Əl-Mu‘ti(Bəxş edən) — Həqiqi mənada verən yalnız Allah Subhənəhu və Təaladır. Onun verdiyini heç kəs saxlaya bilməz, Onun saxladığını isə heç kəs verə bilməz. Onun verdiklərinin heç bir həddi yoxdur və verdiyi hər şey bütün məxluqatına çatır. Ondan başqa verdiyinə mane ola bilən, yaxud mane olduğu kəsə verə bilən heç kəs yoxdur. Onun ehsanı o qədər bol və genişdir ki, heç bir həddi və məhdudiyyəti yoxdur.
Qurani-Kərimdə Əl-Mu‘ti adı zikr edilməmişdir. Bu adın zikri hədislərdə keçməkdədir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur:
“Allah Mu‘tidir (Bəxş edəndir), mən isə Qasiməm (paylayanam).”(Buxari rəvayət etmişdir)