Allahın Gözəl Adları

əl-Xaliq

Yaradıcı

الخَالِقُ

əl-Xaliq — Yaradıcı. Allah yaradandır, Ondan başqa hər bir şey yaradılandır. Hər şey Onun əmrində və xidmətindədir. Ondan başqa bir yaradıcı yoxdur. Bütün hər şeyi - göyləri, yeri, bu ikisi arasında və içində olanları, bunların hərəkətlərini, ruzilərini, əcəllərini, sözlərini və fellərini də yaradmışdır. Bütün bunların tək yaradıcısı Allahdır. Bütün varlılıqlar sonradan yaradılmış və yoxdan var edilmişdir. Hər şey Ondan başladı və yenə də Onda son olacaqdır.

«Allahdan başqa bir Yaradıcımı (Xaliq) var?» (Surə 35 «Fatir», ayə 3)

«O, hər şeyin yaradıcısıdır (Xaliq), elə isə ona qulluq edin» (Surə 6 «əl-Ənam», ayə 102)