Əl-Qabid (Daraldan) – Nəfsi, ruhları və ruziləri tutan, sıxan, daraldan deməkdir.
Əl-Basit Qəlbləri, mərhəmətini və ruziləri açıb genişləndirən; tövbə edən mömin qullarının tövbəsini qəbul etmək üçün əlini açan deməkdir.
Bu iki ad Əsmaül-Hüsnadan olub birlikdə yanaşı zikr edilməsi gərəkən adlardandır. Ayrı-ayrılıqda zikr edilməsi uyğun görülmür.
Qurani-Kərimdə bu iki adın zikri keçmir. Bu adlar hədislərdə qeyd olunmuşdur.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur:
“Həqiqətən Allah Qabiddir, Basitdir və qiymətləri müəyyən edəndir.” (ət-Tirmizi və əbu-Davud)