əl-Mu‘min (Qoruyucu) — Tövhidi dəlil və ayələri ilə Özünü təsdiq edən, rəsullarını və onlara iman edənləri təsdiqləyən; qullarını Öz tərəfindən zülmə məruz qalmaqdan əmin və güvən içində edən; endirdiyi dini hökmlərlə onları arxayın edən; qəlblərinə rahatlıq və ünsiyyət bəxş edən; dünyada və böyük qorxunun yaşanacağı Qiyamət günündə Özünə sığınan qullarından qorxu və dəhşəti aradan qaldıran deməkdir.
Qurani-Kərimdə Əl-Mu‘min adı 1 dəfə zikr edilmişdir.
(O) Quddusdur, Səlamdır, Mu‘mindir, Müheymin, Əziz, Cəbbar və Mütəkəbbirdir.” (Surə 59 «əl-Həşr», ayə 23)