama olub, beləliklə də insanlar, onun sayəsində Uca Allahın əzəmətini başa düşürlər.\t","Xeyir, bu heç də bəzi müşriklərin iddia etdiyi kimi deyildir. Onların öz havadarları ilə birlikdə Cəhənnəm gözətçilərinə üstün gələcək, hətta onları Cəhənnəmdən sıxışdırıb çıxarma iddiaları batildir. Uca Allah bu ayədə aya and içmişdir.","Uca Allah, həmçinin, dönüb gedən gecəyə and içir.","Uca Allah, həmçinin, ağarmaqda olan sübhə and içir.","Həqiqətən də, Cəhənnəm odu ən əzəmətli fəlakətlərdən biridir.","Cəhənnəm insanları qorxutmaq üçün bir xəbərdarlıqdır.","Ey insanlar! Sizlərdən, Allaha iman gətirib yaxşı işlər görməklə irəli çıxmaq, yaxud küfr etmək və günah işlər görməklə geriyə düşmək istəyənlər üçün.","Hər kəs öz əməlinin əvəzini alacaqdır! Beləcə, əməlləri onu ya həlak edər, ya da onu həlak olmadan xilas edər.","Yalnız möminlərdən başqa. Belə ki, onlar günahlarına görə cəzalandırılmayacaqlar, əksinə, onların yaxşı əməlləri olduğuna görə Allah onları bağışlayacaqdır.","Qiyamət günü onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar –","Etdikləri günahlar ucbatından özlərini həlak etmiş kafirlər barəsində.","Möminlər onlara deyəcəklər: \"Sizi Cəhənnəmə salan nədir?\"","Kafirlər də cavab verib deyəcəklər: \"Biz dünya həyatında fərz buyurulan namazı qılan kimsələrdən deyildik.","Allahın bizə verdiyi ruzidən kasıbı yedizdirməzdik.","Biz, batil əhli ilə bir yerdə olar, onların getdiyi yerə gedər və əyri yol tutmuş zəlalət əhli ilə birlikdə batil sözlər danışardıq,","Və əməllərin əvəzi veriləcək günü yalan hesab edərdik –","Ölüm bizə yetişənədək haqqı yalan saymaqda davam etdik və beləcə, bizimlə tövbə arasına maneə çəkildi\".","Qiyamət günü mələklərdən, peyğəmbərlərdən və əməlisaleh insanlardan şəfaət edənlərin vasitəçiliyi kafirlərə fayda verməz. Çünki şəfaətçiliyin qəbul edilməsinin şərtlərindən biridə, Allahın şəfəat ediləcək kimsədən razı qalmasıdır.\t","O müşriklərə nə olub ki, Qurandan üz çevirirlər?","Onlar Qurandan üz çevirməkdə və ondan qaçmaqda sanki bərk qaçan vəhşi uzunqulaqlardır.","Aslandan qorxub qaçırlar.","Əksinə, o müşriklərdən hər biri istəyir ki, səhər oyandıqda başının üstə qoyulmuş bir kitab olsun və o kitab Muhəmmədin (səllallahu aleyhi və səlləm) Allah tərəfin göndərilmiş bir rəsul olduğunu xəbər versin. Bunun səbəbi sübutların az olması və ya dəlillərin zəif olması deyil, sadəcə bu, inadkarlıq və təkəbbürlükdür.","Bu iş heç də belə deyil, əksinə, onların öz azğınlıqlarında davam etməsinin səbəbi budur ki, onlar axirətdə veriləcək əzaba inanmırlar və buna görə də küfür əməllərində davam edirlər .","Heç şübhəsiz ki, bu Quran bir öyüd-nəsihət və bir xatırlatmadır.","Kim Quranı oxuyub ondan öyüd-nəsihət götürmək istəsə, onu oxuyub öyüd-nəsihət götürər.","Allah istəmədikcə onlar öyüd-nəsihət alıb xatırlaya bilməzlər. Əmrlərinə tabe olmaqla, qadağan etdiklərindən uzaq durmaqla qorxub çəkinməyə layiq olan da, tövbə edən qullarının günahlarını bağışlamağa qadir olan da Odur.","Allah insanların aləmlərin Rəbbi üçün ayağa qalxacaqları günə - qiyamət gününə and içir.","Uca Allah, özünü yaxşı işlər görmək xüsusunda naqisliyə yol verdiyinə və günah işlər gördüyünə görə sahibini qınayıb, peşmançılıq çəkən təmiz nəfsə and içir. İnsanları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün Uca Allah onların dirildəcəklərinə dair bu iki şeyə and içir.","Yoxsa insan elə düşünür ki, o öldükdən sonra onu diriltmək üçün Biz onun sümüklərini yığa bilməyəcəyik?!","Xeyr, Biz onun sümüklərini yığmaqdan əlavə onun barmaq uclarını əvvəlki kamil xilqətinə qaytarmağa qadirik.","Lakin insan dirilməni inkar etməklə, gələcəkdə durmadan günah işlər görməkdə davam etmək fikrindədir.","O, qiyaməti inkar etmək məqsədilə: \"Qiyamət nə vaxt qopacaq?\" – deyə soruşur.","Gözlər vaxtı ilə yalan saydığını gördüyü zaman bərələ qaldıqda və dəhşətə gəldikdə,","Ayın nuru getdikdə,","Günəş və ay cismləri bir-birinə qovuşduğu zaman –","O gün günahkar insan deyəcək: \"Hara qaçaq?!\"","O gün günahkar insanın nə qaçmağa bir yeri, nə daldalanacaq bir sığınağı, nə də imdadına çatan bir köməkçisi olacaqdır.","Ey Peyğəmbər! O gün haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün qayıdış və dönüş ancaq sənin Rəbbinə olacaqdır.","O gün insana etdiyi və etməyib sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.","Doğrusu, insanın əzaları onun qazandığı günalara şahidlik etməklə, öz əleyhinə şahidlik edəcəkdir.","İnsan günahsız olduğunu isbat etmək üçün üzürlər gətirsə belə, bu ona fayda veməyəcəkdir.","Ey Peyğəmbər! Quranı unutmayasan deyə tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə!","Şübhəsiz ki, onun sənin qəlbində cəm etmək və sənin dilində oxunmasını rahatlaşdırmaq Bizə aiddir.","Elçimiz Cəbrail sənə Quran oxuduqda sus və onun qiraətini dinlə.\t","Sonra onu sənə izah etmək də, sözsüz ki, Bizə aiddir.","Bu iş heç də sizin dirilməyəcəyinizi iddia etdiyiniz kimi deyil. Hərçənd siz bilirsiniz ki, sizi heç nədən yaratmağa qadir olan Allah, siz öldükdən sonra sizi diriltməyə aciz deyil, lakin sizin dirilməni təkzib etnizin səbəbi sizin tez ötüb keçən dünya həyatını sevməyinizdir.","Eləcə də, axirət həyatını tərk etməyinizdir. O axirət həyatı ki, ona tərəf aparan yolu tutub getmək üçün, Allahın sizə buyurduqlarına itaət etməli və qadağan etdiyi haramları tərk etməlisiniz.","O gün iman və səadət əhlinin üzləri nur saçaraq parlayacaq.","Rəbbinə baxıb ondan zövq alacaqdır.","O gün küfr əhlinin və bədbəxtlərin üzləri tutulub qaralacaq.","Onlara böyük bir müsibətin və ağrılı-acılı əzabın üz verdiyini yəqinliklə edəcəklər.","Bu iş heç də müşriklərin təsəvvür etdiyi kimi deyil ki, onlar öldükdən sonra artıq əzaba düçar olmayacaqlar. Elə ki ruh körpücük sümüklərinə yetişəcək,","İnsanların bəzisi digərlərinə deyəcək: \"Kim onu dua ilə müalicə edə bilər, bəlkə şəfa tapdı?!\"","Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcək.","Dünya həyatının sonunda və axirət həyatının da başlanğıcında müsibətlər bir araya gələcək.","Bütün bunlar baş verdiyi zaman hər bir ölmüş kimsə Rəbbinin hüzuruna gətiriləcəkdir.","Kafir kimsə nə öz peyğəmbərinin gətirdiyi risaləti təsdiq etdi, nə də pak və müqəddəs Allah üçün namaz qıldı.","Lakin o, peyğəmbərinin gətirdiyini yalan saydı və ondan üz çevirdi.","Sonra bu kafir təkəbbürlüyündən özünü darta-darta əhli-əyalının yanına getdi.","Uca Allah, kafir kimsəyə ona veriləcək əzabın artıq ona layiq görülməsi və ona yaxınlaşması barədə vəd etmişdir.","Sonra təkid edərək o cümləni təkrar edib buyurur: ﴾Yenə də vay sənin halına, vay!﴿.","Yoxsa insan Allahın onu başlı-başına buraxacağını və onun öhdəsinə şəriət qanunu qoymayacağını güman edir?","Məgər o insan vaxtı ilə ana bətninə axıdılan bir damla nütfə deyildimi?","Sonra o, laxtalanmış qan oldu. Sonra Allah onu yaradıb kamil bir görkəmə saldı.","Sonra ondan da bir cüt: kişi və qadın yaratdı.","Məgər insanı nütfədən, sonra da qan laxtasından yaradan Allah, ölüləri haqq-hesaba çəkilmək və etdikləri əmllərin əvəzini vermək üçün yenidən diriltməyə qadir deyilmi?! Əlbəttə ki, O, qadirdir.","İnsanın varlığı heç kəsə məlum olmayan uzun bir dövrü ötüb keçmişdir.","Biz insanı qarışıq nütfədən - kişi ilə qadının nütfəsindən yaratdıq. Onun öhdəsinə qoyduğumuz işlərdə onu sınaqdan keçirmək üçün onu eşidən və görən etdik. Belə etdik ki, onun öhdəsinə qoyduğumuz şəriətin buyuruqlarını yerinə yetirsin.","Həqiqətən, Biz insana elçilərimizin dili ilə hidayət yolunu göstərdik, beləliklə də, zəlalət yolu ona aydın oldu. Bundan sonra o, ya doğru yola yönələr və Allaha şükür edən bir qul olar, ya da doğru yoldan azar və Allahın ayələrini inkar edən kafir bir qul olar.","Doğrudan da, Biz Allaha və Onun peyğəmbərlərinə küfr etmiş kəslər üçün Cəhənnəm sürüklənəcək zəncirlər, orada onlara vurulacaq buxovlar və alovlu bir atəş hazırlamışıq.","Şübhəsiz ki, Allaha itaət edən möminlər qiyamət günü, gözəl iy verən kafur qatılmış şərabla dolu badədən içəcəklər.","İtaətkarlar üçün hazırlanmış bu şərab, suyu rahat götürülən bol və tükənməz olan elə bir bulaqdandır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldib axıdarlar.","Bu bulaqdan içəcək bəndələrin xislətləri belədir ki, onlar özlərinə vacib buyurduqları ibadətləri yerinə yetirər və dəhşəti hər yeri bürüyəcək gündən - qiyamət günündən qorxarlar.","Onlar özlərinin ehtiyacı olan və iştahaları çəkən sevdikləri şeylərdən ehtiyacı olan kasıblara, yetimlərə və əsirlərə yedirdərlər.","Onlar ehtiyacı olan insanları Allahın üzü xatirinə yedirtdiklərini qəlblərində gizli saxlayar və buna görə onlardan nə mükafat, nə də minnətdarlıq gözləməzlər.","Biz Rəbbimizdən gələ bilən, çox kəskin və ağır olduğundan bədbəxt insanların üzünə kədər gətirəcək bir gündən qorxuruq.","Elə buna görə də Allah Öz lütfü ilə onları o əzəmətli günün şərindən qoruyacaq, həmçinin onlara ehtiram göstərərək və qəlblərinə sevinc bəxş edərək onların üzünə gözəllik və nur bəxş edəcəkdir.","Onlar itaət ediləcək işlərdə, Allahın qədəri ilə başlarına gələn müsibətlərdə və bir də günahlardan çəkinməkdə səbir etdiklərinə görə, Allah onlara Cənnəti bəxş edər. Onlar orada olan nemətlərdən istifadə edər, əyinlərinə də ipək geyərlər.","Onlar Cənnətdə bəzədilmiş taxtlar üzərində dirsəklənəcək və orada nə şüasından əziyyət çəkdikləri günəşi, nə də sərt soyuq görəcəklər. Əksinə, onlar daim kölgəlikdə olacaq, nə isti, nə də soyuq görəcəklər.","Cənnət ağaclarının kölgələri onlara yaxınlaşacaq, meyvələri də onları dərmək istəyən kimsənin tam ixtiyarına veriləcək. Onları asanlıqla və rahatlıqla - istər uzanmış halda, istər oturaq halda, istərsə də ayaq üstə - onları dərəcəkər.","Onlar su içmək istədikləri zaman xidmətçilər əllərində gümüş qablar və büllur qədəhlərlə onların ətrafında dolanacaqlar.","O qədəhlər gümüşdən olmaqla yanaşı, şəffaflığında sankı bir şüşə kimidir. Onlar cənnətdəkilərin içmək istədikləri münasib bir ölçüdə, nə ondan artıq, nə də əskik hazırlanmışdır.","Orada o möhtərəm insanlara zəncəfil qatılmış badələrdə şərab içirdiləcəkdir.","Onlar Cənnətdə, Səlsəbil adlanan bir bulaqdan içəcəklər.","Onların ətrafında həmişə cavan olan xidmətçilər dolanacaqlar. Sən o xidmətçiləri gördükdə, onların üzünün parlaq, rənginin gözəl, saylarının çox və özlərinin də müxtəlifliyindən dolayı, onları səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.","Sən Cənnətdə hara baxsan təsəvvür olunmaz nemətlər və bənzəri olmayan əzəmətli səltənət görərsən.","Onların əyninə nazik və qalın ipəkdən dəbdəbəli yaşıl libaslar geyindiriləcək, üstəlik, qollarına da, gümüş bilərziklər taxılacaq. Allah onlara hər bir zərərdən xali olan şərab içirdəcəkdir.","Onlara ehtiram göstərilərək deyiləcək: \"Həqiqətən, sizə bəxş edilmiş bu nemətlər etdiyiniz əməllərin mükafatıdır, əməliniz də, Allah yanında məqbul olunmuş əməldir\".","Ey Peyğəmbər! Biz Quranı sənə bir dəfəyə deyil, tədricən hissə-hissə nazil etdik.","Allahın yazdığı qədərə və ya şəri baxımdan verdiyi hökmlərə səbir et. Nə səni günah iş görməyə çağıran günahkara, nə də səni küfr etməyə təhrik edən kafirə itaət et!","Gündüzün əvvəlində fəcr namazını, axırında da, zöhr və əsr namazlarını qılmaqla Rəbbini xatırla!","Gecə namazlarını - məğrib və işa namazlarını qılmaqla Rəbbini xatırla və onlardan sonra Onun üçün təhəccüd (gecə) namazını qıl!","Həqiqətən, o müşriklər dünya həyatını sevir və ona tamah salır, qiyamət gününü - dəhşətlər və müsibətlərlə dolu o ağır günü isə unudurlar.","Biz onları xəlq etdik və onların məfsəllərini, əzalarını və s. məhkəmləndirməklə xilqətlərini qüvvətləndirdik. Biz onları məhv edib bənzərləri ilə əvəz etmək istədikdə, onları məhv edib bənzərləri ilə əvəz edirik.","Həqiqətən, bu surə bir ibrət və bir xatırlatmadır. Kim istəsə Rəbbinin rizasını qazanmağa aparan bir yol tutar.","Allah sizin, Allah rizasını qazanmağa aparan yolu tutub getmənizi istəməyincə, siz istəyə bilməzsiniz! Bütün işlər Onun ixtiyarındadır. Şübhəsiz ki, Allah qulları üçün nəyin xeyrinə olduğunu və onlar üçün nəyin də zərərli olduğunu daha yaxış biləndir. O, yaratmasında, yazdığı qəza və qədərdə və təyin etdiyi şəri hökmlərində hikmət sahibidir!","O, Öz qullarından dilədiyini mərhəmətinə qovuşdurar, onları iman gətirməyə və yaxşı işlər görməyə müvəffəq edər. Küfr və asiliklər etməklə özlərinə zülm edən kimsələr üçün isə, O, axirətdə ağrılı-acılı əzab - Cəhənnəm əzabı hazırlamışdır.","Uca Allah, at yalı kimi, ardı-ardından göndərilən küləklərə and içir.","O, həmçinin, şiddətlə əsən küləklərə and içir.","Həmçinin, yağışı ətrafa yayan küləklərə and içir.","Uca Allah həmçinin, haqqı batildən ayıran dəlilləri nazil edən mələklərə and içir.","O həmçinin, vəhyi nazil edən mələklərə and içir.","O mələklər insanların Allahın hüzurunda bəhanələri olmaması və insanları Allahın əzabı ilə xəbərdar etmələri üçün vəhyi nazil edirlər.","Sizə vəd edilmiş dirilmə, haqq-hesaba çəkilmə və əməllərin əvəzini alma hadisələri mütləq vaqe olacaqdır.","Ulduzların nuru itəcəyi və işığı sönəcəyi zaman,","Mələklərin nazil olması üçün göy yarılacağı zaman,","Dağlar yerindən qopardılacağı və parça-parça olub toz dənəciklərinə çevrildiyi zaman,","Təyin olunmuş vaxtda Peyğəmbərlər bir yerə toplaşacağı zaman","Öz ümmətlərinə şahidlik etmələri üçün təyin olunmuş əzəmətli gündə.","Bəndələr arasında ayırd ediləcək bir gündə. Həmin gün haqlı olanla haqsız olan kəs, habelə, xoşbət insanla bədbəxt insan bir-birindən ayırd ediləcəkdir.","Ey Peyğəmbər! Sən nə bilirsən ayırd etmə günü nədir?!","Peyğəmbərlərin Allah tərəfindən təbliğ etdiklərini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Məgər əvvəlki ümmətlər Allaha küfr etdikləri və peyğəmbərlərini yalançı saydıqları zaman Biz onları həlak etmədikmi?!","Sonrakı yalan sayanları da onlara qatacağıq, onları da, bunlar kimi həlak edəcəyik.","O ümmətləri məhv etdiyimiz kimi, Muhəmmədin (səllallahu aleyhi vəsəlləm) gətirdiyi risaləti yalan sayan günahkarları da məhv edəcəyik.","Allahın günahkarlara vəd etdiyi cəzanı yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Ey insanlar! Məgər Biz sizi dəyərsiz bir damla sudan - nütfədən xəlq etmədikmi?!","Biz o dəyərsiz nütfəni möhkəm bir yerdə - ana bətnində yerləşdirdik.","Məlum bir vaxta qədər - hamiləlik dövrünün sonunadək.","Biz ana bətnində olan körpənin biçimini, qədd-qamətini, rəngini və s. yaratmağa qüdrətimiz çatdı. Bütün bunları yaratmaq üçün nə gözəl qadir olanlarıq Biz!","Allahın qüdrətini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Məgər Biz yeri insanların hamısını özündə cəm edən yer etmədikmi?!","Diriləri üçün məskunlaşma və məişət qurma yeri, ölüləri üçün isə dəfn edilmə yeri etmədikmi?!","Ey insanlar! Yer üzü lərzəyə gəlib tərpənməsin deyə sizin üçün orada möhkəm dayanan tərpənməz uca dağlar yaratdıq və sizə şirin su içirtdik. Bunları yaradan Allah sizi diriltməyə aciz deyildir.","Allahın verdiyi nemətləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Peyğəmbərlərinin gətirdiyi risaləti yalan sayanlara belə deyiləcək: \"Ey yalançılar! Gedin yalan saydığınız əzabın içinə!","Gedin, tüstüdən əmələ gəlmiş üç qola ayrılan kölgəliyə!","Orada nə kölgəliklərin sərinliyin var, nə də o kölgəliklər sizi Cəhənnəm alovundan və onun isitisindən qoruyar.","Həqiqətən, Cəhənnəm hər biri hündür bir imarət böyüklüyündə qığılcımlar püskürür.","O püskürən qığılcımlar rənginin qaralığında və böyüklüyündə sanki qara dəvə sürükləridir.","Allahın əzabını yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Bu, onların danışa bilməyəcəkləri bir gündür.","Onlara etdikləri küfrə və pis əməllərə görə üzür gətirməyə izin verilməyəcək ki, üzür gətirsinlər.","O gün barəsində varid olan xəbərləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Bu, yaradılanlar arasında ayırd etmə günüdür. Biz bu gün həm sizi, həm də əvvəlki ümmətləri bir yerə cəm etdik!","Əgər Allahın əzabından qurtulmaq üçün qura biləcəyiniz hiyləniz varsa, Mənə qarşı işlədin görək!","Ayırd etmə gününü yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Şübhəsiz ki, Rəbbinin əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə Ondan qorxan kimslər, Cənnətdəki yaşıl ağaclarının kölgəliklərində və şirin suyu olan axar çeşmələr başında,","Və yemək istədikləri meyvələr içində olacaqlar.","Onlara deyiləcək: \"Dünyada ikən saleh əməllər etdiyinizə görə, təmiz yeməklərdən və zərərsiz şərablardan nuşcanlıqla yeyin-için!","Həqiqətən də, Biz yaxşı əməl sahiblərini, sizi mükafatlandırdığımız kimi mükafatlandırırıq!\"","Allahın müttəqilər üçün hazırladğı nemətləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Haqqı yalan sayanlara deyiləcək: \"Dünyada ikən həyatın ləzzətlərindən az müddət zövq alın! Həqiqətən də, siz Allaha qarşı küfr etdiyinizə və Onun elçilərini yalançı saydığınıza görə günahkarlarsınız!","Din günü cəzalandırılacaqlarını yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Haqqı yalan sayan o kəslərə: \"Allah üçün namaz qılın!\" – deyildikdə, onlar namaz qılmazlar.","Peyğəmbərlərin Allah qatından gətirdiklərini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!","Onlar Rəbbi tərəfindən nazil edilmiş bu Qurana inanmayandan sonra başqa hansı sözə inanacaqlar?!"]