əl-Həmid (Təqdirəlayiq) — Bütün əməllərində, sözlərində, sifətlərində, adlarında, şəriətində və qədərində tərifə layiq olan deməkdir. O, hər halda tərifə layiq olandır. Kamil sifətlərə sahib olması və yaratdıqlarına bol-bol ehsan etməsi səbəbilə həmdə, sənaya və tərifə layiq olandır.
Qurani-Kərimdə əl-Həmid adı 17 dəfə zikr olunmuşdur.
Dəlil: “O, Həmiddir, Məciddir.”” (Surə 11 «Hud», ayə 73)