əl-Kəbir (Ən böyük) — Şanı böyük olan; zatında, adlarında, sifətlərində və fellərində əzəmətli olan; Özündən daha böyük və daha əzəmətli olmayan; cəlal sifətinə sahib deməkdir.
Qurani-Kərimdə Əl-Kəbir adı 6 dəfə zikr edilmişdir.
“O, qeybi də, görünən aləmi də biləndir; Kəbirdir (çox böyükdür), Mütəaldır (üstündür).” (Surə 13 «ər-Rəd», ayə 9)