əl-Kəfil - Kəfil. İnsanların dini və dünyavi ehtiyaclarını qarşılamayı üzərinə alan Allah həqiqi Kəfildir. Buna görə də çalışan bir kimsənin əməlini boş etməyəcəyini bizə xəbər verir. «Şübhəsiz ki, Mən kişi olsun, qadın olsun sizdən bir əməl edənin əməlini boşa çıxarmaram»
Bütün varlılıqların ehtiyaclarını qarşılayan Allahdır. Bu işdə də Onun şəriki və bənzəri yoxdur. Bütün ehtiyaclar yalnız Onun tərəfindən qarşılanır. Buna görə də yalnız Ona ibadət etmək, Ona yönəlmək və Ona ümüd etmək lazımdır.
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Kəfil olaraq Allah ona yetər» (Buxari 2291. )