əl-Vəkil (Himayəçi) — bəndələrin ruzisinə və həyatına zamin olan, bütün canlıların işlərini idarə edən, Ona sığınana kifayət edən, öz dostlarını himayəsinə alan, onlar üçün asan olanı asanlaşdıran və çətin olanı onlardan uzaqlaşdıran, bütün işlərində onlara yetən deməkdir. əl-Kəfil isə şahid olan deməkdir. Həmçinin əl-Hafiz və əd-Daamin də deyilir.
Qurani-Kərimdə əl-Vəkil adı 14 dəfə, əl-Kəfil adı isə 1 dəfə zikr olunmuşdur.
“Vəkil olaraq Allah kifayətdir.” (Surə 4 «ən-Nisa», ayə 81);
“Halbuki siz Allahı öz üzərinizə kəfil/şahid tutmusunuz.” (Surə 16 «ən-Nəhl», ayə 91)