ər-Rəhman (Mərhəmətli) — Bu ad Uca Allahın bütün məxluqatı yoxdan var edib onlara nemətlər bəxş etməsində əhatəli bir mərhəmət sifətinə sahib olduğuna işarə edir. Həmçinin möminlər üçün həm dünyada, həm də axirətdə onlara xüsusi olaraq mərhəmət edəcəyinə dəlalət edir.
Qurani-Kərimdə Ər-Rəhman adı 57 dəfə zikr edilmişdir.
(Bu Quran) Mərhəmətli və Rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir. (Surə 41 «Fussilət», ayə 1) “…Həqiqətən Allah Ğafurdur, Rəhimdir.” (Surə 2 «əl-Bəqərə», ayə 192)