əl-Âxir (Sonuncu) — Varlığının sonu olmayan deməkdir. Uca Allahın varlığı daimidir. Onun varlığının başlanğıcı olmadığı kimi sonu da yoxdur. Allah, bütün varlıqların başlanğıcı olması baxımından “Əvvəl”, hər şeyin sonunun Ona qayıtması baxımından isə “Âxir” dir. Buna görə də “Âxir” ismi “Əvvəl” ismi ilə birlikdə dəyərləndirilməlidir.
“O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir.” (Surə 57 «əl-Hədid», ayə 3)