Allahın Gözəl Adları

ər-Razzaq

Ruzi verən

الرَّزَّاقُ

ər-Razzaq: (Ruzi verən) — Bütün məxluqata ümumi şəkildə ruzi verən; mömin qullarına isə xüsusi ruzi bəxş edən deməkdir. Allaha iman, faydalı elm və halal ruzi mömin qullara verilən xüsusi ruzilərdəndir. Ər-Rəzzaq adı Uca Allahın yaratdıqlarına bol ruzi verdiyini göstərir.

Qurani-Kərimdə Ər-Rəzzaq adı 5 dəfə zikr edilmişdir.

“Bizə ruzi bəxş et. Çünki Sən ruzi verənlərin ən xeyirlisisən.” (Surə 5 «əl-Maidə», ayə 114)

“Şübhəsiz ki, Allah Rəzzaqdır, qüvvət və güc sahibidir.” (Surə 51 «əz-Zariyat», ayə 58)