ər-Rəbb(Hökmdar) — Yaradan, malik olan və işləri idarə edib yönəldən; bütün məxluqatı bəxş etdiyi nemətlərlə tərbiyə edən; vəli qullarının qəlblərini islah edib düzəldən mənalarına gəlir. Ərəb dilində Ər-Rəbb adı yalnız Allah Təala üçün işlədilir. Allahdan başqası üçün isə yalnız isim birləşməsi (izafət tərkibi) şəklində istifadə oluna bilər. Məsələn: ailənin rəbbı / sahibi kimi.
Qurani-Kərimdə Ər-Rəbb adı 900 dəfə zikr edilmişdir.
Dəlil:
“Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.”