["Mülk Əlində Olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır. O hər şeyə qadirdir.","Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.","Yeddi göyü bir-birinin üzərində yaradan Odur. Sən Rəhmanın yaratdığında bir uyğunsuzluq görməzsən. Gözünü qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi?","Sonra gözünü qaldırıb (göyə) təkrar təkrar bax. Göz (orada bir uyğunsuzluq tapmayıb) zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.","Biz səmanı ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.","Rəbbinə küfür edənlər Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.","Onlar (kafirlər) oraya atıldıqda Cəhənnəmin dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.","Cəhənnəm qəzəbindən az qala parçalansın. Ora (Cəhənnəmə) hər dəfə bir dəstə atıldıqda onun gözətçiləri onlardan: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”– deyə soruşacaqlar.","Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.","Onlar: “Əgər biz (peyğəmbərləri) dinləsəydik və ya anlasaydıq Cəhənnəm əhli içində olmazdıq!”– deyəcəklər.","Onlar öz günahlarını etiraf etdilər. Cəhənnəm əhli (Allahın rəhmətindən) uzaq olsun!","Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat var.","(Ey insanlar!) Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də (fərqi yoxdur). O, sinələrdə (qəlblərdə) olanları biləndir.","Məgər yaradan (Allah) yaratdığını bilməzmi? O, Lətifdir (hər şeyi incəliyinə qədər biləndir) və (hər şeydən) Xəbərdar.","Yeri sizin ixtiyarınıza verən Odur. Onun qoynunda gəzin və Allahın (sizə bəxş etdiyi) ruzisindən yeyin. Qayıdış da Onadır.","(Ey kafirlər!) Göydə olanın (Allahın) sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir.","Yaxud göydə olanın (Allahın) üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim (əzabla) qorxutmağımın necə olduğunu biləcəksiniz.","Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Bir görəydin) Mənim (onları) həlak etməyim necə oldu!","Məgər onlar üstlərində dəstə-dəstə qanad çalaraq uçan quşları görmürlərmi? Onları (havada) ancaq Rəhman (olan Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.","Yaxud Rəhmandan başqa sizə yardım edəcək bu qoşununuz (tərəftarlarınız) kimdir? Kafirlər ancaq aldanmaqdadırlar!","Yaxud O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və (haqdan) boyun qaçırmaqda davam edirlər.","Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda dik gedən?","(Ey Peyğəmbər!) De: “Sizi yaradan, sizə qulaqlar, gözlər və qəlblər verən Odur. Necə də az şükür edirsiniz!”","(Ey Peyğəmbər!) De: “Sizi yer üzünə yayan Odur. Siz Onun hüzuruna toplanacaqsınız!”","Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaqdır?”– deyirlər.","(Ey Peyğəmbər!) De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!”","Kafirlər əzabın yaxınlaşdığını gördükdə üzləri qaralacaq və onlara: “İstədiyiniz (əzab) budur!”– deyiləcəkdir.","(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, (bəs siz) kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”","(Ey Peyğəmbər!) De: “O, Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etdik. Kimin açıq-aydın azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.","(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”","Nun. And olsun qələmə və (insanların qələmlə) yazdıqlarına!","(Ey Peyğəmbər!) Sən Rəbbinin neməti sayəsində dəli deyilsən.","Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat vardır.","Həqiqətən də, sən böyük əxlaq sahibisən!","Sən də görəcəksən, onlar da görəcəklər –","hansınızın dəli olduğunu.","Şübhəsiz ki, Rəbbin kimin Onun yolundan azdığını və (kimin də) haqq yolda olduğunu daha yaxşı bilir.","(Ey Peyğəmbər! Elə isə haqqı) yalan sayanlara itaət etmə!","Onlar (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.","(Ey Peyğəmbər!) İtaət etmə hər tez-tez and içənə, alçağa,","qeybət edənə, (insanlar arasında) söz gəzdirənə,","xeyrə mane olana, (zülm etməklə) həddi aşana, günahkara,","daş ürəkliyə, bunlardan sonra da (özünü başqasının nəsəbinə sırıyan) fırıldaqçıya –","o, var-dövlət və oğul-uşaq sahibi olsa belə.","Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– dedi.","Biz onun burnuna damğa vuracağıq.","Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da (Məkkə mürşiklərini də) sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (miskinlər gəlməzdən öncə bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər.","İstisna da etməmişdilər (“inşallah” deməmişdilər).","Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.","(Bağ yanıb) zülmət gecə kimi (qapqara) oldu.","Səhər açıldıqda bir-birlərinə səsləndilər:","“Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”","Onlar (bağa) yollandılar, (yol boyu) da bir-birlərinə pıçıldayaraq belə deyirdilər:","“Bu gün orada heç bir miskin yanınıza girməsin!”","Onlar bu məqsədlə (miskinləri bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.","Onlar bağı gördükdə (belə) dedilər: “(Deyəsən) biz səhv gəlmişik!","Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”","Onların ən yaxşısı dedi: “Məgər mən sizə (Allahı) təsbih etməli olduğunuzu demədimmi?”","Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz zalımlardan olmuşuq!”– dedilər.","Onlar dönüb bir-birlərini qınamağa başladılar","(belə) dedilər: “Vay halımıza! Biz həddi aşanlardan olduq!","Ola bilsin ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.","(Dünyadakı) əzab da belədir. Axirət əzabı isə daha böyükdür! Kaş ki biləydilər!","Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır.","Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?!","Sizə nə olub, necə hökm verirsiniz?!","Yoxsa sizin elə bir kitab var ki, (günahkarla itaətkarın eyni olduğunu) oradan oxuyursunuz?!","(Ya da) orada bəyəndiyiniz hər bir şeyin sizin üçün olacağı vardır?!","Yaxud Qiyamət gününədək hökm edib istədiyiniz hər şeyin sizin üçün olacağına dair Bizimlə əhd bağlamısınız?!","(Ey Peyğəmbər!) Onlardan soruş ki, kim buna zamindir?","Yoxsa onların şəriklərimi vardır? Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər.","O gün baldır açılacaq və onlar səcdəyə dəvət olunacaqlar, lakin (kafirlər) bunu bacarmayacaqlar.","(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağ-salamat olduqları halda səcdəyə dəvət olunurdular.","(Ey Peyğəmbər!) Bu Sözü (Quranı) yalan sayanları Mənə burax. Biz onları özləri də bilmədən tədricən əzaba sürükləyirik.","Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox şiddətlidir.","(Ey Peyğəmbər!) Yoxsa sən (risaləti təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və (buna görə də) onlar ağır bir borca düşüblər?!","Yoxsa qeyb (elmi) onların yanındadır onlar da (ona baxıb istədiklərini) yazırlar?!","Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus peyğəmbər) kimi olma! Bir zaman o, (balığın qarnında) qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.","Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (balığın qarnından heç bir bitki bitməyən) boş yerə atılacaqdı.","(Lakin) Rəbbi onu seçib salehlərdən etdi.","Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirsinlər. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.","Halbuki o (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir!","Haqq olan (Qiyamət)!","Nədir haqq olan (Qiyamət)?","Sən nə biləsən ki, nədir haqq olan (Qiyamət)?","Səmud və Ad (qövmləri qəlbləri) qorxuya salan Qiyaməti yalan saydılar.","Səmud (qövmü) qorxunc bir səslə məhv edildi.","Ad qövmü isə olduqca soyuq və şiddətli küləklə məhv edildi.","Allah onu (o küləyi) yeddi gecə, səkkiz gün ardıcıl onların üstündə əsdirdi. (Əgər orada olsaydın,) sən onların çürümüş boş xurma gövdələri kimi yerə sərilmiş görərdin.","(İndi) sən onlardan qalan bir kimsə görürsənmi?!","Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (əhli olan Lut qövmü) də günah işlətmişdilər.","Onlar Rəbbinin elçisinə asi oldular, Allah da onları (şiddəti) artan bir əzabla yaxaladı.","Su aşıb-daşdığı zaman sizi gəmidə (Nuhun gəmisində) Biz daşıdıq.","Biz bunu sizə bir ibrət olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik.","Sur bircə dəfə üfürüləcəyi,","yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –","həmin gün Vaqiə qopacaq.","Göy həmin gün zəyifləyib, parça-parça olacaqdır.","Mələklər isə onun (göyün) ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır.","(Ey insanlar!) O gün siz (Allaha) ərz olunacaqsınız. Heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır.","Kitabı sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, oxuyun kitabımı!","Çünki mən (Qiyamət günü) öz hesabımla qovuşacağama inanırdım”.","O, xoşbəxt həyat sürəcək –","uca bir Cənnətdə –","(elə bir Cənnətdə ki,) onun meyvələri yaxın olacaqdır.","(Onlara:) “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– (deyiləcəkdir).","Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!","Hesabımı da bilməyəydim!","Kaş ilk ölümüm əbədi olaydı!","Malım mənə fayda vermədi (məni Allahın əzabından qurtarmadı).","Hökmranlığım da məhv olub getdi”.","(Mələklərə deyiləcəkdir:) “Onu tutub bağlayın!","Sonra da Cəhənnəmə atın!","Sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın!","Çünki o, Əzəmətli olan Allaha iman gətirmirdi.","Miskini yedirtməyə rəğbətləndirmirdi.","Bu gün burada onun üçün bir dost tapılmaz.","Qanlı irindən başqa yeməyi də yoxdur.","Onu ancaq günahkarlar yeyər”.","And içirəm gördüklərinizə,","Və görmədiklərinizə!","O, möhtərəm bir Elçinin sözüdür.","O, şair sözü deyil! Nə az inanırsınız!","O, kahin sözü də deyil! Nə az düşünürsünüz!","O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!","Əgər o (Muhamməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,","Biz ondan şiddətli intiqam alardıq.","Sonra da şah damarını kəsərdik.","Sizdən heç kəs buna mane ola bilməzdi.","Həqiqətən, o (Quran) müttəqilər üçün bir öyüd-nəsihətdir.","Şübhəsiz ki, aranızdan (Quranı) yalan sayanlar olduğunu da bilirik!","Həqiqətən, o (Quran, Qiyamət günü) kafirlər üçün bir peşmançılıqdır.","Şübhəsiz ki, o (Quran) gerçək bir həqiqətdir.","(Ey Peyğəmbər!) Elə isə Əzəmətli Rəbbinin adı ilə təsbih et!","İstəyən kimsə baş verəcək əzabı istədi –","(bunu) kafirlər üçün istədi. Onu (o əzabı kafirlərdən) dəf edəcək bir kimsə yoxdur.","(O əzab), uca məqamlar sahibi olan Allahdandır.","Mələklər və Ruh (Cəbrail) Allaha doğru müddəti əlli min ilə bərabər bir gündə yüksələrlər.","(Ey Peyğəmbər!) Sən gözəl bir səbirlə səbir et!","Onlar (kafirlər) o əzabı uzaq olduğunu görürlər.","Biz isə onun yaxın olduğunu görürük.","O gün göy əridilmiş mədən kimi olacaqdır.","Dağlar da (didilmiş) yun kimi olacaqdır.","Dost dostun halını soruşmayacaqdır.","Onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,","zövcəsini və qardaşını,","(Çətin gündə) ona sığınacaq verən qohum-əqrabasını","və yer üzündə olanların hamısını (fidyə versin) özünü (Allahın əzabından) xilas etsin.","Xeyr! O, alovlu Oddur –","başın dərisini sıyırıb çıxaran (bir od).","(O od) çağırır (haqqa) arxa çevirəni, (ondan) üz döndərəni","və (mal-dövlət) yığıb saxlayanı.","Həqiqətən, insan (mal-dövlətə) çox həris yaradılmışdır.","Ona (yoxsulluq və xəstəlik kimi) bir şər toxunduqda özündən çıxar.","Ona bir xeyir nəsib olduqda isə (Allah yolunda xərcləməkdən) xəsislik edər.","Yalnız namaz qılanlardan başqa.","O kəslər ki, namazlarında daimidirlər.","O kəslər ki, onların mallarında bəlli bir haqq var –","dilənən və (həya edib istəmədiyinə görə) məhrum qalan kimsə üçün.","O kəslər ki, Din gününü təsdiq edirlər.","O kəslər ki, Rəbbinin əzabından qorxurlar.","Çünki Rəbbinin əzabından əmin olmaq olmaz.","O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyurlar –","yalnız zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Onlar (buna görə) qınanmazlar.","Bundan artığını istəyənlər isə həddi aşanlardır.","O kəslər ki, əmanətlərinə və əhdlərinə riayət edirlər.","O kəslər ki, şahidliklərində doğrudurlar.","O kəslər ki, namazlarını qoruyarlar (namazlarını layiqincə əda edərlər).","Onlar Cənnətlərdə hörmət göstəriləcək kimsələrdir.","(Ey Peyğəmbər!) Sənə doğru tələsən kafirlərə nə olub belə –","sağdan-soldan dəstə-dəstə (ətrafına yığışırlar)?","Yoxsa onların hər biri Nəim cənnətinə daxil olacağına ümidmi edir?!","Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən (bir qətrə nütfədən) xəlq etdik.","And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, –","onları daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz.","(Ey Peyğəmbər!) Vədə olunduqları günə qovuşanadək onları tərk et, qoy (batil inanclarına) dalsınlar və əylənsinlər.","O gün onlar (dünyada ibadət etdikləri) bütlərə can atırmışlar kimi qəbirlərdən tələm-tələsik çıxacaqlar.","(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd edilmiş (Qiyamət) günüdür!","Biz Nuhu: “Qövmünə ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl onları xəbərdar et!”– deyə öz qövmünə göndərdik.","(Nuh) dedi: “Ey qövmüm! Mən sizi (Allahın əzabı ilə) açıq-aydın xəbərdar edənəm!","Allaha ibadət edin, Ondan qorxun və mənə tabe olun!","(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər. Allahın (müəyyən etdiyi) əcəl gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”","(Nuh) dedi: “Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət etdim.","Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı.","Onları bağışlayasan deyə, mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.","Sonra mən onları aşkarcasına dəvət etdim.","Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib","dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!","(Əgər belə etsəniz) O, sizə göydən bol-bol yağış göndərər,","var-dövlətinizi və oğul-uşağınızı çoxaldar, sizin üçün bağlar yaradar və çaylar axıdar.","Sizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz?","Axı O sizi mərhələlərlə (əvvəl nütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən və sonda isə insan şəklində) yaratdı.","Məgər Allahın yeddi (qat) göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüzmü?","Orada ayı bir nur, günəşi də çıraq etdi.","Allah sizi (atanız Adəmi) yerdən bir bitki kimi bitirdi.","Sonra sizi ora qaytaracaq və (qiyamət günü dirildib oradan təkrar) çıxardacaqdır.","Allah yeri sizin üçün xalı təki döşədi ki,","orada geniş yollarda gəzəsiniz”.","Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan kimsələrə (kafir başçılarına) tabe oldular.","Onlar (kafir başçılar mənə qarşı) böyük bir hiylə işlətdilər","və (özlərinə tabe olanlara) dedilər: “İlahlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”","Onlar çoxlarını azdırdılar. (Ey Rəbbim!) Sən də zalımların azğınlığını artır”.","Onlar günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar Allahdan savayı köməkçilər tapmadılar.","Nuh dedi: “Ey Rəbbim! Yer üzündə kafirlərdən heç bir kimsəni sağ bıraxma!","Əgər Sən onları sağ buraxsan, onlar Sənin qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər.","Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin olaraq daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zalımların isə ancaq həlakını artır!”","(Ey Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran eşitdik!","O, doğru yola yönəldir. Biz ona iman gətirdik və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.","Doğrudan da, Rəbbimizin əzəməti çox ucadır. O Özünə nə bir zövcə, nə də bir övlad götürmüşdür.","Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz yalan danışırmış.","Biz isə insanların və cinlərin Allah barəsində əsla yalan söyləməyəcəklərini zənn edirdik.","Həqiqətən, insanlardan bəziləri (cahiliyyət dövründə) cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.","(Ey cinlər!) Onlar (insan) da siz zənn etdiyiniz kimi, Allah heç kəsi (öldükdən sonra yenidən) diriltməyəcəyini zənn edirdilər.","Biz səmaya qalxdıqda onun (mələklərdən ibarət) sərt gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.","Halbuki (daha öncə) biz (mələklərin söhbətini) dinləmək üçün göyün bəzi yerlərində otururduq. Amma indi kim (onları) dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan ulduza rast gələr.","Biz bilmirik (mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə), yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?","Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq.","Biz yer üzündə Allahı aciz buraxmayacağımızı və qaçaraq da Ondan canımızı qurtara bilməyəcəyimizi anladıq.","Biz doğru yolu göstərən rəhbəri (Quranı) eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxar.","Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) azanlar da. Müsəlman olanlar doğru yolu axtaranlardır.","(Doğru yoldan) azanlar Cəhənnəm üçün odun olacaqlar”.","Əgər onlar (Məkkə müşrikləri) o yolda sabit olsaydılar, Biz onlara bol-bol su verərdik.","Onları bununla (bu nemətlə) imtahana çəkmək üçün etdik. Kim Rəbbinin zikrindən üz döndərərsə, (Allah) onu məşəqqətli bir əzaba məruz qoyar.","Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!","Allahın qulu (Muhamməd) Allaha ibadət etmək üçün (namaz qılmağa) qalxdıqda (cinlər Quranı dinləmək üçün) az qala onun ətrafında bir-birinə üstünə topalaşırdılar.","(Ey Peyğəmbər!) De: “Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!”","De: “Mən sizə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm!”","De: “Məni Allahdan (Allahın əzabından) heç kəs xilas edə bilməz və mən Ondan başqa bir sığınacaq tapa bilmərəm!","(Edə biləcəyim) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu vardır”.","Onlar özlərinə vəd olunduqlarını (Qiyamət əzabını) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.","De: “Mən sizə vəd olunanın (Qiyamətin) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etdiyini bilmirəm.","O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz;","yalnız razı qaldığı elçidən başqa. Allah onun önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyur ki,","(Peyğəmbərlərinin), Rəbbinin göndərdiklərini (necə) təbliğ etdiyini bilsin. Allah onların etdiklərini ehtiva etmişdir və hər şeyi ayrı-ayrılıqda hesaba almışdır”.","Ey (libasına) bürünən (Peyğəmbər)!","Gecəni az bir hissəsi müstəsna olmaqla (gecələr namaza) dur!","(Gecənin) yarısını, yaxud ondan bir az əskilt,","və ya ona artır. Quranı da aramla oxu!","Həqiqətən, Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.","Sözsüz ki, gecə (namaz qılmaq üçün) qalxmaq çox çətin və (Quran) oxumaq daha münasibdir.","Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var.","Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!","O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Elə isə Onu (özünə) Himayəçi götür!","Onların (Müşriklərin) dediklərinə səbir et və onlardan gözəl tərzdə uzaqlaş.","Məni, (ayələrimi) yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.","Bizdə (onlar üçün) qandallar və Cəhənnəm hazırlanmışdır,","boğazda tıxanıb qalan yemək və ağrılı-acılı bir əzab da (vardır).","O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcək.","(Ey Məkkə əhli!) Biz (Musanı) Firona elçi göndərdiyimiz kimi sizə də (qiyamət günü əməllərinizə) şahidlik edəcək (Muhammədi) elçi göndərdik.","Firon elçiyə (Musaya) asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.","Əgər küfr etsəniz, uşaqların saçlarını ağardan bir gündən (qiyamətin əzabından) özünüzü necə qoruyacaqsınız?","O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.","Bu bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar.","(Ey Peyğəmbər!) Rəbbin, sənin və səninlə birlikdə olanların (səhabələrin) bir qismi (bəzən) gecənin üçdə ikisindən azını, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) qalxdığınızı bilir. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi (yaxud gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan sizə müyəssər olanı oxuyun! O, bəzilərinizin xəstə olacağını, digərlərinizin Allahın lütfündən (ruzi) axtarmaq üçün səfərə çıxacağını, bir qisminizin də Allah yolunda vuruşacağını bilir. Buna görə (namaz qılarkən) ondan (Qurandan) sizə müyəssər olanı oxuyun! Namaz qılın, zəkat verin və Allaha gözəl (könül xoşluğu ilə) bir borc verin. (Dünyada) özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Allahdan bağışlanma diləyin! Allah Bağışlayandır, Rəhmlidir!","Ey (libasına) sarınan (Peyğəmbər)!","Qalx (insanları) xəbərdar et!","Rəbbini uca tut!","Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)","Pis şeyləri tərk et! (Bütlərə ibadət etməkdən uzaq dur!)","Çox görərək minnət qoyma. (Yaxşılığı təmənna məqsədilə etmə!)","Rəbbin üçün səbir et!","Sura üfürüləcəyi zaman,","O gün çətin bir gün olacaqdır.","(Həmin gün) kafirlərə asan olmayacaqdır.","(Ey Peyğəmbər! Anasının bətnində heç bir mal-dövləti və övladı olmadığı halda) tək olaraq yaratdığım kimsəni (Valid ibn Müğiranı) Mənə burax.","Mən ona çoxlu var-dövlət bəxş etdim,","Hər zaman yanında olan oğullar (verdim),","onu hər cür imkanlarla təmin etdim.","(Buna rəğmən) o, yenə də (ona verilən nemətləri) artırmağımı istəyir.","Xeyr! Çünki o, ayələrimizə qarşı inadkarlıq edirdi.","Mən onu məşəqqətli bir əzaba sürükləyəcəyəm.","Çünki o, (Quran barədə nə deyəcəyini) fikirləşdi və qərar verdi.","Ona ölüm olsun! Necə qərar verdi?!","Sonra ona ölüm olsun! Necə qərar verdi?!","Sonra nəzər saldı.","Sonra (Qurana tənə etməyə bir şey tapmadıqda) üz-gözünü turşudub, qaşqabağını tökdü.","Sonra da arxasını çevirib təkəbbürlük göstərdi.","və dedi: “Bu, (sehrbazlardan) eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!","Bu, insan kəlamından başqa bir şey deyildir\".","Mən onu Səqərə (Cəhənnəmə) salacağam.","(Ey Peyğəmbər!) Sən nə biləsən ki, Səqər nədir?!","O (kimsəni sağ) qoymaz, (salamat) buraxmaz!","dərini yandırıb-yaxar.","Onun üzərində on doqquz (gözətçi mələk) var.","Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir.","Xeyr! And olsun aya!","And olsun dönüb gedən gecəyə!","And olsun ağarmaqda olan sübh çağına!","Doğrudan da o (Səqər) böyük bir bəladır.","(O) insanlar üçün xəbərdarlıqdır.","Sizlərdən (yaxşı işlər görüb) irəli getmək və ya (günah edib) geriyə qalmaq istəyənlər üçün.","Hər kəs etdiyi əməlin girovudur.","Yalnız sağ tərəf sahiblərindən başqa.","Onlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –","günahkarlar barəsində.","Sizi Səqərə salan nədir?","Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.","Miskini də yedizdirməzdik.","Batilə dalanlarla birlikdə biz də dalardıq,","Haqq-hesab gününü yalan hesab edərdik –","ölüm bizə gələnə qədər”.","Şəfaətçilərin şəfaəti onlara fayda verməz.","Onlara nə olub ki, öyüd-nəsihətdən (Qurandan) üz döndərirlər?","Onlar sanki ürküdülmüş (vəhşi) uzunqulaqlardır.","Ovçulardan (yaxud aslandan) hürküb qaçırlar.","Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir.","Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.","Xeyr! Bu (Quran) bir öyüd-nəsihətdir.","İstəyən ondan öyüd alar.","(Bilin ki,) Allah istəmədikcə onlar öyüd-nəsihət ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!","And içirəm Qiyamət gününə!","And içirəm özünü qınayan nəfsə!","Məgər insan (ölüb çürüdükdən sonra) onun sümüklərini bir yerə yığa bilməyəcəyimizimi zənn edir?!","Bəli, Biz onun barmaq uclarını da bərpa etməyə qadirik.","Lakin insan (bundan sonra da) günah etmək istəyər.","O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur.","Göz bərələcəyi,","ay tutulacağı","günəşlə ayın qovuşacağı zaman –","o gün insan: “Qaçacaq yer haradadır?”– deyəcəkdir.","Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaqdır.","O gün qayıdış (ancaq) Rəbbinə olacaqdır.","O gün insana etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.","Əslində, insan öz əleyhinə şahiddir.","Hər cür üzrxahlıq etsə də (fayda verməz)!","(Ey Peyğəmbər! Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!","Şübhəsiz ki, onu (qəlbində) cəm etmək və (dilində) oxutmaq Bizə aiddir.","Biz onu (Cəbrailin dili ilə) oxuduğumuz zaman sən onun oxunuşuna tabe ol.","Sonra onu bəyan etmək də Bizə aiddir.","Xeyr! Əksinə, siz tez ötüb keçəni (fani dünyanı) sevirsiniz.","Axirəti isə tərk edirsiniz.","O gün (bir çox) üzlər parlayacaq,","öz Rəbbinə baxacaqdır.","O gün (bir çox) üzlər də tutulub qaralacaq,","ona böyük bir müsibət üz verəcəyini zənn edəcəkdir.","Xeyr, (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;","“Kimdir ovsun edən?”– deyiləcək.","(Can verən kimsə dünya həyatından) ayrıldığını yəqin edəcəyi","ayaq ayağa dolaşacağı zaman –","o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcək.","O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.","Lakin (haqqı) yalan saydı və üz döndərdi.","Sonra da lovğa-lovğa ailəsinin yanına getdi.","Vay sənin halına, vay!","Sonra da vay sənin halına, vay!","Yoxsa insan başlı-başına buraxılacağınımı güman edir?!","Məgər o, mənidən axıdılan bir damla nütfə deyildimi?","Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir surət verdi.","Ondan da biri kişi, biri qadın olmaqla iki cift yaratdı.","Məgər (bunları edən) Allah ölüləri diriltməyə qadir deyilmi?","İnsanın üzərindən elə bir dövr ötüb keçmişdir ki, o, (həmin dövrdə məxluqat arasında) xatırlanmağa layiq bir şey olmamışdır!","Biz insanı qarışıq nütfədən yaradaraq, onu sınağa çəkmək üçün eşidən və görən etdik.","Biz ona haqq yolu göstərdik! (Bundan sonra o,) istər şükür etsin, istər nankor olsun.","Biz kafirlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.","Yaxşı əməl sahibləri kafur qatılmış (şərabla dolu) badədən içəcəklər.","O (kafur) elə bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onu istədikləri səmtə yönəldərlər.","Onlar vəd etdikləri nəziri yerinə yetirər və şəri hər tərəfə yayılacaq gündən (Qiyamət günündən) qorxarlar.","Özlərinin yeməyə olan istəyinə (ehtiyacına) rəğmən ondan miskinə, yetimə və əsirə yedizdirər","(və deyərlər:) “Biz sizi yalnız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedirdirik və sizdən nə bir qarşılıq, nə də bir təşəkkür istəyirik!","Biz, sərt və cətin bir gündə (Qiyamət günündə) Rəbbimizdən qorxuruq!”","Allah onları o günün şərindən qoruyar və onlara (üzlərinə) nur, (qəlblərinə) sevinc bəxş edər,","onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (onları orada geyəcəkləri) ipəklə mükafatlandırar.","Onlar orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də soyuq görəcəklər.","(Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də onların ixtiyarına veriləcəkdir.","Onların ətrafına (təamlarla dolu) gümüşdən qablar və büllur qədəhlər dolandırılacaq.","Gümüşdən olan (şəffaflığından bayırından içərisi görünən) elə büllur qədəhlər ki, (Cənnətdəki xidmətçilər) onları (Cənnət əhlinin) içmək istədikləri həcmdə etmişlər.","Onlara orada zəncəfil qatılmış (şərab) badəsi də içirdiləcəkdir.","Oradakı Səlsəbil adlanan bir bulaqdan.","Onların ətrafında həmişəcavan olan (xidmətçi) oğlanlar dolanacaqlar. Sən onları gördükdə (ətrafa) səpələnmiş mirvari olduqlarını sanarsan.","(Cənnətdə) hara baxsan nemət və böyük bir mülk görərsən.","Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər taxılacaqdır. Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.","(Onlara belə deyiləcəkdir:) “Bu sizin mükafatınızdır. Səyiniz (Allah yanında) məqbuldur”.","(Ey Peyğəmbər!) Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.","Elə isə Rəbbinin hökmünə səbr et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!","Səhər-axşam Rəbbinin adını zikr et!","Gecənin bir hissəsində Ona səcdə et (məğrib və işa namazlarını qıl). Gecədə uzun müddət Onu təsbih et! (Təhəccüd namazı qıl!)","Bunlar (Məkkə müşrikləri) keçici dünyanı sevir, qarşılarındakı ağır günə (qiyamət gününə) isə üz çevirərlər.","Onları Biz yaratdıq və xilqətlərini möhkəmlətdik (oynaqlarını və əzələlərini bir-birinə bağladıq). Əgər istəsəydik, (onları) özlərinə bənzərləri ilə əvəz edərdik.","Bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə Rəbbinə aparan bir yol tutar.","Allah (Ona aparan doğru yol tutmağı kiməsə) istəməyincə, siz (bunu özünüz üçün) istəyə bilməzsiniz! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!","Allah istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə ağrılı-acılı bir əzab hazırlamışdır.","And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə, mələklərə yaxud peyğəmbərlərə)","və şiddətlə əsənlərə (küləklərə və ya mələklərə)!","And olsun (Allahın əmrini) yaydıqca yayanlara,","(haqqı batildən) ayırdıqca ayıranlara","və zikri (peyğəmbərlərə) çatdıranlara –","üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara)!","Sizə vəd edilən (Qiyamət) mütləq vaqe olacaqdır.","Ulduzlar sönəcəyi zaman;","Göy yarılacağı zaman;","Dağlar yerindən qoparılıb havada toz kimi uçacağı zaman;","Elçilərə (ümmətlərinə şahidlik etmələri üçün) vaxt təyin ediləcəyi zaman","(Belə deyiləcəkdir:) \"(Bunlara) hansı günə qədər möhlət verilmişdir?\"","(Cavabında deyiləcəkdir:) “(Haqqı batildən, xoşbəxti bədbəxtən) ayırd ediləcəyi günə qədər!”","(Ey Peyğəmbər!) Sən nə bilirsən ayırd etmə günü nədir?!","O gün (Qiyaməti) yalan sayanların vay halına!","Məgər Biz əvvəlkiləri həlak etmədikmi?!","Sonra axırda gələnləri də onlara qatacağıq.","Biz günahkarlarla belə edərik.","O gün (Qiyaməti) yalan sayanların vay halına!","(Ey insanlar!) Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?","Biz onu (nütfəni) möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.","Məlum bir vaxta qədər.","Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!","O gün (Qiyaməti) yalan sayanların vay halına!","Məgər Biz yeri məskən etmədikmi –","dirilərə və ölülərə?","Biz orada möhkəm dayanan uca dağlar yaratdıq və sizə şirin su içirtdik.","O gün (Qiyaməti) yalan sayanların vay halına!","(Onlara belə deyiləcəkdir:) “Gedin (dünyada) yalan hesab etdiyinizə (Cəhənnəm əzabına)!","(Cəhənnəm tüstüsündən) üç qola ayrılan kölgəsinə gedin!”","Ora nə kölgə salar, nə də alovdan qoruyar.","O (Cəhənnəm) saray boyda qığılcımlar püskürər.","Sanki o (qığılcımlar) qara dəvələrdir.","O gün (Qiyaməti) yalan sayanların vay halına!","Bu, onların (günahkarların) danışa bilməyəcəkləri (bir) gündür.","Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.","O gün (Qiyaməti) yalan sayanların vay halına!","Bu (gün, haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə) cəm etdik!","Əgər hiyləniz varsa, Mənə qarşı hiylə qurun!","O gün (Qiyaməti) yalan sayanların vay halına!","Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında","və iştahları çəkdiyi meyvələr içində olacaqlar.","(Onlara belə deyiləcəkdir:) “Etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin-için!","Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”","O gün (Qiyaməti) yalan sayanların vay halına!","(Kafirlərə belə deyiləcəkdir:) “Yeyin və (dünyada) bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!","O gün (Qiyaməti) yalan sayanların vay halına!","Onlara: “Rüku edin (namaz qılın)!”– deyildiyi zaman rüku etməzlər (namaz qılmazlar).","O gün (Qiyaməti) yalan sayanların vay halına!","Onlar bundan (Qurandan) sonra hansı sözə inanacaqlar?!"]