["Allah o müşriklərə öz Rəsulunu (səllallahu aleyhi və səlləm) göndərdikdən sonra onlar bir-birindən nə haqqında soruşurlar?","Onların bəzisi digərlərindən böyük xəbər barədə soruşur. Bu,onlara göndərilən elçiyə nazil edilmiş, dirilmə barədə xəbərləri ehtiva edən bu Qurandır.","O Quran ki, onlar onun sehr, yaxud şeir, yaxud kahinlik, yaxud da keçmişdəkilərin əfsanələri olduğunu iddia etməklə onun vəsfi xüsusunda ixtilafa düşmüşlər.","Bu iş heç də onların iddia etdikləri kimi deyildir. Quranı təkzib edən o müşriklər bu təkzibin pis aqibətini hökmən biləcəklər.","Bir daha xeyr, onlar bu təkzibin pis aqibətini hökmən biləcəklər.","Onlar yer üzərində qərar tutsunlar deyə Biz onu yataq tək dümdüz etmədikmi?!","Yer tərpənməsin deyə Biz onun üzərində dirəklər tək dağlar yerləşdirdik.","Ey insanlar! Biz sizi kişi və qadın olaraq cüt-cüt yaratdıq.","İşlərinizi dayandırıb istirahət edəsiniz deyə sizin üçün yuxu yaratdıq.","Övrətinizi libasla örtrdüyünüz kimi gecəni də öz zülməti ilə bürüyən bir örtük etdik.","Gündüzü də, sizin ruzi əldə etməyiniz və onu axtarmağınız üçün meydan etdik.","Üstünüzdə dayanıqlı və möhkəm bina edilmiş yeddi göy yaratdıq.","Günəşi də çox yanar və çox parlaq bir çıraq etdik.","Biz yağmurla dolmuş buludlardan şırıl-şırıl yağan yağmur endirdik.","Yağmur yağdırdıq ki, onun sayəsində müxtəlif dənlər və növbənöv bitkilər çıxardaq.","Eləcə də, bu yağmur sayəsində, ağaclarının budaqları bir-birinə sarmaşan bağlar yetişdirək.","Həqiqətən, yaradılanlar arasında ayırd etmək günü əzəldən müəyyən edilmiş, dəyişilməz, bəlli bir vaxta təyin edilmişdir.","Ey insanlar! Mələk sura ikinci kərə üfürəcəyi gün, siz məhşərə dəstə-dəstə gələcəksiniz.","O gün göy açılacaq və orada açıq qapılara bənzər yarıqlar əmələ gələcək.\t","Dağlar hərəkətə gətirilib səpələnən toz dənəciklərinə çevriləcək və ilğıma dönəcəkdir.","Həqiqətən, Cəhənnəm pusquda durub kafirləri gözləyir.","Cəhənnəm zalımların qayıdacağı yerdir.","Onlar orada sonu olmayan zaman və əsrlər boyu qalacaqlar.","Onlar orada nə atəşin istisini soyudan soyuq hava görəcək, nə də ləzzət verəcək bir içki dadacaqlar.","Daddıqları yalnız qaynar su və Cəhənnəm əhlinin bədənindən axan irin olacaqdır.","Dünyada ikən etdikləri küfrə və azğınlığa uyğun cəza olaraq.","Doğrusu, onlar dünyada ikən Allahın axirətdə onları haqq-hesaba çəkəcəyindən qorxmurdular. Çünki onlar öldükdən sonra qiyamət günü yenidən diriləcəklərinə inanmırdılar. Əgər yenidən diriləcəklərinə inansaydılar, Allaha iman gətirər və yaxşı işlər görərdilər.","Onlar Rəsulumuza nazil etdiyimiz ayələrimizi də qətiyyətlə təkzib edirdilər.","Biz onların əməllərinin hamısını müəyyənləşdirib hesaba almışıq. Bunların hamısı onların əməl kitabında yazılmışdır.","Ey azğınlar! Elə isə dadın əzabı. Bu, həmişəlik əzabdır. Biz sizə əzabınız üzərinə əzabdan başqa bir şey artırmayacağıq.","Rəbbinin əmrlərini yerinə yetirən və Onun qadağalarından çəkinən müttəqilər üçün içində istədiklərinə nail olacaq nicat yeri vardır. Bu da, Cənnətdir.","Bağçalar və üzüm bağları,","Sinələri yenicə qabarmış həmyaşıd gənc qızlar.","Şərabla dolmuş qədəhlər vardır.","Onlar Cənnətdə nə batil söz, nə də yalan eşidəcək, nə də ki bir-birini yalançı hesab edəcəklər.","Bunların hamısı Allahın Öz tərəfindən onlara artıqlaması ilə bəxş etdiyi lütf və mükafatıdır.","Göylərin, yerin və onların arasında olanların Rəbbi, həm dünyada, həm də axirətdə mərhəmətli olan Allahdır. Yerdə və göydə olanlardan heç biri Allahın izni olmadan Ondan bir şey istəməyə qadir olmayacaqlar.","Cəbrail və mələklər səf-səf duracaqları gün, Mərhəmətli Allahın kimsəyə şəfaətçilik etməsinə izin verdiyi kəslərdən və tovhid kimi haqq söz deyənlərdən başqa heç kəs danışmayacaqdır.","Sizə vəsf edilən o gün, vaqe olacağına şübhə olmayan bir gündür. Kim o gün Allahın əzabından qurtulmaq istəyirsə, qoy istədiyinə nail olmaq üçün Rəbbini razı salacaq saleh əməllər etsin.","Ey insanlar! Biz sizi baş verəcək yaxın əzab barədə xəbərdar etdik. O gün insan dünyada nə əməllər etdiyini görəcək, kafir isə həmin gün heyvanlara: \"Torpaq ol!\"- deyildiyini gördükdə, əzabdan xilas olmaq üçün təmənna edib deyəcək: \"Kaş mən də, bu heyvanlar kimi torpaq olaydım\"","Uca Allah kafirlərin canını zorla və amansızcasına alan mələklərə and içir.","Uca Allah möminlərin canını rahatlıqla və asanlıqla alan mələklərə and içir.","Uca Allah Öz əmri ilə göydən yerə enən mələklərə and içir.","Uca Allah Öz buyuruqlarını yerinə yetirməkdə bir-birini ötən mələklərə and içir.","Uca Allah əzəldən yazdığı qəza və qədərə müvafiq olan əmrlərini yerinə yetirən mələklərə - məsələn, qulların əməllərini qeydə almaq üçün müvəkkəl edilmiş mələklərə and içir. Allah, məxluqatı hesaba çəkəcəyinə və əməllərinin əvəzini verəcəyinə dair bu mələklərə and içir.","İlk sur üfürüləcəyi gün yer lərzəyə gələcək.","Bu üfürülmənin ardından ikinci kərə sura üfürüləcək.","Qiyamət günü kafirlərin və fasiqlərin qəlbi qorxu içində olacaq.\t","Onların gözlərində zəlillik əlaməti görünəcək.","Halbuki, onlar deyərdilər: \"Yəni biz öldükdən sonra yenidən həyata qaytarılacağıq?!","Sümüklərimiz çürüyüb yox olduqdan sonra gerimi qaytarılacağıq?!\"","Onlar dedilər: \"Əgər biz qayıtsaq, bu, ziyanlı, həm də sahibini aldadan bir qayıdış olar\".","Yenidən dirilmə olduqca sadə bir işdir. Belə ki, bu, sura üfürməyə müvəkkəl edilmiş mələyin bircə dəfə sura üfürməsi ilə baş verəcəkdir.","O vaxt yerin altındakı ölülərin hamısı dirilib dərhal yerin səthinə çıxacaqlar.","Ey Peyğəmbər! Musanın öz Rəbbi ilə, habelə, öz düşməni Fironla olan əhvalatı sənə gəlib çatdımı?!","O zaman Rəbbi onu pak Tuva vadisində səsləyib demişdi:","Allah Musaya belə buyurdu: \"Fironun yanına get! Həqiqətən də, o, zülm və təkəbbürlükdə həddi aşmışdır\".","\"Ona de: \"Ey Firon! Küfrdən və günahlardan təmizlənmək istəyirsənmi?\"","Səni, səni yaradan və sənin qeydinə qalan Rəbbinə tərəf yönəldimmi ki, Ondan qorxub Onu razı salacaq əməllər edəsən və Onu qəzəbə gətirəcək işlərdən çəkinəsən?","Musa (aleyhissəlam) Rəbbi tərəfindən göndərilmiş elçi olduğuna dəlalət edən ən əzəmətli əlaməti Firona göstərdi: bu da, əlin ağappaq olması və əsanın ilana çevrilməsidir.","Firon isə sadəcə bu əlamətləri yalan saydı və Musanın (aleyhissəlam) ona əmr etdiyinə asi oldu.","Sonra asilik edərək və haqdan üz döndərərək, Musanın -Aleyhissəlam- təbliğ etdiyinə iman gətirməkdən üz çevirdi.\t","Öz qövmünü və tabeçiliyində olanları bir yerə toplayıb, Musaya - Aleyhissəlam- qalib gəlmək üçün onlara belə səsləndi:\t","\"Sizin uca rəbbiniz mənəm. Odur ki, siz məndən başqasına itaət etməməlisiniz\".","Elə buna görə də Allah onu bu dünyada dənizdə qərq etməklə, axirətdə də, ən şiddətli əzaba düçar etməklə cəzalandırdı.","Həqiqətən də, dünyada və axirətdə Firona verdiyimizi cəzada Allahdan qorxan kimsə üçün ibrət vardır. Məhz beləsi ibrətlərdən fayda götürər.","Ey yenidən dirilməni yalan sayanlar! Allah üçün sizin yaradılışınız çətindir, yoxsa möhkəm qurduğu göyün?","Allah onun səmtini yüksəyə doğru ucaltmış və onu heç biri çatı, heç bir yarığı və heç bir qüsuru olmadığı şəkildə, dümdüz yaratmışdır.","Günəş batdıqda göyü zülmətə bürüyər, günəş çıxdıqda isə onun nurlandırar.","Allah göyü yaratdıqdan sonra yeri döşədi və orada faydalı şeylər yaratdı.","Orada axar bulaqlar yaratdı, habelə, heyvanların yemlənməsi üçün bitkilər yetişdirdi.","Dağları da yerə möhkəm yerləşdirdi.","Ey insanlar! Bütün bunlar sizin və sizin heyvanlarınızın faydalanması üçündür. Bunların hamısını (heçdən) yaradan Allah, onları yenidən yaratmağa aciz deyildir.","Dəhşəti hər şeyi bürüyəcək ikinci sur üfürüləcəyi və qiyamət qopacağı zaman -","O gün insan dünyada etdiyi xeyir və ya şər əməlləri xatırlayacaq.","Cəhənnəm də gətirilib onu görə bilən hər kəsə göstəriləcəkdir.","Azğınlıqda həddini aşmış kimsəyə gəlincə,","Fani dünya həyatını əbədi axirət həyatından üstün tutmuşsa,","Şübhəsiz ki, onun qərar tutacağı yer atəş olacaqdır.","Rəbbinin hüzurunda duracağından qorxan və Allahın haram buyurduqlarını nəfsinə yasaq edən kimsəyə gəldikdə isə, həqiqətən də, onun qərar tutacağı yer Cənnət olacaqdır.","Rəbbinin hüzurunda duracağından qorxan və Allahın haram buyurduqlarını nəfsinə yasaq edən kimsəyə gəldikdə isə, həqiqətən də, onun qərar tutacağı yer Cənnət olacaqdır.","Ey Peyğəmbər! Öldükdən sonra yenidə dirilməni yalan hesab edənlər səndən: \"Qiyamət nə zaman qopacaq?\" – deyə soruşurlar.","Bu haqda sənin bildiyin bir şey yoxdur ki, onlara nə isə bildirəsən. Bunun sənə aid olan bir şey deyil. Sənə aid olan, yalnız o gün üçün hazırlıq görməyindir.","Qiyamətin qopacağı vaxtı dəqiqliyi ilə bilmək təkcə sənin Rəbbinə aiddir.","Sən sadəcə qiyamət qopacağından qorxan kimsəni xəbərdar edənsən. Çünki yalnız beləsi sənin xəbərdarlığından faydalana bilər.","Onlar qiyamətin qopacağını öz gözləri ilə gördükləri zaman, dünya həyatlarında sadəcə bir günün axşamını və ya onun səhərini yaşadıqlarını güman edəcəklər.","Rəsulullah (səllallahu aleyhi və səlləm) qaşqabağını tökdü və üzünü çevirdi.","Rəsulullah (səllallahu aleyhi və səlləm) hidayət olunmaları ümidi ilə müşriklərin böyüklərini dəvət etməklə məşğul olduğu bir əsnada bu zaman gözləri görməyən Abdullah bin Ummu Məktumun gələrək Rəsulullahdən (səllallahu aleyhi və səlləm) ona İslam barədə xəbər verməsini istədikdə Rəsulullah (səllallahu aleyhi və səlləm) qaşqabağını töküb üzünü çevirdi.","Ey Peyğəmbər! Nə bilirsən, bəlkə bu kor adam günahlarından təmizlənəcəkdi!","Və ya səndən eşitdiyi nəsihətlərdən ibrət alıb faydalanacaq.","Əlində olan mal-dövlətlə kifayətlənib sənin gətirdiyin imana ehtiyacı olmayan kimsəyə gəlincə,","Sən ona diqqət verir və ona tərəf üz tutursan.","Onun Allaha tövbə edib günahlarından təmizlənməməyinin sənə heç bir aidiyyəti yoxdur.","Xeyir əldə etmək üçün səy göstərib sənin yanına gələn,","Rəbbindən qorxan kimsəyə gəlincə,","Sən ona məhəl qoymayıb müşriklərin böyüklərindən biri ilə məşğul olursan.","Bu heç də belə deyil. Bu sadəcə ibrət almaq istəyən kimsə üçün bir nəsihət və bir xatırlatmadır.","Kim Allahı yad etmək istəsə, Onu yad edər və bu Quranda zikr edilənlərdən ibrət alar.","Bu Quran mələklərin yanında olan şərəfli səhifələrdədir.","Uca məqamda yerləşən, özünə, nə bir çirk, nə də murdar bir şey toxunan pak səhifələr.","Bu səhifələr mələklərdən olan elçilərin əllərindədir.","Özlərinin Rəbbi yanında hörmətli olan, çoxlu xeyirxah işlər görən və müti olan mələklərin.","Lənətə gəlsin kafir adam! O, Allaha qarşı necə də nankordur.","(Qoy bir düşünsün,) Allah onu nədən yaradıb ki, o, yer üzündə təkəbbür göstərir və Allaha küfr edir?!","Allah onu bir damla sudan yaratmış və bu yaradılışı mərhələlərdən keçirərək müəyyən şəkilə salmışdır.","Bu yaradılış mərhələləri başa çatdıqdan sonra ona anasının bətnindən çıxmağı asanlaşdırmışdır.","Onun qədərinə yazdığı ömürü bu həyatda ona yaşatdıqdan sonra onun canını almış və onu diriləcəyi günə qədər qalacağı qəbirə yerləşdirmişdir.","Sonra da istədiyi zaman onu haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün onu dirildəcəkdir.","Bu iş heç də o kafirin düşündüyü kimi deyil. O kafir, Rəbbinin haqqını ödədiyini düşünür, halbuki o, Allahın ona vacib buyurduqlarını hələ yerinə yetirməmişdir.","Qoy Allaha küfr edən kimsə yediyi yeməyə baxsın görsün, onu necə əldə edib?!","O yeməyin əsli göydən şırıl-şırıl və bol-bol yağan yağışdan əmələ gəlmişdir.","Sonra biz yeri yardıq ki, orada bitkilər yetişsin.","Orada buğda, qarğıdalı və başqa bu kimi dənli bitkilər yetişdirdik.","Orada üzüm və yonca yetişdirdik ki, (bu yonca) onların heyvanları üçün yem olsun.","Həmçinin, zeytun və xurma ağacları da bitirdik.","Orada ağaclarla dolu bağlar yetişdirdik.","Həmçinin, meyvələr və heyvanlarınzın yediyi otları bitirdik.","(Bu nemətlər) sizin və heyvanlarınızın istifadəsi üçündür.","Qulaqları batıran dəhşətli səs gələcəyi - ikinci kərə sura üfürüləcəyi zaman","Həmin gün adam öz qardaşından qaçacaq.","Həmçinin, anasından və atasından qaçacaq.","Eləcə də həyat yoldaşından və övladlarından qaçacaq.","O gün kədərin şiddətindən onlardan hər biri öz hayında olacaq.","Xoşbəxt insanların o gün üzləri nur saçacaq.","Uca Allahın Öz rəhmətində onlar üçün hazırladığı nemətlərə sevinib fərəhlənəcək.","Bədbəxt insanların isə o gün üzlərinə toz-torpaq hopacaq.","Onları zülmət bürüyəcəkdir.","Bu cür vəsf olunan kəslər küfrü və günahları özündə cəm edən kimsələrdir.","Günəşin cəm olunacağı və onun nurunun gedəcəyi zaman,","Ulduzlar düşəcəyi və onların işığının yox olacağı zaman,","Dağlar yerlərindən (çıxarılıb) hərəkətə gətiriləcəyi zaman,","Sahibləri tərəfindən dəyər verilən boğaz dişi dəvələr başlı başına buraxılacağı zaman.\t","Vəhşi heyvanlar insanlarla bir yerə toplaşacaqları zaman,","Dənizlər alovlanıb atəşə çevriləcəyi zaman,","Hər kəs öz tayına qovuşdurulacağı zaman. Belə ki, günühkar günahkarın, müttəqi də müttəqinin yanında olacağı zaman.","Allah, diri-diri torpağa gömülmüş qız uşaqları barəsində soruşacağı zaman:","\"Səni öldürən kimsə hansı cinayətə görə səni öldürmüşdür?!\"","Hər kəs öz əməlləri yazılmış səhifəni oxusun deyə, qulların əməlləri yazılmış səhifələr açılacağı zaman,","Qoyunun dərisi bədənindən çıxarıldığı kimi, göydə yerindən qopardılacağı zaman,","Cəhənnəm alovlandırılacağı zaman,","Cənnət müttəqilərə yaxınlaşdırılacağı zaman,","Bütün bunlar baş verəcəyi zaman hər kəs o gün üçün nə hazırladığını biləcəkdir.","Uca Allah, gündüz gizlənib gecə çıxan ulduzlara and içir.","Uca Allah həmçinin, ceyran öz sığınağına girdiyi kimi, gecəni öz orbitində üzüb səhər açıldıqda gözdən itən səyyarələrə də and içir.","Uca Allah axşamüstü qaralmaqda olan, səhərə yaxın da açılmaqda olan gecəyə and içir.","Uca Allah eləcə də, açılmaqda olan səhər and içir.","Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş Quran, etibarlı mələk Cəbrailin (aleyhissəlam) ona çatdırdığı Allah kəlamıdır. Allah bu kəlamı Cəbrailə etibar etmişdir.","O qüvvət sahibidir. Ərşin Rəbbi pak və müqəddəs Allahın yanında böyük hörmət sahibidir.","Göy əhli arasında itaət ediləndir, üstəlik, ona nazil olan vəhyə etibarlıdır.","Daima yanınızda olan, üstəlik, ağıllı, etibarlı və düzdanışan birisi olduğunu bildiyiniz Muhəmməd (səllallahu aleyhi və səlləm) sizin iftira yaxdığınız kimi dəli deyildir.","Yoldaşınız (Muhəmməd səllallahu aleyhi və səlləm) Cəbraili aydın üfüqdə, onun xəlq edildiyi surətində gördü.","Sizin yaldaşınız (Muhəmməd səllallahu aleyhi və səlləm) nə özünə vəhy edilmiş qeyb xəbərlərini sizə bildirməyə xəsislik edər, nə də kahinlər kimi bunun müqabilində sizdən zəhmət haqqı alar.","Bu Quran Allahın rəhmətindən qovulmuş şeytanın sözü deyildir.","Bu dəlillərdən sonra Quranın Allahdan olmasını inkar etmək üçün hansı yol axtarırsınız?!","Bu Quran cinlər və insanlar üçün yalnız bir xatırlatma və bir nəsihətdir.","Sizlərdən haqq yola yönəlmək istəyən kimsələr üçün.","Bütün məxluqatı yaradan Allah istəməyincə, siz doğru yolda olmağı və ya başqa bir şeyi istəyə bilməzsiniz.","Mələklərin nazil olması üçün göy parçalanacağı zaman,","Ulduzlar səpələnmiş halda düşəcəyi zaman,","Dənizlər daşıb bir-birinə qarışacağı zaman,","Qəbirlərdəki ölülərin dirilib çıxması üçün o qəbirlərin altı üstünə çevriləcəyi zaman,","O gün hər kəs (dünyada) nə əməllər etdiyini, nələri də sonraya saxlayıb etmədiyini biləcəkdir.","Ey Rəbbinə küfr edən insan! Sənə möhlət verib günahlarına görə səni dərhal cəzalandırmamaqla sənə qarşı səxavət göstərən Rəbbinin əmrinə müxalif olamağa səni vadar edən nədir?!","O Rəbbin ki, səni heç nədən yaratmış və əzalarını yerli yerində edib sənə kamil surət vermişdir.","Səni istədiyi surətdə xəlq etmişdir. O səni uzunqulaq, meymun, it və başqa bu kimi heyvan yaratmamaqla sənə nemət bəxş etmişdir.","Ey azmış kimsələr! bu iş heç də sizin düşündüyünüz kimi deyil. Əksinə, siz haqq-hesab gününü yalan sayır və o gün üçün hazırlıq görmürsünüz.","Şübhəsiz ki, sizin üzərinizdə əməllərinizə nəzarət edən mələklər vardır.","Allah yanında hörmətli olan, əməllərinizi yazan mələklər.","Onlar sizin nə əməl etdiyinizi bilir və onu qeydə alırlar.","Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri qiyamət günü tükənməz nemətlər içində olacaqlar.","Şübhəsiz ki, günahkarlar onları yandırıb-yaxan Cəhənnəm odunda olacaqlar.","Onlar ora haqq-hesab günü daxil olacaq və onun hərarətindən əzab çəkəcəklər.","Onlar heç vaxt ondan çıxa bilməyəcəklər, əksinə, orada əbədi olaraq qalacaqlar.","Ey Peyğəmbər! Sən nə bilirsənki, din günü nədir?!","Sonra sən nə bilirsən ki, din günü nədir?!","O gün heç kəs heç kəsə fayda verə bilməyəcək. O gün hökm yalnız Allaha məxsus olacaq və O, istədiyini edəcək. Ondan başqa heç kəsin hökm verməyə ixtiyarı olmayacaqdır.","Çəkidə və ölçüdə aldadanlar həlak olsun və ziyana uğrasın!","O kəslər ki, başqalarından bir şey aldıqda öz haqlarını onlardan tam şəkildə tələb edirlər.","Özləri onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə ölçünü və çəkini naqis edirlər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Mədinəyə hicrət etdiyi zaman Mədinəlilərin halı belə idi.","Bu günahı edən kimsələr öldükdən sonra dirililib Allahın hüzuruna gətiriləcəklərindən qorxmurlarmı?!","Bəlalar və dəhşətlərlə dolu əzəmətli bir gündə, haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün (diriləcəklər).","O gün insanlar haqq-hesab çəkilmək üçün bütün məxluqatın Rəbbi qarşısında duracaqlar.","Öldükdən sonra yenidən dirilməni yalan hesab edirsiniz, amma bu heç də siz təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, kafirlərdən və münafiqlərdən olan günahkarların kitabı yerin alt təbəqəsində ziyan içindədir.","Ey Peyğəmbər! Sən nə bilirsən Siccin nədir?!","Onların yazılmış bu kitabı nə silinər, nə ona əlavə edilər, nə də ondan nə isə əskilər.","O gün haqqı yalan sayanlar həlak olsun və ziyana uğrasın!","Onlar, Uca Allahın Öz qullarına dünyada etdikləri əmllərinin əvəzini verəcək gününü yalan sayan kimsələrdir.","O günü yalnız Allahın hədlərini aşan və çoxlu günahlar işlədən kimsə yalan hesab edər.","Rəsulumuza nazil edilmiş ayələr ona oxunduğu zaman o: \"Bu, əvvəlki ümmətlərin uydurduğu nağıllardır. O, Allahdan nazil olmayıb\" – deyər.","Bu heç də o yalan sayanların təsəvvür etdiyi kimi deyil, əksinə, onların qazandıqları günahlar ağıllarına üstün gəlmiş və onu qaplamışdır. Odur ki, onların qəlbi haqqı görmür.","Həqiqətən də, qiyamət günü onlar özlərinin Rəbbini görməkdən məhrum olacaqlar.","Sonra onlar Cəhənnəmə varid olacaq və onun hərarətindən əzab çəkəcəklər.","Sonra qiyamət günü onlara bir təhqir olaraq deyiləcək: \"Sizin düçar olduğunuz bu əzab, dünyada ikən rəsulunuzun sizə xəbər verdiyi, sizin yalan saydığınız Cəhənnəmdir\".","Bu heç də sizin, haqq-hesabın və əməllərin əvəzinin olmadığını təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, itaət edənlərin kitabı İlliyyundadır.","Ey Peyğəmbər! Sən nə bilirsən İlliyyun nədir?!","Onların yazılmış bu kitabı nə silinər, nə ona əlavə edilər, nə də ondan nə isə əskilər.","Bu kitaba hər bir göyə yaxın olan mələklər yaxınlaşa bilər.","Şübhəsiz ki, çox itaət edənlər qiyamət günü tükənməz nemətlər içində olacaqlar.","Onlar bəzədilmiş taxtlar üstündə oturub özlərinin Rəbbinə, üstəlik, könüllərini açan və onları sevindirən şeylərə baxacaqlar.","Sən onlara baxdıqda onların üzündə səadət əlaməti - gözəllik və parlaqlıq görəcəksən.","Onların xidmətçiləri onlara qədəhinə möhür vurulmuş şərabdan süzəcəklər.","Onun müşkünün iyi son məsafəyədək yayılacaq. Qoy yarışanlar Allahı razı salacaq əməlləri yerinə yetirməklə, üstəlik, Onu qəzəbə gətirəcək əməlləri tərk etməklə bu dəyərli mükafata nail olmaq üçün yarışsınlar.","Bu möhürlü şəraba təsnim bulağından qatışdırılacaq.","Təsnim bulağı Cənnətin ən uca məqamında yerləşən, Allaha yaxın olan möminlərin saf və təmiz olaraq içdikləri bir bulaqdır. Amma digər möminlər isə o bulağa başqa şeylər qatışdırılmış halda içirlər.","Küfr etməklə günaha batanlar iman gətirənlərə istehza edib gülürdülər.","Onlar möminlərin yanından keçdikdə onları lağa qoymaq və ələ salmaq məqsədilə bir-birlərinə qaş-göz edirdilər.","Öz ailələrinin yanına qayıtdıqda, küfr etdiklərinə və möminləri ələ saldıqlarına görə fərəhlə qayıdardılar.","Müsəlmanları gördükdə deyərdilər: \"Bunlar atalarının yolunu tərk edib, haqq yoldan azanlardır\".","Allah onları möminlərin əməllərinə nəzarət etməyi tapşırmamışdır ki, belə söz danışsınlar.","Kafirlər bu dünyada möminlərə güldükləri, qiyamət günü möminlər də kafirlərə elə güləcəklər.","Onlar bəzədilmiş taxtlar üstündə əyləşib Allahın onlar üçün hazırladığı tükənməz nemətlərə tamaşa edəcəklər.","Kafirlərə dünyada etdikləri əməllərə görə alçaldıcı əzab veriləcəkdir.","Mələklərin nazil olması üçün göy yarılacağı zaman,","Rəbbinin buyuruğunu eşidib Ona itaət etməyə hazır olacağı zaman,","Allah göy üzünü dümdüz etiyi kimi, yeri dümdüz edəcəyi zaman,","İçindəki xəzinələri və ölüləri kənara atıb boşalacağı zaman,","Rəbbinin buyuruğunu eşidib Ona itaət etməyə hazır olacağı zaman,","Ey insan! Sən ya xeyirxah, ya da şər işlər görəcək, sonra qiyamət günü Allah sənə etdiyin əməllərin əvəzini versin deyə, Onun hüzuruna çıxacaqsan.","Kimin əməl dəftəri sağ əlinə veriləcəksə,","Allah onun sorğu-sualını yüngül edəcək. Belə ki, ona etdiyi əməli barədə xəbər verəcək, lakin buna görə onu cəzalandırmayacaqdır.","Sonra o sevincək halda öz ailəsinin yanına qayıdacaqdır.","Kimin də kitabı arxa tərəfindən sol əlinə veriləcəksə,","O özünə ölüm diləyəcək.","O, Cəhənnəm oduna düçar olacaq və onun hərarətindən əzab çəkəcəkdir.","Həqiqətən də,o, dünyada ikən küfr və asilik etməklə öz ailəsinin yanında sevic içində idi.","O, öldükdən sonra bir daha həyata qayıtmayacağını zənn edirdi.","Xeyr, Allah onu ilk dəfə yaratdığı kimi yenidən həyata qaytaracaqdır. Həqiqətən də, Rəbbi onun hər bir halından xəbərdardır. Onun etdiyi əməllərdən heç bir şey Allaha gizlin qalamaz. Allah onu etdiyi əməllərin əvəzini verəcəkdir.","Uca Allah, gün batdıqdan sonra üfüqdə görünən qızartıya and içir.","Uca Allah həmçinin gecəyə və onun içindəkilərə and içir.","Uca Allah bütöv şəklə düşmüş bədirlənmiş aya da and içir.","Ey insanlar! Siz mütləq haldan hala keçəcəksiniz - əvvəlcə nütfə olacaq, sonra qan laxtasına, daha sonra da ət parçasına çevriləcək, sonra həyata qədəm qoyacaq, sonra öləcək və nəhayət, diriləcəksiniz.","Elə isə o kafirlərə nə olub ki, Allaha və Axirət gününə iman gətirmirlər?!","Onlara Quran oxunduqda özlərinin Rəbbinə səcdə etmirlər?!","Əksinə, kafirlər özlərinə göndərilmiş elçinin gətirdiyi risaləti təkzib edirlər.","Allah onların qəlblərində nəyi gizlətdiklərini yaxşı bilir. Onların etdikləri əməllərdən heç bir şey Allaha gizli qalmaz.","Ey Peyğəmbər! Elə isə sən o kafirlərə onları gözləyən ağrılı-acılı əzab barədə xəbər ver!","Yalnız Allaha iman gətirib yaxşı işlər görənlərdən başqa. Onları tükənməz mükafat - Cənnət gözləyir.","Uca Allah günəşin, ayın və digər göy cisimlərinin mənzillərini əhatə edən göyə and içir.","Həmçinin, məxluqatı bir yerə toplayacağına vəd verdiyi qiyamət gününə and içir.","Eləcə də, hər bir şahidlik edənə, məsələn, öz ümmətinə şahidlik edən peyğəbərə və şahid edilənə, məsələn peyğəmbərinə şahidlik edən ümmətə and içir.\t","Yerdə böyük xəndəklər qazan kimsələr lənətə düçar oldular.","Onlar o xəndəklərdə od qaladılar və möminləri diri-diri o odun için atdılar.","Onlar alovlandırılmış o xəndəklərin kənarında oturub,","Onlar orada durub möminlərə verdikləri əzaba və işgəncəyə seyr edirdilər.","Kafirlərin möminlərə tutduqları irad, yalnız onların hər kəsə gücü yetən qüdrətli və hər cür tərifəlayiq Allaha iman gətirmələri idi.","Göylərin və yerin hakimiyyəti yalnız Ona məxsusdur. O hər şeydən xəbərdardır və qullarının işlərindən heç bir şey Ona gizli qalmaz.","O kəslər ki, mömin kişiləri və mömin qadınları Tək Allaha iman gətirməkdən döndərmək üçün onlara əzab vermiş, sonra öz günahlarına görə tövbə etməmişlər, qiyamət günü onları Cəhənnəm əzabı və yandırıb-yaxan atəşin əzabı gözləyir. Bu, onların möminləri odla yandırmalarının cəzasıdır.","Şübhəsiz ki, Allaha iman gətirib yaxşı işlər görənlər üçün qəsrləri və ağacları altından çaylar axan Cənnət bağları hazırlanmışdır. Onlar üçün hazırlanmış bu mükafat, misli-bərabəri olmayan böyük uğurdur.","Ey Peyğəmbər! Sənin Rəbbinin - zalıma müvəqqəti möhlət versə də - (vaxtı çatanda əzabla) onu yaxalaması çox şiddətlidir.","Həqiqətən, O, məxluqatı ilkin yaradır və (istədyinə) əzab verir, sonra onları yenidən bərpa edir.","Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır. O, həqiqətən də, mütəqqilərdən olan dostlarını sevir.","O, əzəmətli ərşin sahibidir.","Allah istədiyini edəndir - dilədiyinin günahlarını bağışlayar, dilədiyini də cəzalandırar. Uca Allahı heç kəs hər hansı bir işi görməyə vadar edə bilməz.","Ey Peyğəmbər! Haqqa qarşı vuruşmaq və insanları haqqdan azdırmaq məqsədilə toplanmış ordular haqqında xəbər sənə gəlib çatdımı?!","Fironun və bir də Salehin (aleyhissəlam) qövmü - Səmud tayfasının qoşunları.","Kafirlərin iman gətirmələrinə mane olan səbəb, onlara haqqı yalan sayan ümmətlər və onların həlak olması barədə xəbərlərin gəlib çatmaması deyil, əksinə, onların öz nəfslərinin istəyinə uyaraq peyğəmbərlərinin onlara gətirdi risaləti yalan saymasıdır.","Allah onları əməllərini əhatə edib hesaba almışdır. Onların əməllərindən heç bir şey Allaha gizli qalmaz və O, bu əməllərə görə onları cəzalandıracaqdır.","Quran, o yalançıların söylədikləri kimi, nə bir şeir, nə də qafiyə salınmış bir nəsrdir. Əksinə, bu, şanlı Qurandır.","O, dəyişdirilməkdən və təhrif olunmaqdan, habelə, əksilmədən və əlavə edilmədən qorunan lövhədədir.","Uca Allah səmaya və gecə gələn ulduza and içir.","Ey Peyğəmbər! Sən nə bilirsən bu böyük ulduzun xüsusiyyəti nədir?!","Bu, öz parlaq işığı ilə (qaranlıqları) dəlib keçən ulduzdur.","Elə bir kimsə yoxdur ki, Allah onun qiyamət günü haqq-hesaba çəkilməsi üçün, onun əməllərini qeydə alan gözətçi mələk təyin etməsin.","Qoy insan Allahın onu nədən xəlq etdiyinə bir baxsın ki, Allahın qüdrətli, insanın isə aciz olduğu ona aydın olsun.","Allah onu təkanla ifraz olub uşaqlığa tökülən sudan (mənidən) yaratmışdır.","Bu su kişinin onurğa sütunu və köks sümükləri arasından çıxır.","İnsanı bu dəyərsiz sudan yaratmağa qadir olan pak və müqəddəs Allah, o öldükdən sonra, onu haqq-hesaba çəkmək və ona əməllərinin əvəzini vermək üçün onu yenidən diriltməyə də qadirdir.","Sirlərin sınaqdan keçiriləcəyi - qəlblərin gizlətdiyi niyyətlərin, əqidələrin və başqa etiqadların üstü açılacağı, əməlisaleh insanın fəsadçıdan ayırd ediləcəyi gün,","Həmin gün insanın, nə Allahın əzabının qarşısını almağa gücü olar, nə də ona kömək edə biləcək köməkçisi.","Allah yağış sahibi olan göyə and içir. Çünki yağış təkrar-təkrar ordan yerə nazil olur.","O, həmçinin, otlar, meyvə ağacları və digər ağaclarla yarılan yerə də and içir.","Həqiqətən də, Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran haqqı batildən, doğrunu da yalandan ayırd edən bir kəlamdır.","O, lağlağı və batil söz deyildir, əksinə o, ciddi və haqq sözdür.","Kafirlər peyğəmbərlərinin onlara gətirdiyi dinə qarşı çoxlu hiylələr qururlar ki, onun dəvətinin qarşısını alsınlar və o dəvətə son qoysunlar.","Mən də din üstün gəlməsi və batilin puç olub üçün hiylə qururam.","Ey Peyğəmbər! Sən o kafirlərə bir az möhlət ver, onların əzaba düçar olmasına və həlak olmalarına tələsmə.","Yaratdıqlarının fövqündə ucalan Rəbbini zikr edərkən və Onun şənini uca tutarkən, adını çəkərək Onu təriflə!","O Rəbbin ki, insanı kamil surətdə və gözəl bir biçimdə yaratmışdır.","O Rəbbin ki, məxluqatın müqəddəratını - onların cinsini, növlərini və xislətlərini əzəldən müəyyən etmiş, üstəlik, hər bir məxluqa özünə uyğun və tay olana tərəf yönəltmişdir.","O Rəbbin ki, yerdən sizin heyvanlarınızın yediyi bitkiləri çıxarmışdır.","Sonra da o yaşıl otları və yarpaqları, qaralmış quru küləşə çevirmişdir.","Ey Peyğəmbər! Biz sənə Quranı oxudacaq və onu sənin qəlbində cəm edəcəyik, beləliklə də, sən onu heç vaxt unutmayacaqsan. Odur ki, Cəbrail ilə Quran oxuduğun zaman onu yaddan çıxarmamaq üçün onu tələm-tələsik oxuma.","Yalnız Allahın hər hansı bir hikmətdən dolayı sənə unutdurduğu ayələr müstəsnadır. Allah nəyi aşkara çıxardığını, nəyi də gizlin saxladığını bilir. Bunlardan heç biri Ona gizli qalmaz.","Biz səni Allahı razı salacaq və səni Cənnətə aparacaq əməlləri yerinə yetirməyə müvəffəq edərik.","Sənə Quranda vəhy etdiklərimizdən insanlara öyüd-nəsihət et və xatırlatlatmanın fayda verdiyini görsən, onlara xatırlat.","Allahdan qorxan kəs səndən öyüd-nəsihət götürər. Çünki məhz beləsi öyüd-nəsihətdən faydalanar.","Kafir isə öyüd-nəsihətdən uzaq durur və onu qulaqardına vurur. Çünki o, axirətdə Cəhənnəm oduna düçar olacaq ən bədbəxt insanlardandır.","O kimsə ki, axirətdə böyük atəşə girib onun hərarətindən əzab çəkəcək və əbədi olaraq bu əzabın içində qalacaqdır.","Sonra o, Cəhənnəm odunda əbədi qalacaq, belə ki, o, orada nə öləcək ki, əzabdan qurtulub rahatlıq tapsın, nə də xoş gün-güzəran görəcəkdir.","Şirkdən və digər günahlardan təmizlənən kimsə istədiyinə nail olub uğur qazanmıdır.","O kimsə ki, Rəbbinin ona buyurduğu müxtəlif zikrlərlə Onu zikr etmiş və namazı tələb olunan tərzdə yerinə yetirmişdir.","Xeyr, siz dünya həyatına önəm verir və onu axirət həyatından üstün tutursunuz. Halbuki bu ikisinin arasında böyük fərq var.","Axirət isə dünyadan və onun içindəki nemətlərdən və ləzzətlərdən daha xeyirli, daha üstün və daha sürəklidir. Çünki axirtə nemətləri əsla tükənməzdir.","Sizə bildirdiyimiz bu əmrlər və xəbərlər, səndən əvvəl nazil edilmiş səhifələrdə zikr edilmişdir.\t","Bu, İbrahimə və Musaya (aleyhiməssəlam) nazil edilmiş səhifələrdir.","Ey Peyğəmbər! Öz dəhşətləri ilə insanları bürüyən qiyamətin xəbəri sənə gəlib çatdımı?!","Qiyamət günü insanların bir qismi bədbəxt, digərləri isə xoşbəx olacaq. Bədbəxt insanların üzü zəlil görkəm alıb yerə dikiləcək.","Kafirlərin boyunlarına vurulmuş zəncirlər və halqalar onları yorub əldən salacaq.","Zəlil görkəm almış üz sahibləri yandırıb-yaxan oda girəcək və onun hərarətindən əzab çəkəcək.","Onlara çox qaynar suyu olan çeşmədən içirdiləcək.","Onların ən pis, ən murdar və quruyanda isə zəhərli olan şibriq deyilən bitkidən başqa yeməyə bir təamı olmayacaqdır.","Bu yemək onları nə kökəldər, nə də aclıqdan qurtarar.","O gün xoşbəxt insanlar (çoxlu) nemətlər əldə etdiklərinə görə üzlərini nəşə, fərəh və sevinc bürüyəcək.","Dünyada etdiyi saleh əməllərdən razı qalacaq. Çünki o əməllərin savabının qat-qat artmış olduğu halda onun üçün saxlanıldığını görəcəkdir.","Məqam və dəyər baxımından yüksək olan Cənnətdə olacaqlar.","Onlar Cənnətdə nəinki haram söz, heç batil söz və lağlağı belə eşitməyəcəklər.","Bu Cənnətdə onların istədikləri yerə axıdacaqları və istədikləri kimi istifadə edəcəkləri çeşmələr vardır.","Orada hündür taxtlar vardır,","İçmək üçün hazırlanmış qədəhlər vardır.","Orada bir-birinin yanına qoyulmuş yastıqlar vardır,","Orada hər yerə sərilmiş xalçalar və döşəklər vardır.\t","Məgər onlar Allahın dəvəni necə yaratdığını və onu Adəm övladının ixtiyarına verdiyini görmürlərmi?!","Həmçinin, Allahın göyü necə yüksəltdiyini, hətta onların üzərində, başlarına uçmayıb yerində möhkəm duran bir tavan etdiyini görmürlərmi?!","Habelə, Allahın dağları necə ucaltdığını, yer üzü insanları silkələməsin deyə, onları yerə bərkitdiyini görmürlərmi?!","Eləcə də, Allahın yeri necə döşədiyini, insanlan üstündə qərar tutsunlar deyə onu sabit etdiyini görmürlərmi?!","Ey Peyğəmbər! Onlara nəsihət ver, onları Allahın əzabı ilə qorxut! Sən ancaq öyüd-nəsihət verənsən. Səndən yalnız onlara xatırlatmaq tələb olunur. Onların iman gətirməyə müvəffəq edilməsi isə təkcə Allahın əlindədir.","Sən onların üstün hökmran deyilsən ki, onları iman gətirməyə məcbur edəsən.","Lakin kim imandan üz döndərib Allaha və Onun rəsuluna küfr edərsə,","Qiyamət günü Allah onu içində əbədi qalacağı Cəhənnəmə vasil etməklə onu ən böyük əzaba düçar edər.","Şübhəsiz ki, onların ödükdən sonra qayıdışları yalnız Bizədir.","Sonra onları əməllərinə görə sorğu-suala çəkmək də yalnız Bizə aiddir. Bunun nə sənə, nə də səndən başqasına heç bir aidiyyatı yoxdur.","Pak və müqəddəs Allah dan yerinə and içir.","O, həmçinin, zilhiccə ayının ilk on gecəsinə and içir.","Habelə, əşyalardan cüt və tək olanlara and içir.","Eləcə də, gəlib, davam edib və keçib getməkdə olan gecəyə and içir. Bu andların cavabı belədir: Siz əməllərinizin əvəzini mütləq alacaqsınız.","Məgər bu andlar ağıl sahibini qane etmirmi?!","Ey Peyğəmbər! Hud peyğəmbərin qövmü Ad tayfası öz peyğəmbərini yalançı saydığı zaman Rəbbinin onlara nələr etdiyini görmədinmi?!","Bu, Ad tayfasının babası uzunboy İrəmə mənsub edilən qəbilədir.","Allah yer üzündə onlara bənzərini xəlq etməmişdir.","Rəbbinin Saleh qövmünə - səmudlulara nələr etdiyini görmədinmi?! Onlar dağlardakı qayaları yarıb orada özləri üçün evlər düzəldirdilər.","Rəbbinin Firona nələr etdiyini görmədinmi?! O Firon ki, onun sütunları var idi və o, insanları bu sütunlara bağlayıb onlara əzab verirdi.","Bunların hamısı qəddarlıqda və zülm etməkdə həddi aşmışdılar. Hər bir öz ölkəsində zülm edirdi.","Orada küfr və asilikləri yaymaqla fəsad törədirdilər.","Rəbbin onlara Öz şiddətli əzabını daddırdı və onları yer üzündən sildi.","Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, insanların əməllərinə göz qoyur və nəzarət edir ki, yaxşı işlər görənləri Cənnətlə mükafatlandırsın, pis işlər görənləri də, Cəhənnəm odu ilə cəzalandırsın!","İnsana gəlincə, onun xasiyyətidir ki, Rəbbi onu imtahana çəkib ona ehtiram göstərdikdə və ona mal-dövlət, övlad və yüksək məqam bəxş etdikdə, özünün Allah yanında hörməti olduğunu zənn edib deyər: \"Mən Rəbbimin ehtiramına layiq olduğum üçün O mənə ehtiram göstərdi\".","Lakin onu imtahana çəkib ruzisini azaltdıqda, Rəbbinin onu hörmətdən saldığını zənn edib deyər: \"Rəbbim məni alçaltdı\".","Xeyr, bu heç də insanın təsəvvür etdiyi kimi deyil, yəni insana nemətlərin bəxş edilməsi, Allahın ondan razı qalması demək deyil, eləcə də, onun fəlakətə uğraması, Rəbbi yanında alçalması deyil. Əksinə, həqiqət budur ki, siz, Allahın sizə verdiyi ruzidən yetimə vermirsiniz.","Gündəlik yemək tapa bilməyən fəqiri yedirtməyə bir-birinizi təhrik etmirsiniz.","Zəiflərin, qadınların və yetimlərin haqlarını hərisliklə - onun halal və ya haram omasına varmadan yeyirsiniz.","Mal-dövləti də hərisliklə sevirsiniz və onu çox sevdiyinizə görə ondan Allah yolunda xərcləməyə xəsislik edirsiniz.","Sizin belə etməyiniz yalnışdir. Siz yerin şiddətlə titrəyib lərzəyə gələcəyi vaxtı xatırlayın.","Ey Peyğəmbər! Rəbbin Öz qulları arasında hökm vermək üçün gələcək, mələklər də gəlib səf-səf duracaqlar.","O gün Cəhənnəm gətiriləcək. Onun yetmiş min tutacağı olacaq və hər tutacaqdan yetmiş min mələk çəkib gətirəcək. O gün insan Allah üçün etmədiyi əməlləri xatırlayacaq, lakin bu xatırlamanın həmin gün ona nə faydası. Axı o gün, əməl etmək günü yox, əməllərin cəzasını almaq günüdür.","Beləsi çox peşman olub deyəcək: \"Kaş bu həqiqi həyat - axirət həyatım üçün əvvəlcədən yaxşı əməllər etməklə hazırlıq görəydim\".","O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz. Çünki Allahın əzabı daha şiddətli və daha sürəklidir.","Heç kəs Allahın kafirləri zəncirlərə buxovladığı kimi buxovlaya bilməz.","Mömin kimsəyə isə həm ölüm anında həm də qiyamət günü belə deyiləcək: \"Ey imanına və saleh əməllərinə arxayın olan nəfs!","Böyük mükafata nail oduğuna görə razı qalmış və etdiyin saleh əməllər sayəsində pak və müqəddəs Rəbbinin yanında razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!","Məmin əməlisaleh qullarımın zümrəsinə daxil ol!","Əməlisaleh qullarımla bərabər onlar üçün hazırladığım Cənnətimə daxil ol!","Allah toxunulmaz şəhərə - çox möhtərəm Məkkəyə and içir.","Ey Peyğəmbər! Sənin bu şəhərdə gördüyün işlər - öldürülməyə layiq olan kimsəni öldürməyin, əsir götürülməyə layiq olan kimsəni də, əsir götürməyin sənə halal sayılır.","Uca Allah, həmçinin, bəşər valideyninə və ondan törəyən övladlara and içir.","Doğrusu Biz insanı, dünyada çəkdiyi çətinliklər səbəbindən onu məşəqqətlər içində xəlq etdik.","Yoxsa insan günah işlətdiyi zaman heç kimsənin hətta onu yaradan Rəbbinin ona gücü çatmayacağını və ondan intiqam almayacağını güman edir?!","O deyər: \"Mən saysız-hesabsız çoxlu mal-dövlət xərcləmişəm\".","Yoxsa bu lovğa adam Allahın onu görmədiyini, bu mal-dövlətə görə onu haqq-hesaba çəkməyəcəyini - onu haradan qazandığını və nəyə xərclədiyini soruşmayacağını güman edir?!","Məgər Biz ona görən iki göz vermədikmi?!","Həmçinin, sayəsində danışdığı bir dil və iki dodaq vermədikmi?!","Biz ona haqq və batil yolu göstərmədikmi?!","O kimsədən, onu Cənnətdən ayıran sərt yoxuşu aşıb keşməsi üçün səy göstərməsi tələb olunur.","Ey Peyğəmbər! Sən nə bilirsən onun üstündən aşıb Cənnətə girmək istədiyi sərt yoxuş nədir?!","Bu, kişi və ya qadın olmasından aslı olmayaraq bir kölə azad etməkdir.","Yaxud yeməyin az tapıldığı aclıq günündə ehtiyacı olan kimsəyə yemək verməkdir.","Özü də, qohumluğu çatan, atasını itirmiş bir uşağa,","Yaxud heç bir şeyi olmayan fəqirə.","Sonra isə Allaha iman gətirənlərdən, (Allaha) itaət etməkdə, asiliklərdən çəkinməkdə və müsibətlərə səbir etməkdə bir-birinə səbirli olmağı tövsiyə edənlərdən və bir-birinə Allahın qullarına mərhəmət göstərməyi tövsiyə edənlərdən olmaqdır.","Bu xislətləri özündə cəm edən kimsələr - məhz onlar sağ tərəf sahibləridir.","Rəsulumuza nazil etdiyimiz ayələrə küfr edən kimsələr - məhz onlar sol tərəf sahibləridir.","Qiyamət günü onları hər tərəfdən əhatə edən, içində əzab çəkəcəkləri od gözləyir.","Uca Allah günəşə və onun məşriqdən doğduqdan sonra yüksəldiyi vaxta and içir.","Uca Allah, həmçinin, günəş batdıqdan sonra, onun ardından çıxan aya and içir.","Uca Allah, həmçinin, öz işığı ilə yer üzünü işıqlandıran gündüzə and içir.","Uca Allah, həmçinin, yer üzünü zülmətə bürüyən gecəyə and içir.","Uca Allah, həmçinin, göyə və onun möhkəm qurulmasına and içir.","Uca Allah, həmçinin, yerə və insanların üstündə qərar tutması üçün yerin döşənməsinə and içir.","Uca Allah, həmçinin, hər bir nəfsə və onu yaradıb kamilləşdirən Allaha and içir.","Həmçinin, ona, günahlardan çəkinsin deyə, şər yolunu və Allahdan qorxsun deyə, xeyir yolunu öyrədənə,","Yaxşı işlər görməklə nəfsini gözəlləşdirən və pis əməllərdən çəkinməklə onu günahdan təmizləyən kimsə uğur qazanmışdır.","Nəfsini gizlincə asiliklərə və günahlara batıran kimsə isə ziyana uğramışdır.","Səmud qövmü asilik etməkdə və günah işlər görməkdə həddi aşdıqlarına görə, öz peyğəmbərləri Salehi yalançı saydı.","Onların ən bədbəxti, qövmünün tələbini yerinə yetirmək üçün ayağa qalxdıqda,","Allahın rəsulu Saleh aleyhissəlam onlara dedi: \"Allahın bu dişi dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın və ona pislik etməyin!\"","Onlar o dəvə xüsusunda peyğəmbərini yalançı saydılar. Sonra onların ən bədbəxti qövmünün razılığı ilə dəvəni öldürdü və beləliklə də, onların hamısı o günaha şərik oldu. Allah da onları əzabla yaxaladı və etdikləri günahlara görə onları qorxunc səslə məhv edib hamısını yerlə yeksan etdi.","Uca Allah günahkarlara əzab verib onları məhv etməyinin nəticəsindən çəkinməz!","Uca Allah, göylə yer arasını öz zülməti ilə bürüməkdə olan gecəyə and içir.","Uca Allah, həmçinin, açılan və aydınlaşan gündüzə and içir.","Uca Allah, həmçinin, kişini və qadını yaratdığına and içir.","Ey insanlar! Sizin əməlləriniz müxtəlifdir.Yaxşı əməlləriniz Cənnətə daxil olmaq üçün, pis əməllər isə Cəhənnəmə varid olmaq üçün səbədir.","Kim öhdəsinə düşən haqqı - zəkat, sədəqə və kəffarə verirsə və Allahın qadağan etdiyi əməllərdən çəkinir,","Və Allahın ona vəd etdiyi savabı təsdiq edirsə,","Biz, onun üçün, yaxşı işlər görməyi və malından Allah yolunda xərcləməyi asanlaşdırarıq.","Kim də xəsislik edib malından öhdəsinə düşən vacibi xərcləmir, öz mal-dövlətinə güvənib Allaha ehtiyacı olmadığını güman edir və Allahın lütfündən heç bir şey istəmir,","Və Allahın ona, Allah yolunda xərclədiyi malı müqabilində vəd etdiyi savabı yalan sayırsa,","Biz, onun üçün, şər işlər görməyi asanlaşdırar, yaxşı işlər görməyi isə çətinləşdirərik.","O, həlak olub Cəhənnəmə düşdükdə, xəsislik edib xərcləmədiyi var-dövləti ona fayda verməyəcək.","Şübhəsiz ki, haqq yolu batil yoldan ayırd etmək Bizə aiddir.","Sözsüz ki, axirət həyatı da, dünya həyatı da Bizə məxsudur. Biz bu iki dünyanı istədiyimiz kimi idarə edirik və Bizdən başqası bunlara müdaxilə edə bilməz.","Ey insanlar! Əgər Allaha asilik etmisinizsə, (bilin ki,) artıq mən sizi alovlanan odla qorxutdum.","Onun hərarətində, yalnız ən bədbəxt, yəni kafir olan kimsə əzab çəkər.","O kimsə ki, Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi risaləti yalan sayır və Allahın əmrinə itaət etməkdən üz döndərir.","Allahdan ən çox qorxan Əbu Bəkr (Allah ondan razı olsun) isə oddan uzaqlaşdırılar.","O Əbu Bəkr ki, günahlardan təmizlənmək üçün malını yaxşı işlərə sərf edir.","O, öz malını, verilən nemətin əvəzini çıxmaq məqsədilə xərcləmir.","O, xərclədiyi mal müqabilində, yaratdıqlarının fövqündə olan ən uca Rəbbinin üzündən başqa heç nə diləmir.","O, Allahın ona bəxş edəcəyi dəyərli mükafatdan mütləq razı qalacaq.","Uca Allah gündüzün əvvəlinə and içir.","O, həmçinin, zülmətə bürünən və içində insanların hərkətinin sakitləşən gecəyə and içir.","Ey Peyğəmbər! Vəhy nazil olmadığı vaxtda müşriklərin iddia etdiyi kimi deyil, Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi.","Tükənməz nemətlərlə dolu olan axirət yurdu, əlbəttə, sənin üçün dünya həyatından daha xeyirlidir.","Rəbbin sənə və sənin ümmətinə böyük nemət bəxş edəcək, sən də, Onun sənə və sənin ümmətinə bəxş etdiyindən razı qalacaqsan.","Sən körpə ikən, atan da dünyadan köçmüş ikən Rəbbin səni tapıb sənə sığınacaq vermədimi?! Əvvəlcə baban Əbdülmüttəlib, sonra da əmin Əbu Talib səni öz himayəsinə götürmüşdür.","Sən kitabın və imanın nə olduğunu bilmədiyin bir halda O səni tapıb bunlardan sənə bilmədiklərini öyrətdi.","Və səni kasıb ikən tapıb zəngin etdi.","Elə isə atasını itirmiş uşaqla pis davranma və ona xor baxma.","Səndən kömək diləyən ehtiyaclını yanından qovma.","Allahın sənə bəxş etdiyi nemətlərə şükür et və onlardan söhbət aç.","Biz sənin köksünü açdıq və sənə vəhyin nazil edilməsini sevdirdik.\t","Sənin keçmiş günahlarını bağışladıq və sənin cahiliyyət dövrünün ağır günlərində yaşadıqlarının təqsirlərindən keçdik.\t","O günah yükü səni o qədər yormuşdu ki, az qala sənin belini sındıracaqdı.","Sənin ad-sanını (şan-şöhrətini) ucaltdıq. Artıq sənin adın azan və iqamə verildikdə, habelə, başqa məqamlarda zikr edilir.","Həqiqətən də, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir.\t","Şübhəsiz ki, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir. Əgər bunu bilsən, artıq qövmünün sənə verdiyi əziyyətlər səni qorxutmayacaq və səni (insanları) Allahın yoluna dəvət etməkdən yayındırmayacaq.\t","(Dünyəvi) işlərini bitirib onlara son verdikdə, Rəbbinə ibadət etmək üçün ayağa qalx!","Sən öz istəyini və öz məqsədini yalnız Allaha yönəlt!","Uca Allah əncirə və onun bitdiyi yerə, habelə, zeytuna və onun bitdiyi Fələstin torpağına, İsanın (aleyhissəlam) peyğəmbər göndərildiyi yerə and içir.","Uca Allah peyğəmbəri Musa (aleyhissəlam) ilə danışdığı Sina dağına and içir.","O, həmçinin, toxunulmaz şəhərə - Məkkəyə and içir. O şəhərə ki, ora daxil olan kəs əmin-amanlıqda olar. O şəhər ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) ora peyğəmbər göndərilmişdir.","Biz insanı ən gözəl biçimdə və ən gözəl surətdə yaratdıq.","Sonra onu dünyada qocalığın düşkün çağına və ahıl yaşına yetişdirdik, beləliklə də, bədəninin ona heç bir faydası olmadı. Eləcə də, əgər fitrəti korlanar və cəhənnəmlik olarsa, o bədənin ona heç bir faydası olmaz.","Yalnız iman gətirib yaxşı işlər görənlər istisnadır. Belə ki, onlar qocalığın düşkün çağına çatsalar da, onları tükənməz mükafat - Cənnət gözləyir. Çünki onlar öz fitrətlərini təmizləmişlər.","Ey insan! Allahın qüdrətinin bir çox əlamətlərini gördükdən sonra haqq-hesab gününü yalan saymağa səni vadar edən nədir?","Məgər qiyamət gününü haqq-hesab günü edən Allah hakimlərin ən üstünü və ən ədalətlisi deyilmi?! Məgər Uca Allah Öz qulları arasında hökm vermədən - yaxşı kimsənin yaxşılığının mükafatını vermədən, pis kimsıni da pisliyinə görə cəzalandırmadan - onları başlı-başına buraxması ağıla batandırmı?!","Ey Peyğəmbər! Bütün məxluqatı yaradan Rəbbinin adı ilə başlayaraq Allahın sənə vəhy etdiyini oxu!","O, insanı əvvəli nütfə olmuş qan laxtasından yaratdı.","Ey Peyğəmbər! Allahın sənə vəhy etdiyini oxu! Sənin Rəbbin ən səxavətlidir. Heç bir səxavətli ona bərabər ola bilməz. O, olduqca səxavətli və çox yaxşılıq edəndir.","O, qələmlə xətt çəkməyi və yazmağı öyrətdi.","İnsana onun bilmədiklərini öyrətdi.","Bəli, Əbu Cəhl kimi günahkar insan, həqiqətən də, Allahın hüdudlarını pozaraq həddini aşan bir kimsədir –","Var-dövləti və ad-sanı sayəsində özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.","Ey insan! Qiyamət günü sən Rəbbinin hüzuruna qaytarılacaqsan, o da hər kəsə layiq olan əvəzi (mükafat və ya cəza) verəcəkdir.","Mane olmağa çalışan Əbu Cəhlni etdiyindən də daha pis iş tutan bir şey gördünmü –","Kəbənin yanında namaz qılan qulumuz Muhəmmədə (səllallahu aleyhi və səlləm).","Söylə görək, əgər o qulumuz Rəbbinin göstərdiyi haqq yoldadırsa, onda necə?!","Yaxud insanlara Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinərək Allahdan qorxmağı əmr edirsə, onda necə?! Məgər belə insanın namaz qılmağına maneçilik törətmək olarmı?!","De görək, əgər namaz qılmağı qadağan edən bu kimsə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətirdiyini yalan sayıb ondan üz döndəribsə, onda necə?! Məgər o, Allahdan qorxurmur?!","Qulumuzun namaz qılmağına mane olan bu kimsə bilmir ki, Allah onun nə etdiyini görür, onun etdiklərindən heç bir şey Allaha gizli qalmaz?!","Bu iş heç də bu cahil insanın təsəvvür etdiyi kimi deyil. Əgər o, qulumuza əziyyət verməyinə və onu yalançı saymağına son qoymasa, Biz onun kəkilindən tutub atəşə sürükləyəcəyik.","O kəkilin sahibi, sözündə yalançı, əməlində də xatakar olan birisidir.","Qoy o, kəkilindən götürülüb atəşə sürüklənərkən öz dostlarını və məclisində olan kimsələri çağırıb onlardan kömək diləsin ki, onu əzabdan qurtarsınlar.","Biz də, Allahın verdiyi əmrlərə heç vaxt asi olmayan və özlərinə buyurulanları yerinə yetirən amansız mələklərdən olan Cəhənnəm gözətçilərini çağıracağıq. Qoy baxıb görsün, bu iki tərəfdarların hansı bir daha güclü və daha qüdrətlidir.","Bu iş heç də o zalimin düşündüyü kimi deyil, o sənə heç bir pislik edə bilməz. Onun əmrinə və qadağasına itaət etmə. Sən Allaha səcdə et və Allahın buyuruqlarını yerinə yetirərək Ona yaxınlaş. Həqiqətən də, bunlar Allaha yaxınlaşdıran vasitələrdir.","Biz Quranı ramazan ayının qədr gecəsindən Peyğəmbərə (səllallahu aleyhi və səlləm) nazil etdiyimiz kimi onu bütöv olaraq qədr gecəsində dünya səmasına nazil etdik.","Ey Peyğəmbər! Bu gecənin nə qədər xeyir və bərəkətli olduğunu bilirsənmi?!","Bu gecə xeyirlə dolu bir gecədir. Bu gecə, min ay imanla və savabını Allahdan umaraq ibadət edən kimsənin qazandığından daha xeyirlidir.","O gecə mələklər və Cəbrail (aleyhissəlam) pak və müqəddəs Rəbbinin izni ilə, Allahın həmin il üçün əzəldən yazdığı hər bir işə görə - ruzi gətirmək, öldürmək, ruh vermək və başqa bu kimi - Allahın əzəldən müəyyən etdiyi işlərdən ötrü yerə enirlər.","Bu mübarək gecə əvvəlindən axırınadək ta dan yeri sökülənədək xeyirlə doludur.","Yəhudilərdən, nəsranilərdən və müşriklərdən küfr edənlər, özlərinə aydın bir dəlil və açıq-aşkar bir əsas gəlməyənə qədər, hamılıqla qəbul edib üzərində ittifaq etdikləri küfrü tərk edən deyillər.","Bu aydın dəlil və açıq-aşkar əsas, təmiz olanlardan başqa heç kəsin toxunmadığı pak səhifələri oxuyan, Allahın göndərdiyi rəsuldur.","O səhifələrin içində doğru yazılar və ədalətli hökmlər vardır. Bu yazılar və hökmlər insanları islah olunmağa və doğru yol tutmağa yönəldir.","Özlərinə Tövrat verilmiş yəhudilər, habelə, özlərinə İncil verilmiş nəsranilər yalnız Allah onlara Öz peyğəmbərini göndərdikdən sonra ixtilafa düşdülər. Onlardan kimisi İslam dinini qəbul etdi, kimisi də, peyğəmbərinin doğru danışdığını bilə-bilə öz küfründə davam etdi.","Yəhudilərin və nəsranilərin cinayəti və inadkarlıqları ondan bəlli olur ki, bu Quranda onlara sadəcə öz kitablarında əmr edilənlər - təkcə Allaha ibadət edib heç nəyi Ona şərik qoşmamaq, namaz qılmaq və zəkat vermək əmr edilmişdir. Onlara əmr edilən din, içində heç bir əyriliyi olmayan doğru dindir.","Şübhəsiz ki, yəhudilərdən, nəsranilərdən və müşriklərdən küfr edənlər, qiyamət günü içində əbədi qalacaqları Cəhənnəmə girəcəklər. Onlar Allaha küfr etdiklərinə və Onun rəsulunu yalançı saydıqlarına görə, məxluqatın ən pisi sayılırlar.","İman gətirib yaxşı işlər görənlər isə, əlbəttə ki, məxluqatın ən xeyirlisidilər.","Onların pak və uca Rəbbinin yanındakı mükafatı, qəsrləri və ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Onlar Allaha iman gətirdiklərinə və Ona itaət etdiklərinə görə Allah onlardan razıdır, onlarda Allahın rəhmətinə nail olduqlarına görə Ondan razıdırlar. Bu rəhmət, Rəbbinin əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Ondan qorxan kimsələr üçündür.","Qiyamət günü yer şiddətli şəkildə lərzəyə gəldikdə,","Yer öz içində olan ölüləri və sairəni bayıra atacağı zaman,","İnsan heyrət içində: \"Yerə nə olub ki, bu cür titrəyib lərzələnir?\"- deyəcəyi zaman -","O əzəmətli gündə, yer öz üzərində baş vermiş bütün xeyir və şər əməllər barədə xəbər verəcəkdir.","Çünki Allah bunu ona bildirəcək və əmr edəcək.","Yer lərzəyə gələcəyi o əzəmətli gün insanlar dünya etdikləri əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə haqq-hesaba çəkiləcəkləri yerə gələcəklər.","Kim xırda qarışqa ağırlığında belə xeyirxahlıq və yaxşılıq etmişdirsə, onun əvəzini qarşısında görəcəkdir.","Kim də xırda qarışqa ağırlığında belə şər əməllər etmişdirsə, onun əvəzini qarşısında görəcək.\t","Uca Allah, bərk qaçdıqlarına görə nəfəslərinin səsi eşidilən atlara and içir.","Uca Allah, həmçinin, dırnaqlarını şiddətlə daşlara vurub qığılcım çıxaran atlara and içir.","Uca Allah, həmçinin, sübh çağı düşmən üzərinə hücum edən atlara and içir.","Uca Allah, hücuma keçərək tozanaq qopardan atlara and içir.","Uca Allah, üzərilərindəki süvarilərlə birlikdə düşmən ordusunun içərisinə soxulan atlara and içir.","Həqiqətən, insan Rəbbinin ondan tələb etdiyi xeyirin qarşısını almağa hərisdir.","İnsan, özünün xeyirə mane olduğuna şahididir. Bu açıq-aşkar olduğundan dolayı bu əməlini inkar edə bilməz.","Həqiqətən, o, var-dövlətə çox hərisdir və onu xərcləməyə xəsilik edir.","Məgər dünya həyatına aldanmış o insan bilmir ki, Allah qəbirlərdəki ölüləri dirildəcəyi və onları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün qəbirlərindən çıxaracağı zaman, iş heç də onun düşündüyü kimi olmayacaq?!","Qəlblərdə olan niyyətlər, etiqadlar və s. üzə çıxacağı və aşkar ediləcəyi zaman –","Məhz o gün Rəbbi onlardan xəbərdar olacaq. Qullarının əməllərindən heç bir şey Allaha gizli qalmayacaq və Allah onlara əməllərinin əvəzini verəcəkdir.","Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan Qiyamət saatı.","Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan bu qiyamət saatı nədir?!","Ey Peyğəmbər! Dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan o saatı nə olduğunu sən nə bilirsən?! Şübhəsiz ki, o, qiyamət günüdür.","İnsanların qəlbi qorxuya düşəcəyi gün onlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.","Dağlar sürətli bir şəkildə hərəkəti və tərpənişi ilə ətrafa yayılan didilmiş yun kimi olacaq.","(O gün) kimin yaxşı əməlləri pis əməllərindən ağır gələrsə,","Cənnətdə özünün razı qalacağı gün-güzərana nail olacaq.","Kimin də pis əməlləri yaxşı əməllərindən ağır gələrsə,","Qiyamət günü məskunlaşacağı və qərar tutacağı yer Cəhənnəm olacaq.","Ey Peyğəmbər! Sən nə bilirsən o nədir?!","O, olduqca qızmar bir oddur.","Ey insanlar! Mal-dövlət və övladlarla fəxr etmək sizi Allaha itaət etməkdən yayındırdı.","Hətta, dünyadan köçüb qəbirlərinizə girdiniz.","Siz dünya malı ilə fəxr edib Allahın itaətindən yayınmamalıydınız. Siz bu bihudə məşğuliyyətin pis aqibətini hökmən biləcəksiniz.","Bəli, siz onun aqibətini hökmən biləcəksiniz!","Doğrusu, əgər siz dirilib Allahın hüzuruna qayıdacağınızı və Onun sizə əməllərinizin əvəzini verəcəyini yəqin bilsəydiniz, mal-dövlət və oğul-uşaqla fəxr etməklə məşğul olmazdınız.","Allaha and olsun ki, siz qiyamət günü Cəhənnəm odunu görəcəksiniz.","Heç şübhəsiz ki, siz onu öz gözünüzlə mütləq görəcəksiniz.","Sonra, o gün Allah, sizə bəxş etdiyi sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlər barədə sizdən soruşacaqdır.","Pak və müqəddəs Allah əsr çağına and içir.","Həqiqətən də, insan ziyan və həlak içərisindədir.","Yalnız Allaha və Onun rəsuluna iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı tövsiyə edənlər və bir-birinə haqq yolda səbirli olmağı tövsiyə edənlərdən başqa. Bu xislətləri özündə cəm edən kimsələr dünyada və axirətdə nicat taparlar.","İnsanların qeybətini edən və onlara tənə vuran kimsəni bəla və şiddətli əzab gözləyir.","O şəxs ki, dərdi-səri ancaq mal-dövlət toplamaq və onu təkrar-təkrar saymaqdır. Onun bundan başqa qayğısı yoxdur.","O elə güman edir ki, yığdığı var-dövləti onu ölümdən xilas edəcək və o dünya həyatında əbədi yaşayacaq.","Bu iş heç də o cahilin təsəvvür etdiyi kimi deyil. Elbəttə o, əzabın şiddətindən dolayı içərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm oduna atılacaqdır.","Ey Peyğəmbər! Sən nə bilirsən, içərisinə atılanı hər şeyi parça-parça edən o od nədir?","Bu, Allahın yandırılmış oddur.","O od ki, insanların bədənindən nüfuz edib qəlbinə çatır.","Həqiqətən, bu od, orada əzaba düçar olanların üzərində qapanacaqdır.","Onlar uzun yüksək dirəklərə bağlanacaq və əsla oradan çıxa bilməyəcəklər.","Ey Peyğəmbər! Əbrəhə və onun havadarları - fil sahibləri Kəbəni dağıtmaq istəyərkən,Rəbbinin onlara nələr etdiyini bilmirsənmi?!","Allah onların pis tədbirini puça çıxartdı və beləliklə də, onlar nə insanları Kəbədən uzaqlaşdırmaq istəklərinə, nə də ona aid başqa bir şeyə nail oldular.","Allah onların üzərinə dəstə-dəstə quşlar göndərdi.","O quşlar onların üstünə bərkimiş gildən daşlar yağdırdı.","Allah onları sanki heyvanların yediyi və tapdaladığı əkin yarpağına döndərdi.","Qureyşin adəti və birliyi xatirinə.","Onların qışda Yəmənə, yayda da Şama əmin-amanlıq içində səfər edə bilmələri xatirinə.","Qoy onlar bu səfərləri onlar üçün asanlaşdıran və toxunulmaz evin Rəbbi olan Allaha ibadət etsinlər və heç kəsi Ona şərik qoşmasınlar.","O Allah ki, onlara aclıqdan sonra yemək vermiş və qorxudan sonra əmin-amanlıq bəxş etmişdir. Belə ki, O, Məkkənin və onun əhalisinin əzəmətini ərəblərin qəlbinə yerləşdirmişdir.","Qiyamət günü veriləcək cəzanı yalan sayan kimsəni tanıdınmı?!","O elə adamdır ki, kobudluq göstərməklə yetimin ehtiyacını ödəmədən yanından qovar.","Nə özü kasıba yemək verər, nə də başqasını buna təhrik edər.","Namazlarında səhlənkarlıq edən və həmçinin namazları vaxtı çıxdıqdan sonra qılan kimsələrə həlak və əzab olsun.\t","Namazlarında səhlənkarlıq edən və həmçinin namazları vaxtı çıxdıqdan sonra qılan kimsələrə həlak və əzab olsun.\t","O kəslər ki, namaz qıldıqda və başqa işlər gördükdə özlərini xalqa göstərir və əməllərini ixlasla Allah üçün etmirlər.","Onlar yardım etmənin özlərinə heç bir zərizi olmadığı bəsit şeylərdə belə başqasına yardım əllini uzadmırlar.","Ey Peyğəmbər! Biz sənə çoxlu xeyir bəxş etdik. Bunlardan biri də, Cənnətdəki Kovsər çayıdır.","Bu nemətə görə Allaha şükür et! Sən müşriklərin qurban kəsib öz bütlərinə yaxınlaşması əməlinə müxalif olaraq, yalnız Allah üçün namaz qıl və yalnız Onun üçün qurban kəs!","Şübhəsiz ki, sənə nifrət edən kimsənin özü hər bir xeyirdən məhrum, yada salınanda adı pis xatirə ilə yada salınan, unudulmuş bir kimsədir.","Ey Peyğəmbər! De: “Ey Allaha küfr edən kəslər!","İstər bu gün, istərsə də gələcəkdə, mən sizin ibadət etdiyiniz bütlərə ibadət etmərəm,","Siz də mənim ibadət etdiyim tək Allaha ibadət edən deyilsiniz.","Mən sizin ibadət etdiyiniz bütlərə ibadət edən deyiləm,","Siz də mənim ibadət etdiyim tək Allaha ibadət edən deyilsiniz.","Sizin özünüzdən uydurduğunuz dininiz sizə, Allahın mənə nazil etdiyi mənim dinim də mənədir!”","Ey Peyğəmbər! Allah sənin dininə kömək etdiyi, onu ucaltdığı və Məkkə fəth edildiyi zaman,","İnsanların dəstə-dəstə İslam dininə girdiklərini gördüyün zaman,","Bil ki, bu sənin göndərildiyin peyğəmbərlik risalətinin sona yetməsinin yaxınlaşdığına işarə edən bir əlamətidir. Elə isə bu qələbəyə və zəfərə şükr edərək, həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir. O, qullarının tövbəsini qəbul edib onları bağışlayar.","Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmisi Əbu Ləhəb bin Əbdülmüttəlibin əməlləri ziyana uğramaqla əlləri qurudu. Belə ki, o, Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əziyyət vermiş, lakin bütün səyləri boşa çıxmışdır.","Var-dövləti və oğul-uşağı ona fayda verə biləcəkmi?! Onlar nə əzabı ondan dəf edər, nə də onun üçün mərhəmət əldə edər.","Qiyamət günü o, alovlanan oda girəcək və onun hərarətindən əzab çəkəcəkdir.","Əbu Ləhəbin, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yoluna tikan atmaqla ona əziyyət vermiş arvadı Ummu Cəmil də, alovlanan oda girəcək.","O qadının boynuna möhkəm şəkildə ip bağlanmış halda Cəhənnəmə gətiriləcəkdir.","Ey Peyğəmbər! De: “O Allah üluhiyyət xüsusunda təkdir və Ondan başqa məbud yoxdur.","O Seyyid ki, kamillik və gözəllik xislətlrinin hamısında hökmranlıq etmək yalnız Ona məxsusdur və yaradılanların hamısı Ona möhtacdır.","O Allah ki, doğmayıb və doğulmayıb, pak və müqəddəs Allahın nə övladı var, nə də valideyni.","Yaradılanlar arasında onun bənzəri də yoxdur.","Ey Peyğəmbər! De: \"Sübhün Rəbbinə sığınır və Ona pənah aparıram!","Yaratdıqları arasında əziyyət verənlərin şərindən,","Oğruların və heyvanların şəri kimi gecə vaxtı üzə çıxan şərdən Allaha pənah aparıram.","Həmçinin, düyünlərə üfürən sehrbaz qadınların şərindən Allaha pənah aprıram.","Və bir də həsəd aparan kimsənin həsəd apararkən şərindən Allaha pənah aparıram.","Ey Peyğəmbər! De: \"İnsanların Rəbbinə sığınıram və Ona pənah aparıram.","Onları istədiyi kimi idarə edən və Ondan başqa heç bir hökmdar olmayan insanların hökmdarına.","Allah onların haqq məbududur və onların Allahdan başqa ibadətə layiq məbudu yoxdur.","Allahın zikrindən qafil olduqda insana vəsvəsə verən, Allahı zikr edildikdə isə uzaqlaşan Şeytanın şərindən.","O öz vəsvəsəsini insanların qəlbinə atır.","O şeytan ki, cinlərdən olduğu kimi, insanlardan da olur!”"]