["Biz sənə xəbər verdiyimiz elçilərin bəzilərini vəhy nazil etmə, tərəfdarlar və dərəcələr baxımından di­gərlə­rindən üstün etdik. Allah on­lar­dan Musa - aleyhissəlam - kimi bəzisi ilə danış­mış və Muhamməd (sallallahu aleyhi və səlləm) kimi bəzisini isə yüksək dərəcələrə qaldırmışdir, çünki Allah onu, bütün bəşəriyyətə peyğəmbər göndərmiş, peyğəmbərliyə onunla da xitam vermiş və ümmətini isə bütün ümmətlərdən üstün edilmişdir. Biz Məryəm oğlu İsaya onun peyğəmbərliyinə dəlalət edən: ölüləri dirildmək, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldmaq kimi açıq-ay­dın möcüzələr ver­dik və Biz onu, Allahın əmrlərini yerinə yetirmək üçün Cəb­rail - aleyhissəlam - ilə qüvvətlən­dir­dik. Əgər Allah istəsəydi, peyğəmbərlərdən son­ra gə­lən­lər özlərinə açıq-aydın dəlil­lər gəl­dikdən sonra bir-bi­ri­ləri ilə vuruşmaz­dılar. La­kin onlar ixti­laf et­dilər və bu səbəbdən ayrılığa düşdülər. Onlar­dan ki­mi­si Allaha iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah onların vuruşmamasını istə­səy­di, onlar bir-biriləri ilə vu­ruş­maz­­dılar. La­kin Allah istə­di­yini edər. İstədiyini rəhməti və lütfü ilə imana yönəldir, istədiyini isə ədaləti və hikməti ilə haqq yoldan azdırır.","Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qiyamət günü gəlməmişdən ön­cə, sizə ru­zi verdiyimiz müxtəlif növlü halal mallardan Allah yo­lunda xərcləyin! O gün inasan, ona fayda verən bir şeyi qazanması üçün alış-verişin etməsi mümkün olmaz, çətin vaxta yardım edən dost, köməyə gəlməz və Allahın istədiyi və Özünün razı qaldığı kimsələr müstəsna olmaqla heç bir vasitəçi, ondan heç bir zərəri uzaqlaşdıra yaxud ona bir xeyir verə bilməz. Kafir­lər, Uca Allaha küfür etdikləri üçün həqiqi za­lımdırlar.","Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur. O, kamil həyata və qəyyumluğa sahib olduğu üçün Onu, nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa hamısı yalnız Ona məxsusdur. Onun izni və razılığı olmadan Onun yanında kimsə başqasına şəfaət edə bilər O, məxluqatın olub keçmiş, hələ baş verməmiş və gələcəkdə baş verəcək bütün işlərini bilir. Onlar Uca Allahın elmindən, yalnız Onun, insanlara bildirmək istədiyindən başqa heç bir şey bilməzlər. Onun Kürsüsü -Kürsü: Rəbbin iki ayağını qoyduğu yerdir- göylər və yerin geniş və əzəmətli olmasına rəğmən bütünlüklə əhatə edir. Bunları qoruyub saxlamaq Ona çətin yaxud da ağır gəlməz. O, zatı, qüdrəti və hökmüranlığı ilə Ucadır, mülkündə və sultanlığında ən böyükdür.","Kiminsə İslam dininə daxil olamsı üçün məcburiyyət yox­dur. Çünki bu din, haqq və açıq-aydın bir dindir elə buna görə də kiminsə bu dinə daxil olması üçün məcburiyyətə ehtiyac yoxdur. Ar­tıq doğru yol azğınlıq­dan ay­dın fərqlə­nir. Hər kim Allahdan başqa hər bir ibadət olunanları inkar edib tək Allaha iman gətirərsə, artıq o, Qiyamət günü nicat tapmaq üçün heç vaxt qırılmayan, ən möhkəm səbəb ilə dindən yapış­mış olar. Allah qullarının dedikləri hər bir şeyi eşi­dəndir, etdikləri hər bir şeyi bi­ləndir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.","Allah Ona iman gətirənlərlə dostluq edər, onları müvəffəq edər, işlərində kömək olar və onları küfür və cəhalət zülmət­lər­dən iman və elm nu­ra çı­xarar. Kafirlərin dost­ları isə onlara küfrü gözəl göstərən və onları iman və elm nurdan küfür və cəhalət zülmətlə­rinə çıxaran ilahlar və bütlərdir. On­lar od sa­kin­­ləridirlər və onlar orada əbədi qala­caq­lar!","Ey Peyğəmbər! Sən, İbrahim - aleyhissəlam - ilə Allahın Rəbb olması və təkliyi barədə mücadələ edən tağutun cürətindən daha təcüblü bir şey gördünmü?! O, Allaha qarşı cürət etdi, çünki Allah ona mal-dövlət verdi o isə bunun əvəzində həddini aşdı. İbrahim ona Rəbbinin sifətlərini bəyan edərək dedi: \"Mənim Rəb­bim bütün məxluqatı dirildir və öl­dürür!\". O azğın inadkarlıq edərək: \"Mən də, diril­dirəm və öldürü­rəm, belə ki, istədiyimi öldürürəm və istədiyimi də əff edirəm!\"– dedi. Bu zaman İbrahim - aleyhissəlam - ona daha tutarlı bir dəlil gətirərək belə dedi: \"Mənim ibadət etdiyim Rəbbim gü­nə­şi məş­riq­ tərəfdən gətirir, sən isə onu məğ­rib­ tərəfdəndən gə­tir!\". Bu zaman o azğın çaşbaş qaldıb, heç bir söz deyə bilmədi və dəlilin qüvvətindən məğlub oldu. Allah zalımlərin zülmünə və tüğyanına görə onları Öz doğru yola yönəlməyə müvəffəq etməz.","Yaxud da damları çökmüş, divarları uçulmuş, sakinləri həlak olub xa­rabalığa və susuz düzənliyə çevrilmiş bir kən­din ya­nın­dan keçən kimsəni gördünmü? O kimsə təcüblənərək de­miş­di: \"Allah bu kəndin sakinləri öldükdən sonra onu necə dirildə­cəkdir?\". Allah onu yüz il müddətində ölü saxladı, sonra dirildib ondan: \"Nə qə­dər ölü qaldın?\"– deyə soruşdu. O: \"Bir gün və ya bir gündən də az müddət ölü qaldım!\"– deyə cavab verdi. Allah buyurdu: \"Əksinə, sən tam yüz il ölü qaldın. Yediyinə və iç­diyinə bax, bunlar xarab ol­madan əvvəlki halında qaldı. Baxmayar ki, yekək-içmək tez bir zamanda xarab olur. Ölmüş uzun­qu­la­ğına da bax! Biz səni insan­lar üçün, onlar öldükdən sonra Allahın onları yenidən diritməyə qadir olduğuna dəlalət edən açıq-aydın bir əlamət edəcəyik. Uzun­qu­la­ğının dağılmış və bir-dirindən uzaq düşmüş sü­mük­lə­rinə də bax, gör Biz onları ne­cə qaldırır və necə bir-birinə birləş­dirir, sonra da, on­ların üstünü necə ətlə örtürük və onu bir daha necə həyata qaytarırıq\". O, buna şahid olub, həqiqət ona bəlli olduqda, bunu etiraf edərək: \"Mən ar­tıq, Allahı hər şeyə qa­dir olduğunu bildim­!\"– dedi.","Ey Peyğəmbər! Bir zaman İbrahimin - aleyhissəlam: \"Ey Rəbbim, ölüləri necə di­rildiyini mə­nə öz gözlərimlə gös­tər!\"– dediyini xatırla. Allah ona: \"Mə­gər sən buna inanmır­san?\"– de­yə buyurdu. İb­rahim dedi: \"Əlbəttə ki, ina­nıram! Lakin qəlbimin daha rahat olmasını istəyirəm\". Allah ona əmr edərək belə bu­yurdu: \"Dörd cür quş tutub özünə tərəf çək və onları tikə-tikə et, sonra ətrafındaki dağların, hər dağın başına on­lardan bir parça qoy, sonra da onları çağır, tələm-tələsik sə­nin yanına gələcəklər. Artıq onlar yenidən həyata qayıtmışdılar. Ey İbrahim bil ki, Allah Öz mülkündə qüdrətlidir, işində, şəriətində və yaratmaqında hikmət sahibidir!\"","Mallarını Allah yolun­da xərclə­yənlərin savabının misalı əkinçinin münbit torpaqda əkdiyi yeddi sün­bül verən bir to­xumun misalına bənzəyir ki, bu sünbül­lə­rin hər bi­rin­də yüz ədəd dən vardır. Allah is­tə­diyi qulunun savabını ar­tı­rar və mükafatını hesabsız verər. Allahın lütfü, bəxşi genişdir və kimin üçün mükafatın qat-qat artırmaqa layiq olduğunu bi­lən­dir.","Mallarını Allahın itaətinə və razılığına xərclə­yənlərin və sonra xərclə­dik­lə­ri­nin ardından onların savabını puç edən söz yaxud əməl ilə minnət qoy­ma­yan və əziyyət vermə­yən­lə­rin mükafatları Rəbbi ya­nındadır. Qiyamət günü on­lara heç bir qorxu olmayacaq və Allahın onlara verdiyi böyük nemətinə görə də kədərlənmə­yə­cəklər.","Möminin qəlbinə sevinc daxil edən gözəl söz demək və sənə pislik edəni əff etmək, sədəqə verdiyin kimsəyə ardından minnət qoyaraq əziyyətlə verilən sə­də­qədən da­ha yaxşıdır. Allahın qullarına ehtiyacı yoxdur, O, həlimdir və onlara əzab verməyə tələsməz.","Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sə­də­qələ­ri­nizin savabını, Alla­ha, axirət gününə və o gün Allahın verəcəyi savaba və əzaba inan­mayan şəxs kimi sədəqə verdiyiniz kimsəyə minnət qoy­maqla və əziyyət verməklə puç etməyin. Çünki bu cür sədəqə verənlərin məsəli, özünü insanlara gös­tərib, təriflənməsi məqsə­dilə malını xərclə­yən insanın məsəlinə bənzər. Belə insanın misalı üzə­rində torpaq olan ha­mar daşın misalına bənzə­yir ki, şid­dətli bir yağış o daşın üzərində olan torpaqı aparıb, üzərində heç bir şey olmayan, onu çılpaq hala sal­mış daşa bənzəyir. Özlərini insanlara göstərmək üçün malını xərcləyən kimsə də əməllərinin və xərclədiyinin savabını belə puç edər, sonda Allah yanında o, heç bir şeyə nail ola bilməz. Allah kafir qövmü, Onu, razı salan əməllərə yönəltməz və etdikləri əməllər və xərclədikləri mallar onlara fayda verməz.","Mallarını Allahın razı­lığı­nı qa­zanmaq üçün və Allahın vədinə inanaraq rahaq qəlblə, könül xoşluqu ilə xərc­ləyən möminlərin misalı münbit hündür bir yerdə olan bostanın misalına bənzəyir ki, ona şid­dət­li yağış düşdük­dən sonra o öz bəh­­rəsini iki qat verər. Yox, əgər ona şid­­dətli ya­ğış düşməzsə, zərf ya­ğış da düşsə yerin münbit olduğuna görə bu da bəs edər. İxlasla malını Allah yolunda xərcləyənlərin də misalı belədir, Allah onların, Allah üçün xərclədiklərini qəbul edər, hətta xərclədikləri az bir şey olsa da belə onun savabını onlar üçün qat-qat artırar. Allah sizin nə etdiklə­ri­nizi görür. Mallarını ixlasla və insalara göstərmək üçün xərcləyən kimsələrin halı Allaha gizli qalmaz və O, hər bir kimsənin etdiyi əməlin müqabilini verəcəkdir.","Məgər sizlərdən biri is­tə­yərmi ki, onun xurma və üzüm­ ağac­ların­dan iba­rət, ağac­ları altından şirin sular axan və için­də onun üçün hər cür gözəl mey­vələr olan bir bostanı olsun, sonra da o, qo­ca­lıb yaşa dolduqda heç bir işə qadir olmadığı zaman, özü­nün də, zəif, kişik və iş qabiliyyəti olmayan uşaq­ları ol­duğu halda, o, həm qocalığına və uşaqlarının kiçik olduğuna görə, həmən ki, onun bağa böyük ehtiyacı olduğu bir vaxta, bağa şiddətli odlu bir külək düşüb bütün bostanı yan­dır­sın?! Malını insanların görməsi üçün xərcləyənin misalı da bu insanın misalına bənzəyir. Belə insan, qiyamət günü savaba daha çox möhtac olduğu vaxt o, Allahın qarşısına heç bir savabı olmadan gələcəkdir. Allah belə bir açıq-aydın bəyanla dünya və axirətdə sizə fayda verən şeyləri izah edir ki, bəlkə bu haqqda fikirləşə­siniz.","Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qa­zan­­dığı­nız pak, halal maldan və sizin üçün tor­paq­dan çıxartdığımız yer bitkilərindən Allah yolunda xərc­ləyin. Əgər sizə verilsəydi, pisliyinə görə yalnız göz yumub ala­ca­ğınız pis şeylər­dən xərc­lə­mə­yə çalışma­yın. Məgər özünüzə razı olmadığınız bir şeyi Allah üçünmü razı olursunuz?! Bilin ki, Allah, sizin xərclədiklərinizdən zəngin­dir və O, zatında və işlərinə tərifə­la­yiq­dir.","Şeytan sizi yoxsulluqla qorxudaraq, paxıllığa sövq edər və sizi günahlar və asiliklər etməyə çağırar. Allah isə günahlarınızın bağışlanması üçün sizə böyük bağışlan­ma və bol-bol ruzi vəd edər. Allahın lütfü genişdir və qullarının halından xəbərdardır.","Allah sözdə və əməldə düzgünə müvəffəq olmağı yalnız istədiyi kəsə bəxş edər. Kimə bu verilər­sə, ona çox­lu xeyir verilmiş olar. Allahın ayələrindən yalnız Allahın nuru ilə nurlanan və Onun doğru yolu ilə gedən kamil ağıl sahibləri dü­şü­nüb ibrət alarlar.","Allahın razılığını diləyərək xərclədiyiniz hər bir böyük və kişik sə­dəqəni və ya Allahın sizə vacib etmədiyi bir ibadəti, Allah üçün özünüzə vacib etdiyinizi də şüb­həsiz ki, bunların hamısını Allah bilir. Allah əməllərinizin savabını zay etməz və buna görə Allah sizə böyük mükafat verəcəldir. Allahın hüdudlarını aşıb, vacib olanı verməkdən boyun qaçıran zalimlərin isə qiyamət günü onları əzabdan qoruyan heç köməkçiləri ol­maz.","Malınızdan sədəqə verdikdə onu aşkar verməyiniz necə də gözəldir. Əgər onu yox­sullara giz­lində versə­niz, bu sizin üçün aşkar verməkdən daha xeyirli olar. Çünki gizli sədəqə vermək ixlasa daha yaxındır. İxlas əhlinin sədəqələri, onların günahlarının üstünü örtməsinə və onların bağışlanmnasına səbəbdir. Allah nə etdik­lərinizdən xəbər­dardır və əməllərinizdən heç bir şey Ona gizli qalmaz.","Ey Peygəmbər! Onların haqqı qəbul edib hidayətə gəlmə­ləri və haqqa tabe olub ona boyun əymələri də sənə aid deyildir. Sənə vacib olan yalnız onlara doğru yolu göstərib, tanıtmaqdır. Çünki haqqa və doğru yola müvəffəq olmaq ancaq Allahın əlindədir və O, istədiyini dogru yola yönəldir. Xeyirli şeylərdən xərclədiklərinizin mənfəti sonda sizə qayıdacaqdır, çünki Allahın buna ehtiyac yoxdur. Elə buna görə də xərclədiyinizi ixlasla, Allah üçün xərcləyin. Həqiqi möminlər isə mallarını yalnız Allahın razılığını qazanmaq üçün xərcləyirlər. Malınızdan Allah yolun­da az və ya çox olmasından aslı olayaraq nə xərclə­səniz, Allah onun əvəzi heç bir naqislik olmadan si­zə tam ve­rilər və şübhəsiz ki, Allah heç kimə zülm etməz.","Sədəqələrinizi Allah yolunda ci­had, ruzi qazanmaq üçün səfər etməyə mane olan yoxsullar üçün edin. Bu kimsələr iffətli olub dilənmə­dik­lə­rinə görə tanıma­yan adam on­ları varlı zənn edir. Bu kimsələrin halına yaxından bələd olan insanlar, onların zahiri görnüşündən və geyimindən ehtiyaclı olduğunu bilirlər. Belə kimsələrin simalarından biri də budur ki, onlar üzə salıb in­sanlar­dan bir şeyi israrla istəyən yoxsullar kimi deyillər. Malınızdan Allah yolun­da nə xərclə­sənizsə, şübhəsiz ki, Allah onu bilir və Allah onun mükafatını sizə artıqlaması ilə verəcəkdir.","Mallarını Allahın razılığını diləyərək, insanlara göstərmədən və eşitdirmədən gecə və gün­düz, gizli və aşkar xərcləyən­lərin Qiyamət gün öz Rəbbi yanın­da müka­fatı vardır. Axirətdə onların heç bir qor­xusu olmaz və dünyada əldə edə bilmədikləri nemətlərə görə də on­lar kədərlən­məzlər. Bunlar Allahın lütfü və neməti sayəsindədir.","Sələmlə müamələ edib onu alanlar Qiyamət günü qəbirlərindən şeytan toxunmuş kimsənin qalxdığı kimi qalxarlar. O, qəbrindən qalxdıqda, özündən gedən insan kimi gah yıxılaraq, gah da ki, ayaq üstə duraraq qalxar. Bu, onların özlərinə sələm yeməyi halal etdikləri və sələm ilə Allahın halal etdiyi alış-verişin arasında fərq qoymadan: \"Alış-veriş də halallıq baxımından sələmçilik kimidir və sonda hər ikisi də malı artırıb çoxaldır!\"– demələrinə görə idi. Allah onların bu iddialarını rədd edib, etdikləri müqayisəni batil və dedikləri sözün isə yalan olduğunu bildirmişdir. Uca Allah alış-verişdə ümumi və xüsusi mənfəətlər olduğu üçün onu halal, sələmçiliyin isə zülm və insanların mallarını heç bir qarşılıqsız, batil yolla yemək olduğunu bəyan etmişdir. Hər kim özünə, Rəbbindən sələmin qadağan olması xəbəri gəldikdən sonra sələmçiliyə son qoyub və ondan Allaha tövbə edərsə, keçmişdə aldığı sələmlər ona bağışlanar, buna görə ona günah olmaz və bundan sonra gələcəkdə onun işi Allaha aid olar. Kim də özünə, Allahın sələmi qadağan etdiyi xəbəri çatdıqdan sonra və bunun haram olduğunu bildiyi halda yenidən sələmə qayıdarsa, o, Cəhənnəmə daxil olmağa və orada əbədi qalmağa layiq görülər. Cəhənnəmdə əbədi qalmaq dedikdə, burada sələmin halal olduğunu idda edərək yeyən, yaxud orada əbədi deyil, üzün müddət qalmaq nəzərdə tutulur. Çünki Cəhənnəmdə əbədi olaraq yalnız kafirlər qalacaqlar. Amma tövhid əhli orada əbədi qalmazlar.\t","Allah sələm ilə qazanılan malı ya hissi tələf etməklə, ya da həmin malın bərəkərini almaqla mənən məhv edər. Allah sə­dəqə­ləri isə artırar və onun savabını qat-qat çoxaldar və hər yaxşılığa, onun on mislindən ta yeddi yüz qatınadək hətta bundan da daha artıq əvəz verilər və sədəqə verən kimsələrin mallarına bərəkət verər. Allah hər bir kafr, inadkar, haramı halallaşdıran asi və günah əməllərdə israrlı olan kimsələri sev­məz.","Həqiqətən, Allaha iman gətirib Onun rəsuluna tabe olan, saleh əməllər edən, na­mazı Allahın əmr etdiyi kimi tam şəkildə qılan və mallarının zəkatını, zəkat almağa layiq kimsələrə ve­rənlərin mükafatları Rəbbi­ ya­nındadır. Axirətdə onların heç bir qor­xusu yox­dur və on­lar əldə edə bilmədikləri dünya və onun nemətlərinə görə də kədərlən­məzlər.","Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməklə On­­dan qorxun. Əgər siz Allaha və sizi qadağan etdiyi sələmin haram olmasına həqiqi iman etmisinizsə, elə isə insanlarda sələmdən qalan mallarınızı tələb etməkdən əl çəkin.","Əgər sizə əmr olunanı etməsəniz, Alla­hın və Onun rəsulunun sizə mühari­bə elan etdi­yini bilin və buna yəqin olun. Yox, əgər sələmi tərk edib, Allaha töv­bə etsəniz, borc verdiyiniz mallarınızın maya dəyəri sizin­dir. Mallarınızın maya dəyərindən artıq almamaqla nə siz zülm edər­si­niz, maya dəyərindən naqis qaytarmamaqla nə də sizə zülm olunar.","Əgər borclu tələb etdiyiniz kəs borcu qaytarmağa qadir deyilsə və maddi durumu çətindirsə, o zaman onun maddi durumu yaxşılaşıb, borcu qaytarmağa imkanı olana qədər ona möh­lət verin. Borcu tələb etməyib, borcu ona sədəqə etməyiniz yaxud borcun bir hissəsini ona bağışlamanızın uca Allah yanında si­zin üçün nə qədər xe­yir­li olduğunu biləydiz!","Hamınız Allahın hüzuruna qay­ta­rılacağı­nız günün əzabından qorxun! Sonra hər kəsə qa­zandığı xeyir yaxud şərin əvəzi veriləcək və onlara əməllərinin savabı naqis olmaqla və günahlardan artıq əzab verməklə zülm edilməyəcəkdir.","Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Borcla müamilə etdiyiniz zaman, mü­əy­yən bir müddətədək bir-bi­ri­ni­zə borc ver­dikdə, onu ya­zın. Qoy bunu aranızda bir katib haqq, vicdan və şəriətə müvafiq qayda da yazsın. Katib borcu Alla­hın ona öy­rətdiyinə müvafiq və ədalətlə yaz­maqdan imtina etməsin. Qoy o, borc alan adamın şəxsi təsdiqi ilə olması üçün onun dediyini yazsın. Rəbbi olan Allah­dan qorxsun və borcun dəyərindən, növündən və keyfiyyətindən heç bir şey azaltmasın. Əgər borc alan adam özü yaza bilmirsə və ya dəli və kiçik olduğu üçün zəifdirsə yaxud lal olduğuna görə yazdırmağa qadir de­yil­sə, və s. buna oxşar hallar olarsa, qoy onun himayə­darı onun yerinə borcu əda­lət və vicdanla yazdırsın. Aranız­dakı kişi­lərdən iki nə­fə­r ağıllı və ədalətli şa­hid tutun. Əgər iki kişi olmazsa, dinindən və əxlaqından razı ol­duğunuz şahid­lərdən bir kişi və iki qa­dını şa­hid tutun ki, əgər qadın­lardan biri unutduqda, bacısı onun ya­dı­na sal­sın. Şa­hidlər borca görə şa­hid­lik et­məyə çağırıl­dıq­da, şahid olmaqdan imtina etməsinlər. Şahid olduqları işi əda etmək üçün dəvət olunsalar, bu zaman şahid olduqlarını gəlib xəbər vermələri onlar üzərində bir haqqdır. Borcun az və ya çox olmasından aslı olmayaraq, onun müəyyən etdiyiniz qaytarılma vax­tını yaz­maq­dan bezməyin. Borcu yazmağınız, Allahın şəriətində daha əda­lətli, şa­hid­lik etmək və etdikdən sonra olduğu kimi xəbər vermək üçün daha düzgündür və borcun növündə, miqdarında və qaytarma müddətində şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız öz ara­nızda nağd alıb və qiymətini də nağd ödədiyiniz ticarət bundan istis­nadır. Ehtiyac olmadığı təqdirdə bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Mübahisəyə səbəb ola biləcək işlərin qarşısını almaq məqsədi ilə al­ış-veriş et­dikdə şahid tutmaq sizə qanun edilmişdir. Ka­ti­blərə və şahidlərə zərər ve­rmək və həmçinin onlardan katiblik və şahidlik etmələrini tələb edən kimsələrə zərər vermək caiz deyildir. Əgər siz onlara zərər ver­sə­niz, şübhəsiz ki, bu sizin, Allahın taətindən çıxıb Ona qarşı asilik etmənizdir. Ey Möminlər! Allahın əmrlərini yerinə yetirməklə və qadağanlarından çəkinməklə Ondan qor­xun! Allah dünya və axirətdə sizə mənfətli olan şeyləri öyrədir. Allah bütün işləri biləndir və Ona heç bir şey qizli qalmaz!","Əgər siz müsafir olduğunuz vaxt borc vəsiqəsini yazdırmağa katib tapmasanız, borclu olan şəxsin borc sahibinə girov verməsi yetərlidir. Beləliklə o girov, borc sahibi malını, borclu olan insandan alana qədər malının məninatçısı olar. Əgər sizlərdən biri digə­rinə eti­bar edirsə, bu zaman borcu yazmaq, şahid tutmaq və ya girov almaq lazim deyil və bu halda borc, borclu olan insanın üzərində əmanətdir və borcu sahibinə qaytarması vacibdir. Etibar olun­muş kəs bu əmanətə görə Allahdan qorx­sun və ondan heç bir şeyi inkar etməsin. Əgər borclu olan insan əmanəti inkar edərsə, bu zaman şahidlik edən şəxs, etdiyi şəhadəti əda etməlidir və şahidliyi gizlətməsi isə caiz deyildir. Kim onu giz­lə­dirsə, şübhəsiz ki, onun qəlbi gü­nah­kardır. Allah nə etdik­ləri­nizi bilir, Ona heç bir şey gizli qalmaz və O, sizin əməllərinizin əvəzini verəcəkdir.","Göylərdə və yerdə nə varsa, onları xəlq etmək, onlara sahib olmaq və onları idarə etmək tək Alla­ha məxsusdur. Qəlbiniz­də ola­nı üzə çı­xarsanız da, giz­lət­sə­niz də, Allah onu bilir və buna görə si­zi he­saba çə­kə­cəkdir. O, bundan sonra istə­diyi­ni lütfü və rəhməti ilə ba­ğış­layar, istədiyinə də, ədaləti və hikməti ilə əzab verər. Allah hər şe­yə qadirdir!","Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) Rəbbin­dən ona nazil edilən hər bir şeyə iman gə­tirdi, mö­minlər də, həmçinin iman gətir­di­lər. Onların ha­mısı Allaha, Onun bütün mə­ləklə­rinə, peyğəmbərlərə nazil etdiyi bütün ki­tab­larına və göndərdiyi bütün elçi­lə­rinə iman gə­tirdilər. Onlar: \"Biz Allahın el­çi­ləri ara­sın­da fərq qoymuruq!\" -deyərək elçilərə iman gə­tirdilər. On­lar həmçinin, belə de­dilər: \"Bizə əmr edib, qadağan etdiyini eşit­dik və biz Sənə, bizə əmr etdiyini etmək və qadağan etdiyindən çəkinməklə itaət et­dik! Ey Rəb­bimiz, biz Səndən, bizi ba­ğış­­lamağını diləyirik, hər bir işimizdə dö­nüş də, yal­nız tək Sə­nədir!\"","Allah hər insanı yalnız onun bacardığı əməllərlə mü­­kəlləf edər. Çünki Allahın dini asanlıq üzərində bina edilmiş və dində məşəqqət yoxdur. Kim xeyir qazanarsa, ona əməlinin savabı naqis edilmədən verilər. Kim də şər qazanarsa, qazandığı şərin cəzası başqasına deyil, yalnız öz üzərinə yüklənər. Peyğəmbər və möminlər dedilər: \"Ey Rəb­bimiz, bizdən ixtiyarsız yaxud sözdə və əməldə unudaraq xəta et­sək, bi­zi cəzalandırma! Ey Rəb­bi­miz, biz­dən əv­vəlkiləri zülümlərinə görə əzabla yüklə­di­yin yəhudilər ki­mi, bizi ağır yüklə yük­lə­mə! Ey Rəbbimiz, gü­cü­müz çat­mayan və bacarmadığımız əmr və qadağalarla bizə daşıtdırma! Günahlarımızdan keç, bizi bağışla, Öz lütfünlə bizə rəhm et! Sən bizim himayə­da­rı­mız və yardımçımızsan! Ka­fir­ qövmə qalib gəlməkdə bizə yardım et!\"","{Əlif, Ləm, Mim!} Bu heca hərflərinin oxşarı, Bəqərə surəsinin əvvəlində keçmişdir. Uca Allah Qurani-Kərimdə bəzi surələrini əvvəl ayələrini, ərəblərin danışdığı həriflər ilə başlaması, ərəblərin Qurana oxşar bir ayə gətirmələrinin acizliyinə işarədir.","Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur.","Ey Peyğəmbər! Allah Quranı sənə, xəbərlərində sadiq hökmlərində ədalətli, özündən əvvəlki ilahi kitablara müvafiq və aralarında heç bir ziddiyat olmadan nazil etdi. O, Quranı sənə nazil etməzdən öncə Tövratı Musaya, İncili isə İsaya - aleyhiməssəlam - nazil etdi. Bu ilahi kitabların hamısı, insanların dini və dünyavi işlərində onları xeyirə yönəldən, hidayət və doğru yoldur. Allah, həmçinin, haqqı batildən və doğru yolu zəlalətdən ayırd edən furqanı nazil etdi. Allahın sənə nazil etdiyi ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz. Allah Onun elçilərini yalan sayıb və onların əmrlərinə müxalif olan kimsələrdən də intiqam almağa qadirdir.","Ey Peyğəmbər! Allah Quranı sənə, xəbərlərində sadiq hökmlərində ədalətli, özündən əvvəlki ilahi kitablara müvafiq və aralarında heç bir ziddiyat olmadan nazil etdi. O, Quranı sənə nazil etməzdən öncə Tövratı Musaya, İncili isə İsaya - aleyhiməssəlam - nazil etdi. Bu ilahi kitabların hamısı, insanların dini və dünyavi işlərində onları xeyirə yönəldən, hidayət və doğru yoldur. Allah, həmçinin, haqqı batildən və doğru yolu zəlalətdən ayırd edən furqanı nazil etdi. Allahın sənə nazil etdiyi ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz. Allah Onun elçilərini yalan sayıb və onların əmrlərinə müxalif olan kimsələrdən də intiqam almağa qadirdir.","Sözsüz ki, nə yerdə, nə də göy­də, heç bir şey Allahdan gizli qal­maz. Artıq Allahın elmi bütün əşyaların zahirini və batinini əhatə etmişdir.","Analarınzın bətnində sizi istədiyi kimi oğlan yaxud qız, gözəl yaxud eybəcər, ağ yaxud da qara müxtəlif su­rətlərdə yaradan Odur! Ondan başqa haqq mə­bud yox­dur, O qüd­rət­lidir, heç vaxt məğlub olunmaz və xəlq etməyində, işlərində və şəriətində hikmətlidir.","Ey Peyğəmbər! Quranı sənə nazil edən Odur. Onun bir qisimi, mənası açıq-aydın bilinən və heç bir anlaşılmamazlıq olmayan ayələrdir ki, bunlar da, Ki­ta­bın əsası və əksər qisimidir. Bu ayələr, ixtilaf edildikdə qayıdış yeridir. Onun digər bir qisimi isə, bir və daha çox mənalara ehtimal edilən və mənası insanların çoxuna aydın olmayan, çətin anlaşılan ayə­lərdir. Amma qəlb­lə­rində əyrilik olanlar şübhə salımaq, insanları azdırmaq və həmçinin belə ayələri is­tə­dikləri kimi öz batil məzhəblərinə uyğun yoz­maq məq­sə­d ilə, muhkəm ayələri tərk edib, bir neçə mənalara yozulması mümkün olan mutəşabih ayələrin ardınca ge­dərlər. Halbuki bu ayələrin həqiqi mənalarını və yozu­munu Allahdan başqa heç kəs bil­məz. Dərin biliyə malik olub elmdə qüvvətli olan­lar isə deyərlər: \"Biz Quranın hamısına iman gətir­dik, çünki onun hamısı Rəb­bi­miz tərəfindən­dir\". Belə kimsələr mutəşabih ayələri muhkəm ayələrlə təfsir edirlər. Bunlardan yalnız sağlam ağıl sa­hib­ləri öyüd-nəsihət və ibrət alar.","Dərin biliyə malik olan kimsələr belə deyirlər: \"Ey Rəbbimiz! Bizi hida­yət yoluna yönəltdikdən sonra qəl­bi­mi­zi haqdan sapdırma, bizi haqdan sapıb, azan kimsələrdən olmaqdan salamat et. Bizə Öz tə­rə­fin­dən qəlblərimizi hidayətə yönəldən geniş bir mərhəmət bəxş et və onunla bizi zəlalətdən qoru. Ey Rəbbimiz! Hə­qi­qə­tən, Sən bol-bol nemətlər bəxş edənsən!\"","Ey Rəbbimiz! Həqiqətən, Sən, ger­­çəklə­şəcəyinə şübhə edil­mə­yən bir gündə, in­sanları hesaba çəkmək üçün onları bir yerə cəm edəcəksən. O gün mütləq gələcəkdir bu barədə şəkk-şübhə ola bilməz. Ey Rəbbimiz! Həqiqə­tən, Sən, və­dinə əsla xilaf çıxmazsan!","Allaha və Onun rəsuluna küfr edənlərin nə mal­-dövləti, nə də oğul-uşaqları onları dünyada və axirətdə Alla­hın əzabından xilas edə bilməz. Belə kimsələr, Qiyamət günü Cəhənnəm onlar ilə alovlandırılan, cə­hən­nəm odunlarıdır.","Bu kafirlərin halı, Allaha küfür edib və Onun ayələrini yalan sayan Firon ailəsinin və on­lardan əvvəlkilərin halına bənzəyir. Allah onlara günahlarının səbəbindən əzab verdi. Onların mal-dövləti və oğul-uşaqları onlara heç bir fayda vermədi. Allahın, Ona küfür edib və Onun ayələrini yalan sayan kimsəyə əzabı şiddətlidir.","Ey Peyğəmbər! Müxtəlif dinlərdə olan kafirlərə de: \"Möminlər sizi məğ­lub edəcək və siz kafir olaraq öləcəksiniz. Allah da sizi cəhən­nəm odunda bir yerə top­layacaq. Ora sizin üçün nə pis ya­taqdır!\"","Bədr günü döyüşmək üçün qarşı-qarşıya gələn iki dəs­­tədə, sizin üçün ibrət və açıq-aydın dəlil var idi. İki dəstədən biri, kafirlərin kəlməsini alçatmaq, Allahin kəlməsin isə hər şeydən uca etmək üçün Allah yo­lun­da vuruşurdu. İkinci dəstə isə fəxr, riyakarlıq və təəssübkeşlik edərək döyüşə gələn Məkkə kafirləri idi. Möminlər kafirlərin sayca həqiqətən onlardan iki qat ar­tıq olduqlarını öz göz­ləri ilə gö­rür­dülər. Allah istə­diyi kəsi Öz kö­məyi ilə qüv­vətləndi­rir. Həqi­qə­tən, bun­da bəsi­rət sahibləri üçün ibrət və öyüd-nəsihət vardır.","Uca Allah bu ayədə qadınlar, uşaqlar, qızıl-gümüşdən toplanılan çoxlu mal-dövlət, öyrədilmiş yaxşı cins atlar, dəvə, inək, qoyun və əkin yeri kimi dünyavi şəhvətlərin sevğisi insanlara -onları imtahan etmək üçün- yaxşı göstərdiyini xəbər verir. Bütün bun­lar, dünya hə­ya­tında az bir müddət həzz alıb sonra yox olan ke­çici zöv­qüdür. Mömin kimsəyə isə bunlara bağlanması yaraşmaz Halbuki gö­zəl qa­yı­dış yeri Allah ya­nın­dadır. Bu da genişliyi göylər və yer qədər olan Cənnətdir.","Ey Peyğımbər! De: \"Sizə bu ləzzətlərdən də da­ha xeyirlisini xəbər verim­mi? Yaxşı əməl edib, günahdan çəkinərək Allah­dan qor­xanlar üçün Rəbbi yanında, qəsirləri və ağacları al­tın­dan çay­lar axan, ölmək və fəna bilmədikləri halda içində əbədi qala­caq­la­rı cən­nətlər, onlar üçün yaradılışında və əxlaqında hər cür qüsurdan uzaq pak olan zövcə­lər və bununla yanaşı Alla­hın rizası var­dır və Allah heç vaxt onlara qəzəblənməz\". Allah qul­larını hər bir halını görəndir, onların əməlləri Allahdan gizlin qalmaz və Allah onların əməllərinin əvəzini verəcəkdir.","Cənnət əhli Rəbblərinə dua edərək deyir­lər: \"Ey Rəbbi­miz! Həqi­qətən, biz Sənə və rəsuluna nazil etdiyinə iman gə­tir­dik və göndərdiyin şəriətə tabe olduq, etdiyimiz günah­ları ba­ğışla və bi­zi Od əzabından qo­ru!\"","Onlar saleh əməllər edib, pis əməllərdən çəkinməkdə və başlarına gələn müsibətdə səbir edən, sözlərində və əməllərində dürüst olan, Allaha itaətdə tam müti olan, ma­llarından Allah yo­lun­da xərc­ləyən və gecənin sonunda Allahdan ba­ğışlanma dilə­yən kimsə­lərdir. Çünki gecənin sonunda edilən dua, qəbul olmaqa daha yaxındır və qəlb isə onu yayındıran şeylərdən uzaqdır.","Allah Özündən başqa ibadətə layiq olan heç bir ilah olmadığına şahiddir. Bu da, Onun Tək ilah oludğuna dəlalət edən şəri və kovni ayələrə əsasəndir. Mələklər və insanlara tövhidi bəyan edib və ona dəvət edən elm sahibləri də şahidlik edirlər. Onlar ən əzəmətli şahid olunana, Allahın təkliyinə və Onun məxluqatında və şəriətində ədalətli olmasına şahidlik edirlər. Ondan başqa ilah yoxdur. O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz və xəlq etməyində, işlərində və şəriətində hikmət sahibidir.","Həqiqətən, Allah yanın­da qəbul olunan din, İslam­dır! İslam: \"Tək Allaha itaətlə boyun əymək, yalnız Ona ibadət edərək təslim olmaq, bütün elçilərə və Allah onun şəriətindən başqa heç bir şəriət qəbul etmədiyi və onunla bütün dinlərə son qoyduğu, peyğəmbərlərin sonuncusu olan Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman etməkdir\". Yəhudilər və nəsranilər öz­lərinə elm gəl­­dikdən sonra ara­la­rın­dakı həsəd və dinə hərislik üzündən dinlərində dəstələrə bölünüb ixtilafa düş­dülər. Kim Alla­hın rəsuluna nazil etdiyi ayələrinə küfr edərsə, bil­sin ki, Allah Ona küfür edib, rəsulunu yalan sayan kimsəni tez haqq-hesab çəkəndir.","Ey Peyğəmbər! Əgər onlar səninlə, sənə nazil edilən haqq barədə mü­ba­­hi­sə etələr, onlara cavab olaraq de: \"Mən və mənə tabe olan möminlər də Uca Allaha təslim olduq\". Ey Peyğəmbər! Kitab əhlinə və müşriklərə de: \"Siz də, Uca Allaha ixlasla təslim olub mənim gətirdiyim dinə tabe oldu­nuz­mu?\" Əgər onlar Allaha təs­lim olub, sənin gətirdiyin şəriətə tabe olsalar, bu zaman onlar doğ­ru yola yönəlmiş olar­lar. Yox əgər İslamdan üz döndərsə­lər, bil ki, sənin öh­də­nə düşən ancaq sənə göndərdiyim haqqı onlara təbliğ et­məkdir və onların işi isə Allaha aiddir. Uca Allah qullarını görəndir və hər bir əməl edənin əməlinin əvəzini verəcəkdir.","Allahın onlara nazil etdiyi dəlillərinə küfr edən­ləri, Onun peyğəmbər­lərinə haq­sız yerə zülm və düşmənçilik edərək öl­dürənləri və ədalətə çağıran, yaxşılığı əmr edib, pislikdən çəkindirən in­sanları qətlə yetirən bu qatilı kafirləri ağrılı-acılı bir əzabla müjdələ!","Belə kimsələr Allaha iman etmədikləri üçün əməlləri artıq batil olmuş və etdikləri əməllər onlara nə dün­ya­da da, nədə ki axirətdə fayda verməz və Onları Allahın əzabından qoruyan yardımçıları da olmaz.","Ey Peyğəmbər! Məğər Allahın, Tövratdan özlərinə sənin peyğəmbər olduğuna dəlalət edən elmdən pay verilmiş yəhudilərin halını görmədinmi? On­­lar, aralarında ixtilafda olduqları şeylər barədə hökm verməsi üçün Allahın Kitabı - Tövrata qayıtmağa də­vət olu­nur­lar. Sonra Tövratın hökmləri nəfslərinin istəklərinə müvafiq olmadıqda, onların alimlərindən və başçılarından bir dəs­tə onun hökmündən üz çe­vi­rib geri dönür. Özlərinin Tövrata tabe olduqlarını idda etdikləri üçün - lakin onlar Tövranın hökümlərini qəbul etməyə insanlar içərsində ən həris insan olmalı idilər.","Bu haqqdan üz çevirib geriyə dönmələri, onların: \"Qiyamət günü od onlara an­caq bir neçə gün toxunar, bundan sonra isə cənnətə daxil olacaqlar!\"– iddalarına görə­dir. Onların yalan və batildən uy­dur­duqları bu zənni, onları al­da­dıb yoldan çıxartmış, Allah və Onun dini barədə yalan deməyə cürətli etdirmişdir.","Onların halı və peşmançılıqı necə olacaq?! Baş verəcəyinə şübhə edil­məyən bir gündə - Qiyamət günündə, onları haqq-hesab üçün top­la­dığı­mız zaman onların halı çox pis olacaqdır. Məhz o gün, hər kə­sə qazandı­ğı­nın əvəzi, yaxşı əməllərin savabını azaldıb, yaxud günahlarını çoxaldıb zülm edilmədən layiqincə ödəniləcəkdir.","Ey Peyğəmbər! Rəbbinə tərif edib Onu öyərək de: \"Ey Allahım Sən, dünyada və axirətdə bütün mülkün sahibisən! Sən mülkü qullarından istədiyin kəsə ve­rir, istə­diyindən də, onu geri alırsan, onlardan istədiyin kim­səni ucaldır, istədiyini də, al­çaldırsan. Bunların hamısı Sənin hikmətin və ədalətlədir. Bütün xeyirlər tək Sənin əlindədir və hə­qi­qə­tən, Sən hər şeyə qadirsən\".","Gecəni gündüzə qatıb, gündüz vaxtını uzanması, gündüzüdə gecəyə qatıb, gecə vaxtının uzanmasıda Sənin qüdrətinin görünən bir hissəsidir. Sən, kafiridən mömin və toxumdan əkin çıxması kimi ölü­­dən diri, mömindən kafir, toyuqdan da yumurta çıxması kimi di­ri­dən isə ölü çıxarırsan. Sən is­tə­diyin kimsəyə saysız-hesabsız bol-bol ruzi ve­rir­sən.","Ey Möminlər! Möminləri qo­yub ka­firləri dost tutub, onları sevib və onlara kömək etməyin! Bu­nu edən kəs bilsin ki, artıq o, Allahdan, Allah da ondan uzaqdır. Yalnız siz, kafirlərin hökmü altında olub, onlardan sizə gə­lə biləcək təh­lükədən qorxmağınız istisnadır. Bu zaman onların əziyyətindən özünüzü müdafə etmək üçün qəlbinizdə onlara qarşı düşmənçilyi gizlətdiyiniz halda, onlarla sözdə və əməlkdə mülayim rəftar etmənizdə günah yoxdur. Allah si­zi Özün­dən çə­kin­dirir, Ondan qorxun. Günahlar etməklə özünüzü Onun qəzəbinə məruz qoymayın. İnsanların etdikləri əməllərin müqabilini vermək üçün qiyamət günü onların dönüşü ancaq tək Allaha­dır.","Ey Peyğəmbər! De: \"Kafirləri dost tutmaq kimi Allahın sizə qadağan etdiyi şeyləri qəlbinizdə gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir və bundan Ona heç nə gizli qalmaz. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir və Onu heç bir şey aciz edə bilməz\".","Qiyamət günü hər kəs etdiyi yaxşı əməllərini naqis olmadan öz qarşı­sına gətiriləcəyini görə­cək və pis əməllər edən kimsə isə onunla əməl­lə­rinin arasında çox bö­yük mə­safə ol­ma­sını arzulaya­caq­dır. Lakin bu arzunun ona nə faydası! Allah sizi Özündən çə­kin­dirir. Günahlar etməklə özünüzü Onun qəzəbinə məruz qoymayın. Allah qulla­rına qarşı çox şəfqət­­lidir. Elə buna görə də Allah onları, Öz əzabından çəkindirir və qorxudur.","Ey Peyğəmbər! De: \"Əgər siz həqiqətən Allahı se­vir­sinizsə, zahirdə və batində mənim gətirdiyim şəriətə tabe olun. Belə etsəniz, Allahın məhəbbətinə nail olarsız və O, sizin günah­la­rı­nız bağışlayar. Allah qullarından tövbə edənləri bağışla­yandır və onlara qarşı rəhmlidir\".","Ey Peyğəmbər! De: \"Əmrləri yerinə yetirməklə və qadağanlardan çəkinməklə, Allaha və Onun Rəsuluna itaət edin!\" Əgər onlar bundan üz dön­dərsə­lər, bilsinlər ki, Allah, həqiqətən də, Onun və rəsulunun əmrinə müxalif olan ka­firləri sevməz.","Allah Adəmi - aleyhissəlam - seçib, mələkləri ona səcdə etdirdi. Nuhu seçib, onu yer əhlinə ən birinci elçi olaraq göndərdi. İb­ra­­him nəs­lini seçib, son peyğəmbərliyi onun züriyyətindən etdi və həmçinin İm­ran ailəsini seçdi. Allah bunların hamısını seçib, öz zamanlarında yaşayan insanlardan üstün etdi.","Adları çəkilən bu peyğəmbərlər və onların yolu ilə gedən züriyyətləri, tək Allaha ibadət etməkdə və saleh əməllər görməkdə və biri-birilərinə gözəl əxlaq və fəzilətli əməllər miras qoyan, biri digərinin ardınca gələn nəsil idi. Allah qullarının sözlərini eşidən­dir, əməllərini biləndir və elə buna görə də onlardan istədiyini seçir və istədiyini digərindən üstün edir.","Ey Peyğəmbər! Bir zaman Məryəmin - aleyhəssəlam - anası, İmranın zövcəsi (Hənnanın): \"Ey Rəbbim! Mən bət­nim­dəki uşaqı xalis Sənin razılığını diləyərək, Sə­nə və Sənin evinə xidmət etmək üçün xidmətçi bir qul olmasını özümə vacib etdim. Bu nəziri mən­dən qə­bul et! Hə­qiqətən, Sən, dualarımı eşidən­sən və niyyətimi bi­lən­sən\" – dediyini xatırla!","Nəhayət, hamiləlik müddəti başa çatıb bətnindəkini yerə qoyduğu zaman üzürxaxlıq edərək - o, bətnindəkini oğlan doğacağına ümüd bəsləyirdi - de­di: \"Ey Rəb­bim! Mə­n qı­z doğdum\". Halbuki, Allah onun nə doğ­duğunu yax­şı bi­lirdi. Axı onun ümüdlə gözlədiyi oğlan qüvvət və yaradılış baxımından heç də ona bəxş edilən qız kimi de­yildir. \"Mən onun adını Məryəm qoydum, onu və onun nəs­lini rəhmətindən qovulmuş şey­tandan Sə­nə həvalə etdim\".","Allah onun nəzrini gözəl tərzdə qə­bul et­di, onu gözəl bir şəkildə boya-başa çatdırdı, qullarından salehlərin qəlbini ona qarşı şəfqətli etdi və ona baxmağı Zəkə­riy­yanın - aleyhissəlam - öhdəsinə buraxdı. Zəkə­riyya hər dəfə Məryəmin yanına, ibadət etdyi yerə daxil ol­duqda, onun ya­nında yaxşı ruzi oldu­ğu­nu görərdi. Nəhayət, o: \"Ey Mər­yəm! Bu ruzi sə­nin üçün haradan­dır?\"– deyə soruşduqda, Mər­yəm ona cavab verərək de­di: \"Bu ruzi Allah tərəfin­dən­dir! Şübhəsiz ki, Allah is­tədiyi kim­sə­yə bol-bol, hesab­sız ruzi verir\".","Zəkəriyya, uca Allahın adətən ruzi verməkdə görünməmiş bir şəkildə, İmranın qızı Məryəm yanında Allahın ruzisini gördükdə, o, qocalmasına və zövcəsinin sonsuz olmasına rəğmən, Allahdan onu Məryəm kimi saleh bir övladla ruziləndirməsini istəyərək dedi: \"Ey Rəb­bim! Mənə pak bir övlad bəxş et! Şübhəsiz ki, Sən, Sənə dua edənin du­asını eşidib, ona cavab verənsən\".","Zəkəriyya ibadətgahında namaz qılmaq üçün ayaq üstə durduqu zaman, mələklər ona belə xitab etdilər: \"Allah səni, Yəhya adlı bir oğlan övladının dünyaya gəlməsi ilə müjdələyir. Onun vəsflərindən biri, Allah tə­rəfindən olan Kəlməni təs­diq etməkdir. Bu kəlmə, Məryəm oğlu İsadır. Çünki o, Allahdan olan kəlməi ilə, xüsusi bir yaradılışla xəlq edilmişdir. Bu oğlan, elmdə və ibadətdə öz qöv­mü­nün ağası olacaq, nəfsini şəhvətlərdən və qadınlara yaxınlıq etməkdən qoruyacaq, yalnız Rəbbinə ibadət etməklə məşğul olacaq, üstəlik, əməli­saleh peyğəm­bərlərdən biri olacaqdır\".\t","Mələklər Zəkəriyyanı Yəhyənin dünyaya gəlməsi ilə müjdəlikdə O dedi: \"Ey Rəbbim! Qo­ca­lıq mə­ni haqladığı vaxt, zöv­cəm də, uşaq doğmayan sonsuz ikən mənim ne­cə oğ­lum ola bilər?\" Allah onun bu sözünə cavab olaraq belə buyurdu: \"Sənin qocalıq və zövcənin də isə sonsuz olduğu bir vaxtda Yəhyanı yaratmaqın misalı, Allahın adətdənxaric istədiyi qulu yaratmasının misal kimidir. Çünki Allah hər şeyə qadirdir və O, Öz hikməti və elmi ilə istədiyini edir\".","Zəkəriyya dedi: \"Ey Rəbbim! zövcəmin məndən hamilə olduğunu bilməkdən ötrü mə­nim üçün bir əlamət təyin et\". Allah buyurdu: \"Sənin tələb etdiyin əlamə­tin, üç gün gecələri ilə barəbər, işarə ilə danışmaq istisna ol­maqla, insanlarla danış­na bilməməyindir. Gündüzün sonunda və əvvəlində­ Rəbbini yad edib və Onun şə­ninə təriflər deməyi çoxalt!\"","Ey Peyğəmbər! Mələklərin Məryəmə - aleyhəssəlam - bir zaman: \"Həqiqətən, Allah sənə tərifəlayiq sifətlər bəxş etməklə seçdi, səni pisliklərdən pak etdi və zamanında olan aləm­lərin qadınla­rından üstün etdi\" –dediyini xatırla.","Ey Məryəm! Namaz qıldıqda qıyamı uzat, Rəbbin üçün səcdə et və Allahın Ona rüku edən saleh qulları ilə birgə Sən də rüku et!\"","Ey Peyğəmbər! Bu deyilənlər, Zəkəriyya və Məryəmin - aleyhiməssəlam - xəbəri, sənə vəhy etdiyimiz qeyb xəbərlərin­dən­dir. O alimlərin və salehlərin hansı birinin Məryəmi himayə etməyə haqqlı olduğu ba­rədə bir-biri­lərilə mübahisə et­dik­də, hətta qələm­lərini püşk üçün at­dıq­la­rı və Zəkəriyyənin qələmi çıxdıqı zaman sən on­la­rın yanında de­yildin.","Ey Peyğəmbər! Bir zaman mələklərin: \"Ey Məryəm, həqiqətən, Allah səni, dünyaya atası olmadan gələcək bir oğlan övladı ilə müj­dələyir. Bu, Allah tərəfindən bir kəlmə ilə ona (Ol) – dedikdə, oda Allahın izni ilə bir oğlan olacaqdır. Onun adı Mər­yəm oğlu İsa Məsihdir. O, həm bu dün­yada, həm də axi­rətdə şan-şöh­rətli və Uca Alla­ha ya­xın­­ olanlardandır\"– dediyini xatırla.","O, həm danışmazdan əvvəl, balaca uşaq ikən, həm də yetkin çağına çatıb böyüdükdən sonra insan­larla da­nı­şa­caq, onların dinlərə və dünyalarına xeyirli olan şeyləri onlara xəbər verəcək və o, sözün də və əməlin də sa­lehlərdən ola­caqdır.","Məryəm, əri olmadığı halda dünyaya övlad gətirəcəyinə təəccüb edərək dedi: \"İstər halal, istərsə də haram yolla mənə bir bəşər toxunma­dığı hal­da necə övladım ola bilər?\" Mələk ona dedi: \"Allahın sənin üçün atasız uşaq yaratmağın misalı, Onun fövqəladə istədiyi qulu yaratmasının misalı kimidir. O, bir işin ol­masını istədikdə, ona yalnız: “Ol!”– de­yər, o da olar və heç bir şey Onu aciz edə bilməz\".\t","Allah İsaya yazmağı, söz də və əməl də düzgünə müvəffəq olmaqı, Musaya - aleyissəlam - nazil etydiyi Töv­ratı və özünə nazil edəcək İncili öyrə­də­cəkdir.","Allah onu İsrail oğulla­rı­na bir elçi edəcəkdir və o, onlara deyə­cək­: \"Mən Allahın sizə göndərdiyi elçisiyəm. Mən artıq sizə, mənim həqiqi peyğəmbər olduğuma dəlalət edən əlamət gətirmişəm. Gətirdiyim əlamət budur ki, mən sizin üçün pal­çıqdan quşa oxşar bir şey düzəl­dib ona üfü­rərəm, o da Allahın izni ilə diri quş olar. Alla­hın izni ilə anadan­gəl­mə ko­ra şəfa verirəm və onun gözləri açılır, cüzam xəstəli­yinə tutu­lanı sa­ğaldıram və ona yeni sağlam dəri qayıdır və həmçinin ölmüş kimsələri də diril­də­rəm. Bunların hamısı Allahın izni ilə olur. Evlərinizdə yedi­yiniz və yığıb sax­ladıqınız, gizlətdiyiniz şeyləri sizə xəbər ve­rə­rəm. Əgər siz iman gətirmək və dəlilləri təsdiqləmək istəyirsinizsə, sizə söyədiyim, insanın bacarmadığı bu əzəmətli işlərin hamısı, mənin sizə Allah tərəfindən göndərilən elçi olduğuma açıq-aydın bir dəlildir\".","Sizə, həmçinin, məndən əvvəl nazil ol­muş Tövra­tı təsdiqləyəni gətirdim. Sizə asanlıq və rahatlıq üçün bundan əvvəl sizə ha­ram edil­miş bəzi şey­ləri halal etmək üçün gön­də­ril­dim. Sizə dediyimin doğru olduğunu təsdiq edən açıq-aydın bir dəlil gətir­dim. Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə Allah­dan qor­xun və sizi dəvət ediyim şeyədə mənə itaət edin.","Çünki bu, Allahın, həm mənim, həm də sizin Rəbbiniz olduğu üçündür. İtaət olunmağa və qorxmağa yalnız tək O, layiqdir. Elə isə siz, tək Ona ibadət edin! Sizə əmr etdiyim Allaha ibadət etmək və Ondan qorxmaq yolu, əyrilik olmayan düzgün yoldur.","İsa - aleyhissəlam - onların (yəhudilərin) küfrdə israrlı olduqlarını bildikdə, İsrail oğullarına müraciət edərək, dedi: \"Allaha dəvətdə kim­ mənə yar­dımçı olacaq?\" Bu zaman ona tabe olanlar içərisində seçilmiş kimsələr dedilər: \"Bizik Alla­hın dini­nin yardımçıları! Biz Allaha iman gətirdik və sənə tabe olduq. Sən də, ey İsa, şahid ol ki, biz Allahın tövhidinə və Ona itaət ilə boyun əyənlərdənik!\"","Həvarilər həmçinin dedilər: \"Ey Rəbbimiz! İncil də bizə na­zil et­diyinə iman gətirdik və İsaya - aleyhissəlam - tabe olduq. Bizi də, Sənə və Sənin elçilərinə iman edən haqqa şahid olanlarla bir yerdə et!\"","İsrail oğullarından bir dəstə hiylə işlətib, İsanı - aleyhissəlam - öldürmək üçün səy göstərdilər. Allah da onlara qarşı hiylə işlədib onları zəlalətdə tərk etdi və İsanın - aleyhissəlam - surətini başqa bir kişiyə verdi. Allah hiylə işlədənlərin ən xeyirlisidir. Çünki Uca Allahın düşmənlərinə Onun hiyləsindən də daha şiddətli bir hiylə yoxdur.","Allah, İsaya - aleyhissəlam - müraciət etdiyi zaman onlara qarşı - bir daha - hiylə işlədib dedi: \"Ey İsa, həqiqətən, Mən səni öldürmədən həyatına son qoyub, sənin bədənini və ruhunu Özümə tərəf qaldıracam, səni, sənə küfr edənlərin pisliyindən pak edəcəm və səni onlardan uzaqlaşdıracam və sə­nə tabe olub, haqq din üzərində ar­dınca gedən­ləri, həmçinin, Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman gətirənləri - Qiya­mət gü­nü­ açıq-aydın dəlil və izzətli olmaqla sənə kafir olanlardan üstün edə­cə­m. Sonra Qiyamət günü sizin dönüşünüz tək Mənə olacaq. Mən də, ixtilafa düş­dü­yü­nüz şeylər barəsində sizin ara­nızda haqqla hökm ve­rə­cə­m.","Sənə və sənin onlara gətirdiyin haqqa küfür edənlərə isə bu dünyada öldürmək, əsir etmək və zəlil etməklə, axirətdə isə cəhənnəm əzabı ilə şiddətli əzab verəcəyəm. Onları əzabdan qoruyan köməkçiləri də olmayacaqdır.","Sənə və sənin onlara gətirdiyin haqqa iman gətirib, namaz qılıb, zəkat verib, oruc tutub, qohumluq əlaqələrini birləşdirib və s. bu kimin saleh əməllər edənlərə gəldikdə isə, Allah onlara əməllərinin savabını azaltmadan tam verə­cək­dir. Bu, Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) göndərilməzdən əvvəl, İsa Məsihin şəxsən müjdələdiyi, ona tabe olanlar barəsindədir. Allah zalım­la­rı sevməz. Ən böyük zülüm də uca Allaha şərik qoşmaq və Onun elçisini yalan saymaqdır.","(Ey Peyğəmbər) İsanın - aleyhissəlam - xəbərlərindən sənə oxuduğu­muz bu ayələrdə, sənə nazil edilənin doğru olduğuna dəlalət edən açıq-aydın əlamətlər vardır. Bu, müttəqilər üçün zikr­dən­dir. Bunlar muhkəm ayələrdir və batil bu ayələrə yol tapa bilməz.","Həqiqətən, Allah yanın­da İsanın - aleyhissəlam - yaradılışının misalı Adəmin atasız və anasız, torpaqdan yaradılışının misalına bənzəyir. Allah sadəcə olaraq ona \"Bəşər ol!\"– dedi, o da uca Allahın istədiyi kimi oldu. İndi siz necə ola bilər ki, İsanın atasız dünyaya gəldiyinə əsasən onun ilah olduğunu idda edirsiz?! Halbuki, siz, Adəmin bəşər və atası olmadan, torpaqdan dünyaya gəldiyini təsdiqləyirsiz.","(Ey Peyğəmbər) İsa - aleyhissəlam - barədə, Rəbbindən sənə nazil edilənlər, şəkk olmayan haqqdır. Sən buna heç vaxt şübhə və tərəddüd edənlərdən olma. Əksinə olduğun haqq üzərində sabit qal!","Ey Peyğəmbər! Sənə İsa - aleyhissəlam - barəsində səhih elm gəl­dikdən son­­ra, İsanın Allahın qulu olmadığını idda edib, səninlə mücadələ edən Nəcran nəsranilərinə, de: \"Gəlin oğulla­rımızı və oğulla­rını­zı, qa­dınları­mı­zı və qadın­larınızı, özümüzü və özünüzü çağıraq və bir yerdə yığışaq sonra isə Allah Öz lənətini bizdən və sizdən yalan danışanlara endirməsi üçün Allah dua edib yalvaraq\".","İsa - aleyhissəlam - barədə sənə bildirdiyimiz bu xəbər, həqiqətən, yalan və şəkk olmayan gerçək bir xəbərdır. Tək Allahdan başqa iba­dətə layiq olan haqq məbud yoxdur. Şübhəsiz ki, Allah mülkündə qüd­rətlidir. İdarə etməyində, işlərində və xəlq etməyində hikmət sahibidir.","Əgər onlar sənin gətirdiyin şəriətdən üz çevirib, sənə tabe olmasalar, bu onların fitnə-fəsadı səbəbindəndir. Şüb­həsiz ki, Allah yer üzündə fitnə-fəsad tö­rədən­ləri tanıyır və onların etiyi əməllərin əvəzini verəcəkdir.","Ey Peyğəmbər! De: \"Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Gəlin hamımız bir olub, ədalət kəlməsinin ətrafında birləşək ki, Allahı ibadətdə təkləşdirək, kim və nə olmasından aslı olmayaraq, Allahdan baş­­qasına ibadət etməyək və Alla­hı qoyub bir-birimizi ibadət və itaət edilən ilahlar etməyək\". Əgər onlar, sənin onları dəvət etdiyin haqq və ədalətdən yenə üz çevirsələr, bu zaman, - ey möminlər! - onlara de­yin: \"Şahid olun ki, biz Uca Allaha ibadət və itaətlə təslim olan müsəl­man­larıq!\"","Ey Kitab əhli! Nə üçün İb­rahimin - aleyhissəlam - milliyyəti barəsində mübahisə edirsiz? Yəhudilər İbrahimin yəhudi olduğunu, nəsranilər isə Onun, nəsrani olduğunu idda edirlər. Halbuki siz, yəhudi və nəsraniliyin İbrahimin - aleyhissəlam - vəfatından uzun müddət sonra meydana gəldiyini bilirsiniz. Məgər siz, ağılınızla, bu sözünüzün batil və iddanızın da yalnış olduğunu dərk etmirsinizmi?!","Baxın, ey kitab əhli! Siz həm öz dininiz, həm də sizə nazil edilənlərdən bildiyiniz şeylər barədə Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) mücadələ edirsiniz. Bəs nə üçün kitablarınızda olmayan və peyğəmbərlərinizin də sizə xəbər vermədiyi məsələlər bardədə - İbrahim və onun dini barədə bil­mə­diyiniz şeylər haqqında mübahisə edirsiniz?! Allah işlərin həqiqətini də bilir batini də, siz isə bil­­məzsiniz!","İbrahim - aleyhissəlam - nə yəhudi millətindən idi, nə də nəsrani idi. O, ancaq, batil dinlərdən haqqa meyil edən, tək Allaha təslim olan mü­səl­man idi və heç də ərəb müşrik­lər­inin, İbrahimin onların dinində olduğunu idda etdikləri kimi, Allaha şərik qoşanlardan deyil­di.","Həqiqətən, insanlardan İb­ra­himə - aleyhissəlam - nisbət olmaqa ən haqqlı olanı, İbrahimin - aleyhissəlam - zamanında onun gətirdiyinə tabe olanlar, həmçinin, bu Muhəmməd peyğəm­bər (sallallahu aleyhi və səlləm) və bu ümmətdən ona iman gətirənlərdir. Allah mö­min­lərin yardımçısıdır və onları qoruyandır.","Ey Möminlər! Kitab əhlindən olan yəhudi və nəsrani alimləri, Allahın sizi yönəltdiyi doğru yoldan az­dırmağı təmənna edərlər. Hal­bu­ki, onlar, yalnız öz­lərini azdırırlar. Onlar möminləri azdırmaq üçün səy göstərdiklərinə görə, sonda özləri azdılar. Onlar öz əməllərinin aqibətini anlamırlar.","Ey yəhudi və nəsranilərdən olan Kitab əhli, Allahın sizə nazil edilən ayələrinə və bu ayələrdə Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəm­bərliyinə dəlalət edən dəlillərin olduğu halda nə üçün küfr edir­siniz?! Halbuki siz Muhəmmədin (sallallahu aleyhi və səlləm) haqq olduğuna şa­hidsiniz, üstəlik, kitablarınızda da bu barədə dəlillər vardır!","Ey Kitab əhli, kitablarınızda nazil edilən haqqı, nə üçün özünüzdən uydurduqunuz, batilə qarışdırıb, orada olan haqqı, doğru yolu və Muhəmmədin (sallallahu aleyhi və səlləm) həqiqi peyğəmbər olduğunu gizlədir­si­niz, axı siz, haqqı batildən və zəlalətidə doğru yoldan ayırd edə bilirsiniz?!","Yəhudi alimlərindən bir camaat dedi: \"Möminlərə nazil edi­lənə Qurana günün əvvə­lində, insanlar arasında iman gə­tirin, günün sonunda isə onu in­kar edin ki, bəl­­kə sizin iman etdikdən sonra inkar etdiyinizə görə onlar öz din­lə­rin­də şəkk-şübhə edib: \"Yəhudilər bizdən daha çox bilirlər, onlar artıq bu dindən döndülər\" - deyə öz dinlərindən geri dönə­lər.","Yəhudilər dedilər: \"Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!\" Ey Peyğəmbər, de: \"Şübhəsiz ki, haqqa aparan doğru yol, Uca Alla­hın yo­lu­dur. Bu yol, heç də, si­zə verilən lütfün mislini başqa bir ki­msəyə veriləcəyindən, yaxud müsəlmanlara nazil ediləni təsdiqləsəniz, Rəb­bi­niz ya­ında onların sizə dəlil gə­ti­rə­cəyinə qorxaraq, yalan və inadkarlıq yolu deyildir.\" Ey Peyğəmbər, de: \"Şüb­hə­siz ki, lütf Allahın əlindədir və onu istə­diyi­ quluna bəxş edir. Allah Öz lütfünü bir ümmətə verib başqa bir ümməti ondan məhrum etməz. Allahın lütfü genişdir və O, kimin, Allahın lütfünə layiq olduğunu daha yaxşı bi­lən­dir!\"\t","Allah Öz mərhəmətini istə­di­yi quluna məxsus edər. Ona doğru yol, peyğəmbərlik və bol-bol nemətlər əta edər. Allah, həddi-hüdudu olmayan bö­yük lütf sahibi­dir.","Kitab əhlindən eləsi var ki, onlara çoxlu mal əmanət et­sən, ona əmanət verdiyini sənə tam qaytarar. On­lardan eləsi də var ki, ona az mal ver­sən belə, əmanət verdiyini, başının üstündə durub, israrla tələb etməyincə və ya qazıya şikayət etmədikcə, onu sənə geri qay­tar­maz. Bu, onların: \"Ərəblər­ə və həmçinin onların mallarını mənimsəməkdən ötrü bizə günah ol­maz, çünki Allah onların mallarını bizə hallal etmişdir!\"– de­dikləri sözə və pis zənnlərinə görə idi. Onlar bu sözü deyirlər və özlərinin, Allaha qarşı iftira yaxdıqlarını yaxşı bilirlər.","Xeyr! Bu heç də sizin idda etdiyiniz kimi deyil. Əksinə, onlar günah qazanır. Lakin kim Allaha və Onun elçisinə iman edərək Allahla olan əhdini yerinə yetirsə, ona verilən əmanəti sahibinə qaytararaq insanlıarla olan əhdinə vəfalı olarsa və Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinərək Allahdan qorxarsa, şüb­­hə­siz ki, Allah müttəqiləri se­vər və bu görə onlara gözəl mükafat verəcəkdir.","Allahın onlara Öz kitabında nazil etdiyinə və elçiləri ilə göndərdiyinə tabe olmaq vəsiyyətini, üstəlik, Allaha verdikləri əhdə vəfalı qalacaqlarına dair andlarını kiçik bir dünya malına dəyişdirən kim­sələrin axi­rət­ savabından heç bir payı yox­dur. Allah Qi­ya­mət günü on­la­rı xoş tərzdə danışdırmayacaq, onlara mərhəmət baxışı ilə bax­maya­caqdır, onları etdikləri günahlardan və küfürlərdən təmizə çıxarmayacaq. Onlar üçün ağ­rılı-acılı bir əzab var­­dır.\t","Yəhudilərdən elə bir dəstə də vardır ki, Allahdan nazil edilən Tövratda olmayan bir zikri, siz onların oxuduqlarını Tövratdan olduğunu zənn edəsi­niz deyə, kitabı oxu­yarkən dillərini əyib bü­kürlər. Halbuki, bu, Tövratdan deyildir. Əksinə, bu, onların, Allaha qarşı uydurduğu yalan və iftiralarıdır. Onlar: \"Oxuduqumuz hər bir şey Allah tərəfindəndir!\"– de­yir­lər. Hal­buki bu, Allah tərə­findən de­yildir. On­lar bilə-bilə Alla­ha qarşı yalan danışırlar və özləri də Allah və Onun elçisi adından yalan danışdıqlarını bilirlər.","Heç bir insana, Allah ona Öz tərəfindən kitab nazil etdikdən, onu elm və fəhmlə ruziləndirib və onu pey­­ğəm­bər­lik üçün seçdikdən sonra insanlara: \"Allaha yox, mənə qul olun!\"– deməsi mümkün deyil. Əksinə, o, belə deyər: \"İnsanlara nazil edilmiş kitabı öyrətdiyiniz, əzbər və ya fəhmlə öyrəndiyiniz şeyin sayəsində həm özünüz bildiyinizə əməl edən həm də ki, bildiyinizi insanlara öyrədib, onların işlərini yaxşılaşdıran və onlara gözəl tərbiyə verən alimlərdən olun!\"","O sizə, həmçinin, mələkləri və pey­ğəmbər­lə­ri özünüzə Rəbb qə­­bul edib Allahdan başqasına ibadət etməyinizi əmr etməz. Mə­gər onun sizə, siz müsəlman ol­ub, Ona itaət etdikdən sonra Allaha küfr etməyi əmr etməsi caizdirmi?!","Ey Peyğəmbər! Bir zaman Allah pey­ğəm­­bər­lər­dən möhkəm əhd alaraq onlara: \"Mən nə qədər sizə kitab nazil etsəmdə, nə qədər sizə hikmət bəxş etsəm də və sizdən birinin elmi və Allah yanında dərəcəsi nə qədər çox olsa da və bundan sonra sizə Mənim tərəfimdən -Muhəmməd (sallallahu aleyhi və səlləm) - özü­nüz­də olan kitab və hikməti təsdiqləyən bir elçi gəl­dikdə, onun dininə müt­ləq iman gətirib, ona tabe olub və ona yar­dım edəcəksi­niz. Siz, ey Peyğəmbərlər! Bunu iqrar etdinizmi, bu ağır əhdimi öhdənizə götürdünüzmü?\"– dediyimi xatırla. Onlar: \"Biz bunu iqrar etdik!\"– deyə cavab vermişdilər. Bu zaman Allah da belə buyurmuş­du: \"Elə isə özünüzə və öz ümmətinizə şa­hid olun, Mən də sizinlə bə­ra­bər sizə və onlara şahid olanlardanam\".","Kim Allah və Onun rəsulunun şahidliyi ilə olan bu möhkəm əhdən sonra üz döndərərsə, artıq onlar Allahın dinindən və Ona taətdən xaric olmuş kimsəklərdir.","Yoxsa Allahın dinindən və Ona olan itaətdən xaric olan bu kimsələr, Allah, Öz qulları üçün bəyənib seçdiyi İslam di­nin­dən başqasınımı axtarır­lar? Halbu­ki, göy­lərdə və yerdə olan məxluqlar, möminlər kimi is­təyərək, kafirlər kimi isə istəməyərək Ona təs­lim olmuş və Qiyamət günü haqq-hesab olunmaq və əməllərinin müqabilini almaq üçün Uca Allaha qayı­tacaqdır.","Ey Peyğəmbər! De: \"Biz Allahın haqq İlah olduğuna iman etdik, Onun bizə əmr etdiyinə tabe olduq, bizə nazil etdiyi vəhyə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və Yəqubun övladlarından olan peyğəmbərlərə nazil edilənlərə, Musaya, İsaya və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilən kitablara və möcüzələrə inandıq. Onların bəzilərinə iman edib, bəzilərini isə inkar edərək onlardan heç birini digərindən ayırmırıq. Biz yalnız tək Uca Allaha tabe olub, Ona boyun əyən müsəlmanlarıq!\"","Kim Allahın razı olduğu İslam dinindən başqa bir din arayarsa, Allah, o dini ondan əsla qəbul etməz və o, axirətdə Cəhənnəmə varid olmaqla özünü zi­ya­na uğradanlardan olar.","İman gətirdikdən, Allahın göndərdiyi Muhəmməd peyğəmbərin - sallallahu aleyhi və səlləm - gətirdiyi dinin haqq ol­duğu­na şahidlik etdikdən və bunun səhihliyinə öz­lərinə ay­dın dəlillər gəl­dikdən sonra ka­fir olan kimsələri Allah, Allaha və Onun elçisinə iman etməyə necə müvəffəq edər?! Allah, doğru yol əvəzinə zəlaləti seçən zalım bir qövmü Allaha iman etməyə müvəffəq etməz.","Haqqın əvəzinə batili seçən zalımların cəzası, Alla­hın, mələklərin və bü­tün in­sanların lənətinə uğramaqdır. Məhz belə kimsələr, Allahın rəhmətindən uzaqlaşdırılmış və qovulmuş kimsələrdir.","Onlar Cəhənnəm odunda həmişəlik olaraq qalacaqlar və oradan heç vaxt çıxa bilməyəcəklər. Cəhənnəm əzabları onlardan əskidilməyəcək, tövbə etmələri və üzür gətirmələri üçün onlara möhlət də verilməyəcəkdir.","Yalnız küfr və zülm etdikdən sonra Allaha tərəf dönüb, öz əməl­lərini islah edənlər istis­nadır. Şübhə­siz ki, Allah Ona tövbə edən qullarını bağış­layandır və onlara qarşı rəhmlidir.","Sözsüz ki, iman gətir­dik­dən son­ra kafir olub hətta ölüm gələnədək öz küfrlərində davam edən kimsələ­rin ölüm ayağında olan tövbəsi, tövbənin vaxtı bitdiyi üçün əsla onlardan qəbul edilməyəcək. Məhz onlar Uca Allaha aparan doğru, düzgün yoldan azan­­lardır.\t","Həqiqətən, kafir olub kafir kimi ölənlər, Cəhənnəm əzabından xilas olmaq üçün dünya ağırlığında qızıl ver­sələr belə, bu, onların heç bi­rin­dən qəbul edilməyəcək. On­lar üçün ağrılı-acılı əzab vardır. Qiyamət günü onları əzabdan qorumaq üçün on­ların heç bir kö­mək­çiləri də yoxdur.","Ey Möminlər! Sevdiyiniz mallarınızdan Allah yo­lunda xərcləməyin­cə, xeyirxah insanların savabına və onların dərəcələrinə nail ola bilməzsiniz. Xərclədiyiniz hər bir şeyin az və ya çox olasından aslı olmayaraq, əlbəttə ki, Allah sizin niyyətlərinizi və əməllərinizi bilir və hər bir kəsin əməlinin əvəzini verəcəkdir."]