Allahın Gözəl Adları

ər-Rəhim

Rəhimli

الرَّحِيمُ

ər-Rəhim - bu ad Uca Allahın bütün məxluqatı yoxdan var edib onlara nemətlər bəxş etməsində əhatəli bir mərhəmət sifətinə sahib olduğuna işarə edir. Həmçinin möminlər üçün həm dünyada, həm də axirətdə onlara xüsusi olaraq mərhəmət edəcəyinə dəlalət edir.

Qurani-Kərimdə Ər-Rəhim adı 123 dəfə zikr edilmişdir.

Nümunə:
“Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Surə 39 «əz-Zumər», ayə 53)