Allahın Gözəl Adları

əl-Müsavvir

Surət verən

المُصَوِّرُ

əl-Müsavvir (Surət verən) — məxluqları istədiyi surətdə yaradan və onlara istədiyi zahiri və batini keyfiyyətləri verəndir.

Qurani-Kərimdə zikr olunur: 1 dəfə.

Dəlil: O, Xaliq (yaradan), Bəri (yoxdan var edən), Musavvir (məxluqatına istədiyi surəti verən) Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O, Qüdrətlidir, Hikmət sahibidir. (Surə 59 «əl-Həşr», ayə 24)