əs-Sübbuh (Mükəmməl, Nöqsansız) — Bütün nöqsanlıqlardan, şərik və ortaqdan, həmçinin ilahlığına yaraşmayan hər bir şeydən uzaq olan deməkdir. Bütün məxluqatın Onu təsbih və təqdis etdiyi, hər cür pislikdən uzaq və pak qəbul etdiyi Yaradan deməkdir. Çünki Onun adları və sifətləri kamil və gözəldir.
Qurani-Kərimdə əs-Subbuh adı zikr olunmamışdır.
Sünnədə isə rükû və səcdə zamanı edilən dualarda zikr olunmuşdur:
سبوح قدوس رب الملائكة والروح “Subbûhun, Quddûsun, Rabbu’l-Mələikəti və’r-Ruh." -Mükəmməldir, Müqəddəsdir - Mələklərin və Ruhun (Cəbrailin) Rəbbi" (Riyad as-Salihin 1426)