Surə 73

əl-Muzzəmmil

K

Örtünüb bürünən

20 ayə |MəkkəMəkkə
Surə 73 • 20-dən 1-ci ayə • Cüz 295⁄8 • Səh. 574
əl-Muzzəmmil
ﻉ508Səh. 574508ﻉ
2
1
يَٰٓأَيُّهَا ٱلْمُزَّمِّلُ‮١‬‬‬
Musayev
Ey (libasına) bürünən (Peyğəmbər)!
2
قُمِ ٱلَّيْلَ إِلَّا قَلِيلًا‮٢‬‬‬
Musayev
Gecəni az bir hissəsi müstəsna olmaqla (gecələr namaza) dur!
3
نِّصْفَهُۥٓ أَوِ ٱنقُصْ مِنْهُ قَلِيلًا‮٣‬‬‬
Musayev
(Gecənin) yarısını, yaxud ondan bir az əskilt,
4
أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ ٱلْقُرْءَانَ تَرْتِيلًا‮٤‬‬‬
Musayev
və ya ona artır. Quranı da aramla oxu!
5
إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلًا ثَقِيلًا‮٥‬‬‬
Musayev
Həqiqətən, Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.
6
إِنَّ نَاشِئَةَ ٱلَّيْلِ هِىَ أَشَدُّ وَطْـًٔا وَأَقْوَمُ قِيلًا‮٦‬‬‬
Musayev
Sözsüz ki, gecə (namaz qılmaq üçün) qalxmaq çox çətin və (Quran) oxumaq daha münasibdir.
7
إِنَّ لَكَ فِى ٱلنَّهَارِ سَبْحًا طَوِيلًا‮٧‬‬‬
Musayev
Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var.
8
وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا‮٨‬‬‬
Musayev
Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!
9
رَّبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذْهُ وَكِيلًا‮٩‬‬‬
Musayev
O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Elə isə Onu (özünə) Himayəçi götür!
10
وَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱهْجُرْهُمْ هَجْرًا جَمِيلًا‮١٠‬‬‬
Musayev
Onların (Müşriklərin) dediklərinə səbir et və onlardan gözəl tərzdə uzaqlaş.
11
وَذَرْنِى وَٱلْمُكَذِّبِينَ أُوْلِى ٱلنَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا‮١١‬‬‬
Musayev
Məni, (ayələrimi) yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.
12
إِنَّ لَدَيْنَآ أَنكَالًا وَجَحِيمًا‮١٢‬‬‬
Musayev
Bizdə (onlar üçün) qandallar və Cəhənnəm hazırlanmışdır,
13
وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا‮١٣‬‬‬
Musayev
boğazda tıxanıb qalan yemək və ağrılı-acılı bir əzab da (vardır).
14
يَوْمَ تَرْجُفُ ٱلْأَرْضُ وَٱلْجِبَالُ وَكَانَتِ ٱلْجِبَالُ كَثِيبًا مَّهِيلًا‮١٤‬‬‬
Musayev
O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcək.
15
إِنَّآ أَرْسَلْنَآ إِلَيْكُمْ رَسُولًا شَٰهِدًا عَلَيْكُمْ كَمَآ أَرْسَلْنَآ إِلَىٰ فِرْعَوْنَ رَسُولًا‮١٥‬‬‬
Musayev
(Ey Məkkə əhli!) Biz (Musanı) Firona elçi göndərdiyimiz kimi sizə də (qiyamət günü əməllərinizə) şahidlik edəcək (Muhammədi) elçi göndərdik.
16
فَعَصَىٰ فِرْعَوْنُ ٱلرَّسُولَ فَأَخَذْنَٰهُ أَخْذًا وَبِيلًا‮١٦‬‬‬
Musayev
Firon elçiyə (Musaya) asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.
17
فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ ٱلْوِلْدَٰنَ شِيبًا‮١٧‬‬‬
Musayev
Əgər küfr etsəniz, uşaqların saçlarını ağardan bir gündən (qiyamətin əzabından) özünüzü necə qoruyacaqsınız?
18
ٱلسَّمَآءُ مُنفَطِرُ​ۢ بِهِۦ ​ۚ كَانَ وَعْدُهُۥ مَفْعُولًا‮١٨‬‬‬
Musayev
O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.
19
إِنَّ هَٰذِهِۦ تَذْكِرَةٌ ​ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا‮١٩‬‬‬
Musayev
Bu bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar.
ﻉ509Cüz 29 6⁄8 • Səh. 575509ﻉ
20
۞۞ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِن ثُلُثَىِ ٱلَّيْلِ وَنِصْفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٌ مِّنَ ٱلَّذِينَ مَعَكَ ​ۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ​ۚ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ​ۖ فَٱقْرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلْقُرْءَانِ ​ۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ ​ۙ وَءَاخَرُونَ يَضْرِبُونَ فِى ٱلْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ ٱللَّهِ ​ۙ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ​ۖ فَٱقْرَءُواْ مَا تَيَسَّرَ مِنْهُ ​ۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقْرِضُواْ ٱللَّهَ قَرْضًا حَسَنًا ​ۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ​ۚ وَٱسْتَغْفِرُواْ ٱللَّهَ ​ۖ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمُ​ۢ‮٢٠‬‬‬
Musayev
(Ey Peyğəmbər!) Rəbbin, sənin və səninlə birlikdə olanların (səhabələrin) bir qismi (bəzən) gecənin üçdə ikisindən azını, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) qalxdığınızı bilir. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi (yaxud gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan sizə müyəssər olanı oxuyun! O, bəzilərinizin xəstə olacağını, digərlərinizin Allahın lütfündən (ruzi) axtarmaq üçün səfərə çıxacağını, bir qisminizin də Allah yolunda vuruşacağını bilir. Buna görə (namaz qılarkən) ondan (Qurandan) sizə müyəssər olanı oxuyun! Namaz qılın, zəkat verin və Allaha gözəl (könül xoşluğu ilə) bir borc verin. (Dünyada) özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Allahdan bağışlanma diləyin! Allah Bağışlayandır, Rəhmlidir!