əl-Qahhar(Hakimi-mütləq) — Bütün başların önündə əyildiyi, zalımların zəlil olduğu, hər şeyə qalib gələn, mütləq üstün və qəhredici olan; bütün məxluqatın qarşısında boyun əydiyi, əzəməti, cəlalı və böyüklüyü qarşısında təvazö göstərdiyi deməkdir.
Qurani-Kərimdə Əl-Qahir adı 2 dəfə, Əl-Qahhar adı isə 6 dəfə zikr edilmişdir.
“O təkdir, Qahhardır.” (Surə 13 «ər-Rəd», ayə 16)
“O, qulları üzərində də Qahirdir.” (Surə 6 «əl-Ənam», ayə 61)