əl-Hafiz (Qoruyan) — Göyləri, yeri və onların içində olan hər şeyi qoruyub saxlayan, yaratdıqlarının etdiyi bütün əməlləri qoruyub qeydə alan, mömin bəndələrini şeytandan, günaha düşməkdən və həlak edici şeylərdən qoruyan deməkdir.
Qurani-Kərimdə əl-Hafiz adı 3 dəfə, əl-Hafîz adı isə 3 dəfə zikr olunmuşdur.
“Allah ən yaxşı Hafizdir (qoruyandır).” (Surə 12 «Yusuf», ayə 64)