Surə 77
əl-Mursəlat
S
Bir-birinin ardınca göndərilənlər
50 ayə |
Məkkə
Surə 77 • 50-dən 1-ci ayə • Cüz 298⁄8 • Səh. 580
əl-Mursəlat
2
1
وَٱلْمُرْسَلَٰتِ عُرْفًا١
Musayev
And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə, mələklərə yaxud peyğəmbərlərə)
2
فَٱلْعَٰصِفَٰتِ عَصْفًا٢
Musayev
və şiddətlə əsənlərə (küləklərə və ya mələklərə)!
3
وَٱلنَّٰشِرَٰتِ نَشْرًا٣
Musayev
And olsun (Allahın əmrini) yaydıqca yayanlara,
4
فَٱلْفَٰرِقَٰتِ فَرْقًا٤
Musayev
(haqqı batildən) ayırdıqca ayıranlara
5
فَٱلْمُلْقِيَٰتِ ذِكْرًا٥
Musayev
və zikri (peyğəmbərlərə) çatdıranlara –
6
عُذْرًا أَوْ نُذْرًا٦
Musayev
üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara)!
7
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ٧
Musayev
Sizə vəd edilən (Qiyamət) mütləq vaqe olacaqdır.
8
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ٨
Musayev
Ulduzlar sönəcəyi zaman;
9
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ٩
Musayev
Göy yarılacağı zaman;
10
وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ١٠
Musayev
Dağlar yerindən qoparılıb havada toz kimi uçacağı zaman;
11
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ١١
Musayev
Elçilərə (ümmətlərinə şahidlik etmələri üçün) vaxt təyin ediləcəyi zaman
12
لِأَىِّ يَوْمٍ أُجِّلَتْ١٢
Musayev
(Belə deyiləcəkdir:) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"
13
لِيَوْمِ ٱلْفَصْلِ١٣
Musayev
(Cavabında deyiləcəkdir:) “(Haqqı batildən, xoşbəxti bədbəxtən) ayırd ediləcəyi günə qədər!”
14
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ١٤
Musayev
(Ey Peyğəmbər!) Sən nə bilirsən ayırd etmə günü nədir?!
15
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ١٥
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
16
أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ١٦
Musayev
Məgər Biz əvvəlkiləri həlak etmədikmi?!
17
ثُمَّ نُتْبِعُهُمُ ٱلْـَٔاخِرِينَ١٧
Musayev
Sonra axırda gələnləri də onlara qatacağıq.
18
كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ١٨
Musayev
Biz günahkarlarla belə edərik.
19
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ١٩
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
20
أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ٢٠
Musayev
(Ey insanlar!) Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
21
فَجَعَلْنَٰهُ فِى قَرَارٍ مَّكِينٍ٢١
Musayev
Biz onu (nütfəni) möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
22
إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ٢٢
Musayev
Məlum bir vaxta qədər.
23
فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَٰدِرُونَ٢٣
Musayev
Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
24
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٢٤
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
25
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا٢٥
Musayev
Məgər Biz yeri məskən etmədikmi –
26
أَحْيَآءً وَأَمْوَٰتًا٢٦
Musayev
dirilərə və ölülərə?
27
وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَٰمِخَٰتٍ وَأَسْقَيْنَٰكُم مَّآءً فُرَاتًا٢٧
Musayev
Biz orada möhkəm dayanan uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
28
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٢٨
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
29
ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ٢٩
Musayev
(Onlara belə deyiləcəkdir:) “Gedin (dünyada) yalan hesab etdiyinizə (Cəhənnəm əzabına)!
30
ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلٍّ ذِى ثَلَٰثِ شُعَبٍ٣٠
Musayev
(Cəhənnəm tüstüsündən) üç qola ayrılan kölgəsinə gedin!”
31
لَّا ظَلِيلٍ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ٣١
Musayev
Ora nə kölgə salar, nə də alovdan qoruyar.
32
إِنَّهَا تَرْمِى بِشَرَرٍ كَٱلْقَصْرِ٣٢
Musayev
O (Cəhənnəm) saray boyda qığılcımlar püskürər.
33
كَأَنَّهُۥ جِمَٰلَتٌ صُفْرٌ٣٣
Musayev
Sanki o (qığılcımlar) qara dəvələrdir.
34
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٣٤
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
35
هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ٣٥
Musayev
Bu, onların (günahkarların) danışa bilməyəcəkləri (bir) gündür.
36
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ٣٦
Musayev
Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
37
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٣٧
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
38
هَٰذَا يَوْمُ ٱلْفَصْلِ ۖ جَمَعْنَٰكُمْ وَٱلْأَوَّلِينَ٣٨
Musayev
Bu (gün, haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə) cəm etdik!
39
فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ٣٩
Musayev
Əgər hiyləniz varsa, Mənə qarşı hiylə qurun!
40
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٤٠
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
41
إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَٰلٍ وَعُيُونٍ٤١
Musayev
Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
42
وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ٤٢
Musayev
və iştahları çəkdiyi meyvələr içində olacaqlar.
43
كُلُواْ وَٱشْرَبُواْ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ٤٣
Musayev
(Onlara belə deyiləcəkdir:) “Etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin-için!
44
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ٤٤
Musayev
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
45
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٤٥
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
46
كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ٤٦
Musayev
(Kafirlərə belə deyiləcəkdir:) “Yeyin və (dünyada) bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
47
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٤٧
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
48
وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُواْ لَا يَرْكَعُونَ٤٨
Musayev
Onlara: “Rüku edin (namaz qılın)!”– deyildiyi zaman rüku etməzlər (namaz qılmazlar).
49
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٤٩
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
50
فَبِأَىِّ حَدِيثٍ بَعْدَهُۥ يُؤْمِنُونَ٥٠
Musayev
Onlar bundan (Qurandan) sonra hansı sözə inanacaqlar?!