əl-Vahid (Tək olan) — Tək var olan, yanında bir başqası olmayan, ortağı və şəriki olmayan, zatında, sifətlərində, isimlərində, fellərində ortağı və bənzəri olmayan, misli və bənzəri olmayan deməkdir.
Ondan başqa ilah yoxdur. Ondan başqa heç kəs ibadət edilməyə və səcdə edilməyə layiq deyildir.
Bu isim Qurani Kərimdə 21 yerdə keçməkdədir.
«Sizin tanrınız tək olan (VAHİD) Allahdır» (Surə 2 «əl-Bəqərə», ayə 163)