əl-Həlim (Mülayim) — Səbirli və mülayim olan, qullarının etdikləri günahlara görə cəza verməyə tələsməyən, cəza verməyə qadir olduğu halda onların Özünə dönüb tövbə etmələri üçün onlara möhlət verən deməkdir.
Qurani-Kərimdə əl-Həlim adı 11 dəfə zikr edilmişdir.
“Şübhəsiz Allah Ğafurdur, Həlimdir.” (Surə 3 «Ali-İmran», ayə 155)