Allahın Gözəl Adları

əl-Həkiim

Müdrik

الحَكِیمُ

əl-Həkiim(Hikmətli, Müdrik) - Qədərində, şəriətində və Qiyamət günü qullarına qarşılıq verməsində üstün hikmət sahibi olan; hər şeyi ən gözəl şəkildə yaradan; yaratdıqlarından heç birini boş və məqsədsiz yaratmayan; din olaraq qoyduğu və əmr etdiyi hər bir şeydə hikmət olan deməkdir.

Qurani-Kərimdə Əl-Həkiim adı 91 dəfə zikr edilmişdir.

“…(O Allah) Əzizdir, Həkiimdir(hikmət sahibidir).” (Surə 2 «əl-Bəqərə», ayə 209)

“O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Hikmətlidir, (hər şeydən) Xəbərdardır.” (Surə 6 «əl-Ənam», ayə 18)