اللَّهُ

Allah - ən uca varlıq olaraq inanılan, öz istəyi və iradəsi ilə kâinatı və kainatda olan bütün varlıqları, yeri, göyü və burada ən kiçiyindən ən böyüyünə qədər olan bütün canlıları yoxdan var edərək yaradan, onlara həyat və ruzi verən, öldürən və dirildən, kainata müəyyən bir nizam verən və idarə edərək qoruyan, hər şeyi bilən, görən və eşidən, istisnasız olaraq hər bir şeyə qadir olan, bütün mülkün həqiqi sahibi olan, bütün kamil sifətləri özündə təcəssüm etdirən, hər cür nöqsan sifət və xüsusiyyətlərdən uzaq olan, varlığı zəruri və məcburi olan, yoxluğu isə düşünülməyən və imkansız olan, öz özünə əzəldən var olaraq bir başqasının varlığına möhtac olmayan, varlığının əvvəli və sonu olmayan, bütün şükürlərə, təriflərə, itaət və ibadətlərə laiq olan, şəriki və bənzəri olmayan, tək və yeganə Haqq məbuda verilən ən əsas, böyük və əzəmətli xüsusi isim, addır. Bu xüsusiyyətlər, isim və adla çağırılan və bilinən başqa bir varlıq yoxdur, olmamışdır və olmayacaq. Belə ki, Allah adı, ifadə etdiyi ilahi mənası ilə yalnız uca yaradıcı olan Allaha aiddir və heç bir kəlimə bu adın məna və məzmununu ifadə gücünə sahib deyildir. Ona görə də Allahdan başqa hər hansı bir varlığa belə bir ad verilməmişdir və verilməsi də qadağan edilmişdir.

Allah kəliməsinin etimalogiyası üzərində İslam alimləri, Ərəb dili mütəxəssisləri və şərqşünaslar tərəfindən müxtəlif nəzəriyyələr ortaya qoyulmuşdur. Bütün müxtəlif görüşlərə baxmayaraq Allah kəliməsinin hər hansı bir kökdən törəmədiyi, hər hansı bir kəlimə mənasının olmadığı, həqiqi məbuda aid xüsusi isim, müstəqil və özəl ad olduğu qəbul edilmişdir. Buna görə də uca yaradıcıya verilən bu xüsusi isim heç bir dilə tərcümə olunmaz. İstər Ərəb dilində olsun istərsə də bu kəliməni istifadə edən digər xalqların dillərində olsun, Allah kəliməsi cəm formada da istifadə olunmamışdır. Yəni bu ada aid olunan yaradıcı tək və bir olduğuna, eyni zamanda onun həmcinsi olmadığına görə kəlimənin cəm forması yoxdur. Allah üçün çox geniş formada istifadə edilən ilah, tanrı, hüda, god, diue kimi bəzi kəlimələr Allah kəliməsindən fərqli olaraq, haq məbud üçün olduğu kimi bâtıl, haq olmayan, insanlar tərəfindən uydurulmuş tanrılar üçün də istifadə olunmuşdur. Buna görə də bu kəlimələr Allah kəliməsinin və anlayışının tam olaraq yerini verə bilməz.

Qurani-Kərimin müxtəlif surələrində Uca yaradıcı olan Allah və onun gözəl və kamil adları, xüsusiyyətləri haqqında çox sayıda məlumatlar və qeydlər vardır. Taha surəsinin 20 – ci ayəsində belə deyilir: “Allah – Ondan başqa ilah olmayandır. Ən gözəl adlar təkcə Ona xasdır”. ==الْحُسْنَىٰ الْأَسْمَاءُ لَهُ هُوَ إِلَّا إِلَٰهَ لَا اللَّهُ == əl- Əraf surəsinin 180 – ci ayəsində isə belə buyurulur: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.” يَعْمَلُونَ كَانُوا مَا سَيُجْزَوْنَ أَسْمَائِهِ فِي يُلْحِدُونَ الَّذِينَ اوَذَرُو بِهَا فَادْعُوهُ الْحُسْنَىٰ الْأَسْمَاءُ وَلِلَّهِ Bu və mövzu ilə əlaqəli qeyd olunan digər ayələrdən aydın olur ki, Allah adı ona aid olan bütün gözəl, kamil adları və xüsusiyyətləri özündə cəm və təcəssüm etdirir və bu ad Uca Allahın bütün digər adlarını üstələyir. İnsan mənəvi dirçəliş anında, İslamı qəbul edərkən bu adı tələffüz edir və belə deyir: “Əşhədu ən lə iləhə illəllah”, yəni şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur. Əksər alimlər də belə hesab edirlər ki, əgər insan burada Allah adının əvəzinə Uca Allahın hər hansı başqa bir adını çağırarsa, bu dəlil sayılmır, ona görə də burada məhz Allah adından istifadə etmək lazımdır. Məryəm surəsinin 65 – ci ayəsində isə Allahın aləmin yaradıcısı və davam etdiricisi olduğu qeyd edilir. ==اسَمِيًّ لَهُ تَعْلَمُ هَلْ لِعِبَٰدَتِهِ وَٱصْطَبِرْ فَٱعْبُدْهُ بَيْنَهُمَا وَمَا وَٱلْأَرْضِ ٱلسَّمَٰوَٰتِ رَّبُّ == O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?!) Hədid surəsində (57 / 3) Allahın وَالْآخِرُ الْأَوَّلُ هُو (əvvəl və axir) bir baxıma çox açıq və bir baxıma da gizli وَالْبَاطِنُ وَالظَّاهِرُ (zahir və batin) olduğu və عَلِيمٌ شَيْءٍ بِكُلِّ وَهُوَ hər şeyi bilib hər şeyə qadir olduğu haqqında məlumat verilir. O, varlığını, birliyini, mükəmməl xüsusiyyətlərə sahib olduğunu təbiətdə var olan canlı və baş verən hadisələrlə göstərməsi baxımından açıq və aydın, lakin zatının – şəxsinin bizim hiss orqanlarımızla dərk edilə bilməməsi baxımından isə gizlidir. İlahi vücudunun və formasının dünya həyatı şərtləri içində insan və onun hissiyat orqanları tərəfindən dərk edilə bilməyəcəyi, axirətdə isə bu dərkin gerçəkləşəcəyi haqqında şübhə yoxdur.