Əl-Batin (Gizli olan) — Gizli və görünməyən hər şeyin daxilindən xəbərdar olan, onlara çox yaxın olan; Ondan başqa heç kimin bu şəkildə varlıqların iç üzündən xəbərdar olmadığı mənasına gəlir.
əz-Zahir (Aşkarda olan, hər şeydən uca ) — Hər şeyin üzərində olan, yəni hər şeydən uca və üstün olan, Ondan daha üstün heç kimin olmadığı deməkdir.
Zahir hər şeyin üstündə uca olması, Batin isə hər şeyin içində və hər şeyə əslindən də yaxın olmasıdır. Onun Zahir və üstün olmasını heç bir yer və göy gizləyə bilməz. Onun üçün görünməyən görünən, uzaq olan isə yaxın kimidir.
Qurani-Kərimdə bu iki isim hər biri 1 dəfə zikr edilmişdir.
“O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi çox yaxşı biləndir.” (Surə 57 «əl-Hədid», ayə 3)