əl-Kərim (Səxavətli )— Bu ad uca Allahın xeyir və yaxşılığı bol olan, qarşılıqsız nemətlər və yaxşılıqlar bəxş edən olduğunu göstərir. əl-Kərim adı isə heç bir səxavətli şəxsin səxavətdə Ona çata bilməyəcəyini ifadə edir.
Qurani-Kərimdə əl-Kərim adı 3 dəfə, əl-Əkrəm adı isə 1 dəfə zikr edilmişdir.
“Ey insan! Səni Kərim olan (ehsanı bol) Rəbbinə qarşı aldadan nədir?” (Surə 82 «əl-İnfitar», ayə 6);
“Oxu! Rəbbin Əkrəmdir (ən böyük kərəm sahibidir).” (Surə 96 «əl-Ələq», ayə 3)