Surə 83
əl-Mutaffifun
e
Çəkidə aldadanlar
36 ayə |
Məkkə
Surə 83 • 36-dən 1-ci ayə • Cüz 303⁄8 • Səh. 587
əl-Mutaffifun
2
1
وَيْلٌ لِّلْمُطَفِّفِينَ١
Musayev
Çəkidə və ölçüdə aldadanların vay halına!
2
ٱلَّذِينَ إِذَا ٱكْتَالُواْ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ٢
Musayev
O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər.
3
وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ٣
Musayev
Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər.
4
أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ٤
Musayev
Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!
5
لِيَوْمٍ عَظِيمٍ٥
Musayev
(Özü də) əzəmətli bir gündə.
6
يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَٰلَمِينَ٦
Musayev
O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!
7
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍ٧
Musayev
Xeyr! Günahkarların kitabı Siccindədir.
8
وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌ٨
Musayev
Sən nə biləsən ki, Siccin nədir?!
9
كِتَٰبٌ مَّرْقُومٌ٩
Musayev
O, yazılı bir kitabdır!
10
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ١٠
Musayev
O gün (Qiyaməti) yalan sayanların vay halına!
11
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ١١
Musayev
O kəslər ki, Din gününü yalan sayarlar.
12
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ١٢
Musayev
Bunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz.
13
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ١٣
Musayev
Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər.
14
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكْسِبُونَ١٤
Musayev
Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.
15
كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ١٥
Musayev
Xeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir!
16
ثُمَّ إِنَّهُمْ لَصَالُواْ ٱلْجَحِيمِ١٦
Musayev
Sonra onlar Cəhənnəmə girəcəklər.
17
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ١٧
Musayev
Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir.
18
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ١٨
Musayev
Xeyr! Yaxşıların kitabı İlliyyundadır!
19
وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ١٩
Musayev
Sən nə biləsən ki, İlliyyun nədir?!
20
كِتَٰبٌ مَّرْقُومٌ٢٠
Musayev
O, yazılı bir kitabdır!
21
يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ٢١
Musayev
Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar.
22
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ٢٢
Musayev
Həqiqətən, yaxşılar nemət içində olacaqlar.
23
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ٢٣
Musayev
Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.
24
تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ٢٤
Musayev
Sən onların üzündə nemətlərin sevincini görəcəksən.
25
يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ٢٥
Musayev
Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir.
26
خِتَٰمُهُۥ مِسْكٌ ۚ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَٰفِسُونَ٢٦
Musayev
Onun sonu müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
27
وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ٢٧
Musayev
Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır).
28
عَيْنًا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ٢٨
Musayev
O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.
29
إِنَّ ٱلَّذِينَ أَجْرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضْحَكُونَ٢٩
Musayev
Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər.
30
وَإِذَا مَرُّواْ بِهِمْ يَتَغَامَزُونَ٣٠
Musayev
Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.
31
وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ٣١
Musayev
Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.
32
وَإِذَا رَأَوْهُمْ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ٣٢
Musayev
Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.
33
وَمَآ أُرْسِلُواْ عَلَيْهِمْ حَٰفِظِينَ٣٣
Musayev
Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.
34
فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ٣٤
Musayev
Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər.
35
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ٣٥
Musayev
Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.
36
هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُواْ يَفْعَلُونَ٣٦
Musayev
Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!