əl-Qəyyum(Müstəqil) — Bu ad Uca Allahın heç kəsə ehtiyac duymadan Öz-Özünə qaim olduğunu; hər şeyin yalnız Onunla qaim (ayaqda) olduğunu və Ondan başqa olan hər şeyin Ona möhtac olduğunu göstərir.
Qurani-Kərimdə Əl-Qəyyum adı 3 dəfə zikr edilmişdir.
“Allahdan başqa haqq məbud yoxdur. O, Həyy və Qəyyumdur.” (Surə 2 «əl-Bəqərə», ayə 255)