Allahın Gözəl Adları

əş-Şakir

Minnətdar

الشّاكِرُ

əş-Şakir (Minnətdar ) — Qulların etdiyi bütün ibadətləri — az olsa belə — qəbul edən, bol savab və nemətlər bəxş edən, Özünə edilən azacıq şükrlə belə razı olan deməkdir.

Qurani-Kərimdə əş-Şakir adı 2 dəfə, əş-Şəkur adı isə 4 dəfə zikr edilmişdir.

“Allah Şəkurdur, Həlimdir.” (Surə 64 «ət-Təğabun», ayə 17)

“Həqiqətən Allah Şakirdir, Alimdir.” (Surə 2 «əl-Bəqərə», ayə 158)