Allahın Gözəl Adları

əs-Salam

Pak

السَّلاَمُ

əs-Salam (Pak) — hər cür qüsurdan, eyibdən və nöqsandan uzaq olan, ilahi zatı, əməlləri və sifətləri son dərəcə üstün və kamil olandır. əs-Salam adı ən gözəl ad olan əl-Qüddus ilə məna baxımından yaxındır; onlar birlikdə işləndikdə əl-Qüddus Allahın keçmişdə və indi kamilliyini, əs-Salam isə Onun sifətlərinin və əməllərinin indi və gələcəkdə qüsursuzluğunu göstərir.

Qurani-Kərimdə zikr olunur: 1 dəfə.

Dəlil: O, Özündən başqa heç bir ilah olmayan, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Salam (bütün eyib və naqis sifətlərdən uzaq), Mömin (haqqı təsdiq edən və qullarına əmin-amanlıq bəxş edən), Muhəymin (hər bir şeyi müşahidə edən), Əziz (yenilməz güc-qüvvət sahibi), Cabbar (istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan), Mutəkəbbir (əzəmətli, təkəbbürlü və məxluqata aid sifətlərdən uzaq) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır. (Surə 59 «əl-Həşr», ayə 23)