Surə 89

əl-Fəcr

q

Dan yeri

30 ayə |MəkkəMəkkə
Surə 89 • 30-dən 1-ci ayə • Cüz 305⁄8 • Səh. 593
əl-Fəcr
ﻉ531Səh. 593531ﻉ
2
1
وَٱلْفَجْرِ‮١‬‬‬
Musayev
And olsun fəcrə (dan yerinin ağardığı vaxta)!
2
وَلَيَالٍ عَشْرٍ‮٢‬‬‬
Musayev
And olsun on gecəyə (zülhiccə ayının ilk on gecəsinə)!
3
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ‮٣‬‬‬
Musayev
And olsun cütə və təkə!
4
وَٱلَّيْلِ إِذَا يَسْرِ‮٤‬‬‬
Musayev
And olsun keçib getməkdə olan gecəyə!
5
هَلْ فِى ذَٰلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ‮٥‬‬‬
Musayev
Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?
6
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ‮٦‬‬‬
Musayev
(Ey Peyğəmbər!) Məgər Rəbbin (Hud qövmü) Ada nələr etdiyini görmədinmi?!
7
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ‮٧‬‬‬
Musayev
Sütunlar sahibi İrəmə (İrəm qəbiləsinə)?!
8
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَٰدِ‮٨‬‬‬
Musayev
Halbuki yer üzündə onlar kimisi xəlq edilməmişdi.
9
وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخْرَ بِٱلْوَادِ‮٩‬‬‬
Musayev
(Habelə) vadidə qayaları yonan (Salehin qövmü) Səmuda?!
10
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ‮١٠‬‬‬
Musayev
Eləcə də dirəklər sahibi Firona?
11
ٱلَّذِينَ طَغَوْاْ فِى ٱلْبِلَٰدِ‮١١‬‬‬
Musayev
Onlar məmləkətlərdə həddi aşmış,
12
فَأَكْثَرُواْ فِيهَا ٱلْفَسَادَ‮١٢‬‬‬
Musayev
Oralarda çoxlu fəsad törətmişdilər.
13
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ‮١٣‬‬‬
Musayev
Rəbbin də onlara əzab qamçısı endirdi.
14
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ‮١٤‬‬‬
Musayev
(Ey Peyğəmbər!) Həqiqətən Rəbbin (qullarının əməllərinə) nəzarət edir.
15
فَأَمَّا ٱلْإِنسَٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ‮١٥‬‬‬
Musayev
İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərsə və ona nemət versə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.
16
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَٰنَنِ‮١٦‬‬‬
Musayev
Amma onu sınayıb ruzisini azaltsa: “Rəbbim məni alçaltdı!”– deyər.
17
كَلَّا ​ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ‮١٧‬‬‬
Musayev
Xeyr! Əksinə siz yetimə ehtiram göstərmirsiniz.
18
وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ‮١٨‬‬‬
Musayev
Miskini yedirməyə bir-birinizi təşviq etmirsiniz.
19
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًا لَّمًّا‮١٩‬‬‬
Musayev
Mirası hərisliklə yeyirsiniz.
20
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّا جَمًّا‮٢٠‬‬‬
Musayev
Mal-dövləti də olduqca çox sevirsiniz.
21
كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّا دَكًّا‮٢١‬‬‬
Musayev
Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
22
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّا صَفًّا‮٢٢‬‬‬
Musayev
Rəbbin və mələklər səf-səf düzülərək gələcək
23
وَجِاْىٓءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ​ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ ٱلْإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ‮٢٣‬‬‬
Musayev
və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaq. Lakin (bu) xatırlamanın ona nə faydası?
24
يَقُولُ يَٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى‮٢٤‬‬‬
Musayev
O: “Kaş (axirət) həyatım üçün öncədən hazırlıq görəydim!”– deyəcəkdir.
25
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ‮٢٥‬‬‬
Musayev
O gün Allahın verdiyi əzabı kimsə verə bilməz.
26
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ‮٢٦‬‬‬
Musayev
Onun bağladığı kimi kimsə bağlaya bilməz.
27
يَٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ‮٢٧‬‬‬
Musayev
(O gün möminə deyiləcəkdir:) “Ey arxayın olan nəfs!
28
ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً‮٢٨‬‬‬
Musayev
Razı qalmış və razılıq qazanmış halda Rəbbinə tərəf dön!
29
فَٱدْخُلِى فِى عِبَٰدِى‮٢٩‬‬‬
Musayev
(Saleh) qullarımın arasına keç!
30
وَٱدْخُلِى جَنَّتِى‮٣٠‬‬‬
Musayev
(Onlarla birgə) Cənnətimə daxil ol!