["Onlar bir-birindən nə haqqında soruşurlar?","İxtilafa düşdükləri böyük xəbər (qiyamət) haqqında?","İxtilafa düşdükləri böyük xəbər (qiyamət) haqqında?","Xeyr! Onlar tezliklə biləcəklər.","Xeyr! Xeyr! Onlar tezliklə biləcəklər.","Biz yer üzünü döşəmədikmi?!","Dağları da dirəklər etmədikmi?!","\tSizi (kişi və qadın olmaqla) cüt yaratdıq.","Yuxunuzu istirahət vasitəsi etdik.","Gecəni (sizin üçün) örtük etdik.","Gündüzü də (sizin üçün) çalışıb ruzi qazanma vaxtı etdik.","Üstünüzdə yeddi möhkəm göy inşa etdik.","Və (orada) çox parlaq bir qəndil (günəş) yaratdıq.","Topa buludlardan şırıl-şırıl tökülən su endirdik ki,","Onunla (torpaqdan) toxum və bitki çıxardaq,","Və (ağacları) bir-birinə sarmaşan bağlar (yaradaq).","Şübhəsiz ki, (haqq ilə batili) ayırd etmə gününün vaxtı təyin edilmişdir.","Sura üfürüləcəyi gün siz dəstə-dəstə (Allahın hüzuruna) gələcəksiniz.","Göydə bir çox qapılar açılacaqdır.","Dağlar hərəkətə gətiriləcək və ilğım kimi olacaqdır.","Şübhəsiz ki, cəhənnəm pusqudadır.","O, azğınların gedəcəyi yerdir.","Onlar əsrlər boyu orada qalacaqlar.","Orada nə bir sərinlik tapacaq, nə də bir içki dadacaqlar.","Yalnız qaynar su və irin dadacaqlar.","(Etdikləri əməllərə) uyğun bir cəza olaraq!","Həqiqətən, onlar haqq-hesab olacağını gözləmirdilər.","Ayələrimizi tamamilə yalanladılar.","Biz hər şeyi (lövhi-məhfuzda) bir-bir yazmışıq.","Ona görə də dadın (əzabı)! Biz sizin yalnız əzabınızı artıracağıq.","Şübhəsiz, müttəqilər üçün qazandıqları uğurun mükafatı vardır;","Bağlar, üzümlüklər,","Sinələri tumurcuqlanmış həmyaşıd qızlar,","(İçki ilə) dolu qədəhlər!","Orada nə boş söz, nə də yalan eşidəcəklər.","Rəbbindən bir mükafat və artıqlaması ilə verilən bəxşiş olaraq!","(Bunlar) göylərin, yerin və onların ara­sındakıların mərhəmətli Rəbbi tərəfindəndir. Onlar Onun hüzurunda (izni olmadan) danışa bilməzlər.","Ruh (Cəbrail) və mələklərin səf-səf duracaqları gün yalnız Rəhman olan Allahın izin verdiyi kimsə danışa biləcək, o da həqiqəti söyləyəcəkdir.","O, haqq olan gündür. Elə isə istəyən Rəbbinə gedən bir yol tutar.","Həqiqətən, Biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan (dünyada ikən) etdiyi əməllərinə baxacaqdır. Kafir isə: “Kaş mən torpaq olaydım!” - deyəcəkdir.","And olsun (kafirlərin canlarını) zorla çəkib alanlara!","And olsun (möminlərin canlarını) asanlıqla alanlara!","And olsun (göydə) üzüb gedən mələklərə!","And olsun ötüb keçənlərə!","And olsun işləri nizamlayanlara!","O gün sarsan (sur) sarsacaq.","Onun ardınca (ikinci dəfə surun üfürülməsi ilə) bir gurultu qopacaq.","O gün ürəklər qorxudan titrəyəcək.","Gözlər (qorxudan) yerə zillənəcək.","Onlar: “Biz çürümüş sür-sümük olduqdan sonra əvvəlki halımızamı döndürüləcəyik?” - deyirlər.","Onlar: “Biz çürümüş sür-sümük olduqdan sonra əvvəlki halımızamı döndürüləcəyik?” - deyirlər.","Onlar: “Elə isə bu zərərli bir dönüş olar”, - deyirlər.","O (təkrar dirilmə) yalnız bir dəhşətli səslə olacaqdır.","O zaman onlar (qəbirlərindən çıxıb) düz bir yerdə (məh­şərdə) toplaşacaqlar.","Musanın xəbəri sənə gəlib çatdımı?","Bir zaman Rəbbi ona müqəddəs Tuva vadisində belə səslənmişdi:","“Fironun yanına get! Həqiqətən, o, həddini aşdı.","(Firona) de: “Səni (günahlardan) təmizlənməyə dəvət edirəm.","Sənə Rəbbinə gedən doğru yolu göstərimmi? Beləcə, sən də (Allahdan) qorxarsan”.","Sonra Musa ona ən böyük möcüzəni göstərdi.","Ancaq o Musanı yalanladı və ona qarşı çıxdı.","Sonra arxasını çevirib (Musanı haqsız göstərmək üçün) işə başladı.","O, (öz adamlarını) bir yerə yığıb (onlara) səsləndi.","O: “Mən sizin ən uca Rəbbinizəm!” - dedi.","Buna görə də Allah onu axirət və dünya əzabı ilə cəzalandırdı.","Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət dərsi vardır.","Sizi yaratmaq daha çətindir, yoxsa göyü?! Allah onu inşa etdi,","Qübbəsini yüksəltdi və onu nizamladı.","Gecəsini qaranlıq, gündüzünü isə aydınlıq etdi.","Bundan sonra yer üzünü döşədi.","Oradan sular və otlaqlar çıxartdı.","Dağları (yer üzündə) möhkəm yerləşdirdi,","Həm sizin, həm də heyvanlarınız faydalanması üçün.","Ən böyük fəlakət gəldiyi zaman,","O gün insan (dünyada) etdiklərini xatırlayacaqdır.","Görə bilən hər kəsə cəhənnəm göstəriləcəkdir.","Kim azğınlıq etmişsə,","Və dünya həyatını üstün tutmuşsa,","Şübhəsiz ki, cəhənnəm onun sığınacağı olacaqdır.","Ancaq kim Rəbbinin məqamından qorxar və nəfsini (pis) arzulardan uzaq tutarsa,","Əlbəttə, onun məskəni cənnətdir.","Səndən: “O nə zaman qopacaqdır?” – deyə qiyamət haqqında soruşurlar.","Sən onu haradan biləcəksən?!","Onu yalnız Rəbbin bilir.","Sən ancaq qiyamətdən qorxanları xəbərdar edənsən.","Onlar qiyaməti gördükləri gün sanki (dünyada) bir axşam, yaxud bir gündüz vaxtı qədər qaldıqlarını zənn edəcəklər.","Kor adam yanına gəldiyinə görə o qaşqabağını töküb üzünü çevirdi.","Kor adam yanına gəldiyinə görə o qaşqabağını töküb üzünü çevirdi.","Sən haradan bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi.","Yaxud öyüd alacaq və bu öyüd ona fayda verəcəkdi.","Ancaq sən (öyüd-nəsihətə) ehtiyac duymayana yönəlirsən.","Ancaq sən (öyüd-nəsihətə) ehtiyac duymayana yönəlirsən.","Halbuki sən onun (günahlardan) təmizlənməməsindən məsul deyilsən.","(Allahdan) qorxaraq sənin yanına qaça-qaça gələn kimsəyə gəldikdə,","(Allahdan) qorxaraq sənin yanına qaça-qaça gələn kimsəyə gəldikdə,","Sən onunla maraqlanmırsan.###[*] Rəvayətə görə,  Həzrət Peyğəmbər Qüreyş başçılarına İslamı təbliğ edən zaman Abdullah ibn Ümmü Məktum adında kor bir səhabə onun ya­nına gəlib: “Ey Allahın Rəsulu! Allahın sənə öyrətdiklərindən mənə də öyrət!” - deyir. Ancaq Həzrət Peyğəmbər ona cavab vermir. Çünki Qüreyşin başçıları Həzrət Peyğəmbərin özləri ilə xüsusi olaraq maraqlanmasını istəyirdilər. Abdullah ibn Ümmü Məktum təkrar səsləndikdən sonra Həzrət Peyğəmbər ona yönələrək qaşqabağını tökmüş və üzünü turşutmuşdu.","Xeyr! Həqiqətən, bu (Quran) bir öyüddür.","İstəyən hər kəs ondan öyüd alar.","O (Quran) yüksək, pak və çox şərəfli səhifələrdədir.","O (Quran) yüksək, pak və çox şərəfli səhifələrdədir.","O, şərəfli və itaətkar katiblərin (mələklərin) əllərindədir.","O, şərəfli və itaətkar katiblərin (mələklərin) əllərindədir.","Ölsün (inkar edən) insan! O necə də nankordur!","Allah onu nədən yaratdı?!","Onu nütfədən yaratdı və ona surət verdi.","Sonra onun üçün yolu asanlaşdırdı.","Sonra onun canını aldı və onu qəbrə qoydu.","Sonra istədiyi vaxt onu dirildəcəkdir.","Xeyr! O, Allahın əmrini hələ yerinə yetirməyib.","Elə isə insan yediklərinə bir nəzər salsın!","Şübhəsiz ki, Biz (göydən) bol-bol su endirdik.","Sonra yeri çat-çat yardıq.","Beləcə orada dənli bitkilər bitirdik.","Üzüm, yonca,","Zeytun, xurma,","Sıx ağaclı bağlar,","Meyvələr və otlar bitirdik.","Bunlar həm sizin, həm də heyvanlarınızın faydalanması üçündür.","Qulaqları kar edən (surun ikinci dəfə çalınma vaxtı) gəldiyi zaman,","O gün insan qaçacaq öz qardaşından,","Anasından, atasından,","Zövcəsindən və övladlarından.","O gün onlardan hər birinin yetərincə işi olacaq.","O gün elə üzlər vardır ki, parlayacaq,","Güləcək və sevinəcəkdir.","O gün elə üzlər də vardır ki, toz-torpağa bulanacaq.","Onları qaranlıq bürüyəcək.","Onlar kafirlər və günahkarlardır.","Günəş sarınıb büküləcəyi zaman,","Ulduzlar sönüb töküləcəyi zaman,","Dağlar hərəkətə gətiriləcəyi zaman,","On aylıq boğaz dəvələr başlı-başına buraxılacağı zaman,","Vəhşi heyvanlar bir yerə yığılacağı za­man,","Dənizlər qaynayıb daşacağı zaman,","Ruhlar bədənlərə qovuşacağı zaman,","Diri-diri torpağa basdırılan qız uşağının hansı günaha görə öldürüldüyü soruşulacağı zaman,","Diri-diri torpağa basdırılan qız uşağının hansı günaha görə öldürüldüyü soruşulacağı zaman,","Səhifələr (əməl dəftərləri) açılacağı zaman,","Göy sıyrılaraq qopardılacağı zaman,","Cəhənnəm alovlandırılacağı zaman,","Və cənnət yaxınlaşdırılacağı z­man,","Hər kəs (axirət üçün) nə gətirdiyini biləcəkdir!","And içirəm (gecə) görünüb (gündüz) gizlənən ulduzlara,","Üzüb gedən və qayıdıb gizlənən səyyarələrə,","Qaralmağa üz tutan gecəyə,","Və ağarmağa üz tutan dan yerinə!","O (Quran), dəyərli bir elçinin (Cəbrailin) sözüdür.","O elçi güclüdür, Ərşin sahibi yanında çox hörmətlidir.","Orada (mələklər tərəfindən) itaət ediləndir, mötəbərdir.","Sizin yoldaşınız (Mühəmməd) divanə deyildir.","Həqiqətən, onu (Cəbraili) açıqaydın üfüqdə görmüşdü.","O, qeyb xəbərləri barəsində xəsis deyildir.","O (Quran), qovulmuş şeytanın sözü deyildir.","Elə isə (ondan üz döndərib) hara gedirsiniz?","O (Quran), aləmlər üçün yalnız bir öyüddür,","Sizdən doğru yolda getmək istəyənlər üçün.","Aləmlərin Rəbbi olan Allah istəmədikcə, siz istəyə bilməzsiniz.","Göy yarılacağı zaman,","Ulduzlar saçılacağı zaman,","Dənizlər daşıb bir-birinə qarışacağı zaman,","Qəbirlər çevriləcəyi zaman,","Hər kəs nə etdiyini və nəyi təxirə saldığını biləcəkdir.","Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir?","O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni (bədən üzvlərini) nizama saldı.","Səni istədiyi şəkildə yaratdı.","Xeyr! Əksinə, siz haqq-hesab gününü yalanlayırsınız.","Həqiqətən, sizə nəzarət edən və əməllərinizi yazan möhtərəm mələklər vardır.","Həqiqətən, sizə nəzarət edən və əməllərinizi yazan möhtərəm mələklər vardır.","Onlar sizin etdiklərinizi bilirlər.","Şübhəsiz ki, yaxşı əməl sahibləri (cənnətdə) nemət içində olacaqlar.","Günahkarlar isə cəhənnəmdə olacaqlar.","Haqq-hesab günü onlar ora girəcəklər.","Onlar oradan çıxa bilməyəcəklər.","Sən haradan biləsən ki, haqq-hesab günü nədir?!","Bəli, sən haradan biləsən ki, haqq-hesab günü nədir?!","O gün heç kim heç kimə yardım edə bilməz. O gün hökm Allahındır!","Çəkidə və ölçüdə aldadanların vay halına!","Onlar insanlardan bir şey satın aldıqları zaman tam ölçər,","Başqaları üçün bir şey ölçdüklərində, yaxud çəkdiklərində isə əskik ölçüb-çəkərlər.","Onlar böyük bir gündə təkrar dirildiləcəklərini düşünmürlərmi?!","Onlar böyük bir gündə təkrar dirildiləcəklərini düşünmürlərmi?!","O gün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar.","Xeyr! Şübhəsiz, günahkarların əməl dəftəri Siccindədir!","Sən haradan biləsən ki, Siccin nədir?###[*] Təfsirlərdə “Siccin” haqqında “kafirlərin əməllərinin yazıldığı kitab”, “çox dar bir zindan”, “cəhənnəmdəki bir quyu”, “insanların və cinlərin əməllərinin yazıldığı əməl dəftəri” kimi müxtəlif izahlar verilmişdir.","O, yazılmış bir kitabdır.","O gün yalanlayanların vay halına!","O kəslər ki, haqq-hesab gününü yalanlayırlar.","Onu yalnız həddini aşan günahkarlar yalanlayarlar.","Ayələrimiz ona oxunduğu zaman: “Bu, əvvəlkilərin əfsanələridir!” – deyər.","Xeyr! Əksinə, qazandıqları günahlar onların qəlblərini bürümüşdür (kirlətmişdir).","Xeyr! Həqiqətən, o gün onlar Rəbbindən (Onu görməkdən) məhrum ediləcəklər.","Sonra şübhəsiz ki, onlar cəhənnəmə girəcəklər.","Sonra belə deyiləcəkdir: “Yalan saydığınız (cəhənnəm) budur!”","Xeyr! Şübhəsiz ki, yaxşı əməl sahiblərinin əməl dəftəri İlliyyundadır!","Sən haradan biləsən ki, İlliyyun nədir?","O, yazılmış bir kitabdır.","Onu Allaha yaxın olan mələklər görə bilərlər.","Şübhəsiz ki, yaxşı əməl sahibləri (cənnətdə) nemətlər içində olacaqlar.","Onlar taxtlarda əyləşib ətrafı seyr edəcəklər.","Onların üzündə nemətlərin sevincini görərsən.","Onlara möhürlü qablardakı xalis şərabdan içirdiləcəkdir.","Onun sonu müşkdür (içildikdən sonra müşk qoxusu verər). Qoy yarışanlar bunun üçün yarışsınlar!","Ona Təsnim suyu qatılmışdır.","O, Allaha yaxın olanların su içdikləri bir bulaqdır.","Həqiqətən, günahkarlar iman gətirənlərə gülürdülər.","Onların yanından keçdikləri zaman bir-birinə qaş-göz edirdilər.","Öz ailələrinin yanına (bu etdikləri ilə) fərəhlənərək qayıdırdılar.","Onlar möminləri gördükləri zaman: “Bunlar doğru yoldan azanlardır!” - deyirdilər.","Halbuki (həmin günahkarlar) onlara nəzarətçi göndərilməmişdilər.","Ancaq bu gün (axirət günü) möminlər kafirlərə güləcəklər.","Onlar taxtlarda əyləşərək ətrafı seyr edəcəklər.","Kafirlər etdiklərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)","Göy yarılacağı,","Və Rəbbini dinləyib itaət edəcəyi zaman,","Yer üzü dümdüz ediləcəyi,","İçindəkiləri atıb boşalacağı,","Və Rəbbini dinləyib itaət edəcəyi zaman!","Ey insan! Həqiqətən, sən Rəbbinə qovuşana qədər çalışıb çabalayırsan. Nəhayət, Ona qovuşacaqsan.","Kimin əməl dəftəri sağ tərəfindən verilərsə,","Onun haqq-hesabı asan olacaq,","Və sevinərək ailəsinin yanına qayıdacaqdır.","Ancaq kimin əməl dəftəri arxa tərəfindən verilərsə,","O, yox olmaq (ölmək) istəyəcək,","Və alovlu oda girəcəkdir.","O, (dünyada ikən) ailəsinin yanında sevincli idi.","O heç vaxt (Rəbbinə) dönməyəcəyini zənn edirdi.","Xeyr! Həqiqətən, Rəbbi onu görürdü.","And içirəm şəfəqə,","Gecəyə və qoynuna aldıqlarına,","Bədirlənmiş aya!","Həqiqətən, siz (ölüm, təkrar dirilmə və haqq-hesaba çəkilmə kimi) mərhələlərdən keçəcəksiniz.","Onlara nə olub ki, iman gətirmirlər?","Özlərinə Quran oxunduğu zaman səcdə etmirlər.","Əksinə, kafirlər (Quranı və axirəti) təkzib edirlər.","Halbuki Allah onların gizlətdiklərini yaxşı bilir.","Ona görə də sən onlara ağrılı-acılı bir əzabla müjdə ver!","Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.","And olsun içində bürclər olan göyə!","And olsun vəd olunan günə!","And olsun şahidlik edənə və şahidlik edilənə!","Yanacaqla alovlandırılmış xəndək əhli öldürüldü.","Yanacaqla alovlandırılmış xəndək əhli öldürüldü.###[*] Təfsirlərdə, bu ayədə qeyd olunan “xən­dək əhli” ifadəsi haqqında belə bir rəvayət nəql olunur; Yəməndə yəhudi əsilli Zünuvas adlı bir hökmdar və onun adamları yəhudiliyi qəbul etməyən Nəcran xristianlarını xəndəyin içində qalanmış oda atıb yandırmış və özləri də onların yanmasını seyr etmişdilər.","O zaman onlar xəndəyin ətrafında oturub,","Möminlərə etdiklərini seyr edirdilər.","Onlardan yalnız qüdrətli və hər cür tərifə layiq olan Allaha iman gətirdikləri üçün intiqam alırdılar.","O Allah ki, göylərin və yerin hökmranlığı Ona məxsusdur. Allah hər şeyə şahiddir.","Şübhəsiz, mömin kişi və qadınlara işgəncə verib sonra da tövbə etməyənlər üçün cəhənnəm və onun yandırıb-yaxan əzabı vardır.","İman gətirib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur!","Həqiqətən, Rəbbinin (kafirləri) yaxalaması çox şiddətlidir.","Əlbəttə, yoxdan var edən də, (ölümdən sonra təkrar həyata) qaytaran da Odur.","O, çox bağışlayandır, çox sevəndir.","Ərşin sahibidir, şanı ucadır.","İstədiyini edəndir.","(Ey Peyğəmbər!) Ordular barəsindəki xəbərlər sənə gəlib çatdımı?","Firon və Səmudun orduları!","Xeyr! Kafirlər hələ də təkzib edirlər.","Allah isə onları hər tərəfdən əhatə etmişdir.","Xeyr! O, uca bir Qurandır!","Qorunan lövhədədir (lövhi-məhfuzdadır).","And olsun göyə və tariqə (gecə yolçusuna)!","Sən haradan biləsən ki, tariq nədir?!","O, qaranlığı yarıb keçən ulduzdur.","Elə bir kimsə yoxdur ki, onun üstündə (əməllərini yazan) nəzarətçi bir mələk olmasın!","İnsan nədən yaradıldığına bir nəzər salsın!","O, atılan bir sudan yaradılmışdır.","O su bel və köks sümüklərinin arasından çıxar.","Şübhəsiz ki, Allah onu təkrar diriltməyə də qadirdir.","O gün bütün sirlər ortaya çıxarılacaqdır.","Onun nə gücü, nə də köməkçisi olacaqdır.","And olsun yağış yağdıran göyə!","And olsun (bitkilərin bitməsi üçün) yarılan yerə!","Həqiqətən, o (Quran haqq ilə batili), ayırd edən bir kəlamdır.","O, əyləncə deyildir.","Onlar hiylə qururlar.","Mən də hiylə qururam.","Ona görə də kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver!","Ən uca olan Rəbbinin adını təsbeh et!","O, hər şeyi yaradıb nizama saldı.","O, hər şeyin miqdarını təyin etdi və doğru yolu göstərdi.","O, (torpaqdan) otlağı çıxartdı.","Sonra da onu qaralmış quru bir samana çevirdi.","Biz sənə Quranı oxudacağıq və o sənin yadından çıxmayacaq.","Allahın istədiyi bundan istisnadır! Şüb­həsiz ki, O, aşkar olanı da, gizli olanı da bilir.","Biz sənə ən asan olanı (İslam dinini) müyəssər edəcəyik.","Əgər öyüd vermək fayda verirsə, sən öyüd-nəsihət ver!","Allahdan qorxan nəsihəti qəbul edəcəkdir.","Bədbəxt (kafir) isə ondan uzaq duracaqdır.","O, ən böyük oda girəcəkdir.","Sonra orada nə öləcək, nə də yaşayacaqdır.","Günahlardan təmizlənən, Rəbbinin adını zikr edən və namaz qılan qurtulacaqdır.","Günahlardan təmizlənən, Rəbbinin adını zikr edən və namaz qılan qurtulacaqdır.","Ancaq siz dünya həyatını üstün tutursunuz.","Halbuki axirət daha xeyirli və daha əbədidir.","Həqiqətən, bunlar əvvəlki kitablarda da mövcuddur","İbrahimin və Musanın səhifələrində.","(Ey Peyğəmbər!) Hər tərəfi bürüyənin (qiyamətin) xəbəri sənə gəlib çatdımı?!","O gün elə üzlər vardır ki, zəlil bir halda olacaqlar.","Onlar (xilas olmaq üçün) çırpınacaqlar, (ancaq boş yerə) yorulacaqlar.","Onlar qızmar oda girəcəklər.","Onlara qaynar su bulağından içirdiləcəkdir.","Onların quru tikandan başqa yeməkləri olmayacaqdır.","(O yemək onları) nə doydurar, nə də aclıqdan xilas edər.","O gün elə üzlər də vardır ki, sevinclidirlər.","Onlar (dünyada) etdiklərindən razıdırlar.","Uca cənətdədirlər.","Orada boş söz eşitməzlər.","Orada axar çeşmələr vardır.","Orada hündür taxtlar,","(Çeşmə başlarına) qoyulmuş qədəhlər,","Yan-yana düzülmüş yastıqlar,","Sərilmiş xalılar vardır.","Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!","Göyün necə yüksəldildiyinə,","Dağların necə yerləşdirildiyinə,","Yer üzünün necə döşəndiyinə (baxmırlarmı)?!","(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.","Sən onları məcbur edən deyilsən.","Ancaq kim üz döndərər və haqqı inkar edərsə,","Allah onu ən böyük əzabla cəzalandıracaqdır.","Şübhəsiz ki, onların dönüşü Bizədir.","Sonra onları sorğu-suala çəkmək də Bizə məxsusdur.","And olsun dan yerinə!","And olsun on gecəyə!","And olsun cütə və təkə!","And olsun ötüb keçən gecəyə!","Məgər ağıl sahiblərinə görə bunlara and içilməzmi?!","Rəbbinin Ad qövmünə nə etdiyini görmədinmi?!","Bəs sütunları (yüksək binaları) olan İrəmə?!","Məmləkətlər arasında onlar kimisi yaradılmamışdı.","Vadidə qayaları oyan (və ev düzəldən) Səmud qövmünə də!","Dirəklər sahibi Firona da!###[*] Rəvayətə görə, Firon işgəncə vermək istədiyi kimsələr üçün yerə dört dirək basdırdar, onları əllərindən və ayaqlarından bu dirəklərə bağlayıb işgəncə verərmiş.","Onlar öz yurdlarında azğınlıq etmişdilər.","Oralarda çoxlu fitnə-fəsad törətmişdilər.","Buna görə də Rəbbin onlara əzab qamçısı endirdi.","Şübhəsiz ki, sənin Rəbbin daim nəzarət edir.","İnsana gəlincə, nə zaman Rəbbi onu sınamaq üçün ehtiram göstərib ona nemət bəxş etsə, o: “Rəbbim mənə ehtiram göstərdi!” - deyər.","Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər.","Xeyr! Siz yetimə yaxşılıq etmirsiniz.","Yoxsulu yedirtmək barəsində də bir-birinizi təşviq etmirsiniz.","Mirası (halal-harama baxmadan) hərisliklə yeyirsiniz.","Mal-mülkü çox sevirsiniz.","Xeyr! Yer üzü sarsılıb parça-parça olduğu,","Mələklər səf-səf düzüldükləri halda Rəbbin (Rəbbinin əmri) gəldiyi,","Və cəhənnəm gətirildiyi zaman məhz o gün insan (bütün etdiklərini) xatırlayacaqdır. Ancaq xatırlamağın ona nə faydası var?!","O: “Kaş (axirət) həyatım üçün çalışaydım”, - deyəcəkdir.","Artıq o gün heç kim Allahın verdiyi əzabı verə bilməz.","Heç kim Onun buxovladığı kimi buxovlaya bilməz.","(O gün Allah möminlərə belə səslənəcəkdir:) “Ey rahatlıq tapan nəfs (insan)!","Sən Rəbbindən, Rəbbin də səndən razı qalmış halda Ona dön!","Beləcə, (yaxşı) bəndələrimin arasına daxil ol,","Və cənnətimə gir!”","And içirəm bu şəhərə (Məkkəyə)!","Sən də bu şəhərdə yaşayırsan.","And olsun ataya və ondan dünyaya gələnə!","Biz insanı çətinliklər içində yaratdıq.","O, heç kəsin ona gücü çatmayacağınımı zənn edir?","O: “Mən çoxlu mal-mülk sərf etmişəm!” - deyir.###[*] Yuxarıdakı ayədə müşriklərin Həzrət Peyğəmbərə düşmənçilik yolunda mal-mülklərini sərf etmələrinə işarə olunur.","O, heç kimin onu görmədiyinimi zənn edir?!","Biz ona iki göz, bir dil və iki dodaq vermədikmi?!","Biz ona iki göz, bir dil və iki dodaq vermədikmi?!","Biz ona iki yol (yaxşı və pis yol) göstərdik.","Ancaq o, əqəbəni (maneələri) keçə bilmədi.","Sən haradan biləsən ki, əqəbə nədir?!","O, kölə azad etməkdir,","Yaxud aclıq günündə yemək yedirməkdir,","Qohumluğu çatan bir yetimə,","Yaxud heç bir şeyi olmayan yoxsula.","Sonra da iman gətirən, bir-birinə səbir etməyi tövsiyə edən və mərhəmətli olmağı tövsiyə edənlərdən olmaqdır.","Onlar sağ tərəfdəkilərdir.","Ayələrimizi inkar edənlər isə sol tərəfdəkilərdir.","Od onları hər tərəfdən bürüyəcəkdir.","And olsun günəşə və onun aydınlığına!","And olsun ondan sonra çıxan aya!","And olsun onu (günəşi) üzə çıxardan gündüzə!","And olsun onu (günəşi) örtən gecəyə!","And olsun göyə və onu xəlq edənə!","And olsun yer üzünə və onu döşəyənə!","And olsun nəfsə, onu yaradıb surət verənə, ona şər və xeyir duyğularını ilham edənə!","And olsun nəfsə, onu yaradıb surət verənə, ona şər və xeyir duyğularını ilham edənə!","Nəfsini günahdan təmizləyən nicat tapmışdır.","Nəfsini günaha batıran isə ziyana düşmüşdür.","Səmud qövmü azğınlığı ucbatından haqqı təkzib etdi.","Onların ən bədbəxti (Allahın möcüzə olaraq göndərdiyi dəvəni kəsməyə) cumduğu zaman,","Allahın elçisi (Saleh peyğəmbər) onlara: “Allahın dəvəsinə və onun su içməsinə mane olmayın!” - demişdi.","Ancaq onlar peyğəmbəri təkzib etdilər və dəvəni kəsdilər. Rəbbi də günahlarına görə onlara əzab göndərdi və oranı yerlə-yeksan etdi.","Allah bunun nəticəsindən (cəzalandırmaqdan) qorxmaz.","And olsun (qaranlığı ilə ətrafı) bürüməkdə olan gecəyə!","And olsun aydınlanmaqda olan gündüzə!","And olsun kişini və qadını yaradana!","Həqiqətən, sizin cəhdləriniz müxtəlif cürdür.","Kim (haq sahibinə) haqqını verər, Allahdan qorxar,","Və ən gözəl olanı (kəlmeyi-tövhidi) təsdiqləyərsə,","Biz də ən asan olanı (cənnətə girə bilməyi) onun üçün asanlaşdırarıq.","Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz,","Və ən gözəl olanı (kəlmeyi-tövhidi) təkzib edərsə,","Onun üçün də ən çətin olanı (cəhənnəmə girməyi) asanlaşdırarıq.","Ora düşdüyü zaman mal-mülkü ona heç bir fayda verməz.","Şübhəsiz ki, doğru yolu göstərmək bizə aiddir.","Əlbəttə, axirət də, dünya da Bizimdir.","Ona görə də mən sizi alov saçan bir odla xəbərdar etdim.","Ora yalnız ən bədbəxt olan girər.","O (bədbəxt) ki, haqqı yalanlamış və üz döndərmişdir.","Allahdan ən çox qorxan isə oradan uzaq tutular.","O kimsə ki, malını (Allah yolunda) verər və (günahlardan) təmizlənər.","O, etdiklərinə görə başqaları tərəfindən mükafatlandırılmağı gözləməz.","O bunu, sadəcə, ən uca olan Rəbbinin rizası üçün edər.","Həqiqətən, o, (Allahın verəcəyi nemətlərdən) razı qalacaqdır.","And olsun səhərə!","And olsun sakitləşməkdə olan gecəyə!","Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu.###[*] Bir müddət Həzrət Peyğəmbərə vəhy gəlməmişdi. Bu əsnada müşriklər: “Rəbbi onu tərk etdi, ona acığı tutdu”, - deməyə başladılar. Bu isə Həzrət Peyğəmbərə pis təsir etmiş, buna görə də yuxarıdakı ayələr vəhy edilərək ona təsəlli verilmişdir.","Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir.","Tezliklə Rəbbin sənə (nemət) verəcək, sən də razı qalacaqsan.","O səni yetim görüb sənə sığınacaq vermədimi?!","Səni çaşqın halda görüb doğru yola yönəltmədimi?!","Səni yoxsul görüb zəngin etmədimi?!","Elə isə yetimi xor görmə!","Dilənçini də qovma!","Və Rəbbinin sənə olan nemətindən bəhs et!","Sənin sinəni açıb genişlətmədikmi?!","Yükünü səndən götürmədikmi?!","Hansı ki, (ağırlığı) sənin belini bükmüşdü.","Sənin şanını ucaltmadıqmı?!","Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır.","Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır.","Elə isə (dünyəvi işlərini) qurtardığın zaman (Allaha ibadət etmək üçün) qalx!","Və Rəbbinə yönəl!","And olsun əncirə və zeytuna!","And olsun (Allahın Musa ilə danışdığı) Sinay dağına!","And olsun əmin-amanlıq içində olan bu şəhərə (Məkkəyə)!","Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq.","Sonra onu aşağıların ən aşağısı etdik (cəhənnəmə gön­dərdik, yaxud qocalığın son həddinə çatdırdıq).","Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.","Bəs daha sonra haqq-hesabı (axirəti) təkzib etməyə səni vadar edən nədir?","Allah hökm verənlərin ən üstünü deyilmi?!","Yaradan Rəbbinin adı ilə oxu!","O, insanı ələqdən (laxtalanmış qandan) yaratdı.","Oxu! Rəbbin ən böyük kərəm sahibidir.","O, qələmi (yazmağı) öyrətdi.","O, insana bilmədiklərini öyrətdi.###[*] Yuxarıdakı beş ayə Həzrət Peyğəmbər Mək­kədəki Hira mağarasında olarkən nazil olan ilk ayələrdir.","Xeyr! Həqiqətən, insan çox azğınlıq edir.","Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür.","Şübhəsiz ki, axır dönüş Rəbbinədir.","Namaz qılan bir bəndəyə mane olanı gördünmü?!","Namaz qılan bir bəndəyə mane olanı gördünmü?!","De görək, əgər o bəndə doğru yoldadırsa,","Yaxud təqvanı (Allahdan qorxmağı) əmr edirsə, onda necə?!","De görək, əgər o haqqı yalanlayır və üz döndərirsə, onda necə?!","O bilmirmi ki, Allah (onu) görür?!","Xeyr! Əgər (bu əməllərinə) son qoymazsa, onun kəkilindən tutacağıq","O yalançı, günahkar kəkilindən!","Qoy o öz tərəfdarlarını çağırsın.","Biz də zəbaniləri (cəhənnəm mələklərini) çağıracağıq.","Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş!  ###[*] Təfsirlərdə qeyd olunduğuna görə, bu ayələr Həzrət Pey­ğəmbər namaz qılarkən ona əziyyət verən Əbu Cəhl haqqında nazil olmuşdur.","Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.","Sən haradan biləsən ki, Qədr gecəsi nədir?!","Qədr gecəsi min aydan daha xeyirlidir.","O gecə mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir iş üçün (yer üzünə) enərlər.","O gecə dan yeri ağarana qədər salamatlıqdır (əmin-amanlıqdır).","Kitab əhlindən və müşriklərdən haq­qı inkar edənlər özlərinə açıq-aydın dəlil gələnə qədər (küfrdən) ayrılmadılar.","Bu dəlil Allah tərəfindən göndərilən və tərtəmiz səhifələri oxuyan bir peyğəmbərdir.","Onların içində doğru və dəyərli hökmlər yazılmışdır.","Kitab verilənlər onlara yalnız açıq-aydın dəlil (son peyğəmbər) gəldikdən sonra parçalandılar.","Halbuki onlara dini yalnız Allaha məxsus edərək və hənif olaraq (Allaha şərik qoşmadan) Ona ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdu. Doğru din budur!","Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.","Şübhəsiz ki, iman gətirib yaxşı əməllər edənlər yaradılanların ən xeyirliləridir.","Rəbbi yanında onların mükafatı (ağacları) altından çaylar axan və əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu (mükafatlar), Rəbbindən qorxanlara məxsusdur.","Yer şiddətlə titrəyəcəyi zaman,","Yer öz yükünü (qəbirdəkiləri, yaxud yeraltı mədənləri) çıxardacağı zaman,","Və insan: “Ona nə oldu?” - deyəcəyi zaman,","O gün yer şahid olduğu hər şeyi xəbər verəcək.","Çünki bunu ona Rəbbin vəhy etmişdir.","O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (məhşər yerindən) ayrılacaqlar.","Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək,","Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir.","And olsun tövşüyə-tövşüyə qaçan atlara!","And olsun (Nalları ilə daşlardan) qığılcım qoparan atlara!","And olsun sübh çağı hücum edən atlara!","And olsun toz qopardan atlara!","And olsun qoşunun içinə girən atlara!","Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.","Əlbəttə, o özü də buna şahiddir.","Həqiqətən, o, var-dövləti çox sevir.","O bilmirmi ki, qəbirlərdə olanlar (təkrar dirildilib) çıxardılacağı zaman,","Qəlblərdə olanlar aşkar ediləcəyi zaman,","O gün Rəbbi onlardan xəbərdardır!","Qorxuya salan (qiyamət)!","Nədir o qorxuya salan?!","Sən haradan biləsən ki, qorxuya salan nədir?!","O gün insanlar səpələnmiş kəpənəklər kimi olacaqlar.","Dağlar isə didilmiş rəngli yun kimi olacaqdır.","(O gün) kimin (yaxşı əməl) tərəzisi ağır gələrsə,","O, razı qalacağı bir həyat sürəcəkdir.","Kimin (yaxşı əməl) tərəzisi yüngül gələrsə,","Onun anası (sığınacağı yer) Haviyədir.","Sən haradan biləsən ki, Haviyə nədir?!","O, qızmar bir oddur.","Çoxluqla öyünmək sizin başınızı o qədər qatdı ki,","Hətta qəbirləri də ziyarət etdiniz.  ###[*] Təfsirlərdə qeyd edilən rəvayətə görə, müşriklər oğullarının, qohumlarının və mal-mülklərinin çoxluğu ilə qürrələnir və bu xüsusda bir-birləri ilə yarışırdılar. Hətta bu mübahisələr o həddə çatmışdı ki, onlar diriləri ilə kifayətlənməyib ölülərinin çoxluğu ilə öyünməyə başlamış və bu məqsədlə qəbiristanlığın yolunu tutmuşdular.","Xeyr! Siz tezliklə biləcəksiniz!","Xeyr, xeyr! Siz tezliklə biləcəksiniz!","Xeyr! Əgər (həqiqəti) yəqinliklə bilsəydiniz, (belə işlərlə məşğul olmazdınız.)","Həqiqətən, siz cəhənnəmi görəcəksiniz.","Sonra, şübhəsiz ki, onu öz gözünüzlə mütləq görəcəksiniz.","Sonra o gün bütün nemətlərdən mütləq sorğu-sual olunacaqsınız.","And olsun axşam çağına!","Həqiqətən, insan ziyan içindədir.","Ancaq iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır.","Hər bir qeybət edən və tənə vuranın vay halına!","O, mal-mülk yığar və onu dönə-dönə sayar.","O, mal-mülkünün onu əbədi saxlayacağını zənn edər.","Xeyr! O mütləq Hütəməyə atılacaqdır.","Sən haradan biləsən ki, Hütəmə nədir?!","O, Allahın alovlandırılmış odudur.","O od (yandıra-yandıra) ürəklərə çatar.","Həqiqətən, o od onların üzərini örtəcəkdir.","Onlar uzun sütunlara bağlanacaqlar.","Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?!###[*] Bu ayədə Kəbəni yıxmaq məqsədilə Məkkəyə hücum edən Əbrəhə və onun fillərdən ibarət olan ordusunun məhv edilməsindən bəhs edilir.","Allah onların hiyləsini boşa çıxartmadımı?!","Onların üstünə qatar-qatar quşlar göndərdi.","Quşlar onlara bişmiş gildən ibarət sərt daşlar atırdı.","Beləcə, Allah onları yeyilmiş əkin yarpağı kimi etdi.","Qüreyşə asanlaşdırıldığı üçün,###[*] Qüreyş qəbiləsi Kəbənin idarəçiliyinə və təmizliyinə nəzarət etdikləri üçün bütün ərəb qəbilələri tərəfindən böyük hörmət görürdülər. Buna görə də onlar rahat, təhlükəsiz və sərbəst bir şəkildə Taifə, Yəmənə və Şama ticarət səfərləri edə bilirdilər. Burada Allah-Təala, onlara verdiyi bu neməti xatırlatmaqdadır.","Onların qış və yay səyahətləri asanlaşdırıldığı üçün,","Onlar bu evin Rəbbinə ibadət etsinlər!","O Rəbb ki, onlara aclıqdan sonra yemək, qorxudan sonra əmin-amanlıq verdi.","Haqq-hesab gününü yalan hesab edəni gördünmü?!","O elə kimsədir ki, yetimi qovar,","Və heç kimi yoxsulu yedirtməyə təşviq etməz.","Vay o namaz qılanların halına ki,","Onlar namazlarına səhlənkar yanaşırlar.","Onlar riyakarlıq edirlər.","Az bir şey verməkdən belə boyun qaçırırlar.","(Ey Peyğəmbər!) Biz sənə Kövsəri verdik. ###[*] “Kövsər” kəlməsinə “cənnətdəki kövsər hovuzu, bol nemətlər, Quran, elm və şərəf” kimi mənalar verilmişdir.","Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!","Şübhəsiz ki, sənə düşmənçilik edənin özü sonsuzdur.","De: “Ey kafirlər!","Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm!","Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.","Mən də sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!","Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.","Sizin dininiz sizə, mənim dinim də mənə!","Allahın köməyi və fəth (zəfəri) gəldiyi zaman,","Və insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördüyün zaman,","Rəbbinə həmd edərək Onu təsbeh et və Ondan məğfirət dilə! Şübhəsiz ki, O, tövbələri qəbul edəndir.","Əbu Ləhəbin əlləri qurusun, qurudu da!","Nə mal-mülkü, nə də övladları ona bir fayda verdi.","O, alovlu bir oda girəcəkdir.","Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir).","Arvadının boynunda xurma lifindən ip olacaqdır.","De: “O Allah təkdir!","Allah heç bir şeyə möhtac deyildir.","O nə doğmuş, nə də doğulmuşdur.","Onun heç bir bənzəri və tayı-bərabəri yoxdur”.","De: “Sığınıram sübhün Rəbbinə,","Yaratdıqlarının şərindən,","Qaranlıq çökən gecənin şərindən,","Düyünlərə üfürən (cadugər) qadınların şərindən,","Və paxıllıq edən paxılın şərindən!”","De: “Sığınıram insanların Rəbbinə,","İnsanların hökmdarına,","İnsanların ilahına,","Vəsvəsə verib (Allahın adı çəkildiyi zaman) gizlənənən şeytanın şərindən!","O, insanların qəlblərinə vəsvəsə salar.","O, cinlərdən də olur, insanlardan da”."]