Allahın Gözəl Adları

əl-Barr

Fəzilətli

البَرُّ

əl-Barr (Fəzilətli) — Gizli və açıq bütün nemətləri bol-bol bəxş edən deməkdir. Heç bir canlı göz qırpımı qədər belə Onun ehsan və xeyrindən müstəğni (ehtiyacsız) ola bilməz. Müsəlmanlardan yaxşılıq və ehsan sahiblərinə mükafatlarını qat-qat artıq verən, günahkar olanları bağışlayan və vədinə sadiq olan deməkdir.

Qurani-Kərimdə əl-Barr adı 1 dəfə zikr edilmişdir.

“Şübhəsiz ki, O, Bərrdir, Rəhimdir.” (Surə 52 «ət-Tur», ayə 28)