əl-Hayy(Daima diri olan) — Heç vaxt ölməyən; həyat sifəti ən kamil olan və buna görə də bütün sifətləri kamal sifətləri olan; sifətlərində hər cür əksiklik və nöqsanı ifadə edən qüsurları inkar edən, rədd edən deməkdir. Həyat sifətinin kamil olması səbəbilə Ona nə yuxu gələr, nə də mürgüləmə!
Qurani-Kərimdə Əl-Həyy adı 5 dəfə zikr edilmişdir.
“Allahdan başqa haqq məbud yoxdur. O, Həyy və Qəyyumdur.” (Surə 2 «əl-Bəqərə», ayə 255)