əl-Qadiir (Qüdrətli, hər şeyə qadir olan)
De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan; istədiyin kimsəni ucaldır, istədiyini də, alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Surə 3 «Ali-İmran» , ayə 26)
(Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında məhəbbət yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhmlidir. (Surə 60 «əl-Mumtəhənə» , ayə 7)