Allahın Gözəl Adları

əl-Vəli

Himayəçi

الوَلِيُّ

əl-Vəli (Himayəçi) – yardım edən, işi üzərinə götürən və hər şeyin Onunla var olduğu deməkdir. O, bütün məxluqatın mövlası, seyyidi, sahibi, yaradıcısı, ruzisini verəni və ibadətə layiq olanıdır. Möminlərin də Mövlasıdır. Onların vəlisidir; çünki onları müvəffəq edir, sevir və onlara yardım edir.

Qurani-Kərimdə əl-Vəli adı 15 dəfə, əl-Mövla adı isə 12 dəfə zikr edilmişdir.

“O, Vəlidir, Həmiddir.” (Surə 42 «əş-Şura», ayə 28)

“O, nə gözəl Mövladır, nə gözəl Köməkçidir.” (Surə 8 «əl-Ənfal», ayə 40)