Allahın Gözəl Adları

əl-Əkrəm

Ən səxavətli

الأَكْرَمُ

əl-Əkrəm (Ən səxavətli) - Allah Əkramul-Əkramin’dir (Kərəm sahiblərinin ən üstünüdür). Ondan daha üstün və daha mükəmməl kərəm sahibi yoxdur. KərimƏkram isimlərinin müəyyən fərqlilikləri olsa da, eyni mənanı ifadə edirlər. Bu məna – Allahın qullarına qarşı lütfkar və ehsan sahibi olmasıdır.

“Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir (Əkram’dır).” (Surə 96 «əl-Ələq» , ayə 3)