Allahın Gözəl Adları

əl-Bari

Heçdən yaradan

البَارِئُ

əl-Bari (Heçdən yaradan) — planına uyğun olaraq yoxdan var edəndir və bu qabiliyyət yalnız Uca Allaha məxsusdur. Allahdan başqa heç kəs planını düşündüyü kimi dəqiq həyata keçirə bilməz. O, nəyisə yaratmaq istədikdə sınaqlara və təcrübələrə ehtiyac duymur. O, düşündüyünü və istədiyini dəqiq yaradır və yaratdığı hər şeyin mənası və təyinatı vardır.

Qurani-Kərimdə zikr olunur: 3 dəfə.

Dəlil: O, Xaliq (yaradan), Bəri (yoxdan var edən), Musavvir (məxluqatına istədiyi surəti verən) Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O, Qüdrətlidir, Hikmət sahibidir. (Surə 59 «əl-Həşr», ayə 24)