Allahın Gözəl Adları

əl-Cəmil

Gözəl

الجَمِيلُ

əl-Cəmil (Gözəl) — Gözəl və ehsan sifətlərinə sahib olan; zatında, adlarında, sifətlərində və bütün əməllərində gözəl olan deməkdir.

Qurani-Kərimdə əl-Cəmil adı zikr olunmamışdır. Bu ad hədislərdə qeyd edilmişdir.

Dəlil: Peyğəmbər — sallallahu aleyhi və səlləm — belə buyurmuşdur: “Allah Cəmildir (gözəldir) və gözəlliyi sevir.”