Allahın Gözəl Adları

ər-Rafiq

Mehriban

الرَّفِيقُ

ər-Rafiq (Mehriban) — İnsanlığa göndərdiyi dində və qarşılıq verməkdə rifq (yumşaqlıq) ilə davranan deməkdir. İnsanları yaradıb hikmətinə uyğun olaraq dini hökmləri mərhələli şəkildə — asanlıq, genişlik və uyğunluq prinsipi ilə göndərən, qullarına yumşaqlıqla davranan deməkdir.

Qurani-Kərimdə ər-Rafiq adı zikr olunmamışdır. Bu ad hədislərdə qeyd edilmişdir.

Peyğəmbər — sallallahu aleyhi və səlləm — belə buyurmuşdur: “Şübhəsiz ki, Allah Rafiqdir (yumşaq davranandır) və yumşaqlığı sevər. Allah yumşaqlıqla edilənə, sərtliklə edilənə vermədiyini verər.”