ər-Rauf (Şəfqətli) — Mərhəmət və şəfqət sahibi olan deməkdir. Bu adın işarə etdiyi ər-ra’fə sifəti mərhəmətin ən yüksək dərəcəsini ifadə edir. Allah Təala bu sifəti ilə dünya həyatında bütün canlılara, axirətdə isə xüsusilə möminlərə mərhəmət edir.
Qurani-Kərimdə ər-Rauf adı 10 dəfə zikr edilmişdir.
“Şübhəsiz ki, Allah insanlara qarşı Rəufdur, Rəhimdir.” (Surə 2 «əl-Bəqərə», ayə 143)