əz-Zahir (Aşkarda olan, hər şeydən uca ) - Zahir hər şeyin üstündə uca olması, Batin isə hər şeyin içində və hər şeyə əslindən də yaxın olmasıdır. Onun Zahir və üstün olmasını heç bir yer və göy gizləyə bilməz. Onun üçün görünməyən görünən, uzaq olan isə yaxın kimidir.